Azərbaycan Paris Sülh Konfransında (1918-1920)


NÜMAYƏNDƏ HEYƏTİNİN SƏNƏDLƏRDƏ YAŞAYAN TARİXİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə9/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   5   6   7   8   9   10   11   12   ...   115
kitab20111201125922638

 
NÜMAYƏNDƏ HEYƏTİNİN SƏNƏDLƏRDƏ YAŞAYAN TARİXİ 
Nümayəndə heyətinin sədri Ə.M.Topçubaşov əvvəlcə İstanbuldan, sonra isə 
Roma və Parisdən hökumətə və parlamentə heyətin fəaliyyəti - keçirilən görüşlər
aparılan danışıqlar barəsində ardıcıl məlumat verirdi. Kommunikasiya çətinliklərinə 
və diplomatik poçtun qeyri-ardıcıl işinə baxmayaraq o, 1919-cu ilin mart-noyabr 
ayları ərzində öz ölkəsinin Nazirlər Şurasına 11 əhatəli hesabat göndərmişdi. 4-5 mart 
tarixli birinci, 17-19 mart tarixli ikinci və 18 aprel tarixli üçüncü hesabat İstanbuldan, 
4 may tarixli dördüncü hesabat Romadan, 15 may tarixli beşinci, tarixi bilinməyən 
altıncı, 8-10 iyun tarixli yeddinci, 8-9 iyul tarixli səkkizinci, 22-25 sentyabr tarixli 
doqquzuncu, 6-10 noyabr tarixli onuncu, 29 noyabr-2 dekabr tarixli on birinci 
hesabatlar isə Parisdən yola salınmışdı. 
Təəssüf ki, həmin hesabatlardan yalnız yeddisi qorunub saxlanmışdır. Sıra 
etiban ilə ikinci, dördüncü, beşinci və altıncı hesabatlar itirilmişdir. Eyni sözləri 1919-


16 
cu ilin dekabrından sonra göndərilən hesabatlar barəsində də demək mümkündür. 
Digər sənədlərdən də göründüyü kimi Nümayəndə heyəti 1919-cu ilin sonu-1920-ci 
ilin əvvəllərində daha məhsuldar və intensiv işləmişdi. Təbii ki, bu müddətdə görülən 
işlər də Mərkəzə göndərilən hesabatlarda öz əksini tapmışdı. Lakin həmin hesabatlar 
ya məhv edilmiş, ya da Moskvaya aparılmışdır. Hər halda indiyə qədər çatışmayan 
hesabatların izlərini Azərbaycan arxivlərində tapmaq mümkün olmamışdır. 
Azərbaycan Cümhuriyyətinin xarici siyasəti ilə bağlı bu mühüm sənədlər 
birinci və sonuncu dəfə 1927-ci ildə bolşevik tarixçi A.Rayevski tərəfindən 
“Musavatskoe pravitelstvo Azerbaydcanskoy Respubliki na Versalskoy konferensii 
(mart-dekabr 1919)” adı altında ayrıca kitab şəklində çap edilmişdir. Tərtibçi mətnləri 
olduğu kimi vermişdi. Lakin kitaba yazdığı müqəddimədə müstəqil Azərbaycan 
diplomatiyasının bu nümunələrini öz dövrünün bolşevik tarixçiliyinin prinsipləri 
ruhunda təftiş etməyi və dəyərləndirməyi də unutmamışdır. 
Başqa sözlə desək, bu gün bizim üçün dövlətçilik tariximizin mühüm 
sənədləri olan materiallar A.Rayevskinin fikrincə, Azərbaycanı Britaniya 
imperializminə satmaq niyyətinə düşmüş bir ovuc müsavatçının siyasi intriqalarından 
başqa bir şey deyildi. Lakin qatı bolşevik mövqeyindən asılı olmayaraq bu gün həmin 
nəşr üçün A.Rayevskiyə minnətdar olmaq lazımdır. Ümumiyyətlə, 20-30-cu illərdə 
ilk respublikamızın tarixini təhrif etmək, onun liderlərinə, məqsəd və amallarına ləkə 
yaxmaq məqsədi ilə bolşevik metodoıyası zəminində yazılmış əsərlər indi nə qədər 
qəribə görünsə də, tarixi gerçəkliyi obyektiv qiymətləndirməyə xidmət göstərir. Ən 
azı, ideoloji yanaşma tərzini bir kənara qoyaraq bu nəşrlərdəki çoxu artıq müasir 
tədqiqatçı üçün əlçatmaz olan fakt və qaynaqların əhəmiyyətini ayrıca 
qiymətləndirmək lazımdır. 
Hesabatların əksəriyyətinin Parisdən göndərildiyini nəzərə alaraq biz onların 
toplandığı kitabı yuxarıda da qeyd olunduğu kimi, “Paris məktubları” adı altında çap 
etdirmişdik. İstanbuldan göndərilən hesabatların da daha öncə H.Həsənov və 
H.Paşayev tərəfindən “Diplomatiçeskie besedı v Stambule” adı altında nəşr edildiyini 
yada salsaq, Azərbaycan Cümhuriyyətinin diplomatiya tarixini əks etdirən 
özünəməxsus dialogiyanın meydana çıxdığı aşkar olar. 
Azərbaycan hökumətinə göndərilən məlumatlar hamısı üzərində “Prezident 
de la deleqation de raix de la Azerbeidjan” (“Azərbaycan Cümhuriyyəti Sülh 
Nümayəndə heyətinin rəhbəri”) rəsmi ştampı olan blankda yazılmışdır. Hesabatların 
ilk səhifələrində göstərilən qoşa tarixlər (məsələn, 17-19 mart) onun yazılmağa 
başlandığı və sona çatdırıldığı tarixi bildirir. Məlumat mətnlərinin bir hissəsi müxtəlif 
xətlərlə, əllə yazılmış, qalan hissələri isə makinada çap edilmişdir. Xətt müxtəlifliyinə 
baxmayaraq məlumatların əvvəldən axıra kimi bir nəfərin düşüncələrinin məhsulu 
olduğu şübhə doğurmur. 
Hesabatlar bir qayda olaraq ya Ə.M.Topçubaşovun özü tərəfindən, ya da 
onun diqtəsi ilə katiblər tərəfindən yazılmışdır. Bu məlumatların üslubundan, təhkiyə 
tərzindən, habelə birbaşa sədrin funksiyaları ilə bağlı məqamlardan da aydın görünür. 


17 
Sənədlərin ilk naşiri A.Rayevskidə də Ə.M.Topçubaşovun müəllifliyi heç bir şübhə 
doğurmamışdı. Nəhayət, hər bir məlumat Nümayəndə heyətinin rəhbəri tərəfindən 
imzalanmış və onun şəxsi möhürü ilə möhürlənmişdir. 
Mətnlərin altından qırmızı və göy rəngli karandaşlarla çəkilmiş xətlər, 
səhifələrin kənarlarındakı müxtəlif işarələr və qeydlər bu materialların Bakıda 
cümhuriyyət rəhbərləri, ilk növbədə isə baş nazir N.Yusifbəyli və xarici işlər naziri 
M.Y.Cəfərov tərəfindən diqqətlə öyrənildiyini, onlardan daxili və xarici siyasətin 
qurulmasmda istifadə olunduğunu göstərir. 
Ə.M.Topçubaşov özünün və Nümayəndə heyəti üzvlərinin Azərbaycanın 
çağdaş vəziyyəti və gələcəyi ilə bağlı fıkirlərini ifadə edərək 1919-cu ildə Parisdən 
göndərdiyi məlumatlardan birində yazırdı: “Doğrudur, hələ bizi dövlət kimi 
tanımırlar. Lakin getdiyimiz hər yerdə və hamıya artıq il yarımdan bəri bir dövlət 
kimi mövcud olduğumuzu bildirir, öz parlamenti, hökuməti, inzibati sistemi, 
məhkəməsi, məktəbləri, ordusu olan Azərbaycanın müstəqil yaşadığını göstəririk. Bu 
Azərbaycan bolşeviklərlə amansız mübarizəyə tab gətirib. Deməli, azərbaycanlılar 
siyasi həyat qabiliyyətinə malikdirlər və özlərinin müstəqil dövlətini qura bilərlər. 
Gücümüz çatdığı qədər, hətta gücümüz çatmasa belə, bu vəziyyəti qoruyub saxlamaq, 
bu özünütəsdiqi mühafizə etmək lazımdır. Biz istərdik ki, hamı, bütün xalqımız indi 
müstəqil ictimai-siyasi həyata qabil olduğumuzu sübut etmək üçün imtahan 
verdiyimizi yaxşı başa düşsün. 
İnanırıq ki, buna gücümüz çatacaq. Çünki xalqımız doğrudan da 
qabiliyyətlidir, ölkəmiz isə təbii sərvətlərlə zəngindir. Lakin bizdə indiyə qədər əxlaqi 
başlanğıca əsaslanan siyasi məktəb olmadığından geniş xalq kütlələrinin öz gənc 
dövlətinin müəssisələrindən, qurumlarından nümunə götürməsi və yaşadığımız indiki 
sınaq anının bütün ciddiyyətini dərk etməsi çox zəruridir. Paytaxt və rəhbər xadimlər-
bax, Azərbaycana bütün varlığı ilə xidmət etməyin nümunəsini geniş xalq kütlələrinə 
onlar göstərməlidirlər. Ümumi borc xalqı səfərbər etmək və onu müstəqil mövcudluq 
ideyası ətrafında birləşdirməkdir. Çünki biz artıq şüurlarda geriyə dönüş üçün yer 
olmadığına və ola bilməyəcəyinə əminik. Qarşımızda bir yol var - bu da 
Azərbaycanın müstəqilliyinə aparan yoldur” 
Həmin yolun ilk yolçuları sırasında Ə.M.Topçubaşov və onun 
məsləkdaşlarının xüsusi yerləri var. Doğrudur, dövrün beynəlxalq münasibətlər 
sistemində mövcud obyektiv səbəblər və bir sıra subyektiv amillər üzündən onların 
mübarizəsi qalibiyyətlə nəticələnmədi. Cümhuriyyətin liderləri xalqı arzusunda 
olduğu və uğrunda mübarizə apardığı müstəqilliyə qovuşdura bilmədilər. 
Bolşevik təcavüzü nəticəsində 1920-ci ilin aprelində Azərbaycanın dövlət 
müstəqilliyinə son qoyuldu. İlk Azərbaycan Cümhuriyyətinin qurucularından 
M.Ə.Rəsulzadənin obrazlı ifadəsi ilə desək, “Yoxdan yaradılmış bir ideal rəmzi” olan 
üçrəngli bayraq “qırmızı bir bezə” (Sovet Azərbaycanının dövlət bayrağı nəzərdə 
tutulur-V.Q.) dəyişdirildi. Lakin yenə də M.Ə.Rəsulzadənin yazdığı kimi, “yüz illik 


18 
əsarət dərsi ilə iki illik azadlıq davası” artıq xalqı yalnız başqalarına dcyil, ilk 
növbədə öz-özünə tanıtmışdı. 
Versal Sülh konfransında iştirak edən Azərbaycan Nümayəndə heyəti yeni 
müstəqil dövlətin Avropaya göndərdiyi ilk diplomatik desant idi. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə