Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə5/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   2   3   4   5   6   7   8   9   ...   122

vasitəsindən  asılı  olmayaraq,  qısa  müddət  ərzində  səyahət  edən 
şəxsdir.
Yoxlama suallar:
1. 
“Turizm” anlayışını müəyyən edən  fərqli yanaşmaları  sadalayın
2. 
Hüquqi  və  iqtisadi  baxımdan  “Turizm”  anlayışı  və  “Turizm”  anlayışının  3 
meyarı hansılardır?
3. 
A.Y.  Aleksandrova  tərəfindən  təklif  edilən  “Turizm”  anlayışının  2  qrupu 
hansılardır?
4. 
Sistemli  analiz baxımından turizmə yanaşmalar necədir?
5. 
Turizmi səyahətdən fərqləndirən 5  əlamət və 6 məqsədi  sadalayın.
6. 
V.A.Kvartalnovun  turizmin  səyahətdən  fərqini  göstərən  5  əsas  xüsusiyyətlər 
hansılardır?
Ədəbiyyat
1.  Александрова А.Ю.  Международный туризм.  M., 2002, 470 с.
2.  Долженко Г.П.  Основы туризма.  М.-Р.Д., 2009. 320 с.
3. 
Квартальное В.А.  Теория и практика туризма.  М., 2003,  192 с.
1.2.  Turizmdə işlədilən  əsas termin və anlayışlar
Dövlətlərin  müəyyən  iqtisadi  maraqları  çərçivəsində normativ 
aktlarda  əks  olunan  çoxsaylı  “turist”  anlayışları  vardır.  Məhz  bu 
anlayışlar  ətrafında  mütəxəssislər  50  ildən  artıqdır  ki,  çalışırlar.  “Tu­
rist”  anlayışı  ilk  dəfə  olaraq  Millətlər  Liqasının  Statistika  Məsələləri 
üzrə  Xüsusi  Ekspertlər  Komitəsi  tərəfindən  1937-ci  ildə  irəli 
sürülmüşdür.  Xüsusi  Ekspertlər  Komitəsinə  görə  müəyyən  əraziyə 
əmək  fəaliyyəti  və  məşğulluqdan  kənar,  müvəqqəti  gələn  şəxslər 
turist sayılırdı.
“Turist”  anlayışının  hərtərəfli  təhlilini  D.Frextlinq  aparmışdır 
(1976).  O,  təhlil  nəticəsində  4  əsas  meyar  irəli  sürmüşdür:  səyahətin 
məqsədi;  nəqliyyat  vasitələrinin  istifadəsinin  tipi;  ərazidə  qalmağın 
davamlılığı;  qət  edilən  məsafə.  Ümumi  qəbul  olunmuş  qaydaya  görə 
sonuncu  2  meyar  əsas  götürülür.  Ərazidə  qalmağın  davamlılığı  -
16
BMT-nin  tərtib  etdiyi  anlayış  olub,  burada  turistin  getdiyi  yerdə  24 
saatdan  çox  və  12  aydan  az  bir  müddətdə  olması  vacibdir.  Bəzi 
ölkələrdə  (məsələn,  ABŞ)  məsafə  anlayışına  önəm  verirlər.  Belə  ki, 
ABŞ-da 
Turizm 
Ehtiyatlarının 
Qiymətləndirilməsinin 
Milli 
Komissiyasına  görə  evindən  işgüzar,  əyləncə,  şəxsi  və  ya  istənilən 
digər  məqsədlərlə  (iş  yerinə  getməyi  çıxmaqla)  50  mildən  çox 
məsafəyə uzaqlaşan turist hesab edilir.
E.Köen  “turist”  anlayışının  geniş  izahını  verən  6  əsas  meyar 
irəli  sürmüşdür  (1974):  daimilik,  könüllülük,  istiqamət,  məsafə, 
dövrlülük  (periodiklik)  və  məqsəd.  Ona  görə  turist  -   müvəqqəti 
səyahətçi  adlanır,  könüllü  olaraq  və  zövq  almaq  məqsədilə  səyahət 
edir  və  sonda  başlanğıc  nöqtəsinə  qayıdır.  Bu  anlayış  zaman  və 
məkan sərhədlərinin olmaması kimi çatışmazlıqlara malikdir.
1963-cü  ildə  Romada  keçirilən  BMT-nin  “Beynəlxalq  turizm 
və 
səyahətlərə 
dair” 
konfransında  “səyahətçi”, 
“turist” 
və 
“ekskursiyaçı”  terminlərinin  istifadəsi  təklif  edilmişdir.  Konfransda 
“daimi  yaşamayan  və  məbləği  ödənilən  professional  fəaliyyətlə 
məşğul  olmayan  ölkəyə  gələn,  boş  vaxtını  müalicə,  əyləncə,  təhsil, 
istirahət,  dini,  idman  və  ya  işgüzar  məqsədlərlə  keçirən  şəxsin  turist 
adlanması”  qəbul  olunmuşdur.  Yaşayış  mühitindən  kənarda yerləşən 
ərazilərə  12  aydan  artıq  olmayan  müddətdə,  eləcə də məvacibi  həmin 
yerli  mənbədən  ödənilən  fəaliyyətlə  məşğul  olmamaq  məqsədilə 
səfər 
edənlərə 
“səyahətçi” 
deyilir. 
BMT-nin 
konfransında
“səyahətçi”  anlayışının  istifadəsi  statistik  məqsədlər  üçün  tövsiyə 
edilmişdir.  “Səyahətçi”  anlayışının  tərkibinə  həm  “turist”,  həm  də 
“ekskursiyaçı”  anlayışları  daxildir.  Beynəlxalq  təşkilatlar  tərəfindən 
qəbul olunmuş “turist” anlayışı  “ekskursiyaçı” anlayışından  fərqlənir. 
Belə  ki,  turist  -   daimi  yaşayış  yerindən  kənarda  sutkadan  artıq, 
ekskursiyaçı  isə  daimi  yaşayış  yerindən  kənarda  sutkadan  az  vaxt 
keçirir.
ÜTT-nin  tövsiyələrinə  görə  xarici  hava  və  dəniz  gəmilərinin 
heyət üzvləri  də turist kateqoriyasına daxildir ki,  onlar da səfər edilən 
ölkədə  yerləşmə  vasitələrində  bir  gecədən  az  olmamaq  şərti  ilə 
qalırlar.  Ekskursiyaçı  kateqoriyasına  dəniz  və
Azerbaycan Respublikası Prezidentinin
kruizlərinin


sərnişinləri  (gəminin  göyərtəsində  yaşayan),  xarici  hava  və  dəniz 
gəmilərinin  ölkəyə  bir  gündən  artıq  olmayaraq  müvəqqəti  gələn 
heyət üzvləri, həmçinin birgünlük tranzit səyahətçilər aiddir.
Turist  -   müvəqqəti  olaraq  ərazini,  yaşayış  məntəqəsini,  ölkə 
və  ya  regionu  zövq  almaq  və  ya  müalicə,  işgüzar,  dərketmə 
məqsədilə  səyahət  edən,  vətəndaşlığından,  milliyyətindən,  cinsindən, 
dil və dinindən asılı olmayaraq həmin yerə 24 saatdan az və  12 aydan 
çox olmayan müddətə gələn,  öz ölkəsindən və ya yaşayış mühitindən 
kənarda qalan və bunu fərdi və ya kollektiv yerləşmə vasitələrində ən 
azı  bir  gecələmə  ilə  reallaşdıran,  bu  zaman  yerli  mənbədən  haqqı 
ödənilən  fəaliyyətlə məşğul olmayan şəxslərdir.
“Turizm haqqında” Azərbaycan Respublikasının  1999-cu il 4 
iyun  tarixli  qanunu  “turist”  anlayışını  aşağıdakı  kimi  müəyyən 
etmişdir:
Turist  -   sağlamlaşdırıcı,  dərketmə,  tanışolma,  professional, 
işgüzar,  idman,  dini  və  digər  məqsədlərlə,  haqqı  ödənilən  fəaliyyətlə 
məşğul  olmamaq  şərti  ilə  24  saatdan  12  aya  qədər 
müddətdə 
müvəqqəti  olaraq  ölkəyə gələn vətəndaşdır.
Turist 
hesab 
edilməyən 
səyahətçiləri 
aşağıdakı 
xüsusiyyətlərinə görə ayırırlar:
daimi yaşayış yerini dəyişən miqrantlar; 
müəyyən  yaşama  yeri  olmayan  köçərilər,  küçə  sərsəriləri 
(tüfeyli həyat sürənlər);
qaçqın  və məcburi köçkünlər;
məvacibi  müvəqqəti  olaraq  gəlinən  ərazidən  ödənilən 
fəaliyyətlə məşğul  olmaq üçün  səyahət edən şəxslər;
qastarbayterlər  və 
frontalyerlər  (sərhədyanı 
rayonların 
sakinləri);
diplomatik strukturların nümayəndələri;
hərbi  xidmət  məqsədilə  səyahət  edən  hərbiçi  və  onların  ailə
üzvləri;
qeyri-leqal miqrantlar;
müəyyən  ölkə  və  regiondan  vətəninə  təhvil  verilən 
məhbuslar;
18
turist səfərlərində qatarlarda gecələyən  qrup üzvləri;
turist  səfərlərində  avtobus  salonlarında  gecələyən  qrup
üzvləri;
kupe  və  kayutlarda  gecələyən  gəmi  və  qatarların  heyət
üzvləri;
gələn yerdə gecələyən hava gəmilərinin heyət üzvləri.
Turistlər  səyahətdə  aktivliyindən  və  həyat  tərzindən  asılı 
olaraq  təsnif edilir.  Turistlərin  səyahətdə  aktivliyindən  asılı  olaraq  6 
qrupa bölünməsi qəbul olunmuşdur:
1.  Sakit  istirahəti  sevən turistlər -  gündəlik  stressdən  azad  olmaq 
və  sakit  şəraitdə  dincəlmək  üçün  səyahət  edən  şəxslər  olmaqla, 
günəş, qum və dənizə üstünlük verirlər;
2.  Zövq  almaq  istəyən  turistlər  -   istirahət  zamanı  müxtəlif zövq 
axtarışı  ilə  məşğul  olmaqla,  yüksək  təbəqənin  yaşayışına  üstünlük 
verirlər;
3.  Aktiv istirahət  edən  turistlər -  ətraf mühit və təbiəti  sevməklə, 
bədən  quruluşlarına  əlavə  ağırlıq  və  güc  verir,  təmiz  havada gəzmək 
və hərəkəti üstün tuturlar;
4.  İdmanla  məşğulluğa  üstünlük  verən  turistlər  -   aktiv  istirahət 
edənlərdən fərqli  olaraq  əsas  diqqəti  yarışlara verir,  onlar üçün  idman 
əsas xobbi sayılır;
5.  Dərketmə  və  öyrənmə  məqsədilə  istirahət  edən  turistlər  -  
özlərinin  təhsil  səviyyələrinin  yüksəldilməsi  və  yeni  məlumatların 
öyrənilməsində  maraqlı  olmaqla,  əsasən  görməli  yerləri  səyahət 
edirlər;
6.  Macəra  həvəskarı  olan  turistlər  -   təhlükə,  qorxu,  qeyri-adi 
həyəcan  hiss  etmək  arzusu  ilə  daima  risk  altında  olmağa  üstünlük 
verirlər.
Səyahətdə həyat tərzindən  asılı  olaraq turistlər 4 qrupa ayrılır:
1. 
Zövq  həvəskarı  olan  turistlər  -   istirahətin  keyfiyyətinə  xüsusi 
əhəmiyyət  verərək,  səyahətə  özünün  yaxşı  tərəflərini  göstərmək 
vasitəsi  kimi  yanaşırlar;
19


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə