Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə7/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   2   3   4   5   6   7   8   9   10   ...   122

istənilən  vəziyyətdə  özünüidarəetmə,  təbiətə  və  yerli  əhaliyə  həssas 
və qayğı ilə münasibət başa düşülür.
Turizmin  bioloji  əhəm iyyəti  Turizmin  bioloji  əhəmiyyəti 
əlverişli  iqlim  şəraitində  fiziki  gücün  bərpasında  özünü  göstərir  ki, 
bunun da nəticəsi olaraq sağlamlığın yaxşılaşması,  əla əhval-ruhiyyə, 
əmək 
qabiliyyətinin  yüksəlməsi 
və 
çalışmaq 
arzusu  əmək 
məhsuldarlığının artımını şərtləndirir.
Turizmin  iqtisadi  əhəmiyyəti.  Dövlət  üçün  turizmin  iqtisadi 
əhəmiyyəti  xüsusi  önəm  daşıyaraq,  nəinki  göstərilən  xidmət rolunda, 
həmçinin xidmətin ayrı-ayrı elementlərinin tələbatçısı kimi  çıxış edir. 
Turizm iqtisadi həyatın m üxtəlif sahələrinə dolayı yolla təsir göstərir.
Q.A.Yakovlevə 
görə 
turizmin 
əsas 
təsir 
istiqaməti 
iqtisadiyyat olmaqla, turizm -  ölkə və regionların  iqtisadi inkişafında 
katalizator funksiyası daşıyır, daha perspektiv və güclü artım tempinə 
malik sahədir (2006).
Müəlliflərin  əksəriyyəti  turizmin  4  təsir  sahəsini  -   iqtisadi, 
sosial,  ekoloji və humanitar istiqamətləri ayırırlar.
Turizmin iqtisadi əhəmiyyəti turistin tələb və təklifi sahəsində 
özünü göstərir.  Tələbat 3  qrupa bölünür:  əsas,  spesifik və əlavə.  Əsas 
tələbata  nəqliyyat  vasitələri  ilə  hərəkət,  yerləşmə  və  qida  tələbatları 
aiddir.  Spesifik tələbatda  müalicə,  zövq  almaq,  ünsiyyət,  əyləncə və 
s.  əsas  götürülür.  Əlavə  tələbatlar  xidmət  və  ticarət  müəssisələri, 
mədəni və əyləncə qurumları tərəfindən təmin edilir.
Tələbat  vasitəsilə  turizm  ölkə  və  ya  regionun  təsərrüfat 
fəaliyyətini  stimullaşdırır.  Belə  ki,  turizm  sahəsindəki  müəssisələrin 
gəlirləri  artır,  xidmət  sferasının  inkişafı  stimullaşır,  müəyyən  bir 
regionun  mal  və  xidmətlərinə  təklif  yüksəlir,  nəqliyyatın  yük 
dövriyyəsi  çoxalır.  Turizm  yerli  infrastrukturu  inkişaf  etdirərək, 
əlavə  iş  yerləri  yaradır,  ona xidmət  edən  sahələrə  stimullaşdırıcı  təsir 
göstərir.
Turizmin  ölkə  və  ya  regionun  iqtisadiyyatına  birbaşa  və 
dolayı  təsirləri  də  mövcuddur.  Turizmin  iqtisadiyyata  birbaşa  təsiri 
turistin mal və xidmətlərə sərf etdiyi məsrəflərin nəticəsi olaraq,  ölkə 
və  regionun  gəlirlərini  çoxaldır,  vergi  və  turizm  sənayesinin  digər
24
müəssisələri  hesabına  dövlət  büdcəsinin  artımını  təmin  edir. 
Turizmdən  gələn  gəlirlər  turistlərin  sərf etdiyi  məsrəflər  nəticəsində 
yaranır  ki,  bunlara  da  istirahətdə  xidmət  paketi,  yerləşmə,  qida, 
nəqliyyat,  rekreasiya,  mədəni  və  idman  növlü  fəaliyyət,  səhiyyə 
xidmətinə  sərfiyyatlar  aiddir.  Gəldiyi  ərazidə  turistin  xərclədiyi 
vəsait  nəinki  region,  həmçinin  ümumilikdə  ölkə  üçün  böyük  gəlir 
formalaşdırır.
Turizmin  iqtisadiyyata  dolayı  təsiri  müəyyən  zaman  və 
məkanda turistin mal və xidmətlərə sərf etdiyi məsrəfin təkrarlanması 
effektində  özünü  büruzə  verir  ki,  bu  da  multiplikasiya  effekti  və  ya 
multiplikator  adlanır.  Başqa  sözlə,  turistin  xərclədiyi  vəsait regionun 
iqtisadiyyatına  xidmət  edir,  mal  və  xidmətlərdən  alman  gəlirlər 
hesabına  işçilərin  əmək  haqqı  ödənilir,  digər  ərazilərdə  istehsal 
olunan məhsulların alınmasına sərf olunur.
Turizmin  regional  inkişafda  əhəmiyyəti  durmadan  artır. 
Turizm  müəssisələrinin  m üxtəlif  regionlarda  yaradılması  iqtisadi 
inkişafın  gücləndirilməsi  və  bərabərləşdirilməsinə  şərait  yaratmaqla, 
əlavə iş yerlərinin meydana gəlməsini, yerli  təbii abidələr və mədəni- 
tarixi  irs  nümunələrinə  diqqətin  artırılmasını,  onların  mühafizəsini, 
yerli məhsul istehsalına tələbin yüksəlməsini şərtləndirir.
Ümumi  iqtisadi  amillər  turizmə  həm  mənfi,  həm  də  müsbət 
təsir  göstərirlər.  M üsbət  təsir  edən  amillər  nəticəsində  turizm 
xidmətlərinin  potensial  tələbatçılarınm  real  gəlirləri  artır,  turizm 
təklifləri  çoxalır,  turist  xidmətlərinin  tələbatçıları  arasında  gəlirlər 
daha  bərabər  bölünür,  valyutanın  kursu  stabil  olur.  Mənfi  təsir  edən 
amillər  nəticəsində  iqtisadi  böhran  müşahidə  olunmaqla,  işsizlərin 
sayı  artır,  məvaciblərin  həcmi  azalır,  valyutanın  kursunda  qeyri- 
sabitlik hiss edilir.
Turizmin 
sosial 
əhəmiyyəti 
cəmiyyətin 
psixofızioloji 
ehtiyatlarının  və  insanların  əmək  qabiliyyətinin  bərpasından  (asudə 
vaxtın  səmərəli  istifadəsi,  iş  yerlərinin  yaradılması  və  əhalinin 
məşğulluğunun  artırılması,  yerli  əhalinin  mədəni  səviyyəsinə  təsir 
edilməsi,  müəssisələrdə  çalışanlar  və  xüsusi  mülkiyyətçilərin
25


gəlirlərinin  təmin  edilməsi,  turizmin  ekoloji  təhlükəsizliyinə,  ətraf 
mühitin mühafizəsinə nail olunması) ibarətdir.
İnkişaf edən turizm  sənayesi  əhalinin  məşğulluğu  problemini 
həll  etmək  imkanına  malikdir.  Belə  ki,  turizmin  inkişafı  işsizlik 
səviyyəsinin  azalmasına  şərait  yaradır.  Dünya  təcrübəsi  göstərir  ki, 
turizm  sənayesi  digər  regionlardan  əlavə  əmək  ehtiyatlarını  əraziyə 
cəlb  edir,  bu  da  əhalinin  sayının  artması  ilə  nəticələnir.  Turizm 
sahəsində  əmək  ehtiyatları  əsasən  otel  və  restoran  təsərrüfatında, 
nəqliyyat  şirkətləri  və  turizm  müəssisələrində  (turoperator  və 
turagentlik)  cəmlənib.  Turizmdə  əmək  fəaliyyəti  və  məşğulluq  aydın 
hiss  olunan  xüsusiyyətlərə  malikdir.  Belə  ki,  turizmdə  natamam 
məşğulluq,  qeyri-normal  iş  günü,  iş  yerlərinin  mövsümü  xarakteri, 
istedadsız  işçi  qüvvəsinin  xüsusi  çəkisi  mövcuddur.  Turizm 
sferasında işləmək üçün yerli  sakinlər,  yeniyetmələr,  tələbələr,  evdar 
xanımlar cəlb olunurlar.
Əhalinin  həyat  səviyyəsinin  yüksəlməsinə  turizm  birbaşa  və 
dolayı  yolla təsir edir.  Birbaşa təsir nəticəsində turfirmalarm gəlirləri 
artır  və  onların  işçilərinin  yaşayış  səviyyəsi  yüksəlir.  Dolayı  təsir 
nəticəsində  həm  gələn  turistlər,  həm  də  yerli  əhali  üçün  nəzərdə 
tutulan geniş xidmət şəbəkəsi  formalaşır.  Digər sahələrlə müqayisədə 
turizmdə  iş  yerlərində  məvacib  yüksəkdir  ki,  bu  da  tələb  və  təklifin 
çox olmasına gətirib  çıxartmışdır.  Qeyd  edək ki, turizm əməktutumlu 
sahə  kimi  avtomatlaşdırma  və  mexanikləşdirmənin  təsirinə  məruz 
qalmır.
Turizmin  ekoloji  əhəmiyyəti  dedikdə  onun  ekoloji  şəraitə 
ikitərəfli  təsiri  başa  düşülür.  Turizm  ətraf  mühitə  ziyan  vuraraq, 
insan,  eləcə  də  fauna  və  floranın  təbii  həyat  şəraitini  dəyişdirir. 
Turizmin  ətraf mühitə  mənfi  təsirləri  arasında  nəqliyyat  vasitələri  ilə 
atmosfer  havasının  çirkləndirilməsi  və  torpaqların  həddən  artıq 
səviyyədə istifadəsi  xüsusilə fərqlənir.
Turizmin  ətraf  mühitə  müsbət  təsiri  kimi  onun  təbiətin 
mühafizəsində  maraqlı  olması  çıxış  edir.  Təbii  və  mədəni-tarixi 
obyektlərin  istismarı  zamanı  turizm  onlara  ziyan  dəyməməsi  üçün 
olduqca  maraqlıdır.  Qulluq  olunan  park  və  meydanlar,  təbiət
26
qoruqları  yaxşı  istirahətə  xidmət  edir  və  turizm  müəssisələrinin 
reytinqinin yüksəlməsini  şərtləndirir.
Turizm  təbii  tarazlığı  əksər  hallarda  pozduğundan,  təbii  və 
tarixi-mədəni  obyektlərin  göstərişi  onların  saxlanılması  və  bərpasını 
tələb edir.  Ona  görə  də  yerli  vergi  formasında  turfırmadan götürülən 
vəsaiti ümumilikdə  səmərəli  şəkildə  istifadə  etmək  lazımdır.  Belə ki, 
həmin  vəsaitin  regionun  təbii  obyektləri,  tarixi  abidələri,  park  və 
meydan 
komplekslərinin 
saxlanılması 
üçün 
istifadəsi 
daha 
məqsədəuyğundur.
Turizmin  humanitar  əhəmiyyəti  dedikdə  hərtərəfli  inkişaf 
edən  şəxsiyyətin  formalaşması  üçün  turizmin  imkanlarından  istifadə 
başa  düşülür.  Turizm  insanın  əhatə  dairəsini  genişləndirir,  onun 
intellektual  səviyyəsini  qaldırır,  istirahəti  ətraf  dünyanı  dərketmə, 
ölkə  və  regionun  tarixini,  mədəniyyətini,  yerli  adət-ənənələrini 
öyrənmək  ilə  birlikdə  reallaşdırmağa  imkan  verir.  Turizmin  təsiri  ilə 
cəmiyyətin  humanitar inkişafının  4  istiqaməti  mövcuddur:  istirahətin 
dərketmə  ilə  birlikdə  aparılması,  sülhə  nail  olmaq,  turizm  və 
ekskursiyanın  intellektual  tərkibi, cavan nəslin tərbiyəsi.
Ölkə və regionun görməli yerlərinə baxış turistlər üçün  böyük 
əhəmiyyət  daşıyır.  Belə  ki,  səyahətdə  göstərilən  obyekt  və  eşidilən 
informasiya  turistin  yaddaşında  uzun  müddət  qalmaqla,  müxtəlif 
ölkələrdə  yaşayan  xalqların  mədəniyyəti  və  adət-ənənəsi  ilə  tanışlıq 
insanı  mənəvi  cəhətdən  zənginləşdirir.  Kiçik  yaşdan  başlayaraq 
uşaqlara  mədəni-tarixi  və  adət-ənənələrə  dair  biliklərin  verilməsi 
onların 
əhatə 
dairəsinin 
genişlənməsində, 
estetik 
zövqlərin 
formalaşmasında,  cəmiyyət  və  ətraf  mühitə  həssas  yanaşmada, 
yaradıcılıq  qabiliyyətinin  inkişafında böyük əhəmiyyət daşıyır.
Yoxlama suallar:
1. 
Y.F.'Volkov  tərəfindən  ayrılan  turizmin  siyasi,  tərbiyəvi,  mədəni,  ictimai, 
bioloji  və  iqtisadi əhəmiyyəti  nədən ibarətdir?
2. 
Turizmin təsiri  ilə cəmiyyətin  humanitar inkişafı necə dəyişə bilər?
3. 
Turizmin  ekoloji  əhəmiyyəti  və  ətraf  mühitə  müsbət  və  mənfi  təsirlərini 
sadalayın.
4.  Turizmin  iqtisadi və regional  inkişafda əhəmiyyəti nədən ibarətdir?
27


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə