Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə6/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   2   3   4   5   6   7   8   9   ...   122

2.  Ənənəvi  turistlər  -   zövq  həvəskarlarından  yüksək  həyat 
şəraitinin arzusunda olmadıqları ilə fərqlənməklə,  onlar üçün istirahət 
özünü tapmaq və şəxsiyyət kimi göstərmək imkanıdır;
3.  Ailəvi  turistlər  -   ailə,  dost  və  qohumların  əhatəsində  istirahət 
edərək,  sakit  şəraitə  əhəmiyyət  verir  və  münasib  qiymətə  olan 
xidmətlərdən yararlanırlar;
4.  Hərtərəfli  istirahət  edən  turistlər  -   əsasən  passiv  qrupa  aid 
olmaqla,  istirahət  zamanı  eksperimentlər  həyata  keçirməyi  üstün 
tutmayaraq,  ümumi  tərzi  saxlamağa  (çoxlu yatmaq,  dadlı  və  davamlı 
qidalanmaq, qısa məsafələrə piyada yürüş və s.) çalışırlar.
Tədqiqatın  məqsədindən  asılı  olaraq  müxtəlif turist  tipologiyası 
mövcuddur.  Daha  geniş  yayılmış  turist  tipologiyası  isə  alman 
mütəxəssisi  Q.Qana məxsusdur.  Q.Qan  6  turist tipi  ayırır:  S,  F,  W-l, 
W-2, A, B.
1.  S  turist  tipi  (almanca  Sonne,  Sand,  See  -   günəş,  qumlu 
çimərlik,  dəniz)  -turist  dəniz  kurortlarında  passiv  istirahətə,  sakitlik 
və komfort şəraitə üstünlük verir;
2.  F  turist  tipi  (almanca  Ferme  und  Flirtorientierter  Eriebnisur 
Lauber  -   uzaq  məsafələrə  səyahət)  -   cəmiyyət  əhatəsində  olmaq, 
zövq  almaq və  təəssüratların bir-birini  əvəz etməsi  əsas kredosu olan 
turist o ərazilərdə məzuniyyətini keçirir ki, orada nə isə baş verir;
3.  W -l  turist  tipi  (almanca  Wald  und  Wanderorientiert -  meşədə 
gəzinti  və  yürüş  həvəskarı)  -  məzuniyyətdə  aktiv  istirahət  və piyada 
yürüşə  önəm  verən  turist  istirahətdə  yaxşı  fiziki  formanın 
saxlanılmasına can  atır,  lakin  idmanla professional  səviyyədə məşğul 
olmur;
4.  W-2  turist  tipi  -   turist  həvəskar  deyil,  idmançı  olmaqla, 
uzunmüddətli  və  böyük  fiziki  güc-qüvvə  saxlayır,  landşaft-mədəni- 
tarixi meyarlar ikinci  əhəmiyyət daşıyır;
5. A turist tipi  (almanca Abentener -  macəra) -  macəra, risk, yeni 
təəssüratlar, gözlənilməz vəziyyətdə öz gücünü sınaqdan keçirmək və 
təhlükə istirahətdə turistin seçimini müəyyən edir;
6.  В  turist  tipi  (almanca  Bildung  und  Besichtigung  -   təhsil  və 
görməli  yerlərə  baxış)  -   turistlər  “ekspertlər”,  “emossionallar”,
20
“mütəxəssislər”  olmaqla,  3  qrupa bölünür və görməli yerlərə  səyahət 
edir, təbiətə, tarixə,  incəsənət və mədəniyyətə önəm verirlər.
Turistin motivlərinə aşağıdakılar aiddir:
yeni mədəniyyət və həyat tərzi,  qida və  adət-ənənə  ilə tanışlıq 
və öyrənmək;
əyləncə,  gecə  həyatı  ilə  tanışlıq,  yaxşı  kafe  və  restoranları 
görmək imkanı əldə etmək;
həyatın  digər  obrazlarında  olmaq,  vəsait  xərcləmək,  özünü 
yüksək səviyyədə hiss etmək;
ümumi şəraiti dəyişmək, stressi atmaq, istirahət etmək;
teatr, tamaşa, festival və karnavalların iştirakçısı olmaq;
yeni və maraqlı insanlarla görüşmək;
ölkədə biznes üçün potensial şəraiti öyrənmək;
şoppinq etmək, suvenir və hədiyyə almaq;
dənizdə istirahət etmək,  idmanla məşğul olmaq;
müalicə almaq;
dini-zəvvarlıq etmək;
qohum və dostlarla görüşmək.
Turistin məqsədlərinə aşağıdakılar aiddir:
zövq  almaq  və  istirahət  -   uzunmüddətli  dövr  ərzində  iş 
fəaliyyətində  yaranan  stressin  götürülməsi,  fiziki  və  mənəvi  gücün 
bərpası;
müalicə  və  sağlamlıq  -  kurort,  sanatoriya,  müalicə-sağlamlıq 
müəssisələrinə  səyahət,  mineral  sular,  iqlim,  müalicəvi  palçıq  və 
digər vasitələrlə müalicə;
işgüzar  -   konfrans,  iclas,  sessiya,  idman  tədbirlərində, 
konqres,  ticarət  yarmarkaları,  sərgilərdə  iştirak,  leksiya  oxumaq, 
konsert vermək, saziş imzalamaq, təhsil və elmi-tədqiqat fəaliyyəti.
Səyahətdə olan turistin aşağıdakı  hüquqları vardır:
ölkə  və  ya  müvəqqəti  gəlinən  ərazidə  yerli  əhalinin  adət- 
ənənəsi,  dini  mərasim,  müqəddəslər,  təbiət və tarixi-mədəni  abidələr, 
ətraf mühitin vəziyyəti haqqında dəqiq və lazımi  informasiya almaq;
21


ölkə  və  ya  müvəqqəti  gəlinən  ərazidə  qəbul  olunmuş 
məhdudlaşdırım  tədbirləri  nəzərə  alaraq,  hərəkət  azadlığı  və  turizm 
ehtiyatlarına yiyələnmək;
şəxsi 
təhlükəsizliyin, 
istehlakçı 
hüququnun, 
əmlakın 
mühafizəsinin  və 
maneəsiz  təcili-tibbi  yardımın  göstərilməsinin 
təmini;
müqavilənin  şərtlərinin  yerinə  yetirilməməsi  və  pərakəndə 
alqı-satqı  şəraitində  turoperator  və  turagentlik  tərəfindən  itkinin 
ödənilməsi  və mənəvi zərərin kompensasiyası;
ölkənin  hakimiyyət  və  yerli  idarəetmə  orqanları  tərəfindən 
hüquqi və digər köməyin alınması;
əlaqə vasitələrini maneəsiz əldə etmək imkanı.
Səyahətdə olan turistin aşağıdakı  vəzifələri vardır:
müvəqqəti  getdiyi  ölkə  və  ya  ərazidə  qanunları  nəzərə  alıb, 
yerli adət-ənənə və dini inanclara hörmət etmək;
ətraf  təbii  mühiti  mühafizə  etmək,  təbiət  və  tarixi-mədəni 
abidələrə həssaslıqla yanaşmaq;
ölkə  və  ya  müvəqqəti  gedilən  ərazidə  gəlmə  və  getmə 
qaydalarına əməl etmək;
səyahət  zamanı  şəxsi  təhlükəsizlik  və  əmlakın  qorunması 
qaydalarına riayət etmək.
Yoxlama suallar:
1.  “Turist” anlayışının müəyyən edilməsinə fərqli yanaşmalar.
2.  Turist hesab edilməyən səyahətçilərin ayrıldığı xüsusiyyətlər.
3.  Turistlərin səyahətdə aktivliyindən asılı  olaraq  bölündüyü qruplar.
4.  Turistlərin səyahətdə həyat tərzindən asılı olaraq ayrıldığı qruplar.
5.  Q.Qan tərəfindən ayrılan 6 turist tipi.
6. 
Turistlərin motivləri  və məqsədi.
7. 
Səyahətdə olan turistin hüquq və vəzifələri.
Ədəbiyyat
1.  Долженко Г.П. Основы туризма. М.-Р.Д., 2009, 310 с.
2.  Кабушкин Н И. Менеджмент туризма.  Мн., 2005,409 с.
3.  Организация туризма. Под редак. А.П.Дуровича. Мн., 2006, стр. 12-14.
22
1.3.  İnsan və cəmiyyət üçün turizmin əhəmiyyəti
Turizmə  bir  sıra  xarici  amillər  təsir  etməklə  yanaşı,  turizm 
özü  də  inkişaf  etdiyi  ölkə  və  regionlarda  iqtisadi,  siyasi,  ekoloji, 
sosial-mədəni  şəraitə  təsir  etmək  qabiliyyətinə  malikdir.  Həmçinin, 
bu  təsirlərin  müsbət  və  mənfi  tərəfləri  mövcuddur.  Y.F.Volkov 
turizmin  siyasi,  tərbiyəvi,  mədəni,  ictimai,  bioloji  və  iqtisadi 
əhəmiyyətini  ayırmışdır (2003):
Turizmin  siyasi  əhəmiyyəti.  Turizmin  siyasi,  xüsusilə 
beynəlxalq  əhəmiyyəti  dedikdə  müxtəlif  qitə  və  dövlətlərin 
sakinlərinin  dünyagörüşü  və  fikirlərinin  mübadiləsi,  onların  bir- 
birinə  yaxınlaşması  başa  düşülür.  Xalqlar  arasında  əlaqələrin 
yaranmasına  şərait  yaradan  turizm,  sülh  əməkdaşlığının  əsasım 
qoyaraq,  sülhün  möhkəmləndirilməsi  yolları  və  vasitələrindən  biri 
kimi  çıxış  edir.  Hər  hansı  bir  ölkə  və  onun  vətəndaşları  haqqında 
kitab,  radio,  kino,  internet,  televiziyadan  alınan  və  bəzən  doğru 
olmayan  informasiyadan  fərqli  olaraq  turizm,  ölkə  barəsində  daha 
dolğun  fikir  bildirməyə  imkan  yaradır.  Müvafiq  olaraq  ölkəyə 
səyahət  zamanı  yerli  sakinlərlə  turistlər  arasında  fikir  mübadiləsi 
doğru olmayan  informasiyanı  dəyişə bilər.
Turizmin 
tərbiyəvi 
əhəmiyyəti. 
Turizmin 
tərbiyəvi 
əhəmiyyəti  müxtəlif  ölkələrin  ərazisinə  səyahət  edərək,  oradakı 
ictimai  həyatı  müşahidə  edən,  iqtisadiyyat  və  mədəniyyət  sahəsində 
uğurlarla 
tanış 
olan 
səyahət 
iştirakçılarının 
dərketmə 
qabiliyyətlərinin artmasından  ibarətdir.
Turizmin  mədəni  əhəmiyyəti.  Turizmin  mədəni  əhəmiyyəti 
dedikdə  yeni  şəhərlər  və  onların  əhalisi,  tarixi,  adət-ənənələri, 
incəsənəti,  memarlığı,  teatr,  ədəbiyyat,  kino,  musiqi  sahəsində 
uğurları  ilə  tanışlıqdan  sonra  turistin  şəxsi  mədəni  səviyyəsinin 
yüksəlməsi,  həmçinin  xarici  dillər  üzrə  biliklərin  təkmilləşdirilməsi 
başa düşülür.
Turizmin  ictimai  əhəmiyyəti.  Turizmin  ictimai  əhəmiyyəti 
dedikdə  səyahət  iştirakçılarının  həmrəyliyi,  yoldaşlıq  və  qarşılıqlı 
qonaqpərvərlik,  özünü  sərbəst  aparmaq,  məsuliyyətli,  dəqiq  olmaq,
23


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə