Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə3/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   2   3   4   5   6   7   8   9   ...   122

dən  də  BMT-nin  XXI  əsri  təhsil  əsri  adlandırması  səbəbsiz  deyildir. 
Dünyanın  xəritəsinə nəzər salsaq görərik  ki,  ABŞ,  Yaponiya,  Cənubi 
Koreya  və  digər  inkişaf etmiş  ölkələr  malik  olduqları  maddi  resurs­
lardan  daha  çox  təhsil  sisteminin  yetişdirdiyi  insan  kapitalından  bö­
yük  gəlir  əldə  edirlər.  Bu  ölkələrdə  inkişafa  təsir  göstərən  amillər 
sırasında  təhsilin  xüsusi  çəkisi  təxminən  70  faiz  təşkil  edir.  Təcrübə 
göstərir  ki,  təbii  sərvətlər  bolluğu  dövlətin  inkişaf  göstəricisi  sayıl­
masa  da,  bu  sərvətlərin  cəmiyyətin  hərəkətverici  qüvvəsi  olan 
intellektual insan kapitalına çevrilməsində yeri və rolu əvəzsizdir.
Son  illər  Azərbaycanın  dinamik  tərəqqisi,  iqtisadi  sahədə  ke­
çid  dövrünü  uğurla  başa  vurması,  ictimai  həyatın  bütün  spektrini 
ehtiva  edən  islahatların  reallaşdırılması  yekun  mərhələdə  praktik 
nəticələrin  elm  və  təhsil  sisteminin  modernləşdirilməsində  maddi- 
ləşir.  Yeni  inkişaf  mərhələsinin  tələblərinə  uyğun  sistemli  şəkildə 
aparılan  bu  islahatlar,  eyni  zamanda,  ölkədə  müasir  biliklərin,  güclü 
insan  kapitalının  formalaşdırılmasına  hesablanan  səmərəliliyin 
göstəricisidir.
Ümummilli  lider Heydər  Əliyevin  müəyyənləşdirdiyi  strateji 
siyasi  kursu  dövrün  tələblərinə  uyğun  müasirləşdirən  cənab İlham 
Əliyevin  rəhbərliyi  altında  ötən  müddətdə  respublikada  milli  intel­
lektual  potensialın  gücləndirilməsi  ilə  bərabər,  təhsil  problemlərinin 
həlli  istiqamətində kompleks tədbirlər həyata keçirilir.  Dövlət başçısı 
bütün  görüş  və  çıxışlarında  ölkənin  gələcəyi  naminə  güclü  insan 
kapitalının  formalaşdırılmasının  zəruriliyini  xüsusi  vurğulayır:  “Təh­
sil bizim gələcəyimizdir,  inkişaf perspektivlərimizi  müəyyən edən  ən 
başlıca  sahədir...  İslahatlar  davam  etdirilməlidir...  Bizə  yeni,  bilikli, 
dünyada  biznes  mühitini  yaxşı  bilən  peşəkar  menecerlər  lazımdır... 
Tam əminəm ki, bizim gələcəyimiz təhsillə bağlıdır”.
Prezident  İlham  Əliyevin  qəbul  etdiyi  qərarlar  əsasında  son 
illərdə  təhsil  sahəsində  xüsusi  proqramların  icrasına  başlanılmışdır. 
Bu mənada,  təhsil  infrastrukturunun  yeniləşdirilməsi  sahəsində  Hey­
dər  Əliyev  Fondunun  müstəsna  xidmətləri  xüsusi  qeyd  olunmalıdır. 
“Azərbaycan  2020:  Gələcəyə  baxış”  İnkişaf  Konsepsiyası  ölkədə 
insan kapitalının formalaşdırılması  sahəsində mühüm tarixi  vəzifələri
8
qarşıya  qoyur.  Məlumdur  ki,  ali  təhsil  cəmiyyətin  formalaşmasına 
təsir edir,  eyni  zamanda,  biznesin yüksək rentabelli  sahəsinə çevrilir. 
Həm  biznes  sahəsində,  həm  də  dövlət  strukturlarında  yüksək  sə­
viyyəli  kadrlara  tələbat  getdikcə  artmaqdadır.  Yüksək  intellektli  mü­
təxəssislərə  tələbat  artdıqca  yeni  iş  yerlərinin  açılması  zərurətə 
çevrilir.
Artıq  bir  neçə  ildir  ki,  ölkə  təhsil  məkanında  tədrisin 
Boloniya  prosesinin  tələbləri  əsasında  keçirilməsinə  başlanılmışdır. 
Bu  prosesi  tətbiq  edən  ilk  təhsil  müəssisələrindən  biri Azərbaycan 
Turizm  və  Menecment  Universiteti  (ATMU)  olmuşdur.  Tədrisin  bu 
prinsiplər  əsasında  təşkili  ATMU-nun  Avropa  təhsil  müəssisələri  ilə 
sərbəst  əməkdaşlığına  şərait  yaratmışdır.  Məhz  bunun  nəticəsidir  ki, 
bu  gün  ATMU  Avstriyanın  aparıcı  universitetlərindən  biri  olan  İMC 
Krems  Tətbiqi  Elmlər  Universiteti  ilə  bakalavr  və  magistr  hazırlığı 
sahəsində  ikili  diplomun  verilməsi  proqramını,  digər  universitetlərlə 
müəllim-tələbə mübadiləsini  həyata keçirir.
Məlumdur ki,  müasir,  azad  və tənqidi  düşünmə gücünə,  geniş 
dünyagörüşünə  sahib,  cəmiyyətə  qarşı  məsuliyyət  duyan,  insan 
hüquqlarına  hörmət  edən,  şüurlu,  yaradıcı  kadrların  yetişməsində 
dərsliklərin  rolu  böyükdür.  Çünki  dərsliklər  təhsilin  məqsədlərini 
reallaşdırmaq  üçün,  öyrənmə  fəaliyyətinə  istiqamət verən  vasitəsidir. 
“Azərbaycan  2020: 
gələcəyə 
baxış” 
İnkişaf  Konsepsiyasına,
Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət  Strategi­
yasına  uyğun  olaraq,  ATMU-da  turizm  təhsil  sistemi  üçün  dərslik 
siyasəti  prioritet  istiqamətlərdən  biridir.
Ali  təhsil  müəssisələrinin  təhsil-tədqiqat-innovasiya  mərkəzl­
ərinə  çevrilməsi,  ölkənin  sosial-iqtisadi  inkişaf tələblərinə  uyğun  bi­
lik  və  bacarığa  malik  mütəxəssis  yetişdirməsi  bu  hədəflərin  ger­
çəkləşməsinə  dəstək  verən  dərsliklərin  hazırlanmasını  tələb  edir. 
Azərbaycan  Respublikasının  ali  təhsil  sisteminin  Avropa  təhsil  mə­
kanına  inteqrasiyası  proseslərinin  sürətləndirilməsi,  ali  təhsilin  məz­
mununun  Boloniya  prinsiplərinə  uyğun  qurulması,  ölkə  iqtisa­
diyyatının  inkişaf  meyilliliyinə  müvafiq  olaraq  yüksək  hazırlıqlı 
kadrlara  tələbatın  ödənilməsi,  həmçinin  əhaliyə  müasir  standartlar
9


səviyyəsində  ali  təhsil  almaq  imkanı  yaradan  səmərəli  ali  təhsil 
sisteminin  formalaşdırılması  məqsədi  ilə  yeni  dərsliklərin  yazıl­
masına ehtiyac vardır.
M üasir  dövrdə  təhsildə  gedən  islahatlar,  Milli  Kurikulum  və 
fənn  kurikulumunun tətbiqi  bu  işi  bir daha  aktuallaşdırır.  Yeni  təhsil 
standartları  əsasında  dərsliklərin  olmaması  təhsil  alanları  çətin 
vəziyyətə  salır.  Ali  təhsil  ocaqlarında tələbələrin  əksəriyyəti  dərs  və­
saitləri  tapmaqda  çətinlik  çəkir.  Bu  problemlə  daha  çox  yeni  təma­
yüllü  ali  təhsil  ocaqlarının  tələbələri  qarşılaşır.  Vətəndaş  Təşəb­
büsləri  Mərkəzi  əməkdaşlarının  təşəbbüsü,  Azərbaycan  Respublika­
sının  Prezidenti  yanında  Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət  Dəs­
təyi  Şurasının  maliyyə  dəstəyi  ilə  ATMU-nun  “Turizm  biznesi” 
kafedrasında  hazırlanmış  “Turizmin  əsasları”  dərsliyi  bu  çatışmaz­
lığın  aradan  qaldırılmasına yönəlmişdir.  10  fəsildən  ibarət  olan  dərs­
lik  “Turizm  və  otelçilik”  ixtisası  üzrə  bakalavr  səviyyəsində  təhsil 
alan  birinci  kurs  tələbələri  üçün  nəzərdə  tutulmuşdur.  Bununla  belə, 
fıkrimizcə,  ölkə  turizm  sənayesində  çalışan  çoxsaylı  qeyri-turizm 
mütəxəssisləri  də bu dərslikdən faydalana biləcəklər.
Sizlərə  təqdim  edilən  “Turizmin  əsasları”  adlı  dərsliyin 
müsbət  keyfiyyətlərindən  biri  də  BDU-nun  bu  sahədə  dərs  deyən  və 
tədqiqatlar  aparan  əməkdaşlarının  müəlliflər  kollektivində  yer 
almasıdır.  Fikrimizcə,  “Turizmin  əsasları”  dərsliyi  10  illiyini  qeyd 
etməyə hazırlaşan ATMU-dan  tələbələrə dəyərli bir hədiyyədir.
Prof. Cəfər Cəfərov,
ATMU-nun rektoru
10
I FƏSİL. TURİZM XX ƏSRİN  FENOMENİ  KİMİ
1.1.  Turizmin  konseptual çərçivəsi
Turizm -   müasir  dövrün  mürəkkəb  sosial-mədəni  və  iqtisadi 
fenomeni  kimi,  müxtəlif aspektləri  ilə  multdistipilinar xarakterdə  ol­
ması  ilə  fərqlənir.  İqtisadçılar,  sosioloqlar,  pedaqoqlar,  psixoloqlar, 
tarixçilər,  kulturoloqlar,  hüquqşünaslar  və  mədəniyyətşünaslar  turiz­
min  nəzəriyyə  və  praktiki  məsələlərini  özlərinin  elmi  yanaşmaları 
kimi  qəbul  edirlər ki,  bu  da  “turizm”  anlayışının  çoxtərəfli  olduğunu 
göstərir.  Müasir  elmi  ədəbiyyatlarda  “turizm”  anlayışının  müəyyən 
edilməsinə çoxsaylı yanaşmalar mövcuddur.
“Turizm”  (tourism)  terminini  ilk  dəfə  olaraq  V.Jemko  1830- 
cu  ildə  istifadə  etmişdir.  “Turizm”  -  fransız  sözü olan  “tour”dan  gö­
türülüb,  mənası  “gəzinti”,  “səfər”  deməkdir.  Son  illərə  kimi  hər  bir 
ölkədə “turizm” və “turist” anlayışları  özünəməxsus şəkildə müəyyən 
edilmişdir.  Belə  ki,  bəzi  ölkələrdə  sanatoriya,  pansionat  və  istirahət 
evlərində  istirahət  edənlərin  səyahət  edən  turistlərdən  ayrı  götü­
rülməsi  qəbul  olunmuşdur.  Turizmin,  xüsusilə  beynəlxalq  turizmin 
inkişafı  və  beynəlxalq  turizm  təşkilatlarının  yaradılması  “turizm” 
anlayışına ümumi  qəbul  olunmuş yanaşmanın formalaşmasına gətirib 
çıxartdı.
“Turizm”  anlayışının  ilk  və  nisbətən  dəqiq  müəyyən  edilmə­
sində  Bern  universitetinin  professorları  -   V.Xunziker  və  K.Krapfın 
böyük rolu olmuşdur.
1954-cü  ildə  BMT-nin  qəbul  etdiyi  rəsmi  anlayışa  görə 
turizm  -   insanın  sağlamlığı  və  fiziki  inkişafının  möhkəmləndiril­
məsinə  təsir  edən,  həmçinin  daimi  yaşayış  yerindən  kənara  hərəkətlə 
əlaqəli  aktiv  istirahətdir.  “Turizm”  anlayışına  daha  geniş  səciyyəni 
Monte-Karlo  Turizm  Akademiyası  vermişdir.  Turizm  Akademiya­
sına görə turizm -  sağlamlıq  və  işgüzar məqsədlə, asudə vaxtda dərk­
etmə  maraqlarının  təmini,  həmçinin  gəlmə  ərazisində  haqqı  ödənilən 
fəaliyyətlə  məşğulluqdan  başqa,  insanların  daimi  yaşayış  yerini 
müvəqqəti tərk etməsidir.
11


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə