Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə4/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   2   3   4   5   6   7   8   9   ...   115
kitab20111201125922638

Məmməd Həsən 
Hacınski (1875-1931) 
Bakı real məktəbində və Peterburq Yol Mühəndisləri 
İnstitutunda təhsil almış, uzun müddət Bakı Dumasında şəhər tikintisi idarəsinə 
başçılıq etmişdi. O, həm də Ə.M.Topçubaşovla birlikdə Müsəlman ictimai-siyasi 
təşkilatları İcraiyyə Komitəsinin rəhbərlərindən biri idi. Sonralar “Müsavat” sıralarına 
keçən M.H.Hacınski bu partiyanın I qurultayında Mərkəzi Komitə üzvü seçilmişdi. 
F.Xan-Xoyskinin qurduğu birinci hökumətdə xarici işlər, ikinci hökumətdə isə 
maliyyə naziri vəzifələrini tutmuşdu. Azərbaycan Parlamentinin üzvü idi. 
Nümayəndə heyətinin üzvü 
Əkbərağa Şeyxülislamov (1881-1961) 
İrəvan 
gimnaziyasının və Peterburq Yol Mühəndisləri İnstitutunu bitirmişdi. Transqafqaz 
Seyminin üzvü, Transqafqaz hökumətində daxili işlər nazirinin müavini olmuşdu. 
Siyasi fəaliyyətini menşevik istiqamətli “Hümmət” partiyasında davam 
etdirirdi. Azərbaycan Cümhuriyyətinin qurulmasını elan edən İstiqlal Bəyannaməsini 
imzalayanlar içərisində Ə.Şeyxülislamov da var idi. O, Fətəli xan Xoyskinin ilk 
hökumətində torpaq və əmək naziri kimi çalışmışdı. Parlamentdə sosialist fraksiyasını 
təmsil edirdi. 
Nümayəndə heyətinin üzvü 
Əhməd bəy Ağaoğlu (1869-1939) 
tanınmış 
publisist və ictimai xadim idi. Paris Ali Hüquq Moktəbində və Sorbonna 
universitetində mükəmməl hüquq təhsili almışdı. XX əsrin əvvəllərində “Həyat”, 
“İrşad”, “Tərəqqi” qəzetlərinin redaktoru olmuş, 1905-ci ildə Azərbaycanda ilk siyasi 
partiya sayılan “Difai”ni qurmuşdu. Rusiya gizli polisinin təqibləri nəticəsində 1909-
cu ildə Osmanlı imperiyasına -Türkiyəyə mühacirət etdikdən sonra burada “İttihad və 
Tərəqqi” partiyasının liderləri ilə yaxınlaşmış, “Türk yurdu” və “Türk ocağı” 
təşkilatlarının qurucuları sırasında yer almışdı. O, eyni zamanda İstanbul 
universitetinin rus ədəbiyyatı professoru və Osmanlı Məclisi-Məbusanının 
(Parlament) üzvü kimi elmi-siyasi fəaliyyət göstərmişdi. Ə.Ağaoğlu 1918-ci ildə 
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri 
kimi Azərbaycana gəlmiş, burada Parlamentə üzv seçilmişdi. Lakin İstanbuldakı 
ingilis işğal qüvvələri “İttihad və Tərəqqi” liderləri ilə yaxınlığına görə 
Ə.Ağaoğlunun Parisə getməsinə imkan verməmişdi. O, 1919-cu ildə İstanbulda həbs 
olunmuş və Malta adasına sürgün edilmişdi. 
Nümayəndə heyətinin məsləhətçisi 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə