Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə4/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   2   3   4   5   6   7   8   9   ...   122

Turizmə  dair  Ümumdünya  Konfransında  (Madrid,  1981) 
turizm -  bu və ya digər rayon,  yeni  ərazi və idman növlərinə müvafiq 
olaraq  bir  sıra  ölkələrin  dərkedilməsi  məqsədilə  edilən  səyahət  və 
aktiv  istirahətin  formalarından  biri  kimi  müəyyən  edilmişdir.  Turiz­
mə  dair  Haaqa  Bəyannaməsində  (1989)  turizm  -   insanların  yaşayış 
yerini  müvəqqəti  olaraq  dəyişməsi  və  bu  hərəkət  zamanı  yaranan 
tələbatların təmini üçün xidmətlərin göstərilməsi kimi qeyd edilir.
Hüquqi  baxımdan  turizm  -   səyahət  edənin  müvəqqəti  və 
könüllü olaraq,  həmçinin qeyri-ticarət  və  qeyri-iş  səbəbindən yaşayış 
yerini  dəyişməsi  ilə  əlaqədar  qarşılıqlı  əlaqə  və  xidmətlərin  cəmidir. 
İqtisadi  baxımdan  turizm  -   ayrıca  götürülmüş  ölkənin  təsərrüfat 
kompleksi  çərçivəsində  onun  ayrı-ayrı  sahələri  arasında  müxtəlif 
əlaqələrə  malik  nəhəng  iqtisadi  sistemdir  ki,  bu  əlaqələrə  də 
müəssisələr tərəfindən istehsal edilən mal  və xidmətlər aiddir.
1993-cü  ildə  BMT-nin  Statistika  Komissiyası,  ÜTT  tərəfin­
dən  dəstəklənən  və  beynəlxalq  təcrübədə  geniş  istifadə  edilən 
“turizm”  anlayışı  qəbul  etmişdir.  Qəbul  olunmuş  anlayışa  görə 
turizm  -   daimi  yaşayış  yerindən  kənarda  yerləşən  yerlərə  bir  ildən 
artıq  olmamaq  şərti  ilə,  istirahət,  işgüzar  və  digər  məqsədlərlə 
səyahət  edən  şəxslərin  fəaliyyətidir.  “Turizm”  anlayışında  3  meyar 
mövcuddur:  daimi  yaşayış  mühitindən  kənara  yerdəyişmə;  hərəkətin 
müvəqqəti  xarakteri;  səyahətin məqsədi.
A.Y.  Aleksandrova mövcud  olan  bütün  “turizm” anlayışlarını 
2  qrupa bölməyi  təklif etmişdir (2002):
1.  Dar  ixtisaslaşan  (sahəvi)  anlayışlar  -   xüsusi  tapşırıqların 
yerinə  yetirilməsi  üçün  nəzərdə  tutulan,  həmçinin  hüquqi  tənzim­
lənmə, statistik uçot və sosial  siyasətdə istifadə edilən;
2.  Konseptual anlayışlar -  turizmin strukturunu əks etdirən.
Konseptual  anlayışa  görə  turizm  -   daimi  yaşayış  yerindən
kənara,  əmək  fəaliyyəti  ilə  məşğulluqla  deyil,  mədəni,  sağlamlıq, 
rekreasiya,  zövq almaq,  əyləncə  və  digər məqsədlərlə,  həmçinin gəlir 
əldə  etmədən  səyahət  etməkdir.  Klassik  anlayışa  görə  isə  turizm  -  
daimi  yaşayış  yerindən  başqa  ölkəyə  və  ya  öz  ölkəsi  daxilində  digər 
əraziyə,  asudə  vaxtda  zövq  almaq,  istirahət,  müalicə-sağlamlıq,  dər­
12
ketmə,  dini,  işgüzar  və  digər  məqsədlərlə,  həmçinin  gəlinən ərazidən 
haqqı  ödənilən  fəaliyyətlə  məşğul  olmadan  insanların  hərəkəti  başa 
düşülür.
Əksər  mütəxəssislər  turizmə  sistemli  analiz  baxımından 
yanaşırlar.  İsveçrəli  alimi  K.Kaspara görə turizm sisteminin əsasını  2 
subsistem  təşkil  edir:  turizmin  subyekti  (turist -  turizm xidmətlərinin 
istehlakçısı  kimi  çıxış  edir)  və  turizmin  obyekti  (bu  anlayış  3 
elementdən  ibarətdir:  turizm  regionu,  turizm  müəssisələri  və  turizm 
təşkilatları).  “Turizm”  anlayışına  sistemli  analiz  baxımından  yanaş­
mada  Oklendin  Meysen  universitetinin  professoru  N.Leyperin  kon­
sepsiyası  daha məşhurdur.  O,  coğrafi  komponent,  turist və turizm  sə­
nayesindən  ibarət  olan  3  əsas  elementin  turizm  sistemini  for­
malaşdırdığını qeyd etmişdir.
Turizmi  səyahətdən  fərqləndirən  və  aydın  müəyyənləşdirən  5 
əsas əlamət vardır:
1.  müvəqqəti  yerdəyişmə,  destinasiyaları  görmə  və  geri  qayıt­
ma;
2.  destinasiya  -   müəyyən  xidmət  dəstini  təqdim  edən,  turistin 
tələbatlarına  cavab  verən,  onun  gecələmə,  daşınma,  qida,  əyləncə  və 
s.  təkliflərinin təminatını  reallaşdıran ərazi;
3.  humanitar tərkibi  və istiqaməti  ilə seçilən  turizmin  məqsədi;
4.  asudə vaxtda turist səfərinin  həyata keçirilməsi;
5.  destinasiyalarda  turistin  yerli  mənbədən  haqqı  ödənilən 
fəaliyyətlə məşğul olmasının  qadağan edilməsi.
Turizmin  6  əsas  məqsədi  onun  əlamətlərini  müəyyən  edir  və 
turizmi  səyahətdən  fərqləndirir:
1.  sağlamlaşdırma  (insanın  mənəvi  və  fiziki  gücünün  bərpası, 
həmçinin  müalicəsi) fəaliyyəti;
2.  dərketmə  (təbii  hadisələr,  qədimi  və  müasir  insan,  ölkə  və 
xalqların  tarixi  və  mədəniyyəti  haqqında  biliklərin  təkmilləşdirilməsi 
və möhkəmləndirilməsi)  fəaliyyəti;
3.  idman  (professional  və  həvəskar  səviyyədə  yarış  və  oyunlara 
hazırlıq  və  iştirakçı  olmaq,  idmançıları  müşayiət  etmək,  həmçinin 
tamaşaçı qismində iştirak etmək) turizmi;
13


4.  işgüzar  (biznes  səyahətləri,  konfrans,  konqres,  seminarlarda 
iştirak, təcrübələrin bölüşdürülməsi, professional tədris) fəaliyyəti;
5.  dini  (zəvvarlıq,  tarixi-mədəni,  din  və  mədəniyyətlərin  öyrə­
nilməsinə əsaslanan səyahətlər) turizm fəaliyyəti;
6.  qonaq  və  nostalji  (qohumları  görmək,  tarixi  yaşayış  ərazilə­
rinə  səyahət)  fəaliyyəti.
Turizmin  m üxtəlif  funksiyaları  da  vardır  ki,  onlara  aşağıdakılar 
aiddir:
bərpaedici  -   şəraitin  və  fəaliyyət  növlərinin  dəyişdirilməsi 
yolu  ilə insanın yorğunluq hislərindən azad olunması;
inkişaf etdirici  -   şəxsiyyətin  inkişafı  üçün  imkanların  (əhatə 
dairəsinin,  yaradıcılıq  və təşkilatçılıq fəaliyyətinin  genişləndirilməsi) 
verilməsi;
əyləncə  -  istirahət  edənlərə  əylənmək  üçün  imkanların  (yerli 
ərazi,  onun  sakinləri  ilə  tanışlıq,  konsert,  idman  və  digər  tədbirləri 
təşkil  etmək,  aktiv istirahət) verilməsi;
iqtisadi -  turistin tələb və təklifləri  əsasında meydana gələrək, 
əhalinin  əmək  qabiliyyətini,  məşğulluq  səviyyəsini  və  gəlirlərini 
təmin edir;
sosial  -  əhalinin  həyat  səviyyəsinin  artımı,  büdcənin 
paylaşdırılması və asudə vaxtın səmərəli  istifadəsi.
Səyahət  və  turizm.  Səyahət  və  turizm  bir-birinə  çox  yaxın 
anlayışlardır.  Ayrı-ayrı  şəxslər,  vahid  maraq  və  məqsəd  altında 
birləşən  qruplar,  tərkibində  bir  neçə  yüz  və  ya  min  mütəxəssis  olan 
hərbiçilər,  diplomat,  miqrant  və  qaçqın-köçkünlər  səyahət  edirlər. 
Ayrı-ayrı  xalqlar  üçün  səyahət  -  əsrlərlə  formalaşmış  və  yaşayış 
yerinin  iqlim  xüsusiyyətlərinə  müvafiq  olaraq  həyat  tərzidir  ki, 
bunlara da köçəri tayfalara aiddir.
V.A.Kvartalnov  turizmin  səyahətdən  fərqini  göstərən  5  əsas 
xüsusiyyəti ayırmışdır (2003):
1. 
Səyahətdən  fərqli  olaraq  turizm  -   kifayət  qədər  qısa  müd­
dət  ərzində  insanların  yerini  dəyişməsidir.  Hava  gəmilərində 
Transkontinental  uçuşlar  dövrünün  açılmasını  şərtləndirən  nəqliyyat 
vasitələrinin  inkişafı  dünyanın  demək  olar  ki,  istənilən  nöqtəsinə
14
getmək  imkanının  reallaşdırılmasına  şərait  yaratdı.  Statistikaya  görə 
istirahət  günlərində  (2-3  gün)  və  çox  da  uzun  olmayan  (6-7  gün) 
səfərlər xüsusi çəkiyə malikdirlər.
2.  Turizm  -   insanların  daimi  yaşayış  yerindən  müəyyən 
məqsədlərlə  digər  ərazi,  rayon,  şəhər  və  ölkəyə  getməsidir.  Daimi 
yaşayış  yeri  anlayışı  insanların  həmin  ərazidə  yaşama  müddəti  ilə 
müəyyən  edilməklə,  Vətəndaşların  Dövlət  Qeydiyyatı  Şöbələri 
vasitəsilə  tənzimlənməsi  başa  düşülür.  Qeyd  edək  ki,  gündəlik  yaşa­
yış  yerini  tərk  etmək  turizmə  aid  edilmir.  Daxili  turizmdə  müəyyən 
zaman  və  məsafə  qət  edərək  gündəlik  işə  gedən  insanların  turist 
hesab  edilməməsi  məsələsi  tədqiq  edilərək,  aşağıdakı  meyar  qəbul 
edilmişdir:  kiçik  şəhərlərdə  20-30  dəq.  və  bir  neçə  km  məsafə,  iri 
şəhərlərdə isə 3  saat və  50-100 km məsafə.
3.  Asudə  vaxt  anlayışı  -   turizmin  istirahət  vasitəsi  kimi 
ümumilikdə  izah  edilməsi  ilə  müəyyən  edilir.  Həmçinin,  bu  bəzi 
turizm növləri  (işgüzar turizm) üçün  münasib deyildir.
4.  Dövlətlər tərəfindən  turizm  üçün  qoyulan gömrük, vergi  və 
digər  rejimlərin  nəzarəti  altında  olan  turizmdə  fəaliyyət  növlərini 
dəqiq  ayırmağa  şərait  yaradan  turizmin  məqsədi  vacib  kateqoriya 
hesab  edilir.  Turizmin  əsas  məqsədlərinə  əyləncə  (attraktiv),  rekre­
asiya  və  dərketmə,  ikinci  dərəcəli  məqsədlərə  isə  müalicə-sağlamlıq, 
işgüzar və s.  aiddir.
5.  Turizm  —  əksər  ölkələrdə  iqtisadiyyatın  vacib  sahəsi 
olmaqla,  yerli  əhalinin  məşğulluğu,  otel  və  restoranların  müştəri  ilə 
dolması,  xarici  valyutanın  daxil  olmasını  təmin  edir.  Turizm  -   yerli 
turizm  ehtiyatlarının  istismarına əsaslanaraq,  həmin  region  və ölkəyə 
böyük həcmdə gəlir gətirir.
Beləliklə,  turizm  -   dəqiq  müəyyən  edilmiş  məqsədi  ilə 
səyahətin  xüsusi  və  kütləvi  halı  olmaqla,  turistlər  vasitəsilə  həyata 
keçirilir.  Turizmin  təşkili  və  reallaşması  isə  turizm  fəaliyyətidir. 
Turizm  sənayesinin  və  müxtəlif  sahələrin  müəssisələri  tərəfindən 
turizm  reallaşır.  Səyahət  -   məkan  və  zaman  çərçivəsində  insanın 
yerini  dəyişməsi,  səyahətçi  isə  məqsəd,  istiqamət  və  hərəkət
15


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə