Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə122/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   114   115   116   117   118   119   120   121   122

Üçüncüsü,  Bu,  elmi  turizm  tədqiqatları  sahəsində  fəaliyyət 
göstərən  təşkilatlardır.  Belə  təşkilatlardan  aşağıdakıları  göstərmək 
olar:
Turizm  və  səyahətlər  sahəsində  tədqiqatlar  assosiasiyası 
(TTRA);
Turizm  sahəsində  Beynəlxalq  elmi  ekspertlər  assosiasiyası 
(AIEST).
Turizm  və  səyahətlər  sahəsində  tədqiqatlar  assosiasiyası 
(TTRA)  turizm  tədqiqatları  üzrə  öz  sahəsinin  lideri  olan  peşəkar 
Beynəlxalq  mütəxəssislər  təşkilatıdır.  TTPA  1970-ci  ildə  təsis 
edilmiş  və hazırda elmi  və  marketinq  tədqiqatları  üzrə mütəxəssisləri 
birləşdirir.  Assosiasiyanın  məqsədi  keyfiyyətin  yüksəldilməsi  və 
turizm  marketinqi,  planlaşdırma  və  inkişafın  səmərəliliyini  artırmaq 
üçün  elmi  və  marketinq  tədqiqatları  üzrə  informasiyanın  açıqlığını 
təmin  etməkdir.
TTPA-nın  vəzifələri:  turizm  tədqiqatları  standartlarının 
müəyyənləşdirilməsi  və  tətbiqi;  turizm  tədqiqatları  və  marketinq 
informasiyasının  keyfiyyətinin  təmin  edilməsi;  turizm  tədqiqatları 
məqsədilə  informasiya  mənbələrinə  buraxılışa  kömək;  tədqiqatlar, 
marketinq  və  planlaşdırma  sahəsində  bacarıq  və  biliklərə  yiyələn­
məni  təmin  etmək;  tədqiqatlar  sahəsində  mütəxəssislərin  qarşılıqlı 
fəaliyyəti  üçün  şərait  yaratmaq;  ali  təhsil  müəssisələrində  turizm 
tədqiqatları  proqramlarının  işlənib  hazırlanmasına  yardım  etmək  və 
s.  TTPA-nm  Avropa, ABŞ və  Kanadada ofisləri  vardır.
Qeyd edilən  təşkilatlar Turizm  fəaliyyətinin  əlaqələndirilməsi 
üçün  müxtəlif  konfranslar,  Assambleyalar,  görüşlər,  toplantılar, 
konqreslər,  seminarlar  və  s.kimi  tədbirlər  keçirirlər.  Bununla  belə. 
Turizm  fəaliyyətinin  inkişafında  mühüm  rol  oynayan  ən  mötəbər  və 
nüfuzlu  beynəlxalq  tədbirlərdən  beynəlxalq  turizm  birjaları,  yarmar­
kaları,  sərgilər,  salonları  göstərmək  olar.
Belə  beynəlxalq  tədbirlərin  əsas  məqsədi  aşağıdakılardır: 
müxtəlif  firmaların  turizm  məhsulları  ilə  tanışlıq;  turist  xidmətinə 
tətbiqin  öyrənilməsi;  işgüzar  əlaqələrin  qurulması;  kommersiya 
sövdələşmələri  bağlamaq  və  müqavilələr  imzalamaq;  informasiya
484
mübadiləsi; reklam və turizm  məhsulunun təbliği.
Bunlar ümuındünya  və  ya  regional  xarakter daşıya  bilər,  illik 
beynəlxalq  sərgi  və yarmarkalar daha  mühüm  əhəmiyyət kəsb edir və 
ilin  müəyyən  vaxtında  -   qabaqcadan  elan  edilmiş  tarixdə  yay  və  qış 
mövsümü ərəfəsində keçirilir və  1  gündən  7 günədək davam  edir.
Onlar mətbuat  konfransları,  ədəbiyyat  (prospektlər,  bukletlər, 
açıqcalar,  təqvimlər,  xəritələr,  sxemlər,  soraq  kitabçaları),  nişanlar, 
breloklar,  digər suvenir məhsulları,  turizm  inventarı  və  ləvazimatının 
sərgisi,  mütəxəssis  məsləhətləri, 
reklam  rolikləri,  video  və 
kinofilmlərə baxışlarla, turist yarışları,  konsertlərlə müşayiət olunur.
Dünyada  ən  mötəbər  turizm  sərgisi  Beynəlxalq  Turizm 
Birjasıdır  (ITB).  1966-cı  ildən  hər  il  mart  ayında  7  gün  ərzində 
Berlində  keçirilir.  Bir  gün  yalnız  peşəkar  iştirakçılar  üçün  ayrılır, 
qalan günlər isə birja hamının  üzünə açıqdır.
Burada  turizm  üzrə  dövlət  nazirlikləri,  idarələri,  komitə  və 
şuraların  nümayəndələri,  milli  və  regional  turizm  təşkilatları,  turizm 
firmaları,  turist  operatorları  və  turizm  agentləri,  mehmanxanalar  və 
mehmanxana  zəncirləri,  avia  və  kruiz  şirkətləri,  sığorta  şirkətləri, 
ixtisaslaşmış nəşriyyatlar, radio  və tclcşirkətlər iştirak edir.
Birja  çərçivəsində  xarici  təşkilat  və  kommersiya  turizm 
şirkətləri  arasında danışıqlar aparılır.
Danışıqlarda  əməkdaşlıq,  informasiya  mübadiləsi,  xarici 
nümayəndələrin  işi  məsələləri  müzakirə  edilir.  Birjanın  fəaliyyəti 
dövründə  konfranslar,  simpoziumlar,  turizmin  inkişafı  məsələlərinə 
dair  qəbullar  təşkil  olunur,  birjanın  işini  kütləvi  informasiya 
vasitələrində  daha  geniş  işıqlandırmaq  üçün  jurnalistlər  akkreditə 
olunur.
Londonda  üm um dünya  səyahətlər  bazarı  1980-ci  ildən  hər 
ilin  noyabr-dekabr  aylarında  5  gün  ərzində  turizm  firmaları,  turizm 
sənayesi  və  informasiya  vasitələri  nümayəndələrinin  iştirakı  ilə 
keçirilir.  Sövdələrin  bağlanması  ilə  yanaşı  London  bazarının  mühüm 
vəzifəsi  turizm  sahəsində yeniliklərlə tanışlıqdır.
Beynəlxalq  turizm  yarmarkası  (FITLIR)  1981-ci  ildən  hər 
ilin  yanvar  ayında  Madriddə  6  gün  ərzində  keçirilir.  İştirakçılar:
485


turizm  firmaları,  mehmanxana birlikləri,  aviaşirkətlər.  Yarmarka xalq 
mahnıları  və  rəqsləri  festivalı,  turizmə  dair  reklam  filmlərinin 
nümayişi  ilə müşayiət olunur.
Leypsiq  səyahətlər  yarmarkası,  Beynəlxalq  turizm  və 
səyahətlər salonu (hər il  fevralın  ortalarında  7-10 gün  ərzində Parisdə 
keçirilir),  Milanda  Beynəlxalq  turizm  birjası  (fevralın  ikinci 
yarısında  5  gün  ərzində),  Asiya  regionu  ölkələrinin  Beynəlxalq 
turizm  sərgisi  (Honkonq),  Beynəlxalq  turizm  yarmarkası  (Çikaqo), 
«Turizm»  beynəlxalq  sərgisi  (Höteborq),  Beynəlxalq  turizm  sərgisi 
«Filokseniya» (Saloniki) və s.  böyük nüfuza malikdirlər.
«Puteşestviya  i  turizm»  («Səyahətlər  və  turizm»)  Moskva 
beynəlxalq sərgisi (MITT) də geniş şöhrət qazanmışdır.  Bu sərgi  1984- 
cü ildən başlayaraq hər ilin mart ayında 4 gün ərzində keçirilir.
2002-ci  ilin  may  ayından  başlayaraq  Azərbaycanda  da  hər  il 
ənənəvi olarq (A1TF) sərgilər keçirilir.
Ticarət  turizm  sərgiləri,  yarmarkalar,  salonlar  və  birjalar 
beynəlxalq  turizmin  inkişafının  tənzim  olunmasında  müəyyən  rol 
oynayırlar,  çünki  onların  fəaliyyəti  zamanı  milli  turizm  təşkilatı, 
turizm  xidmətləri  tədarükçüləri,  mötəbər  turizm  operatorları  və 
turizm  agentlikləri  nümayəndələrinin,  xidmətlərin  potensial  istehlak­
çılarının  çoxsaylı  əlaqələri  qurulur;  geniş  informasiya  mübadiləsi  baş 
verir;  şirkətlər  arasında  əməkdaşlıq  haqqında  müqavilələr,  şirkət  və 
müştərilər  arasında  sazişlər  imzalanır  və  bütün  bunlar  əsas 
beynəlxalq  sənədlərə  müvafiq  tərtib  olunurlar.  Həmin  sənədlərə 
misal  olaraq  Beynəlxalq  əmtəə  alqı-satqısı  müqavilələri  haqqında 
BMT  Konvensiyası  (1980),  Beynəlxalq  kommersiya  müqavilələri 
prinsipləri  (Beynəlxalq  fərdi  hüququn  vahid  şəklə  salınması  təsisat), 
1984),  Turizm  agentlikləri  və  müştərilərin  imzalayacağı  standart 
müqavilə  (1995),  Səyahət  müqaviləsi  üzrə  Beynəlxalq  Konvensiya 
(FUAAV/MQA,  1970),  mehmanxana  sahibləri  və  turizm  agentlik­
lərinin  bağlayacağı  müqavilə  ilə  bağlı  Beynəlxalq  mehmanxana 
konvensiyası  (MQA/FUAAV,  1979),  Beynəlxalq  turizm  vauçcri  və 
digər  aktları  göstərmək  olar.  Turizm  sərgiləri,  yarmarkaları  zamanı 
turizmin  inkişafında  qarşıya  çıxan  problemlər  aşkar  edilir,  bunlar
486
turizm  sənayesinin  ayrı-ayrı  bölmələrində  və  ya  bütövlükdə  dövlət 
səviyyəsində  vəziyyətin  düzəldilməsi  üzrə  təshihedici  tədbirlərin 
işlənib hazırlanması  zamanı  nəzərə alınır.
Yoxlama suallar:
1.  BMÜTT-nin yaranma tarixi  vo strukturu haqqında no bilirsiniz?
2.  İATA-nm məqsədlərini sadalayın
3.  Regional turizm təşkilatlarım  sadalayın
4.  Salıo xarakterli turizm təşkilatlarının məqsədlərini misallarla göstərin.
5.  Beynəlxalq turizm tədbirləri hansılardır?
Ədəbiyyat
1. http:/'wwvv2.unwto.org/
2.  httpı'/vvvvvv.iata.org/about/members/Pages/incle.x.aspx
3.  http://vvwvv.pata.org/about-pala/
4. http://wvvvv.hotrec.eii/aboiil-us/inembership.aspx
5. http://www.wata.net/eounlries.asp
6. hıtp://w ww.ttra.eom/about-ux/profilc/
1 0 . 6 .  
T u r i s t   v ə   e k s k u r s i y a ç ı n ı ı ı   t ə h l ü k ə s i z l i y i n i   t ə l ə b   e d ə ı ı
q a y d a l a r
Bütün  Dünyada  tıırist  xidmətləri  və  onların  göstərilmə  şəraiti 
turistlərin  sağlamlıqlarına,  əmlaklarına  və  ətraf mühitə təlıliikə yarat­
madan  tələb  edən  qaydalara  əməl  olunması  ilə  həyata  keçirilməsi 
məcburi  hesab olunur.  Turizmin  təşkilində  və  onun  həyata  keçirilmə­
sində  ekskursiya  xidməti  də  mühüm  rol  oynayır.  Odur  ki,  turistin  və 
ekskursiyaçının  təhlükəsizliyini  tələb  edən  qaydalar  müəyyən 
edilmişdir.  O qaydalara aşağıdakılar aid  edilir.
İlk  olaraq  istənilən  turist  səfərə  çıxarkən  yeni  həyal 
təcrübəsini  əldə  etməklə  yanaşı,  özünü  təhlükəsiz,  hiss  etməlidir.  Bu 
эп  vacib  həyat  əhəmiyyətli  şərtlərdən  biridir.  Xüsusi  ilə də  şəxsin  hər 
hansı  bir yeni  xarici  ölkəyə səyahəti  zamanı  bu  daha  önəmli  olur.
1996-cı  ildə  Ümumdünya  Turizm  Təşkilatı  tərəfindən  qəbul 
edilmiş  qətnamədə  “Turist-ekskursiya  xidmətləri.  Turistlərin  və
487


ekskursantlarm  təhlükəsizliyinin  təmin  olunması  üzrə 
tələblər” 
1.07.1994  ildən  qüvvədə  olan  turist  xidmətlərinin  məcburi  qaydası 
haqqında  şəhadətnamənin  qüvvədə  saxlanılmasını  tövsiyə  etmişdir. 
Sənəddə  təşkilatı-hüquqi  formasından  asılı  olmayaraq  vətəndaşlara 
turizm  xidmətləri  göstərənlərə  tələb  olunan  standart  qaydalar  əks 
olunmuşdur.  Turizm  xidmətlərinin  göstərilməsi  zamanı  standartına 
uyğun  olaraq  məqbul  risk  səviyyəsi  həm  fövqəladə  hallarda  (təbii 
fəlakətlər  zamanı  və  s),  həm  də  adi  şəraitdə  turistlərin  həyatı  və 
sağlamlığı  üçün  təmin  olunmalıdır.  Turist-ekskursiya  xidmətləri 
zamanı  insanların  həyatı  və  sağlamlığı  üçün  risk  halları  aşağıdakı 
hallarda yarana bilir:
-  risk mənbələri  mövcud olduqda;
-  risk  mənbəyinin  insan  həyatı  üçün  təhlükəli  həddə  olması 
ehtimalını  müəyyənləşdirdikdə.
Zərərli  amilləri  (risk  amilləri)  turizmdə  aşağıdakı  kimi  təsnif 
edilə bilər:
-m üxtəlif formalarda zədələnmələr;
-ətraf mühitin  təsiri;
-yanğın  təhlükəsi;
-bioloji təsirlər;
-psixofizioloji  yüklənmələr;
-təhlükəli radiasiya;
-kimyəvi təsirlər;
-toz və tüstülər artması;
-digər amillər;
-xüsusi  risk amilləri.
Ayrı-ayrılıqda  zərərli  amillərin  (risk  amilləri)  xüsusiyyətlərini 
nəzərdən  keçirək.
Zədələmə  o  hallarda  baş  verir  ki,  maşın  və  mexanizmlərin  hərəkəti 
zamanı  əşyalar yerini  dəyişsin,  turizm  fəaliyyətinin yerinə yetirilməsi 
üçün  erqonomik  şərait 
olmasın,  hərəkət  istiqamətində  mürəkkəb 
relyef  olsun,  dağ  süxurlarının  (sürüşmələr,  sellər,  düzənliklər) 
yerdəyişmələri  baş  versin,  rahat  geyim  əşyaları  olmasın  (narahat 
ayaqqabı,  həddindən  artıq  dar  geyimlər  və  s.)  və  sair.  Baş  verə
488
biləcək  zədələrin  qarşısını  almaq  və  yaxud  da  onun  təsirini  azaltmaq 
üçün görülə biləcək tədbirlərə aid ola bilər:
-hərəkətdə  olan  maşın  və  mexanizmlərdo  əşyaların  yer  dəyişməsinin 
qarşısını  almaq  üçün  onları  bərkitmək,  tutacaqlardan,  qoruyucu 
vasitələrdən  istifadə etmək,  (geyim  əşyaları  dağ və sürüşkən ərazilərə 
uyğun  seçilməlidir),  ərazilərin  kanat yollarında,  dağlarda,  çarhovuz­
larda, dağ xizək yollarında təhlükəsizlik tədbirlərinə əməl olunmaqla; 
-Fərdi  mühafizə  (turist  marşrutunun  mürəkkəb  sahələrinin  kəsişməsi 
vaxtı  mühafizə  üçün  kəndir,  baş  dəbilqələri,  buz  qırmaq  üçün  alət, 
müxtəlif qarmaqlar) vasitələrindən  istifadə etməklə;
-turist təchizatına və inventarlara erqonomik tələblərə riayət etməklə; 
-yerləşmə  yerləri  və  ictimai  binalarda  təhlükəsizlik  qaydalarına, 
normalarına,  nəqliyyat vasitələrinin texniki  vəziyyətinə riayət etmək, 
turistlərin  daşınmaları  üçün  istifadə  edilən  nəqliyyat  vasitələrinin 
texniki vəziyyətinə nəzarət etməklə;
-istifadə  edilən  inventarın  və  avadanlıqların  (liftlər,  qaldırıcı 
mexanizmlər, arabalar və başqa)  istismarı qaydalarına riayət etməklə;
ehtimal  oluna  bilən  risk  amilləri  barədə,  onlardan  necə  xilas 
olmaq,  zədələnmə  hallarında  hansı  təcili  tədbirlərin  görülməsi  və  s. 
haqqında turistləri  qabaqcadan  məlumatlandırmaq  və s.
Ətraf  mühit  təsirləri  üçün  müəyyən  qaydalara  əməl  olunmalıdır. 
Məlumdur  ki,  ətraf  mühitin  insan  orqanizminə  təsiri  kimi, 
temperaturun,  nəmliyin,  təzyiqin,  küləyin,  yağıntının  kəskin  yüksək 
və yaxud aşağı  olması  ilə qiymətləndirirlər.  Mikroiqlimi  göstəriciləri, 
eləcə  də  otaqlarda  və  turistlərə  xidmət  edən  (yataq,  iaşə,  klub  və 
digər)  nəqliyyat  vasitələrində  quraşdırılmış  sanitar-gigiyena  şəraiti 
tələblərə  cavab  verməlidir.  Riskin  bu  amilinin  zərərli  təsirlərinin 
aradan qaldırılması  üçün:
-  turist  tədbirinin  keçirilməsi  üçün  ilin  əlverişli  fəsli,  günü 
seçilməlidir;
-  səmərəli  turist marşrutları  planlaşdırılmalıdır;

rayonun  hava  xüsusiyyətləri  nəzərə alınmalıdır;
-  gözlənilməyən  xoşagəlməyən  hava  şəraitindən  sığortalanmaq 
üçün stğınacaqlı  marşrutlar seçmək;
489



xüsusi  mühafizəsi  olan  nəqliyyat  vasitələrindən,  sığınacaqlardan 
və  xəbərdaredici  qurğusu  olan,  soyuducu və  yaxud  qızdırıcıya malik 
yerləşmə yerlərindən istifadə etmək;
fərdi  mühafizə  vasitələri,  o  cümlədən  müvafiq  avadanlıqlarla 
turistləri təmin etmək;

marşrutda 
(iqlim 
şəraiti, 
hündürlüklər 
fərqləri) 
real 
və 
proqnozlaşdırılan  şərtlər  haqqında  turistlərə  vaxtında  məlumat 
vermək.
Xidmətin 
obyektlərinin  yanğın  təhlükəsizliyinin  təsdiq 
edilmiş  normativ  sənədlərinə,  təhlükəsizlik  tələblərinə  ciddi  riayət 
olunmalıdır.
Bioloji  amillər  kimi  (patogen  mikroorqanizmlər  və  onların 
həyat  fəaliyyətinin  məhsulları,  zərərli  mikroorqanizmlər,  sürünən 
zəhərli  bitkilər,  həşəratlar,  heyvanlar,  yoluxucu  xəstəliklərə  səbəb 
olan  bakteriyalar  və başqa  zərərli  bioloji  aləm,  çirkli  su  mənbələri  və 
s.) zərərli risklərdən xilas  olmaq  üçün  turistlərə aşağıdakı  məlumatlar 
verilməlidir:

müəyyən  edilmiş  sanitariya  normalarının  və  xidmət  qaydalarına 
riayət edilməsinə;

dezinfeksiya  üçün  avadanlıqların  və  preparatların  tətbiqi, 
dezinseksiyalar, 
sterilləşdirmələr 
(dölsüzləşdirmələr), 
istehsal 
proseslərinin avtomatlaşdırması;

obyektlərdə 
turistlərə 
(qablar, 
mətbəx  avadanlığı, 
su 
mənbələrindən  istifadə)  xidmət  göstərilməsi  zamanı  istifadə  olunan 
qurğuların  təchizatı,  markalanması  və  zəruri  təhlükəsizlik  nişanları­
nın  izahı;

xidmət  göstərən  heyətin  təyin  olunmuş  müddətdə  tibbi  müayinə­
dən  keçməsi;

Təhlükəli  heyvanlar,  balıqlar,  sürünənlər,  bitkilər,  onların 
yayılma  arealları 
ilə  üst-üstə  düşən  turist  marşrutu  barədə 
qabaqcadan  turistləri  məlumatlandırmaq.  Sadalananlardan  zədə 
aldıqda 
ilkin 
təcili  yardım 
formaları 
haqqında 
turistləri
məlumatlandırmaq.
490
Riskin  psixofizioloji  amilləri  -   bu  fiziki  və  ruhi-əsəb 
yüklənmələridir.  Psixofizioloji  amillərin  azaldılması  və  yaxud  da 
aradana  qaldırılmasına  aşağıdakı  hallara  əməl  etməklə  xilas  olmaq 
olar:

turistlərə  xidmət  proqramının  rasional  qurması,  yerdəyişmənin, 
çatdırmanın  qrafıkə  uyğun  olması,  normal  insan  həyatına  əməl 
olunması  (normal  yuxu,  qidalanma,  sanitar  və  məişət  ehtiyaclarının 
təmin olunması  )  ilə;

turist  qrupunun  formalaşması  vaxtı  turistlərin  psixofizioloji 
xüsusiyyətlərinin  nəzərə alınması  hesabına;
istifadə  edilən  turist  təchizatına  və  inventara  erqonomik  tələblərə 
riayət etməklə.
Təhlükəli  şüaya  aid  olur:  ultrabənövşəyi  şüa  dalğasından 
yüksək  radioloji  şüa.  Turist  marşrutlarında  ultrabənövşəyi  radiasiya 
təhlükəsi  haqqında  turistlərə  xəbərdarlıq  edilməlidir.  Həmin  şüanın 
hansı  halda  insan  orqanizminə  müsbət  və  yaxud  mənfi  təsirləri 
turistlərə  izah  olunmalıdır.  Fərdi  müdafiənin  təşkili  üçün  (baş 
geyimləri,  qoruyucu  kremlər,  geyimlər,  günəşdən  qoruyan  eynəklər) 
vasitələrdən  istifadəni  turistlərə tövsiyə olunmalıdır.
Riskin  kimyəvi  amillərinə  zəhərli,  qıcıqlandırıcı,  həssaslığı  artıran 
maddələr  daxildir.  Turistlərə  xidmətdə  belə  riskli  amillərin  qarşısını 
almaq  üçün  aşağıdakı  tədbirlərin  görülməsinə diqqət yetirilməlidir: 
-havada,  suda,  torpaqda,  qida  məhsullarında  və  başqa  bioloji 
mühitlərdə  zərərli  kimyəvi  maddələrin  qəbul  edilmiş  normada 
olmasına  müntəzəm  nəzarəti  həyata  keçirmək.
Yüksək  səviyyədə  toz  və  qaz  ilə  çirklənmə.  Turistlərə  xidmət 
zonalarında  havanın  zərərli  qaz  və  to/  maddələrlə  çirklənmə 
səviyyəsi  daim diqqətdə olmalıdır.
Digər  risk  amilləri.  Riskin  başqa  amillərinə  xidmət  və  onun 
nominal  xarakteristikası  haqqında  lazımlı  informasiyanın  olmaması­
dır.  Odur ki,  digər ehtimal  oluna  bilən  risk  amillərinə aid  ola  bilər:
Yoxlama suallar:
I.  Turist-ckskıırsiya  xidmətləri  /amanı  insanların  həyatı  və  sağlamlığı  üçün  nxk 
halları  hansılardır?
491


2.  Turist-ekskursiya xidmətləri  zamanı zərərli amilləri  sadalayın.
3.  Turist-ekskursiya  xidmətləri  zamanı  baş  vermə  ehtimalı  olan  zədələr  hansılar 
ola bilər?
4.  Turist-ekskursiya  xidmətləri  zamanı  baş  vermə ehtimalı  olan  zədələrdən  necə 
qorunmaq olar?
5. Turist-ekskursiya zamanı riskli amillərə hansılar aid ola bilər?
Ədəbiyyat
1.  Безопасность  туризма:  учебник / А.  Г.  Бобкова,  С.  А.  Кудреватых,  Е.  Л. 
Писаревский  ;  под  общ.  ред.  д-ра  юрид.  наук.  Е.Л.  Писаревского.  —  М.: 
Федеральное

Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə