Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə10/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   6   7   8   9   10   11   12   13   ...   122

və  təşkil  olunma xüsusiyyətlərinə malikdir ki,  turizm müəssisələri  də 
bu  amili  nəzərə  almalıdırlar.  Yeniyetmələr  az  komfortlu  yerləşmə 
vasitələri  və  nəqliyyatın  istifadəsinə  əsaslanan  ucuz  səyahətə  və  şən 
gecə  istirahətinə  (əyləncə  mərkəzləri,  diskussiya  aparılan  klublar, 
maraqlar çərçivəsində görüşlər və s.) xüsusi  əhəmiyyət verirlər. Yaşlı 
nəsli  əhatə  edən  turistlər  nəinki  komfort  şərait,  həmçinin  xidmət 
personalının  onlara  fərdi  formada  qayğı  ilə  yanaşmasım,  peşəkar 
tibbi  yardım,  restoranlarda  diyetik  qida,  yerləşmə  müəssisələrinin 
sakit  ərazilərdə  olmasını  tələb  edirlər.  Orta  yaşlı  turistlər  ailə  ilə 
birlikdə  səyahətə  üstünlük  verdiklərindən,  burada  oyun  meydan­
çaları, uşaq hovuzlarının olması vacibdir.
Maliyyələşmə 
mənbələrinə 
görə 
turizmin 
təsnifatında 
kommersiya  və  sosial  turizm  növləri  ayrılır.  Sosial  turizm  məktəbli, 
yeniyetmə,  təqaüdçü  (yaşlılar),  müharibə  və  əmək  əlilləri  üçün 
nəzərdə tutulub.
Ekoloji,  kənd,  macəra,  ekstremal,  idman  turizmi  təsnifatda 
xüsusi  turizm  növləri  kimi  ayrılır.  Ekoloji  turizm  -   təbii  zənginlik­
lərlə  tanışlıq,  xüsusi  qorunan  ərazilərə  (qoruq,  milli  park)  səyahət, 
ekoloji  tərbiyələndirmə  və  təhsilə  istiqamətlənməklə,  ətraf  təbii 
mühitə  minimal  səviyyədə  təsir  göstərmək  və  turistləri  ekoloji 
cəhətdən  təmiz  qida  ilə  təmin  etmək  onun  əsas  məqsədidir.  Kənd 
turizmi  -   kənd  yerlərinə  səyahət,  kənd  həyat  tərzinə  uyğunlaşmaq, 
kənddə  ailə təsərrüfatının  idarə  edilməsi  ilə tanışlıq,  ekoloji  cəhətdən 
təmiz  ərazilərdə  istirahət  və  sağlamlığı  əhatə  edir.  Macəra  turizmi  -  
ekzotik ərazilərə  səyahət (vulkan,  ada,  şəlalə,  fəlakət yerləri  və  s.) və 
ekzotik fəaliyyətlə  (safari,  raftinq,  xəzinə  axtarışı)  məşğulluğu,  eləcə 
də  qeyri-adi  nəqliyyat  vasitələrindən  (itlərin  qoşqusu,  fil,  dəvə,  hava 
şarı  turları)  istifadəni  əhatə  edir.  İdman  turizmi  -  səyahətdə  istənilən 
idman  növü  ilə  məşğulluq  və  idman  tədbirlərində  tamaşaçı  qismində 
iştirak  etmək  üçün  səyahəti  əhatə  edir.  Ekstremal  turizm  -   həm 
turizm  müəssisələri,  həm  də  turistlərin  özləri  tərəfindən  təşkil 
edilməklə,  həyat  və  sağlamlıq  üçün  ciddi  risk  və  təhlükə  ilə 
xarakterizə  olunur.  Ekstremal  turizm  macəra  turizminin  bir  növü 
kimi götürülür.
İ.A.Ryabova,  Y.V.Zabayeva,  Y.L.Draçova turizmin aşağıdakı 
əlamətlərə görə təsnifatını  aparmışlar (2010):
səyahətin  məqsədinə  görə  turizm  (istirahət  və  rekreasiya, 
müalicə, işgüzar, təhsil, dini,  etnik və ya nostalji);

təklifin  tipinə  görə  turizm  (fərdi,  qrup  şəklində,  kompleksli 
xidmət, hər şey daxil olmaqla, klub istirahəti, xüsusi (VİP) diqqət); 
sifarişçinin tipinə görə turizm (korporativ); 
hərəkət vasitələrinə  görə  turizm  (hava,  dəmiryol,  avtoturizm, 
avtobus, dəniz kruizi, çay kruizi, piyada, veloturizm);
səyahətin  təşkilinə  görə  turizm  (xüsusi  (özəl),  təşkil 
olunmuş);
səyahətçilərin  yaşına  görə  turizm  (yeniyetmə,  yaşlı  nəslin 
nümayəndələri üçün).
Kompleksli xidmət (Package tour) -  qrup şəklində turlar üçün 
təklif edilən  xidmətin  əsas  tipini  təşkil  edir.  Turpaketə  marşrut  üzrə 
bələdçi-tərcüməçinin  xidmətləri  də  daxildir  ki,  bu  da  əsasən 
yeniyetmə və məktəblilər, təqaüdçülər arasında daha məşhurdur.
Hər  şey  daxil  olmaqla  (All-inclusive)  -   bir  sıra  bahalı 
mehmanxanalar  tərəfindən  təqdim  edilən  xüsusi  yerləşmə  xidməti 
olmaqla, otel-restoran  xidmət dəsti  vahid qiymətə daxildir.
Xüsusi  şəxslər  üçün  (VİP)  kompleks  turist  xidməti  -   bahalı 
qiymətlərlə  yüksək  xidmət  səviyyəsi  olmaqla,  komfort  şəraitə  malik 
xüsusi  yerlərdə  hava  limanı,  sərhəd  və  gömrük  rəsmiyyətçiliyinin 
keçirilməsi, 
limuzin 
avtomobildə 
hərəkət, 
oteldə 
təntənəli 
qarşılanma,  prezident  nömrəsində  yerləşmə,  görüş  və  tədbirlərin 
təşkilini əhatə edir.
Klub  istirahəti  (Club  Holidays)  -   özlərinə  aid  yerləşmə 
vasitəsi  və  əraziyə  malik  xüsusi  təşkilatçı  strukturlar  tərəfindən 
təqdim  olunmaqla,  klub  iştirakçılarının  aktiv  istirahəti  və  əyləncəsi 
üçün nəzərdə tutulur.
Korporativ  turizm  -   müxtəlif  şirkətlərin  əməkdaşlarının 
şirkətin  işləri  ilə  əlaqədar  səfərləridir.  Dünyada  3  nəhəng  Transmilli 
şirkət  (“American  Express”,  “BTİ”,  “Carlson  Wagonlit  Travel” ) 
vardır ki,  onlar da korporativ turizm üzrə ixtisaslaşmışlar.
36
37


“Recreational  vehicles”  (RV)  -   avtomobil  furqonu  və  ya 
avtomobil  qoşqusu  formasında  “təkərlərdə  ev”  olmaqla,  eyni 
vasitədə  hərəkət  və  yerləşmənin  inteqrasiyasıdır.  Karavaninqlərin 
satışının  artımı  təchiz  edilmiş  xüsusi  dayanacaqlarm  kempinqlərdə 
olmasını  tələb  edir  ki,  bu  da  kempinqin  elektrik,  su  və  kanalizasiya 
təchizatına qoşulmasını asanlaşdırır.
A.Y.Aleksandrova 
turizmin 
təsnifatını 
aşağıdakı 
formada 
vermişdir (2002):
-  təbii  ehtiyat  növlərinin  istifadəsinə  görə  turizm  (çimərlik, 
müalicə,  ekoloji,  dağ, su turizmi);
-  maliyyələşmə  mənbəyinə  görə  turizm  (kommersiya,  sosial 
turizm);
-  səyahət  iştirakçılarının  yaş  strukturuna  görə  turizm  (yaşlılar 
(təqaüdçü),  orta yaşlı, yeniyetmə turizmi);
-  səyahət  iştirakçılarının  sayma  görə  turizm  (fərdi,  qrup  şəklində 
turizm);
-  səyahətin  təşkil  olunmasına  görə  turizm  (təşkil  olunmuş, 
özfəaliyyət turizm);
-  turistlərin  yerləşdirilməsinə  görə  turizm  (otel  tipli,  qeyri-otel 
tipli turizm);
-  nəqliyyat  vasitələrinin  istifadəsinə  görə  turizm  (avtobus,  hava, 
su,  avtomobil,  dəmiryol,  digər  nəqliyyat  növlərinin  istifadəsi  ilə 
turizm);
- səyahətin uzaqlığına görə (yaxın, uzaq turizm);
-  səyahətin  davamlılığına  görə  turizm  (qısamüddətli  (7  günə 
qədər),  ortamüddətli  (9-12 gün),  uzunmüddətli (15-30 gün) turizm);
-  turist  axınlarının  ritmliliyinə  görə  turizm  (mövsümü,  ilboyu 
turizm).
Q.P.Doljenko  səyahətin  məqsədinə  görə  turizmi  aşağıdakı  kimi 
təsnif etməklə, növ və yarımnövlərə ayırır (2009): 
çimərlik turizmi 
müalicə-sağlamlıq turizmi 
mədəni turizm
kruiz turizmi  (yarımnövlər:  dəniz və çay kruizi)
38
dini turizm
idman-sağlamlıq  turizmi  (yarımnövlər:  piyada,  dağ,  su, 
velosiped,  avto-mototurizm,  speleoturizm,  xizək,  at  belində,  qayıq 
sürmə)
ovçuluq turizmi 
balıq ovu turizmi 
kənd turizmi 
şop-turizm
Dağ  turizmi  -   dağlıq  ərazilərdə  piyada  marşrutu  üzrə  3000- 
3500 m hündürlüklü  aşırımları,  qayalı  ərazilər,  dik yamaclar,  buzlaq, 
dağ çaylarını  keçmək üçün  yürüşlərdir.
Piyada turizmi  -  düzənlik,  dağətəyi  və  orta  dağlıq  ərazilərdə 
marşrut üzrə yürüşlərdir.
Xizək  turizmi  -   düzənlik,  dağətəyi  və  orta  dağlıq  ərazilərdə 
marşrut üzrə xizəkdə yürüşlərdir.
Speleoturizm  -   mağaralar  və  yeraltı  karst  təbəqələrinə 
marşrut üzrə yürüşlərdir.
Avtoturizm  -   nəqliyyat  vasitəsi  kimi  şəxsi  və  ya  kirayə 
götürülmüş  avtomobilin  istifadəsi  ilə  səyahət  olmaqla,  tərkibinə 
karavaninq  (yerləşmə  vasitəsi  kimi  istifadə  edilən  və  yataq  yeri  olan 
avtomobil  furqonu)  də  daxildir.  Velosiped  turizmi  -   marşrutu 
velosipedlə keçmək  üzrə yürüşlərdir.
Şop-turizm  -   ayrı-ayrı  ölkə  və  regionlara  müxtəlif məhsullar 
(əksər  hallarda  yerli  istehsala  və  güzəştli  qiymətlərə  malik  geyim, 
ayaqqabı,  kosmetik vasitələr və s.) almaq üçün səyahətdir.
M.B.Birjakov  göl  turizmi  (göllərdə  qayıqda  səyahət),  Qütb 
turizmi  (Şimal  və  Cənub  Qütb  ərazilərinə  təşkil  edilən  səyahət)  və 
kosmik turizm (kosmik orbitə turlar) növlərini  ayırmışdır (2006).
Q.P.Doljenko  m üxtəlif  turizm  növlərini  birlikdə  verməklə, 
turizmin  təsnifatında yeni  istiqamətlər müəyyən  etmişdir.  O, turizmin 
növlərindən  ibarət 3  blok  ayırmışdır (2009): 
hadisə turizmi 
ekoloji turizm 
işgüzar turizm
39


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə