Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə9/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   5   6   7   8   9   10   11   12   ...   122

təşkil olunma səviyyəsinə görə turizm;
səyahət  iştirakçılarının  demoqrafik  və  sosial  tərkibinə  görə
turizm;
turist axınlarının istiqamətinə  görə turizm; 
ödəmənin prinsipinə görə turizm.
Səyahətin  məqsədinə  görə  turizmin  təsnifatı  həlledici 
əhəmiyyət  daşıyır.  Belə  ki,  səyahətin  məqsədi  turun  formalaşmasına 
və  turizm  xidmətlərinin  təşkilinə  böyük  təsir  göstərir.  Səyahətin 
məqsədinə görə aşağıdakı turizm növləri  fərqlənir:
-  dərketmə  və  ya  tarixi-mədəni  turizm  -   təbii,  tarixi-mədəni 
abidələr,  muzey,  teatr,  ictimai  tikililər,  xalqların  həyatı  və  adət- 
ənənəsi ilə tanış olmaq məqsədilə səyahət;
-  işgüzar  turizm  -   elmi  konfrans  və  konqres,  seminar, 
müqavilələrin  bağlanması,  forum,  beynəlxalq  danışıq  və  tədbirlər, 
hökumət  başçılarının  vəzifəyə  keçməsi  hadisəsi,  mükafatlandırma, 
sərgi  və  yarmarkada  iştirak  etmək  üçün  səyahət  etməklə,  3  növə  - 
biznes-turizm, konqres-sərgi,  insentiv - turizmə ayrılır;
-  etnik  turizm  -   qohumları  görmək,  özlərinin  və  valideynlərinin 
doğulduğu  ərazilərə  əcdadlarının  vətəni  ilə  tanış  olmaq  məqsədilə 
səyahət  etməklə,  etnomədəni  turizmi  (müstəqil  dövlətə  və  inzibati 
idarəetmə  formasına  malik  olmayan  azsaylı  xalqların  yaşadığı 
ərazilərə təşkil edilən səyahət) də əhatə edir;
-  dini  turizm  -   zəw arlıq,  dini  abidələr,  məbəd  və  monastırları 
görmək,  dinlərin  tarixi  haqqında  biliklər  əldə  etmək  məqsədilə, 
həmçinin müqəddəs yerlərə dini bayramlarda səyahət;
-  idman  turizmi  -  müxtəlif idman  yarışlarında  iştirak etmək üçün 
səyahət;
-  rekreasiya turizmi -   istirahət  məqsədilə  asudə  vaxtda  insanların 
fiziki və mənəvi gücünü bərpa etmək üçün səyahət;
-  təhsil  turizmi  -   bilik  almaq  və  ya  mövcud  olanının 
yaxşılaşdırılması  məqsədilə  səyahət  etməklə,  15  gündən  3  aya  qədər 
davam  edir  və  3  istiqamətə  (xarici  dil  öyrənmək,  professional  təhsil 
almaq,  idman sahəsində biliklərə yiyələnmək) ayrılır;
-  ekzotik  turizm  -   gündəlik  həyatda  müşahidə  edilməyən  qeyri- 
adi  nə  isə  görmək  və  hiss  etmək  -   rəngarəng  iqlim  komfortluğu, 
fərqli  flora  və  fauna,  müxtəlif  xalqların  mətbəxi,  memarlıq 
nümunələri, milli xüsusiyyətləri  ilə əlaqədar səyahət;
- ekoloji turizm -  ətraf mühit,  onun komponentlərinə həssaslıq və 
qayğı  ilə  yanaşmaq,  təbiəti  çirkləndirmədən  və  zərər  vurmadan 
səyahət;
Hərəkət  növlərinə  görə  turizmin  təsnifatında  piyada, 
velosiped,  at belində, alpinizm, xizək, mototurizm növləri ayrılır.
Nəqliyyat vasitələrinin  istifadəsinə  görə  turizmin  təsnifatında 
hava  (qrafik  üzrə  və  qrafiksiz  reyslər),  su  (sərnişin  xətti  və  bərə, 
kruizlər),  quru  (dəmiryol,  şəhərlərarası  və  şəhərdaxili  avtobuslar, 
xüsusi  avtomobillər,  nəqliyyat  vasitələrinin  kirayəsi),  ekzotik  (kanat 
yolu, funikulyor, hava şarı, deltaplan) növlər ayrılır.
Səyahətin  müddətinə  görə  turizmin  təsnifatında  davamlı, 
qısamüddətli  və  istirahət  (həftəsonu)  günlərində  turizm  növləri 
ayrılır.
Mövsümə  görə  turizmin  təsnifatında  aktiv,  mövsümlərarası 
və birmövsümlü turizm növləri ayrılır.
Təşkil  olunma  səviyyəsinə  görə  turizmin  təsnifatında  fərdi 
turizm  (bir  və  ya  bir  neçə  şəxsin  sərbəst  səyahəti  olmaqla,  xidmət 
burada personal  xarakterli  və  olduqca bahadır),  qrup  şəklində turizm 
(bir  neçə  şəxsin  (6  və  daha  çox)  birlikdə  vahid  marşrut  və  eyni 
şəraitdə səyahətidir) növləri  ayrılır.
Səyahət  iştirakçılarının  demoqrafik  və  sosial  tərkibinə  görə 
turizmin  təsnifatında turistin  yaşadığı  ərazi  (şəhər və ya  kənd  sakini), 
cəmiyyətdə  sosial  durumu  (uşaq,  məktəbli,  yeniyetmə,  ailəli),  yaşı 
(təqaüdçü,  orta yaşlı,  uşaqlar) önəmlidir.
Turist  axınlarının  istiqamətinə  görə  turizmin  təsnifatında 
getmə  (ölkədə  daimi  yaşayan  şəxslərin  digər  ölkələrə  səyahəti), 
gəlmə  (digər  ölkədə  daimi  yaşayan  şəxslərin  ölkəyə  səyahəti),  daxili 
(ölkədə  daimi  yaşayan  şəxslərin  orada  səyahəti)  turizm  növləri 
ayrılır.
32
33


Ödəmənin  prinsipinə  görə  turizmin  təsnifatında  kommersiya 
(turfırma  təqdim  etdiyi  xidmətlər  əsasında  vəsait  alır),  sosial  (dövlət 
tətərəfindən  sosial  təminat  üçün  ayrılan  subsidiyalar  vasitəsilə turist 
xidməti  ödənilir)  və  insentiv-turizm  (müəssisələrin  öz  işçiləri  üçün 
əmək  fəaliyyətlərindəki  nailiyyətlərinə  görə  təşkil  edildiyi  səyahət) 
növləri ayrılır.
A.P.Duroviç 
turizm 
növlərinin 
funksional 
təsnifatını 
səyahətin  məqsədinə  görə  müəyyən  etməklə,  aşağıdakı  turizm 
növlərini  ayırır (2006):
rekreasiya turizmi 
müalicə turizmi 
dərketmə turizmi 
işgüzar turizm 
dini turizm 
etnik turizm 
tranzit turizmi
Rekreasiya  turizmi  -   ən  geniş  yayılmış  turizm  növü  olmaqla, 
istirahət,  sağlamlıq,  fiziki,  mənəvi,  psixoloji  və  emosional  gücün 
bərpası  və  inkişafı  məqsədilə  reallaşır,  rəngarəng  tərkibli  olub, 
əyləncə  proqramlarını  (teatr,  kino,  festival,  karnaval),  maraqdan asılı 
olaraq  məşğulluğu  (ovçuluq,  balıq  ovu,  musiqi  və  bədii  yaradıcılıq), 
idman fəaliyyəti  və digərlərini  əhatə edir.
Müalicə  turizmi  -   kurortlarda  müxtəlif  xəstəliklərin  təbii 
vasitələrlə  -  iqlim,  palçıq  və  mineral  sularla,  eləcə  də  ixtisaslaş­
dırılmış  klinika və  tibb  müəssisələrində  müasir avadanlıqların  tətbiqi 
və  yeni  texnologiyaların  istifadəsi  ilə  müalicəsinə  əsaslanır,  2  növə - 
klinik və kurort turizminə ayrılır.
Tranzit  turizmi  -  gəlmə  turizmi  baxımından  səyahət  olmaqla, 
2  növə  (hüquqi  baxımdan  ölkəyə  gəlməyən  hava  nəqliyyatının 
sərnişinləri, üçüncü ölkə vasitəsilə  səyahət edən  şəxslər) ayrılır.
A.P.Duroviç  bir  sıra  meyarlara  görə  -   təşkil  olunma, 
səyahətin  davamlılığı,  nəqliyyat  vasitələrinin  istifadəsi,  turist 
axınlarının  intensivliyi,  turistlərin  yaş  kateqoriyası,  maliyyələşmə 
mənbələri,  həmçinin  xüsusi  turizm  növlərini təsnif edir (2006).
Təşkil  olunmaya  görə  turizmin  təsnifatında təşkil  olunmuş və 
təşkil  olunmamış turizm  (özfəaliyyət) növləri  ayrılır.  Təşkil  olunmuş 
turizm  -   bir  və  ya  bir  neçə  turistin  səyahəti  olmaqla,  turizm 
müəssisələri  tərəfindən  əvvəlcədən  hazırlanmış  proqram  üzrə  həyata 
keçirilir.  Turistlər əvvəlcədən  razılaşdırılmış marşrut, qalma müddəti, 
təqdim  olunan  xidmət  paketindən  ibarət  turlar  əldə  edirlər.  Turlar 
adətən  əvvəlcədən  ödənilmə  şəraitində  reallaşır.  Təşkil  olunmamış 
turizm -  turistin özü tərəfindən turizm müəssisəsinin iştirakı olmadan 
həyata  keçirilir.  Səyahət  marşrutu,  görüləsi  obyektlər,  gecələmənin 
müddəti  turist  tərəfindən  hazırlanır  və  yalnız  qalma  və  qidalanma 
daxil olmaqla turizm xidmətlərinə vəsait ödənilir.
Səyahətin 
davamlılığına 
görə 
turizmin 
təsnifatında 
qısamüddətli  (istirahət  günləri  və  ya  həftəsonu)  və  uzunmüddətli 
turizm növləri ayrılır.
Nəqliyyat vasitələrinin  istifadəsinə  görə  turizmin  təsnifatında 
dəmiryol  (qısa  məsafələrə  səyahətdə  aztəminatlı  əhali  üçün  qiymət 
baxımından  münasibdir);  hava  (qısa  zaman  ərzində  uzaq  məsafəli 
ərazilərə  səyahət  etmək  üçün  istifadə  edilir);  su  (su  məkanına  çıxışa 
malik olan  ölkələrdə  inkişaf edərək,  2 növə - dəniz və çay  kruizlərinə 
bölünür);  avtomobil  (turistlərin  yüksək  hərəkətliliyi  ilə  seçilərək, 
çoxlu  sayda  əraziləri 
görmək 
imkanına  malikdir);  avtobus 
(hazırlanmış  marşrut  üzrə  turist  qrupunun  səyahətinin  təşkilində 
istifadə  edilir);  velosiped  və  ya  motosiklet  (düzən  relyefli  ərazilərə 
malik  ölkələrdə  inkişaf edərək,  istirahət  günləri  və  ya  həftəsonunda 
qısa məsafələrə  səyahətdə  istifadə edilir).
Turist  axınlarının  intensivliyinə  görə  turizmin  təsnifatında 
daimi  və  mövsümü  turizm  növləri  ayrılır.  Daimi  turizm  dedikdə 
bütün  il  boyu  turizm  regionlarına  bərabər  turist  axını,  mövsümü 
turizm  isə  müəyyən  bir  dövrdə  turist  axınları  nəzərdə  tutulur. 
Mövsümü  turizmdə  yüksək  (qızğın),  sakit  və  zəif  (ölü)  dövrlər 
ayrılır.
Turistlərin yaş  kateqoriyasına görə turizmin  təsnifatında uşaq, 
yeniyetmə,  orta yaş dövrü və yaşlılar üçün turizm  növləri  ayrılır.  Yaş 
kateqoriyasına  görə  turizm  növlərinin  hər  biri  özünəməxsus  xidmət
34
35


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə