Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə11/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   7   8   9   10   11   12   13   14   ...   122

Hadisə  turizmi  -   müxtəlif  əhəmiyyətli  ictimai,  həmçinin 
unikallığı,  ekzotikliyi  və  təkrarolunmazlığı  ilə  böyük  turist  kütləsini 
özünə  cəlb  edən  nadir  təbii  hadisələrlə  əlaqədar turizm  fəaliyyətidir. 
Hadisə  turizmi  bloku  mədəni,  idman,  etnoqrafik,  folklor,  sərgi  və 
digər  istiqamətlər  üzrə  tədbirləri  əhatə  edir.  Lakin,  keçirilən  bütün 
tədbirlər  hadisə  turizmi  blokuna  daxil  deyildir.  Belə  ki,  regiona  hər 
hansı  bir  gəlir  gətirən  və  onun  təbii  ehtiyat  potensialı  hesab  edilən 
hadisələr  bu  turizm  blokuna  aiddir.  Dünyada  hadisə  turizminin  əsas 
istiqamətləri  kimi  Qış  və  Yay  Olimpiya  oyunları,  kino  və  musiqi 
festivalları,  karnaval  və  milli  bayramlar,  aerokosmik,  avtomobil,  gül 
sərgiləri,  idman növləri üzrə tədbirlər çıxış edir.
Ekoloji turizm bloku təbiət turizmi  üzrə istiqamətlənən turizm 
növlərini  (piyada,  su,  velosiped,  at  belində,  speleoturizm,  kənd, 
dayvinq  və  s.)  əhatə  edir,  lakin  bu  növlərin  həyata  keçirilməsi 
ekoturizm prinsiplərinə uyğun olmalıdır.
İşgüzar  turizm  bloku  konqres  (elmi  konqres,  konfrans  və 
seminarlarda  iştirak  etmək  üçün  səyahət),  yarmarka  (sərgi  və 
yarmarkalara 
səyahətlər) 
və 
insentiv-turizm 
(işdə 
yüksək 
göstəricilərinə  görə  əməkdaşların  müəssisə  tərəfindən  səyahətə 
göndərilməsi) növlərini əhatə edir.
N.İ.Kabuşkin  turizmin  idarəetmə  sistemində  7  turizm növünü 
ayırır (2005):
-  İstirahət məqsədilə turizm.  Bu növ  qısamüddətli  və ya daha  çox 
davam  edən  istirahətə  əsaslanaraq,  orqanizmin  fiziki  və  psixoloji 
cəhətdən  bərpası  məqsədini  daşıyır.  Həmçinin,  bu  qrupa  təbii 
amillərin  — torpaq,  iqlim  və  dəniz  suyunun  istifadəsi  ilə  müalicənin 
aparıldığı  kurort turizmi də aiddir.
-  Mədəniyyətin  öyrənilməsi  məqsədilə  turizm.  Bu  növ  yad,  özgə 
mədəniyyətin  dərk  edilməsinə  əsaslanaraq,  dərketmə  və  zəvvarlıq 
turizmlərinə  bölünür.  Dərketmə  turizmi  tarixi-mədəni  və  ya  coğrafi 
görməli  yerlərə  səyahəti  əhatə  edir.  Zəvvarlıq  turizminin  məqsədi 
xüsusi dini əhəmiyyət daşıyan yerlərə səyahətdir.
-  İctimai  turizm.  Bu  növ  qohum,  tanış  və  dostları  görmək 
məqsədilə  səyahət olmaqla,  klub turizmini  də əhatə edir.
40
-  İdman  turizmi.  Bu  növ  idman  tədbirlərində  aktiv  və  yarışlarda 
tamaşaçı  qismində passiv  iştirak məqsədilə səyahətdir.
-  İqtisadi  turizm.  Bu  növ  işgüzar  və  kommersiya  maraqları  ilə 
(birja, sərgi, yarmarka və s.  getmək) həyata keçirilən səyahətdir.
-  Sosial  turizm.  Bu  növ  dövlət  orqanları,  qeyri-dövlət  fondları  və 
digər  xeyriyyəçi  təşkilatlar  tərəfindən  sosial  dəstək  baxımından 
məktəbli,  tələbə,  təqaüdçü,  müharibə  və  əmək  əlillərinin  səyahət 
etmələri üçün ayrılan subsidiyalar sayəsində formalaşır.
-  Konqres  (siyasi)  turizm.  Bu  növ  diplomatik  (konqreslərdə 
iştirak)  və  siyasi  (siyasi  hadisə  və  tədbirlərdə  iştirak)  turizmlərə 
ayrılır.
A.S.Kuskov,  V.L.Qolubeva,  T.N.Odinçova  turizm  formalarının 
aşağıdakı  şəkildə təsnifatını  vermişlər (2005):
-  Turistlərin  mənşəyinə  görə  turizm.  Bu  forma  beynəlxalq  və 
daxili  turizmə  ayrılmaqla,  burada  turistin  “mənşəyi”  dedikdə  onun 
milliyəti  və  ya  doğulduğu  ərazi  deyil,  yaşayış  yeri  və  işi  nəzərdə 
tutulur.
-  Təşkil  olunmaya  görə  turizm.  Bu  forma  özfəaliyyət(turistlərin 
özləri  tərəfindən  reallaşır)  fərdi,  kollektiv  və  konveyr  (xidmətlər 
dəstinin vahid qiymətdə təqdim edilməsi) turizmlərə ayrılır.
-  Səyahətin  davamlılığına  görə  turizm.  Bu  forma  turistin  gəldiyi 
ərazidə  keçirdiyi  vaxta  aid  olmaqla,  birgünlük 
və  gecələmə  ilə 
səyahətə  (1-3  gecəlik,  4-7  gecəlik,  8-28  gecəlik,  29-91  gecəlik,  92- 
365  gecəlik)  ayrılır.  Bu  formaya  davamlı  olmayan  səyahətlər  -  
tranzit  turizm  (turistin  getdiyi  səyahət  zamanı  yolda  dayanması), 
birgünlük  turizm  (gündüz  vaxtı  davam  etməklə,  turistin  gecələməsi 
baş  vermir)  və  qısamüddətli  turizm  (işgüzar  turizm  və  istirahət 
(həftəsonu) günlərində səyahəti  əhatə edir) aiddir.
-  Səyahət  edənlərin  yaşına görə turizm.  Bu  forma  valideynləri  ilə 
birlikdə  səyahət  edən  uşaqlar  (15  yaşa  qədər),  cavan  (15-24  yaş), 
nisbətən  cavan  iqtisadi  aktiv  əhali  (25-44  yaş),  orta  yaşlı  iqtisadi 
aktiv əhali  (45-64 yaş),  təqaüdçü (65  və daha çox  yaş) turistləri  əhatə 
edir.
41


-  Nəqliyyat  vasitələrinə  görə  turizm.  Bu  forma  turistin  bir 
ərazidən  digərinə  yerdəyişməsi  ilə  əlaqədar  olaraq,  hava,  avtobus, 
dəmiryol,  avtomobil və dəniz nəqliyyatı ilə turizmlərə ayrılır.
-  İlin  fəsillərinə görə turizm. Bu forma turist xidmətlərinə tələb və 
təklifin il  ərzində tərəddüdünü əks  etdirməklə, mövsüm (səyahətlər 
maksimum səviyyədə olur) və mövsümarası  (səyahətlərin göstəricisi 
aşağı  enir) turizmlərə ayrılır.
Yoxlama suallar:
1. 
Turizmin növ, tip, kateqoriya və formalara görə təsnifatı.
2.  Turizm  növlərinin  daxili  meyarlara,  turizm  formalarının  isə  xarici  meyarlara 
görə təsnifatı.
3.  Turizm tiplərinin turistin milli mənsubiyyətinə görə müəyyən edilməsi.
4.  “Daxili turizm” və “Beynəlxalq turizm” anlayışlarının fərqi nədədir?
5. 
Müxtəlif  tədqiqatçılar  tərəfindən  turizmin  fərqli  meyarlara  görə  təsnifatı 
necədir?
Ədəbiyyat
1. 
Александрова А.Ю. Международный туризм.  M., 2002, 461  с.
2. 
Биржаков М.Б.  Введение в туризм.  М.-С.-П., 2006,  192 с.
3.  Долженко Г.П. Основы туризма. М.-Р.Д., 2009, 319с.
4. 
Кабушкин Н.И. Менеджмент туризма.  Ми., 2005 ,  409 с.
5. 
Кусков  А.С.,  Голубева  В.Л.,  Одинцова  Т.Н.  Рекреационная  география. 
М., 2005, 496 с.
6.  Туризм  и  гостиничное  хозяйство.  Под  редак.  Л.П.Шматько.  М.-Р.Д., 
2005, 346.
1.6.  Davamlı  turizm  və  ətraf mühitin  mühafizəsi
Davamlı  və  yaxud  «Davamlı  inkişaf»  termini  ətraf mühit  və 
inkişafa  dair  Beynəlxalq 
Komissiya  (Bruntland  komissiyası) 
tərəfindən  1987-ci  ildən  işlədilməyə  başlanmışdır.  Davamlı  inkişaf 
hazırkı  dövrdə  insanların  bütün  tələbatları  ödəməklə  yanaşı,  gələcək 
nəsillərin  də  öz  tələbatlarını  ödəmək  qabiliyyəti  və  istəyini  təhlükə 
altına  almayan  XXI  əsr  çağırışıdır.  Dünyada  gedən  qloballaşma
42
şəraitində  insanların  qarşısında  duran  vacib  problemlərdən  biri  də 
davamlı  iqtisadi  inkişafın  hansı  yollarla təmin edilməsindən ibarətdir. 
Bu  baxımdan  da  1992-ci  ildə  Birləşmiş  Millətlər  Təşkilatının 
təşəbbüsü  ilə Rio-de-Janeyro konfransında qəbul  edilmiş və Davamlı 
inkişaf  üzrə  öz  milli  strategiyasını  hazırlamaq  üçün  «XXI  əsrin 
gündəliyi»  adlanan XXI  əsr üçün  dünya ölkələrinin iqtisadi,  sosial və 
ekoloji  aspektlərini  əhatə  edən  inkişaf konsepsiyasının  hazırlanması 
tövsiyə olundu.
Bu  konfransda  müasir  cəmiyyətin  davamlı  inkişafa  keçmə 
konsepsiyası  qəbul  edildi.  “Davamlı  inkişaf’  termini  ingiliscə 
“sustainable  development”  terminin  tərcüməsi  kimi  qəbul  edilmişdir. 
Əslində  “sustainble”  sözü  digər  mənalar:  “dəstəklənən”,  “öz  özünə 
dəstəkləyən”,  davamlı”,  “fasiləsiz”,  “möhkəmlənən”,  “qorunan” 
(sustain -  möhkəmlətmək,  dəstəkləmək;  to  be  able -  qabil  olmaq)  da 
daşıyır.  Konsepsiyanın  əsas  mahiyyəti  də  ondan  ibarətdir  ki,  bütün 
dünyada  yoxsulluqla  mübarizə aparmaq və ekoloji tarazlığı qorumaq. 
Artıq  bütün  Beynəlxalq  ekoloji  təşkilatların  proqram  sənədinə 
çevrilmiş  “Davamlı  inkişaf’  konsepsiyası  qəbul  edilmişdir.  Bu 
konsepsiyada  iqtisadi  inkişafın  ekoloji  tarazlıqla vəhdət təşkil  etməsi 
göstərilməklə,  iqtisadiyyatın  səmərəliliyinin  yüksəldilməsi  və  ətraf 
mühitin  qorunması  başlıca olaraq  vurğulanır.  Davamlı  inkişafın  əsas 
vəzifəsi insanın tələbat və istəklərinin ödənilməsi  ilə ifadə olunur.
Rio-de-.laneyrodan  sonra  1995-ci  ildə  BMT-nin  sosial- 
iqtisadi  inkişafa  həsr  olunmuş  Kopenhagen  Zirvə  toplantısında 
yoxsulluq,  işsizlik  və  s.  bu  kimi  sosial  bəlaların  aradan  qaldırılması 
problemləri  geniş  müzakirə  edilmişdir.  Kopenhagen  konfransı 
yoxsulluqla  mübarizənin  müasir  formalarını  göstərmişdir.  2000-ci 
ilin  sentyabrında  BMT  -nin  təşəbbüsü  ilə  147  ölkənin  iştirak  etdiyi 
"Minilliyin  Forumu"nda  yoxsulluğun  azaldılması  yolları  müzakirə 
edilmişdir. 
Rusiyalı  akademik  V.A.  Kaptyuq  davamlı  insan 
konsepsiyası,  bəşəriyyətin  idraklı  şəkildə  balanslaşdırılmış  sosial- 
iqtisadi  inkişafına  və  ətraf  mühitin  qorunmasına  nail  olmaq, 
həmçinin 
həm 
texnoloji 
proses 
və 
həm 
də 
istehlakın 
səmərələşdirilməsi  yolu  ilə  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan
43


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə