Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə16/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   12   13   14   15   16   17   18   19   ...   122

Çin  səddini  göstərə  bilıərik.  Sədd  köçərilərlə  əkinçiləri  aylran  dəqiq 
sərhəddə  inşa  edilmişdir.  E.ə.  III  əsrdə  Xan  sülaləsinin  hökmranlığı 
illərində  səyahətlərin  intensivliyi  artır.  Buna  iki  amil  təsir  etdi: 
1 )ölkədə  yaxşı  inkişaf  etmiş  yollar  şəbəkəsi,  2)siyasi  həyatın 
liberallaşması.
Qədim  Çinin  ən  məşhur  səyahətçilərindən  biri  Sıma  Tsyan 
idi.  Onun  e.ə.l25-120-ci  illərdə  həyata  keçirdiyi  üç  böyük  səyahət 
məlumdur.  Birinci  -  Çinin  cənub-qərb  və  şimal-qərbinə.  Xuanxue 
çayının  aşağı  axarı  ilə  Sıma  Tsyan  Xuanxe  və  Yantzı  çaylarının 
vadisini  keçərək  Tayxu  gölünə  çıxır.  Yola  davam  edərək  Yantzının 
cənubundan  və  Çje  Etsizyandan  keçərək  Çinin  ən  cənub  vilayəti 
Xunana gəlir.  Geriyə yol  Syantsizyan  çayından,  Duntinxu  gölündən, 
Yantzmm aşağı axarından keçdi.
İkinci  -   cənub-qərbdə  Çinin  yenicə  işğal  etdiyi  ərazilərə. 
Sıçuan  və  Yunnan  əyalətlərindən  keçməklə  Sıma  Tsyan  Çinin  Birma 
ilə  sərhədinə  çatır.  Üçüncü  -   şimal-qərb  istiqamətində  Böyük  Çin 
səddi  boyunca  Qansu  əyalətinə.  Sıma  Tsyan  nəinki  səyhət  edər,  həm 
də  onu  ətraflı  təsvir edərdi.  Onu  “Çin  tarixşünaslığının atası”,  avropa 
ədəbiyyatında  isə  “çinli  Herodot”  adlandırırlar.  Onun  “Tarixi 
qeydləri”  özündən  sonrakı  tarixçilər  üçün  bir  növ  etalondur.  Sıma 
Tsyan  tərəfindən  Çinin  şimal  qonşuları  -  hələ  e.ə.  Ill  əsrdə  hərbi- 
tayfa  ittifaqı  yaratmış  Hunnlar  barədə  daha  ətraflı  məlumat 
verilmişdir.  Onun  əsərlərində  həmçinin  Çinin  cənub-qərb  qonşuları, 
məsələn  Koreyanın  coğrafi  xarakteri  barədə  məlumatlar vardır.  Sıma 
Tsyanın  əsərləri  avropa dillərinə tərcümə və çap edilmişdir.
İlk  səyyahlar  sırasında  təxminən  e.ə.  II  əsrdə  yaşamış  və 
imperator  sarayında  diplomatik  vəzifə  tutmuş  Çjan  Tsyanı  qeyd  edə 
bilərik.  Vəzifə  borcu  ilə  əlaqədar  o  tez-tez  xaricdə  olardı.  Onun 
səyahətləri  Sıma  Tsyan  tərəfindən  ətraflı  təsvir  olunmuşdur.  Çjan 
Tsyana  hunnlara  qarşı  köçəri  yueçjeni  tayfası  ilə  Çinin  hərbi 
ittifaqının  bağlanılması  həvalə  edilmişdi.  Bu  tapşırıqla  səfərə  çıxan 
Çjan Tsyan hunnlara əsir düşür, və  10  il  əsirlikdə qalır.
Əsirlikdən  qaçdıqdan  sonra  Qərbə  üz  tutur,  Mərkəzi  Tyan- 
Şandan  keçərək  İssık-Kul  gölünə  çatır.  Burada  öyrənir  ki,  yueçjeni
tayfası  Fərqanə  vadisinə  köçmüşdür.  Lakin  vadidə  də  onları  tapa 
bilmir, nəhayət Amudəryanın  orta axarında tayfaya çatsa da tapşırığa 
əməl  edə  bilmir.  Çünki  o  samana  tayfa  geniş  ərazilər  tutmuşdu  və 
ona görə də yeni  müharibə aparmaq  iqtidarında deyildi. Çjan Tsyanın 
geriyə  yolu  Pamirdən,  Təklə-Məkanın  cənub  ətəklərindən,  Lobnor 
gölündən  keçir.  Çinlə  sərhəddə  isə  yenidən  hunnlara  əsir  düşür. 
Yalnız iki ildən sonra yenidən əsirlikdən qaçaraq vətənə qayıdır.
Səyahət  edərkən  Çjan  Tsyan  daima  qeydlər  edərdi.  O, 
Buxaranı,  İli  çayı  vadisini,  Qırğızıstan  çöllərini,  Sırdəryadan  şimalda 
yerləşmiş müasir Qazaxıstanın  ərazisini təsvir etmişdir.  Çjan Tsyanın 
səyahəti  böyük  iqtisadi  əhəmiyyətə malik  idi.  Onun  keçdiyi  yollarla 
Çin  tacirlərə  qərbə  axmağa  başladı.  Onlar  nəinki  Orta  Asiya  və 
Hindistana,  eləcə  də  Kiçik  Asiya  ölkələrinə  və  Fələstinə  gedib 
çıxırdılar.  Digər  xalqlar  kimi  qədim  Çinlilər  də  çox  diqqətlə 
hazırlanmış coğrafi xəritələrə malik idilər.
Dövrümüzə  gəlib  çatmış  xəritələrdən  ən  qədimi  Xan 
sülaləsinin  hökmranlıq  illərinə  (e.ə.l68-ci  il) aid  edilir.  XX  əsrin  70- 
ci  illərində  ipək  üzərində  işlənmiş  iki  xəritə  tapılmışdır.  Onlardan 
biri  coğrafi,  digəri  isə  hərbi  xəritədir.  Çinlilər  kompas,  eləcə  də 
sutkanın  vaxtını  müəyyən  edən  cihaz  düzəltmişdilər.  Bundan  əlavə 
qədim  çinlilər  coğrafiyaya  dair  ədəbiyyata  malik  idilər.  “Çaylar 
kitabı”,  “Dənizlər  və  dağlar  haqqında  kitab”,  “Çinin  coğrafiyası 
kitabı” belələrindən  idi.
E.ə.l66-cı 
ilə 
aid 
salnamədə 
çinli 
tacirlərin 
Roma 
imperiyasına getməsindən  və orada imperator Mark Avreli  Antoni  ilə 
görüşlərindən  söhbət  açılır.  Çin  tacirləri  Orta  Asiyadan,  Yaxın 
Şərqdən,  Fələstindən  keçməklə  Qədim  Romaya yol  salmışdılar ki,  bu 
da  “Böyük  ipək  yolu”nun  başlanğıcını  qoymuşdur.  Lakin  Çinlilərin 
ən  yaxın  ticarət  tərəfdaşları  Hindistan yarımadasında yaşayan  xalqlar 
idi.
Qədim  Hindistanın  ərazisində,  daha  doğrusu  Hindistan 
yarımadasının  şimal-qərbində  e.ə  üçüncü  minillikdə  iki  sivilizasiya 
mərkəzi:  Xarappı  və  Moxendjo-Daro  mövcud  idi.  Elmə  onların 
mədəniyyəti  barədə  çox  az  məlumat  məlumdur.  Çünki  burada
60
61


yaşayan  xalqların  yazısı  indiyə  kimi  sirr  olaraq  qalır.  Ona  görə  də 
səyahətçilərin  adını  və  onların  konkret  marşrutunu  demək  mümkün 
deyildir.  Lakin  arxeoloji  tədqiqatlar  sübut  edir  ki,  Xarappı  və 
Moxendjo-Daro  sivilizasiyası  Mesopotamiya  və  Hind-Çinlə  intensiv 
ticarət etmişlər.
Bombey  yaxınlığında  qədim  tərsanənin  qalıqları  tapılmışdır. 
Onun ölçüləri  heyrət doğurur:  218.36  m.  Ölçülərinə görə  fınikiyadakı 
analoji  qurğudan  iki  dəfə  böyükdür.  Bizim  eranın  əvvəllərində 
hindlilər artıq  Sumatra,  Yava və  Malay arxipelaqının  digər adaları  ilə 
ticarət  edirdilər.  Bu  istiqamətdə  eyni  zamanda  hind  müstəmləkəsi 
genişlənir.  Hindlilər  çinlilərdən  xeyli  əvvəl  Hind-Çinin  mərkəzi 
rayonlarına soxulurlar.
Beləliklə  qədim  dünyanın  əsas  sivilizasiyalarında  müxtəlif 
məqsədlərlə  aktiv  səyahətlər  həyata  keçirilirdi.  Bəşəriyyət  inkişaf 
etdikcə  həyat  tərzi,  ənənələr  dəyişir,  mədəniyyətlərin  çulğalaşması 
baş  verir.  Hər bir mədəniyyət  mükəmməl  və nadir olsa da belə digər 
mədəniyyətlərdən 
ayrılıqda  mövcud  ola  bilmir.  Hər  bir  qədim 
mədəniyyət  müasir  mədəniyyətin  formalaşmasında  rola  malikdir. 
Şübhə  yoxdur  ki,  bütün  avropa  mədəniyyətinin  beşiyi  antik 
mədəniyyət  hesab  edilir.  Antik  mədəniyyət  haqqında  növbəti 
mövzumuzda.
Yoxlama suallar:
1.  Qodim  dövrlərdəki  səyahətlər  və  səyyahlar  haqqında  məlumatları  özündə  əks 
etdirən  mənbələri  sadalayın.
2.  Qodim  Şorqə səyahətlərin səbəbləri  hansılardır?
3.  Finikiyalıların  səyahətlərinin  əsas  motivlərini  sadalayın.
4.  Babilistan  haqqında nə bilirsiniz?
5. Qədim  Misirdə ekspedisiyalar hara  və hansı  məqsədlərlə yollanırdı?
6.  Qədim  Çindəki  səyahətlər haqqında nə bilirsiniz?
7. Qədim dövrün məşhur səyyahlarından kimləri tanıyırsınız?
Ədəbiyyat
1.  Грицкевич,  В.П.  История  туризма  в древности /  В.П.  Грицкевич  .  -  СПб.  : 
Невский Фонд, 2005  . -  326 с
2.  Соколова  М.В.  История туричиа.  М.:  Мастерство, 2002, 352 с.
62
2.2.  Antik dövrdə səyahətlər
Antik  dövr  özündə  bir  neçə  mərhələni  birləşdirir:  Arxaik 
(Krit-Minoy mədəniyyəti) dövrü;  Qədim Yunanistan sivilizasiyasının 
inkişafının  başlanğıcı  dövrü;  ellinist  dövrü  (Qədim  Yunanıstan  və 
qədim  Roma  sivilizasiyalarının  yüksəlişi  və  süqutu).  “Antik” 
sözünün latıncada tərcüməsi  “qədimlik”, “köhnəlik” mənasını verir.
Avropa  sivilizasiyasının  kökləri  çox  uzaqlara,  əfsanəvi  Krit 
mədəniyyətinə  (onu  Krit  çarı  Minosun  şərəfmə  Minoy  mədəniyyəti 
də  adlandırırlar)  gedib  çıxır.  Bu  torpaq  haqqında  əfsanə  və  dastanlar 
romantika  və  lirika  ilə  doludur.  Minotavr  labirintini,  Afina  çarı 
Eqeyin  (Egey  dənizi  onun  şərəfmə  adlandırılmışdır)  oğlu  Teseyin 
qəhrəmanlıqlarını,  Homerin  “ İlliada’sınm  qəhrəmanlarını  yada 
salmaq  kifayətdir  ki,  insan  özündə  xoş  əhval-ruhiyyə  hiss  etsin. 
Avropalıların  bütün  nəsilləri  bu  materiallar  əsasında  böyümüş  və 
onunla yaşamaqdadırlar.
E.ə.  III  minilliyin  ortalarında  Krit  adasında  meydana  gəlmiş 
Minoy mədəniyyəti  e.ə.XVIJ-XVl  əsrlərdə  özünün  yüksəlişinə  çatdı. 
Bu  zaman  Krit  donanması  Aralıq  dənizinin  şərqində  üstün  mövqeyə 
malik  idilər.  Hətta  misirlilər  gəmiləri  onlardan  icarəyə  götürürdülər. 
Gəmilərdə nəinki  matroslar,  həm  də sərnişinlər üçün(bir qayda olaraq 
yüksək  zümrəyə  mənsub  olanlar  üçün)  kayutalar  olurdu.  Gəmilər 
daima  Misir  və  qitə  (Balkan  yarımadasının  cənub  hissəsi)  arasında 
hərəkət edirdilər.
Kritin  paytaxtı  Knoss  şəhəri  (Müasir  İraklionun  yaxınlığında) 
idi.  1990-cı  ildən  başlayaraq  Knoss  və  Miken  Minoy  mədəniyyəti 
üzrə  arxeoloji  tədqiqat  mərkəzinə  çevrilmişdir.  Knossdakı  şah 
sarayının  qalıqları  daha  çox  maraq  kəsb  edir.  Bu  divarları  rəsmlərlə 
bəzədilmiş  çoxlu  otaqları,  keçidləri,  dalanları,  yanlış  çıxışları  və 
yeraltı  kommunikasiyaları  (labirintlər  haqqında  əfsanədə  öz  əksini 
tapmışdır),  çoxsaylı  sitayiş  qurğuları,  səcdəgahları  və  qurbangahları 
olan nadir tikilidir.
Kritiyalıların 
əvvəllər 
ieroqliflər, 
sonradan 
isə 
xətti 
formasında  yazıları  olsa  da  bu  günə  qədər  onları  oxumaq  mümkün
63


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə