Azərbaycan Paris Sülh Konfransında (1918-1920)


Ceyhun bəy Hacıbəyli (1889-1962)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə5/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   2   3   4   5   6   7   8   9   ...   115
kitab20111201125922638

Ceyhun bəy Hacıbəyli (1889-1962) 
Paris Siyasi Elmlər məktəbində və Sorbonnada təhsil almışdı. İstedadlı publisist və 
gözəl musiqiçi idi. Böyük qardaşı 
Üzeyir Hacıbəyli (1885-1948) 
ilə birlikdə ilk 
Azərbaycan operası “Leyli və Məcnun”u bəstələmişdi. Azərbaycan Cümhuriyyəti 
qurulduqdan sonra hökumət ofisi özünün-rus dilində çıxan “Azərbaycan” qəzetinin 
redaktoru olmuşdu. Rus-dilli Bakı və Qafqaz mətbuatında ciddi ictimai-siyasi 
problemlərə, mədəniyyət, təhsil, qadın azadlığı və s. məsələlərə dair çoxsaylı 
məqalələri dərc edilmişdi. 



Nümayəndə heyətinin məsləhətçisi 
Məhəmməd Məhərrəmov (1885-1982) 
İrəvan gimnaziyasını bitirmiş, gənc yaşlarından İrəvan azərbaycanlılarının (eyni adlı 
xanlığın mərkəzi olan bu Azərbaycan şəhəri 1918-ci ildə yeni yaranan Ermənistan 
Respublikasının paytaxtı elan olunmuşdu) təmsilçilərindən biri kimi tanınmışdı. 
1917-ci ilin noyabrında İrəvan quberniyasından Rusiya Müəssislər Məclisinə 
nümayəndə seçilmişdi. Transqafqaz Seyminin üzvü olmuş, Milli Xartiyanı - İstiqlal 
Bəyannaməsini imzalayanlar sırasında yer almışdı. Azərbaycan Parlamentində 
Sosialist fraksiyasının üzvü idi. 
Heyətinin başqa bir məsləhətçisi 
Miryaqub Mirmehdiyev (1887-?) 
Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş, Bakıda vəkillik fəaliyyəti ilə 
məşğul olmuşdu. Azərbaycan Parlamentinə “İttihad” partiyasından üzv seçilmişdi 
1919-cu ilin avqustunda Parlamentin Sosialist fraksiyası Nümayəndə heyəti 
tərkibindəki üzvlərinin rotasiya qaydası ilə əvəzlənməsi barəsində qərar çıxarmış və 
M. Məhərrəmovun yerinə 
Abbas bəy Atamalıbəyov (1892-1962) 
Parisə 
göndərmişdi. Lakin həmin dövrdə heyətin başqa bir üzvü - M.H.Hacınski artıq 
Azərbaycana qayıtdığından həm M.Məhərrəmovun, həm də A.Atamalıbəyovun 
Parisdə qalmaları məqbul sayılmışdı. Peterburq Kadet korpusunda ali hərbi təhsil 
almış A.Atamalıbəyov Nümayəndə heyətinin ən gənc üzvü kimi digər işlərlə yanaşı 
həm də missiyanın katibi vəzifəsini öz üzərinə götürmüşdü. 
Nümayəndə heyətinin texniki tərkibinə əməkdaşlar - 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə