Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə2/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   2   3   4   5   6   7   8   9   ...   115
kitab20111201125922638

 
Vilayət Quliyev - 2008 
İndigo - 2008



AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ 
PARİS SÜLH KONFRANSINDA 
Rusiya imperiyasının süqutundan sonra müsəlman Şərqində yaranan ilk 
Avropa tipli dövlətin - Azərbaycan Cümhuriyyətinin mövcudluğu və gələcək taleyi 
təkcə xalqın tarixi seçiminə bağlı deyildi. Bu həmin dövrdə daha çox böyük 
dövlətlərin plan və niyyətlərindən, yeni dünya xəritəsini cızan siyasətçilərin istək və 
iradəsindən asılı idi. 
Xalq öz sözünü demişdi. Azərbaycan vətəndaşları böyük məhrumiyyətlər və 
şəhid qanları bahasına imperiya asılılığından xilas olaraq azadlıq əldə etmiş, müstəqil, 
demokratik dövlət qurmağa başlamışdılar. Lakin xalqın tarixi seçiminin dünya birliyi 
tərəfindən vaxtında tanınmaması yeni təhlükələr doğururdu. Azərbaycan dövləti 
mövcudluğunun ilk günlərindən “vahid və bölünməz Rusiyanı” keçmiş sərhədləri 
daxilində bərpa etmək istəyən sovet imperializminin müstəmləkəsinə çevrilmək 
qorxusu ilə üz-üzə qalmışdı. 
Azərbaycan Cümhuriyyətinin qurucuları bu təhlükəni aydın şəkildə hiss 
edirdilər. Buna görə də hər vasitə ilə gənc cümhuriyyətinin üzləşdiyi ciddi 
problemləri dünya birliyinin diqqətinə çatdırmağa, beynəlxalq hüququn subyekti olan 
müstəqil dövlət kimi tanınaraq zəruri siyasi təminatlar və təhlükəsizlik qarantiyaları 
əldə etməyə çalışırdılar. 
Rusiya, Osmanlı və Avstriya-Macarıstan imperiyalarının süquta uğradığı, 
yeni milli dövlətlərin meydana çıxdığı, dünya miqyasında tamamilə fərqli siyasi 
mənzərənin yarandığı 1918-ci ildə bu xüsusi ilə vacib idi. Belə bir tarixi məqamda 
dünya birliyi, ilk növbədə isə Avropa ilə qarşılıqlı maraqlara əsaslanan intensiv 
siyasi-diplomatik münasibətlərin qurulmasına, xalqın və ölkənin Avropada 
tanıdılmasına ciddi ehtiyac vardı. 
Azərbaycandan Avropaya orta əsrlərdə də diplomatik heyətlər göndərilmişdi. 
Lakin belə elçilər bir qayda olaraq öz hökmdarlarının iradəsini Avropa monarxlarına, 
Avropa saraylarına çatdırmaq üçün illərə davam edən ağır və üzücü səfərlərə 
çıxırdılar. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan Parlamentinin 
qərarı ilə Parisə - Versal Sülh konfransına göndərilən nümayəndə heyəti isə xalqın 
iradəsini, onun müstəqillik əzmini ifadə etmək, bu müstəqilliyi dünyaya tanıtmaq və 
qəbul etdirmək missiyasını öz üzərinə götürmüşdü. 
XX yüziliyin görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin dərin kədər və 
təəssüf dolu “Qoymuş miləl imzasını övraqi-həyata, Yox millətimin xətti bu imzalar 
içində” - misralarının yazıldığı vaxtdan cəmi bir neçə il keçirdi. Və bu bir neçə ilin 
içərisində sürətlə dəyişən, inkişaf edən, mövcud siyasi reallıqdan yararlanaraq milli 
dövlətini quran Azərbaycan xalqı tarixin və həyatın səhifələrində layiqli yerini tutmaq 
üçün yeni dünyanın taleyinin həll olunduğu Parisə - Versal Sülh konfransına öz 
Nümayəndə heyətini göndərirdi. 



Azərbaycan Cümhuriyyəti XI Qırmızı ordunun işğalına uğrayana qədər 
(əslində bundan sonra da) Nümayəndə heyəti öz ölkəsini, onun qədim tarix və 
mədəniyyətini, geniş iqtisadi imkanlarını, bu xalqın doğma torpaqlarında azad və 
müstəqil yaşamaq haqqını tanıtmaq üçün mühüm işlər görmüşdü. Heyət üzvləri 
Azərbaycan, ingilis, fransız, rus və b. dillərdə kitab və broşüralar yazıb çap etdirmiş, 
Sülh konfransında təmsil olunan ölkələrin siyasi və diplomatik elitası ilə əlaqələr 
qurmuş, Qərbi Avropa mətbuatının imkanlarından yararlanmağa çalışmışdılar. 
Nümayəndə heyəti üzvləri eyni zamanda Versal konfransında cərəyan edən 
proseslər, aparılan danışıqlar, keçirilən görüş və müzakirələr barəsində öz 
hökumətlərini ardıcıl məlumatlandırmış, çağdaş Avropa siyasi reallığından çıxış 
edərək bir sıra qiymətli tövsiyyələr vermişdilər. Təəssüf ki, ilk Cümhuriyyətimizin 
şərəfli siyasi və diplomatik mübarizə salnaməsini əks etdirən bütün bu sənədlər 
onilliklər boyu hamıdan, hətta tarixşünas alim və mütəxəssislərdən də gizli 
saxlanmışdır. Lakin bəşəriyyətin ən qədim kitablarından biri olan Bibliyada deyildiyi 
kimi, “elə gizlin yoxdur ki, axırda aşkar olmasın”. 
Yalnız Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra görkəmli dövlət 
xadimi və diplomat, Azərbaycan Cümhuriyyətinin qurucularından biri Əli Mərdan 
bəy Topçubaşovun rəhbərliyi ilə 1918-20-ci illərdə İstanbulda və Parisdə fəaliyyət 
göstərən Azərbaycan diplomatik missiyası haqqında bir sıra mənbələr aşkara 
çıxarılmış və ictimaiyyətə çatdırılmışdır. Həsən Həsənovun rəhbərliyi altında 
hazırlanan “İstanbulda diplomatik söhbətlər” (Bakı, 1995, rus dilində), Vilayət 
Quliyevin Azərbaycan və rus dillərində geniş müqəddimə ilə çap etdirdiyi “Parisdən 
məktublar” və “Писма из Парижа” (Bakı, 1998) kitabları bu baxımdan ilk addımlar 
idi. 
Həmin 
kitablarda 
diplomatik 
missiyanın 
Azərbaycanın 
dövlət 
müstəqilliyinin tanıdılması ilə bağlı mərkəzi hökumətlə apardığı yazışmalar öz əksini 
tapmışdır. Paris Sülh konfransındakı Azərbaycan Nümayəndə heyətinin fəaliyyətinin 
başqa bir sahəsini isə sırf elmi todqiqatçılıq və siyasi təbliğat təşkil edirdi. 
Azərbaycanın Avropada çox az tanındığı XX yüzilliyin əvvəllərində belə təbliğati 
fəaliyyətə böyük ehtiyac vardı. Heyət üzvlərinin bu məqsədlə 1919-cu ildə Parisdə 
ingilis və fransız dillərində çap etdirdikləri və indi də əhəmiyyətini itirməyən “Qafqaz 
Azərbaycanı Nümayəndə heyətinin Paris Sülh konfransından tələbləri” kitabı orijinal 
mətnlər və Azərbaycan dilinə tərcümədə oxuculara təqdim olunur. 
Paris Sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin öz hökumətinə 
göndərdiyi hesabatlara və Avropa ölkələrində müxtəlif Qərb dillərində çap etdirdiyi 
tanıtma xarakterli məlumatlara keçməmişdən əvvəl, ürəkləri vətənə və xalqa 
məhəbbətlə dolu olan, milli dövlət qurmanın qürurunu birincilər sırasında yaşayan 
missiya üzvləri haqqında qısa bioqrafik məlumatları açıqlamaq yerinə düşərdi. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə