Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə3/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   2   3   4   5   6   7   8   9   ...   115
kitab20111201125922638

 
 



NÜMAYƏNDƏ HEYƏTİNİN TƏRKİBİ 
 
Azərbaycan Cümhuriyyətini Paris Sülh konfransında təmsil edən 
Nümayəndə heyətinin tərkibinə ölkənin tanınmış ictimai-siyasi xadimləri və görkəmli 
ziyalılar daxil idilər. Onlar Azərbaycanın müstəqilliyi ideyasına qəlbən bağlı 
olduqlarını, milli istiqlal uğrunda əzmlə mübarizə apardıqlarını fəaliyyət və 
bioqrafiyaları ilə dönə-dönə sübut etmişdilər. 
Nümayəndə heyətinin başçısı, XX əsrin əvvəllərində yalnız azərbaycanlıların 
deyil, çar Rusiyasındakı türklərin və müsəlmanların sınanmış lideri kimi tanman 
Əli 
Mərdan bəy Topçubaşov (1861-1934) 
Tiflisdə zadəgan ailəsində doğulmuş, Sankt-
Peterburq universitetinin hüquq fakültəsini bitirmişdi. Bir müddət vəkillik fəaliyyəti 
ilə məşğul olmuşdu. 1897-ci ildə məşhur neft milyonçusu və metsenat H.Z.Tağıyevin 
maddi vəsaiti hesabına nəşr olunan “Kaspi” qəzetinin redaktoru kimi geniş ictimai-
siyasi və ədəbi-publisistik fəaliyyətə başlamışdı. Onun redaktorluğu dövründə qəzet 
çarizm istibdadı şəraitində ən elementar hüquqları tapdanan Azərbaycan xalqının 
ruporuna çevrilmiş, dcmokratik ruhlu və milli əqidəli ziyalıları öz ətrafına toplamışdı. 
1905-ci il Birinci rus inqilabından sonra Ə.M.Topçubaşov bütün Rusiya 
türklərinin və müsəlmanlarının lideri kimi daha ardıcıl və prinsipial siyasi fəaliyyəti 
ilə tanınmışdı. O, Rusiya müsəlmanlarının 1904-07-ci illərdə keçirilən I-III 
qurultaylarının əsas təşkilatçılarından və rəhbərlərindən biri olmuş, Üçüncü 
qurultayın qərarı ilə yaradılan Ümumrusiya müsəlmanları partiyasının-”İttifaqi-
Müslüm”ün (“Musulmanskiy soyuz”) Məramnamə və Nizamnaməsini hazırlamış, 
onun Mərkəzi Komitəsinin üzvü seçilmişdi. 
1906-cı ildə Bakı quberniyasından Birinci Dövlət Dumasına deputat seçilən 
Ə.M.Topçubaşov Müsəlman fraksiyasını yaratmış və ona rəhbərlik etmişdi. Çar İkinci 
Nikolay tərəfindən Dumanın qovulmasına etiraz bildirən məşhur “Vıborq 
Bəyannaməsi”ni imzalayan 200 deputat içərisində azərbaycanlı siyasi xadim də var 
idi. Çarizmin süqutundan sonra 1917-ci ilin mayında Rusiya müsəlmanlarının 
Moskva qurultayının keçirilməsində və burada türk-müsəlman əhalinin Rusiya ilə 
gələcək münasibətləri barəsində bir sıra prinsipial qərarların qəbul edilməsində 
Ə.M.Topçubaşovun böyük rolu olmuşdu. 
Həmin dövrdə o, eyni zamanda Bakıda Transqafqaz Müsəlman ictimai-siyasi 
təşkilatlarının koordinasiya mərkəzi olan İcraiyyə Komitəsinin işinə də rəhbərlik 
edirdi. 1918-ci il iyunun 17-də baş nazir Fətəli xan Xoyskinin rəhbərliyi ilə təşkil 
olunan ikinci hökumət kabinəsində Ə.M.Topçubaşov portfelsiz nazir vəzifəsini 
tutmuş, həmin il avqustun 22-də isə Azərbaycan Cümhuriyyətinin Fövqəladə və 
Səlahiyyətli Naziri kimi Osmanlı imperiyasının paytaxtı İstanbula göndərilmişdi. 
1918-ci ilin dekabrında Azərbaycan Parlamenti özünün ilk iclasında onu sədr 
seçmişdi. Həmin il dekabrın 28-də Parlamentin yekdil qərarı ilə Paris Sülh 
konfransında Azərbaycan Nümayəndə heyətinin başçısı təyin olunmuşdu. 



Diplomatik missiyada Ə.M.Topçubaşovun müavini olan 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə