Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə15/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   11   12   13   14   15   16   17   18   ...   122

qət  etdilər.  Bu  səyahət  tarixdə  kəşfiyyat  məqsədilə  keçirilən  ilk 
səyahətlərdən  hesab  edilir.  Bu  səyahətin  tarixçəsi  maraqlıdır.  Çariça 
Xamşepsut  Fivin  qərbində,  Amon  allahın  şərəfinə  tikilmiş  Deyr-əl- 
Bəhri  məbədinin  terrasmda  tropik  ağac,  ətirli  qətran  verən  mirra 
ağacı  əkmək  qərarına  gəlir.  Belə  ağaclar  isə  heç  zaman  Misirdə 
bitmirdi.  Amon  allahın  kahini  Punta  ekspedisiya  göndərməyi  və 
oradan  ətirli  ağac  gətirməyi  buyurur.  Səyahətçilər  Puntda  31  ətirli 
ağac alaraq, sağ-salamat vətənə dönürlər.
Bu  şərəfə  Deyr-Əl-Bəhri  məbədinin  divarlarında  ekspedisi­
yanın  fraqmentləri  əks  olunan  baralyev yaradılır.  Təəssüf ki,  ağaclar 
Misirin  sərt  quru  iqliminə  tab  gətirmədilər,  lakin  məbədin 
divarlarındakı  rəsmlər  dövrümüzə  gəlib  çatmışdır.  Onların  yaşının 
3500  il  olmasına  baxmayaraq  turistləri  realistliyi  və  canlılığı  ilə 
heyrətləndirməkdədirlər.  Xatşepsutun  zamanında  həmçinin  müqəd­
dəs  Lukasor şəhərinə  750  tonluq  blokları  daşımaq məqsədilə  nəhəng 
nəqliyyat gəmiləri  inşa edilir.
Gəmiçilik  ölkələr  arasında  əlaqələri  fəallaşdırdı.  Lazımi  ağac 
materialları(məs.  şam,  sidr)  Suriya  və  Livandan  gətirirdilər.  Qırmızı 
dəniz  limanlarından  gəmilər  Ərəbistan  yarımadasındakı  ölkələrə, 
Hindistana  yola  salınır,  həmçinin  Çinlə  ticarət  edilirdi.  Şərqi  Afrika 
dövlətlərilə  ticarət  əlaqələri  geniş  idi,  oradan  fironlar  üçün  qızıl,  fil 
sümüyü,  daş və saxsı məmulatlar gətirilirdi.
Bununla  belə  qədim  dövrün  ilk 
dənizçiləri  finikiyalılar 
hesab  edilir.  Onların  dövləti  Aralıq  dənizinin  şərq  sahillərində 
yerləşirdi.  Finikiyalılar  böyük  və  möhkəm  gəmilər  inşa  edir,  Aralıq 
dənizi  hövzəsindən  kənara,  okeana  çıxır,  Avropanın  və  Afrikanın 
qərb  sahilləri  boyunca  üzürdülər.  E.ə.  VI  əsrdə  Misir  fironu  II 
Nexonun  (İİ  Nexao) tapşırığı  ilə finikiyalılar Afrika ətrafında səyahət 
etdilər.
Onlar  Eriteriya  dənizindən  (Qırmızı  dəniz)  üzərək  Cənub 
dənizinə  (Hind  okeanı)  çıxdılar.  Payızın  düşməsi  ilə  əlaqədar  onlar 
sahilə  yan  alır,  düşərgə  salaraq  torpağı  əkir,  məhsul  yığdıqdan  sonra 
yollarım  davam  etdirilər.  Bu  qayda  ilə  onlar yalnız  üçüncü  il  Afrika 
ətrafına dövrə vuraraq  Misirə  qayıtdılar.  Məhz  finikiyalıların  səyləri
56
nəticəsində  Cəbbəlütariq  boğazı  kəşf  edilmiş  və  Avropanın  qərb 
sahillərinə,  Britaniya  adalarına  və  Afrikanın  qərb  sahillərinə  çıxış 
imkanı  əldə  olunmuşdur.  Onlar  Atlantik  okeanına  çıxışda  Kadir 
(Kadis) və Tinqis (Tanjer)  şəhərlərinin təməlini qoymuşlar.
Təəssüflər  olsun  ki,  finikiyalıların  coğrafi  kəşfləri  onların 
mədəniyyətlərinin  taleyini  yaşadı.  Onların  səyahətlərinin  nəticələri 
sonrakı  nəsillər  üçün  demək  olar  ki,  izsiz-soraqsız  itmişdir.  Yalnız 
Herodotun  yazılarında  finikiyalıların  səyahətləri  haqqında məlumata 
rast  gəlinir.  Bununla  belə  coğrafi  kəşflər  sahəsində  finikiyalıların 
xidmətləri əvəzsisdir.  Hər şeydən  əvvəl  finikiyalılar Köhnə dünyanın 
iki qitəsinin adını vermişlər.
Aralıq  dənizi  ilə  üzərkən  onlar  ilk  dəfə  olaraq  dənizdən 
şərqdə  yerləşən  dövlətləri  ümumi  sözlə  -   “asu”,  Aralıq  dənizinin 
şimal-qərb  hissəsini  -   “Ereb”  adlandırırdılar  ki,  bu  da  müvafiq 
olaraq  Gündoğan  və  Günbatan  mənasını  verir.  Məhz  bu  adlardan 
qədim  yunanlar  “Asiya"  və  “Avropa”  yaratmışlar.  Finikiyalıların 
digər  xidməti  ondan  ibarətdir  ki,  səyahət  zamanı  müxtəlif  dillərdə 
danışan  xalqlarla  qarşılaşan  finikiyalılar  onların  səslərini  yamsıla- 
yırdı.  Sonralar  məhz  finikiyalılar  ieroqlofləri  əlifba  hərfləri  ilə  əvəz 
etdilər  ki,  bu  əlifbada  hər  bir  işarə  müəyyən  səs  kombinasiyasını 
bildirirdi.
Qədim  finikiyalıların  nəsilləri  olan  karfagenlilər 
yeni 
torpaqlar  və  ərazilər  mənimsənilməsini  davam  etdirirdilər.  Qədim 
mənbələrə  görə  e.ə.  VI  əsrdə 
Qalmikonun  rəhbərliyi  ilə  Priney 
yarımadasının  qərb  sahilləri  boyunca  Britaniya  adalarına  qədər 
ekspedisiya  həyata  keçirilmişdir.  Bu  səyahət  dörd  aya  yaxın  davam 
etmişdir.  Karfagenli  admiral  Hennonun(Qannon)  səyahəti  haqqında 
yazılı  məlumat dövrümüzə çatmışdır.
Eramızdan əvvəl  təqribən  525  və ya 530- cu  ildə Karfagendən 
hər  birində  əlli  avar  çəkəni  olan  60  gəmi  ilə  yola  düşmüşdü.  Bu 
gəmilərdə  Afrikanın  qərb  sahillərində  30  min  nəfər  karfagenli 
gedirdi.  Səfərin  məqsədi  Afrikanın  qərb  sahillərində  yeni  karfagen 
məskənləri,  ticarət  məntəqələri  yaratmaq  idi.  Aralıq  dənizi  ilə  qərbə
57


doğru  hərəkət  edən  karfagenlilər  Herakl  sütunlarının  yanında  -  
Cəbbəlütariq boğazından keçib Atlantik okeanına daxil  oldular.
Qannon  Afrika  sahillərində  bir  sıra  yeni  ticarət  məntəqələri 
yarada-yarada  Atlantik  okeanı  ilə  üzüaşağı  endi.  Karfagen  admiralı 
yerli  əhalidən  tərcüməçilər  götürərək  «böyük  və  enli  bir  çaya», 
ehtimal  ki,  indiki  Seneqal  çayına  çatdı.  Qannon  «Çoxlu  timsah  və 
begemot  olan»  bu  çayla  üzüyuxarı  üzür  və  sonra  Atlantik  okeanı  ilə 
təqribən  daha  bir  aya  qədər  cənuba  doğru  hərəkət  edir.  Səyyahın 
məlumatına  görə  o,  elə  bir  sahilə gəlib  çatmışdı  ki,  burada  gündüz 
ancaq  meşə,  gecələr  isə  böyük  alov  görmək  mümkün  idi.  Bundan 
sonra isə o,  çox böyük bir yanar dağa gəlib çatmışdı.
Ehtimal  etmək  olar  ki,  Karfagen  səyyahı  o  zaman 
Kamerundakı  hündürlüyü  4075  metrə  çatan  böyük  vulkan  dağlarına 
qədər  gedib  çıxmışdılar. 
Burada  Qannon  ilk  dəfə  insanabənzər 
meymunlara 
rast  gəlmişdi. 
Onun 
yazdığına 
görə 
körfəzin 
içərilərindəki  adalardan  birində  «vəhşi  adamlar  yaşayır.  Onların 
arasında  çoxlu  qadın  vardı,  biz  onları  təqib  etdik  və  kişilərdən  heç 
birini  tuta  bilmədik.  Onların  hamısı  daş  atıb  özlərini  müdafiə  edə- 
edə  təpələrə  dırmaşıb  qaçdılar.  Əvəzində  üç  qadını  ələ  keçirdik. 
Lakin  onlar  bizimlə  gəlmək  istəmir,  dişləyir,  cırmaqlayırdılar.  Biz 
onları  öldürüb soyduq və dərilərini  Karfagenə gətirdik.
Beləliklə,  Karfagen  admiralı 
Atlantik  okeanının  Afrika 
sahilləri  ilə Qvineya körfəzi  sahillərinə  qədər gəlib çıxmış,  sonra  isə 
ərzaq  çatışmazlığı  üzündən  səyahətini  davam  etdirə  bilməyib  geri 
dönmüşdü.  Qannonun  səfəri  qədim 
dövrün  ən  böyük  dəniz 
səyahətlərindən  biridir.  Bu  səyahət,  hələlik  məlum  olduğuna  görə, 
Afrikanın  qərb  sahilləri  ilə  cənuba  doğru  ilk  səyahətdir.  O  zaman 
avarlı  qayıqlarla  Qannonun  çatığı  Qvineya  sahillərinə  avropalılar  -  
portuqaliyalılar  bundan  təqribən  2000  il  sonra  -   XV  əsrdə  gəlib 
çıxdılar.
Yeri  gəlmişkən  Qədim  Misirdə ekvatorial  Afrikanın  rayonları 
barədə  cüzi  məlumatlara  malik  idilər,  çünki  misirlilər  cənub 
istiqamətində  uzaq  məsafəli  səfərlər etmirdilər.  Onların ticarət yollan 
müasir Sudanın  paytaxtı  Xartum şəhəri yaxınlığında sona çatırdı.
Qədim  dünyadan  söhbət  açarkən  qeyd  etməliyik  ki, 
səyahətlər  və  kəşflər  bütün  xalqlar  tərəfindən  həyata  keçirilirdi.  Bu 
mənada  insan  sivilizasiyasının  mərkəzləri  olan  Çin  və  Hindistan  da 
istisna  deyildir.  Qədim  Çin  sivilizasiyası  e.ə.  2  mininci  ildə Xuanxe 
çayı  hövzəsində təşəkkül  tapır.  E.ə.  ikinci  minilliyin  sonlarına  yaxın 
çinlilər  şimalda  Amur  çayının  sahillərinə  və  cənubda  Hind-Çin 
yarımadasının  qurtaracağına  kimi  Şərqi  Asiyaya  səpələnmişdilər. 
Qədim  Çində  ətraf aləm  haqqında  məkan  təsəvvürləri  öz  ölkələri  ilə 
məhdudlaşmırdı.  Çin  səyyahlarına  ölkələrinin  coğrafiyası  yaxşı 
məlum  idi.  Qədim  Çinlilər nəinki  öz  çaylarında üzür,  hətta gəmilərlə 
Sakit okeana da çıxırdılar.
Hələ  Şan-İn  sülaləsi  dövründə(e.ə.XVII-XIl  əsrlər)  Çin 
dövləti xarici müstəmləkələrə malik idi.  Bu haqda Mahnılar kitabının 
hissələrindən  biri  olan  “Şanskixod”da  məlumat  verilir.  E.ə.Xİ  əsrdə 
Çjou  sülaləsindən  olan  imperatorlardan  biri  taxta  çıxarkən  ona 
hədiyyə  olaraq  gəmi  verilmişdi.  Dəniz  səyahətlərinin  Qədim  Çində 
həyat  tərzinin  tərkib  hissəsi  olduğunu  belə  bir  faktla  təsdiq  etmək 
olar ki,  Tsi  çarlığının  hökmdarı  e.ə.  VI  əsrdə tədqiqat məqsədilə 6 ay 
gəmi  ilə üzmüşdür.
Çin  filosofu  Konfutsi  13  ildən  çox  səyahət  edən  müəllim 
olmuşdur.  Qədim  Çində  ticarət  və  gəzinti  gəmiləri  ilə  yanaşı  hərbi 
gəmilər də mövcud  idi.  Salnaməçi  e.ə.  485-ci  ildə  U  və Tsi  çarlıqları 
arasındakı  böyük  dəniz  döyüşü  haqqında  məlumat  verir.  Bu 
çarlıqlarda  hərbi  və  mülki,  həmçinin  hökumət  məmurları  və  səfirlər 
üçün  gəmilər  inşa  edilən  xüsusi  tərsanələrin  olması  tarixdən 
məlumdur.  E.ə.  Vİİ  əsrdən  başlayaraq  Qədim  Çində  ticarəti 
aktivləşdirmək məqsədilə  geniş coğrafi  icmallar yaradılmağa  başlanır 
ki.  Onu  müasir  bələdçi  kitablarının  nümunəsi  kimi  qiymətləndirmək 
olar.  Bu  icmallarda  nəinki  təbii  şərait,  eyni  zamanda  təsərrüfat, 
nəqliyyat  və s.  əks olunurdu.
Çjanqo  dövründə  Çində  zəvvarlıq  və  elmi  turizm  meydana 
gəlir.Kahinlər ölməzliyin  sirlərini  bilən qocaların yaşadığı  Boxayvan 
körfəzindəki  (Sarı  dəniz)  Penlay  və  İnçjou  adalarına  gedərdilər. 
Çinlilərin  coğrafiyanı  dərindən  bilmələrinin  nümunəsi  olaraq  Böyük
58
59


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə