“Hərbi bilik”. 2009.№3. S. 102-111 Azərbaycan Ali Hərbi



Yüklə 227,94 Kb.
Pdf görüntüsü
tarix11.09.2018
ölçüsü227,94 Kb.
#67895


“Hərbi bilik”.-2009.-№3.-S.102-111

Azərbaycan Ali Hərbi

Dənizçilik Məktəbinin qısa tarixi

Mayor İsmayıl İSFƏNDİYAROĞLU

Azərbaycan  xalqının  qәdim  vә  zәngin  tarixi  әnәnәlәri  var.  Hәmin  әпәnәlәrdәn  biri  dәnizçiliklә  bağlı

olmuşdur.  Bu  әnәnә  heç  vaxt  unudulmamışdır.  Əksinә  daha  çox  qol-budaq  ataraq  hәr  bir  Azərbaycan  gәnci

üçün örnәk olmuşdur.

Milli hərbi donanma quruculuğunda böyük rolu olmuş AAHDM 70 illik hərb tarixinə malikdir. Ötən dövr

ərzində mürəkkəb, ziddiyyətli və eyni zamanda şərəfli bir yol keçmişdir. Bu dövr bir neçə mərhələyə bölünür və hər

mərhələnin  özünəməxsus  əhəmiyyəti  var.  Azərbaycanın  dəniz  tarixinə  və  dəniz  hərb  tarixinə  nəzər  salsaq,

neçə-neçə tarixi həqiqətləri öyrənə bilərik. Hələ 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan

olunduqdan sonra dövlət quruculuğu işinin çox mürəkkəb və çətin bir dövründə Silahlı Qüvvələrin və onun tərkib

hissəsi  kimi  Hərbi  Dəniz  Donanmasının  yaranmasına  xüsusi  əhəmiyyət  verilmişdir.  Həmin  ilin  iyun  ayında

Gəncədə  türk  zabitlərinin  yaxından  köməyi  ilə  gizirlər  hərbi  məktəbi  açılmışdır  (həmin  ilin  noyabr  ayında  hərbi

məktəbə  çevrilmişdir)  və  oktyabr  ayının  23-də  Müdafiə  Nazirliyi  yaradılmışdır.  1919-cu  il  yanvar  15-də  Baş

Qərargahın şöbələri təsis olunmuş, iyun ayında Dövlət Müdafiə Komitəsi, avqust ayında isə Azərbaycan Xəzər

Hərbi  Donanması yaradılmışdır.  О  vaxtdan  80  il  keçir.  Bu  dövrdə  ali  hərbi  dənizçilik  təhsili  almış  azərbaycanlı

zabit kadrı yox idi. Yalnız 2 gəminin - "Ərdəhan" və "Astarabad" gəmilərinin komandirləri azərbaycanlı idi (dəniz

xidmət  kapitanı Həsən  Çilingərzadə  və  ştabs-kapitan  Kitançizadə).  Azərbaycan  Donanmasının gəmiləri  öz  milli

bayrağı  altında  üzməyə  başlamışdır  (Ərdəhan,  Astarabad,  Qars,  Göy-təpə,  Araz,  Nargin,  Oryol,  Puşkin).

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti  süqut edir və Xəzər  dənizində  Hərbi  Dəniz  Qüvvələrinin

bazası əsasında Azərbaycan Qızıl Donanması yaranır.

1920-ci  ilin  yayında  kiçik  gəmilərdən  ibarət  Kür  Hərbi  Dəniz  Donanması təşkil edilir.  Bu  donanma  milli

azadlıq hərəkatını boğmaq məqsədi ilə yaradılmışdı.

Sovet  dövründə  Bakı  Mülki  Dənizçilik  Məktəbinin  bazasında  Bakı  Uzaq  Okeanda  Üzmə  Məktəbi  və

sonralar Bakı Su Nəqliyyat Texnikumu təsis olunmuşdur. 1930-cu il sentyabrın  1-də bu texnikum Bakı Dənizçilik

Texnikumuna çevrilmişdir. Texnikumun 1920-ci il məzunları arasında Xəzər dənizi üzrə ilk alim, Azərbaycan EA

müxbir üzvü, professor К.G.Gül, ilk azərbaycanlı kapitan qadın Ş. Ş. Səlimova olmuşdur.

1930-cu illərdə kəskinləşən beynəlxalq münasibətlər SSRİ-ni daha güclü Hərbi Dəniz Qüvvələri yaratmağa

məcbur etmişdir. 1939-cu ilin yayında Bakıda Xəzər Hərbi Dənizçilik Məktəbi yaradılmış  və həmin il məktəbin

1-ci kursuna 675 nəfər müdavim qəbul olmuşdur. 1940-cı il iyunun 5-də məktəbin statusu artırılmış və "Xəzər Ali

Hərbi  Dənizçilik  Məktəbi"  adlandırılmışdır.  Həmin  ilin  yayında  Bakıda  7  saylı  xüsusi  hərbi  dənizçilik  orta

məktəbi  də  yaradılmışdır.  Lakin  1941-ci  il  iyun  ayının  22-də  Böyük  Vətən  müharibəsi  başlanır.  Məktəbin

komandanlığı  qarşısında  Hərbi  Dəniz  Qüvvələri  üçün  qısamüddətli,  sürətli  proqram  əsasında  komandir  kadrları

hazırlamaq kimi mühüm tapşırıq qoyulur. Yaranmış çox mürəkkəb hərbi-siyasi vəziyyətdə 1941-ci ilin sentyabr və

oktyabr aylarında məktəbin ilk fövqəladə buraxılışı olmuşdur.

1941 -1945-ci illərdə Bakı SSRİ-də hərbi dəniz kadrları hazırlayan əsas mərkəz olmuşdur. Bu illər ərzində

Bakıda Xəzər Hərbi Donanmasının Birləşmiş  Məktəbi, dənizdə üzmə məktəbi, dəniz texnikumu, donanma ixtisası

üzrə  müxtəlif  təkmilləşmə  kursları  fəaliyyət  göstərmişdir.  Cəbhə  üçün  3  min  nəfərdən  çox  mütəxəssis

hazırlanmışdır.  Almaniya  ilə  müharibə  qurtardıqdan  sonra  məktəbin  yetirmələri  Uzaq  Şərqdə  Yaponiya  ilə

müharibədə döyüş əməliyyatlarında fəal iştirak etmişlər. Nümunəvi xidmətlərinə görə SSRİ-nin Ali Soveti Rəyasət

Heyəti adından 1945-ci ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə hərbçiliyin şərəf və şöhrət rəmzi olan "Qırmızı

Bayraq"  ordeni  verilmişdir.  Məktəbin  məzunlarının  20  nəfəri  ən  yüksək  ada  —  Sovet  İttifaqı Qəhrəmanı adına

layiq  görülmüşdür.  Onlardan  2  nəfəri  bu  fəxri  adı  iki  dəfə  qazanmışdır.  100  nəfərdən  çoxu  admiral  və  general

rütbəsinə  qədər  yüksəlmişdir.  Onlardan  həmyerlimiz  vitse-admiral  Həmid  Həbib  oğlu  Qasımbəyovu,

vitse-admiral  Şahin  Sultanovu,  general-leytenant  Rövşən  Əkbərovu,  kontr-admiral  Rafiq  Əsgərovu,

general-mayor  Mirzə  Almasovu,  general-mayor  Əli  Kazımovu  və  general-mayor  Vidadi  Əliyevi  göstərmək

olar.


1950-ci  ildə  məktəbdə  xarici  ölkələrin  hərbi  dəniz  qüvvələri  üçün  kadrlar  hazırlayan  xüsusi  fakültə

yaradılmışdır. Məktəbin məzunlarından 260 nəfəri alimlik dərəcəsi almışdır. 1959-1990 - cı illər ərzində 32 ölkədən

gələn  6  min  dənizçi  zabit  məktəbi  müvəffəqiyyətlə  bitirmişdir.  Bu  xidmətlərinə  görə  məktəb  ADR,  Vyetnam,

Kuba, Bolqarıstan dövlətlərinin ordenləri ilə təltif olunmuşdur.  Qazandığı böyük nailiyyətlərə görə  1969-cu  ildə

məktəbə  "Qırmızı  Bayraq"  ordeni  verilmişdir.  Azərbaycanlı zabitlərin  sayı az  idi.  1970-ci  illərin  əvvəllərindən

etibarən  hərbi  məktəblər  üçün  müdavimlərin  hazırlanmasına  böyük  diqqət  yetirilmişdir.  1971-ci  ildə  Heydər

Əliyevin  təşəbbüsü  ilə  2  saylı  səkkizillik  internat  məktəbinin  bazasında  ali  hərbi  məktəblərə  qəbul  üçün  xüsusi

kontingent hazırlayan ixtisaslaşdırılmış məktəb (indiki C.Naxçıvanski adına Hərbi Lisey) yaradılmışdır. Bu məktəbi



bitirən  gənclər  ölkənin  müxtəlif  ali  hərbi  məktəblərinə  daxil  olmuşlar.  1939-1992  -  ci  ilə  qədər  məktəbin  15080

məzunu  olmuşdur.  1974-1992  -  ci  illər  ərzində  məktəbi  88  nəfər  azərbaycanlı  bitirmişdir.  Keçmiş  Xəzər

donanmasının dörddə bir hissəsi Azərbaycana verilmişdi. Respublikanın rəhbərliyi qarşısında bu qüvvələrin bazası

əsasında  keyfiyyətli  və  döyüşə  hazır  olan,  dənizdən  hər  hansı hücumun  qarşısını alan,  bütövlükdə  Azərbaycanın

dəniz sərhədlərini müdafiə etmək qabiliyyətinə malik olan Hərbi Dəniz Qüvvələrini yaratmaq kimi çox mühüm bir

vəzifə  qoyulmuşdu.  Zəruri  ixtisaslar  üzrə  zabit  kadrlarının  hazırlanmasını  təmin  etmək  məqsədilə  Azərbaycan

Respublikası Prezidentinin 28 saylı 3 iyul 1992-ci il tarixli fərmanı ilə Kirov adına Qırmızı Bayraqlı Xəzər Ali

Hərbi  Dənizçilik  Məktəbi  Azərbaycan  Respublikasının Müdafiə  Nazirliyinin  tabeliyinə  verilmişdir və  Bakı

Ali Hərbi Dənizçilik Məktəbi adlandırılmışdır.  Məktəbin ilk rəisi 1-ci dərəcəli kapitan E. O. Hüseynov olmuş və

ona müstəqil Azərbaycan Respublikasının ilk kontr-admiral rütbəsi verilmişdir.

1992-ci  ildə  ilk  dəfə  Azərbaycan  Respublikasının  Hərbi  Andını  qəbul  etmiş  gənclər  məktəbin  birinci

kursuna qəbul olmuşlar. Az müddətdə yeni kafedralar, bölmələr yaradılmış, tədris prosesi günün tələblərinə cavab

verən  yüksək  səviyyədə  qurulmuşdur.  Məktəbdə  zabit  kadrlan  üç  fakültədə  21  ixtisas  üzrə  hazırlanırdı.  Bununla

yanaşı  bir  sıra  yeni  tapşırıqları  həll  etmək  lazım  gəlirdi.  Müdafiə  Nazirliyinin  sifarişi  ilə  cəbhənin  ehtiyacını

ödəmək  məqsədilə  bir  neçə  qrup  zenit  atıcıları  hazırlanmışdır.  Zabitlərin  yenidən  hazırlanması  ilə  bağlı  kurslar

təşkil olunmuşdu.  3  fakültə,  20  kafedra  yaradılmış  və  21  ixtisas  üzrə  zabit  kadrlarının  hazırlığına  başlanılmışdır.

Söz  yox  ki,  Silahlı Qüvvələrin  yaranması böyük  təcrübə  və  bilik  tələb  edir.  Bu  məsələni  yaxşı anlayan  BAHDM

komandanlığı Sovet Donanmasında xidmət etmiş zabitlərin təcrübəsindən səmərəli istifadə etməyə başlamışdır.

Müqavilə  əsasında  1993-cü  ildə  Xəzər  Dəniz  Neft  Qaz  Donanması  üçün  mütəxəssislər  hazırlamaq

məqsədilə yeni fakültə təşkil edilmiş  və burada ixtisaslı dəniz kadrlarının hazırlanmasına başlanılmışdır.    1998-ci

ildə həmin mütəxəssislərin 3 ixtisas üzrə ilk buraxılışı olmuşdur. 1997-ci ildən miçmanlar kursu fəaliyyət göstərir.

Bu günə kimi 20-yə yaxın buraxılış olmuşdur.

1997-ci ildən Türkiyə Respublikası ilə  hərbi  sahədə  qurulan  əməkdaşlıq  nəticəsində  NATO  standartlarına

uyğun tədris planları tərtib olunmuş-dur. 1998-ci ildən başlayaraq məktəb məzunu olan gənc zabitlər və yuxarı kurs

kursantları yay  dəniz-gəmi  təcrübəsini  Türkiyə  Respublikasının  HDQ  gəmilərində  keçirirlər.  1999-cu  ilin  noyabr

ayında "Dalğıc" və "Sualtı müdafiə" ixtisas kursları üzrə ilk məzunlar həyata vəsiqə almışlar. 1992-2007 - ci illər

ərzində məktəbin 21 ixtisas üzrə 1600-ə yaxın məzunu olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2001-ci il tarixli "Azərbaycan Respublikası Ali Hərbi



Məktəbinin adları haqqında" fərmanı ilə BAHDM Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırılmışdır.

Azərbaycan  Ali  Hərbi  Dənizçilik  Məktəbinin  əsas  vəzifəsi  Azərbaycan  Hərbi  Dəniz  Qüvvələri  üçün  yüksək

ixtisaslı,  ruhən  sağlam,  fiziki  cəhətdən  güclü,  bacarıqlı  və  vətənpərvər  dənizçi  zabiti  yetişdirməkdir.  Dənizçilik

məktəbində ауrıса 12 ixtisas üzrə miçmanlar kursu fəaliyyət göstərir. Başqa sözlə, AAHDM HDQ üçün mütəxəssis

hazırlayan  yeganə  təlim-tədris  qurumudur.  Azərbaycan  Ali  Hərbi  Məktəblər  sistemində  hal-hazırda  5  illik  tədris

sistemi mövcuddur. Dənizçilik məktəbində 1-ci kursda kursantlar ixtisaslara bölünür. 4-cü kursu bitirdikdən sonra

kursantlara bir il davam edən ixtisas kursları verilir. Kursantlar öz təcrübələrini 1-ci və 2-ci kursun sonunda Hərbi

Dəniz Qüvvələrinin gəmilərində, 3-cü kursun sonunda Türk Dəniz Harp Okulu kursantları ilə birlikdə Egey, Aralıq

dənizi və başqa xarici limanlarda keçirirlər. 4-cü kursu bitirib məzun olduqdan sonra isə Türkiyədə Dəniz Qüvvələri

Komutanlığının  müxtəlif  gəmilərində  təcrübə  qazanırlar.  AAHDM-də  tədris  ili  iki  semestrdən  ibarətdir.  Bir

semestr ərzində hər fənn üzrə ara sınaq və yekun imtahanları keçirilir.

Hazırda AAHDM-də 3 istiqamət mövcuddur:

1. Dəniz texnikası və gəmiçilik (mexanik, şturman).

2. Avtomatika və idarəetmə (artilleriya).

3. Radiotexnika (rabitə).

2002-ci  ildə  dənizçiliklə  əlaqədar  yüksək  qurumlarla  birgə  koordinasiya  şəraitində  akademik  proqram

hazırlanmışdır.  Bu  proqram  Təhsil  və  Müdafiə  Nazirliyində  təsdiq  olunmuşdur.  Yeni  proqram  2003-2004  -  cü

təlim-tədris ilindən etibarən qüvvəyə minmişdir. Yeni proqramla məzun olan kursantlar Azərbaycan Universitetləri

tərəfindən qəbul edilən bakalavr səviyyəsində diploma sahib olurlar.

Mövcud  duruma  görə  təlim-tədris-tərbiyə  fəaliyyəti  3-cü  kursdan  başlayaraq  məktəbin  tədris  bölməsi

tərəfindən təşkil edilir və kafedraların rəhbərləri tərəfindən icra olunur.

AAHDM-də müxtəlif ixtisaslar üzrə 4 kafedra fəaliyyət göstərir.



HƏRBİ DƏNİZ FƏNLƏRİ KAFEDRASI

Bu kafedrada silahlardan istifadə, onların istismarı və hərbi taktika haqqında biliklər verilir, eyni zamanda

xarici  (ingilis)  dil,  hərbi  psixologiya  və  pedaqogika,  Azərbaycan  tarixi,  hüquq,  sosiologiya,  mikro  və

makroiqtisadiyyat  kimi  dərslər  keçirilir.  Təlim-tədris  prosesi  əsas  binaların  sinif  və  laboratoriyasında,  silah

pavilyonunda həyata keçirilir.

GƏMİÇİLİK KAFEDRASI

Azərbaycan  HDQ-də  şturman  adlanan  və  türk  donanmasında  seyir  hərəkət  zabiti  kimi  tanınan  zabitlərin

hazırlanmasında  cavabdeh  olan  kafedradır.  Burada  naviqasiya,  astronaviqasiya,  naviqasiya  cihazları  və

sistemlərindən  istifadə  qaydaları  ilə  bağlı fənlərdən  dərslər  keçirilir.  Sinif  və  laboratoriyaların  böyük  əksəriyyəti

əsas binada yerləşir. Dərslərin bir qismi 5 saylı tədris korpusunda və planetariyada keçirilir.



SUÜSTÜ GƏMİLƏRİN RADİOTEXNİKA VƏ

RABİTƏ VASİTƏLƏRİ KAFEDRASI

Bu  kafedra  radiotexnika  və  rabitə  ixtisası  üzrə  bütün  dərslərin  keçirilməsinə  cavabdehdir.  Təlim-tədris

prosesi əsas binanın sinif və laboratoriyasında, eyni zamanda silah pavilyonunda həyata keçirilir.

GƏMİ ENERJİ QURĞULARI KAFEDRASI

Bu kafedrada gəminin mexaniki hissələri, elektrik avadanlığı, gəmi dizeli, dizel elektrik qurğuları ilə bağlı

müxtəlif  dərslər  keçirilir.  Geniş  imkanlara  sahib  olan  bu  kafedranın  laboratoriyaları  və  dalğıc  poliqonu  da  var.

AAHDM-də tədrislə bağlı bir sıra bölmələr də fəaliyyət göstərməkdədir: məktəb kitabxanası, məktəbin ehtiyaclarını

ödəyə bilən cizgi bürosu. Bundan başqa müxtəlif sənədlərin, dərs kitablarının və əsərlərin qorunduğu kitabxanalar

da tədris bölməsinə bağlıdır. Məktəbdə həmçinin gəmiçilik təcrübəsi ilə bağlı idman yarışları və müxtəlif dərnəklər

fəaliyyət göstərir. Mövcud üzmə hovuzu, o cümlədən qapalı idman kompleksi yenidən təmir olunmuşdur.

MƏKTƏBİN SON 10 İLDƏ ƏLDƏ ETDİYİ TƏCRÜBƏ

 

AAHDM-də dövlət təhsilinin müxtəlif istiqamətlərində ixtisasların standartlaşması, ölkənin aparıcı texniki

ali  təhsil  müəssisələri    ilə  əməkdaşlıq  əsasında  səviyyəli  mütəxəssislərin  tədrisə  cəlb  edilməsi  üzrə  təcrübə

toplanılmışdır.

Tədris  proqramlarının  işlənib  hazırlanmasında  yaxşı  təcrübə  əldə  edilmişdir.  Məktəbdə  tədris  prosesi

1999-cu ildən yeni tədris proqramı əsasında aparılır və 2003-cü ildə tədris proqramı yenidən təkmilləşdirilmişdir.

Ölkədə  hərbi  təhsil  haqqında  yeni  qanun  olmasa  da  Təhsil  Nazirliyi  ilə  əməkdaşlıq  nəticəsində  zəruri

istiqamətlər  üzrə  yeni  dövlət  standartı  yaradılmışdır.  Bu  proqramlara  keçmişdə  qazanılmış  müsbət  təcrübə  və

ənənələr, habelə hərbi təhsil xüsusiyyətləri daxil edilmişdir.

1997-ci  ildə  AAHDM-də  bütün  tədris  və  idarəetmə  prosesi  Azərbaycan  dilinə  keçirilmişdir.  Hərbi  dəniz

təhsilinin  doğma  dildə  qazanılması nəticəsində  təhsilin  keyfiyyətinə  və  məzmununa  təsir  göstərən  çatışmazlıqlar

minimuma  endirilmişdir.  Qısa  müddət  ərzində  yaradılmış  terminoloji  qruplar,  hərbi  dəniz  lüğətləri,  həmçinin

kafedralarda  fənn-metod  komissiyalarının  işi  tədris  zamanı  hərbi  dəniz  dilinin  keyfiyyətini  təmin  etməyə  imkan

vermişdir. Elmi topluların, dərs vəsaitlərinin, metodik göstərişlərin, mühazirə toplularının, kurs və diplom işlərinin

Azərbaycan  dilində  hazırlanması və  nəşri  sahəsində  zəngin  təcrübə  toplanılmışdır.  Yalnız son  10  ildə  məktəbdə

Azərbaycan dilində 200 kitab, dərs vəsaitləri, məcmuələr, meto dik göstərişlər və 12 elmi əsər toplusu nəşr

edilmişdir.  Bu  isə  məktəb  kitabxanasının  bədii  və  tədris  fondunun  zənginləşməsinə  imkan  vermişdir.  Hər  il

elmi-praktik  konfransların,  elmi  seminarların  keçirilməsi  ənənəvi  hal  almışdır.  Bu  tədbirlər  aktuallığı  və

səmərəliliyi  ilə  fərqlənir.  Seminar  və  konfranslarda  baxılan  müxtəlif  mövzular  Müdafiə  Nazirliyi  və  Hərbi  Dəniz

Qüvvələrini  narahat  edən  mühüm  aktual  elmi  problemlərin  həllinə  kö mək  göstərir.  Qəbul  olunmuş  rəy  və

təkliflərin  böyük  praktik  əhəmiyyət  kəsb  etməsi  Azərbaycan  Respublikası  Prezidentinin  fərmanlarında,  Milli

Məclisdə  qəbul  olunan  qanunlarda,  həmçinin  Müdafiə  Nazirinin  əmrlərində  öz  əksini  tapmışdır.  Son  10  ildə



məktəbdə müxtəlif mövzularda 14 elmi-praktik konfrans keçirilmişdir.

Professor-müəllim  heyəti  arasında  müxtəlif  istiqamətlər  üzrə  hərbi-elmi  kadrların  hazırlanması  təcrübəsi

yenidən  bərpa  olunmuşdur.  Aspiranturada  və  doktoranturada  təhsil  almaq,  AMEA-nın  aparıcı  institutlarında

dissertasiyaların  müdafiəsini  təşkil  etmək  üçün  hər  cür  şərait  yaradılmışdır.  Beynəlxalq  konfranslarda  elmi

məqalələrlə  çıxış  etmək,  məktəbin  toplularında,  respublikada  və  xaricdə  çıxan  müxtəlif  elmi  jurnallarda  çap

olunmaq  adi  hala  çevrilmişdir.  Bu  dövrdə  AAHDM-nin  40  nəfərə  yaxın  əməkdaşına  AAK  tərəfindən  elmi



adlar  verilmişdir.  Kursantlar  da  bu  işdən  kənarda  qalmırlar.  Onlar  hərbi-elmi  cəmiyyətin  konfranslarında  fəal

iştirak edirlər.

Elm  və  texnika  nümayəndələri  ilə  sıx  əlaqələr  qurulmuşdur.  AMEA-nın  institutları,  Azərbaycan

Respublikası  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyası  və  Hərbi  Sənaye  Nazirliyinin  nümayəndələri  ilə

əməkdaşlıq dairəsi ildən-ilə genişlənir. Məktəbdə keçirilən tədbirlərdə onların iştirakı və elmi çıxışları ənənəvi hal

almışdır.

Xarici  dövlətlərin  nümayəndələri  ilə  təcrübə  mübadiləsi  aparılır.  Məktəb  Türkiyənin  Hərbi  Dəniz

Qüvvələri, ABŞ-ın Sahil Mühafizə Xidməti və digər hərbi dəniz tədris müəssisələri ilə yaxından əməkdaşlıq edir.

Məktəbin  kursantları  Türkiyənin,  Pakistanın,  İtaliyanın,  Almaniyanın  Hərbi  Dəniz  Məktəblərində  təhsil  alırlar.

Zabitlərimiz  isə  müntəzəm  olaraq  NATO-nun  "Sülh  naminə  tərəfdaşlıq"  proqramı  çərçivəsində  keçirilən  xüsusi

taktiki dəniz təlimlərində iştirak edirlər. Son 10 ildə məktəbimizin maddi-tədris bazası ilə tanış olmaq üçün Müdafiə

Nazirliyi və Baş Qərargah səviyyəsində 300-dən artıq xarici dövlət nümayəndəsi məktəbi ziyarət etmişdir. Son illər

məktəbin tədris bölməsində təlim-tədris prosesinin təşkili istiqamətində müasir və etibarlı mexanizm yaradılmışdır.

Bu gün bu sistem özünü tam doğrultmuş və həyati baxımdan vacibliyini sübut etmişdir. Tədris prosesinin təşkili ilə

bağlı bütün elementlərə hərtərəfli nəzarət edilir. İxtisaslar üzrə məşğələlər, fakültativ və kurs işləri, dəniz praktikası,

təcrübəkeçmə,  müstəqil  məşğələ  və  imtahanların  təşkili,  kurs  və  diplom  işlərinin  müdafiəsi,  akademik

məsləhətçilərin və tədris bölməsinin məsul şəxslərinin fəaliyyəti məktəbdə görülən işlərin tam olmayan siyahısıdır.

Professor-müəllim heyətinin gərgin işi sayəsində imtahanlara hazırlıq sahəsində yeni yanaşma üsulu tətbiq

edilir.  Hazırlanmış  metodika,  onun  izahı  üçün  görülən  iş  lazımi  biliklərin  bal  sistemi  ilə  qiymətləndirilməsinə

imkan  vermiş  və  təhsilin  kredit  sisteminə  keçilməsinə  şərait  yaratmışdır.  Kursant  və  dinləyicilərin  anlama

qabiliyyəti  baxımından  yeni  tədris  sisteminə  alışması üçün  çoxlu  qüvvə  sərf  olunmuşdur.  Testlərin  keyfiyyəti  və



səviyyəsi kursantların əldə etdikləri biliklərə uyğun olaraq yeni sistemlə işlənib hazırlanmışdır. Bütün səviyyələrdə

həyata keçirilən tədbirlər nəticəsində məktəbin mənəvi-əxlaqi mühiti daha da yaxşılaşdırılmışdır.

Pedaqoji kadrların yenidən hazırlanması, xüsusilə gənc zabit-müəllimlərin pedaqoji vərdişlərə yiyələnməsi

sahəsində  az  işlər  görülməmişdir.  1998-2002  -  ci  illərdə  məktəbdə  gənc  müəllimlər  kursu  təşkil  olunmuşdur.

Hazırda  bu  iş  H.Əliyev  adına  AAHM-də  davam  etdirilir.  Sözügedən  kur sun  fəaliyyət  göstərməsi  gənc  müəllim

kadrlarının hazırlanmasında müsbət rol oynamış, kursant və dinləyicilərin təlim-tədris keyfiyyətinin artırılmasında

öz  müsbət  əksini  tapmışdır.  Ən  yaxşı  mühazirəçi-müəllim  müsabiqəsinin,  açıq  və  nümunəvi  dərslərin  müntəzəm

keçirilməsi gənc müəllimlər arasında yeni təlim-tədris metodlarının yayılmasına imkan verir. Zabitlərin Türkiyədə,

Pakistanda və başqa xarici ölkələrdə taktiki təlimlərdə və ixtisasartırma kurslarında iştirakı onların tədris və təlimdə

innovasiya  texnologiyalarından  istifadə  əsasında  müasir  tədris  metodları  ilə  yaxından  tanış  olmasına  şərait

yaratmışdır.  Məktəbin  100-dən  çox  zabit  heyəti  1997-ci  ildən  Türkiyə  Respublikasının Hərbi  Dəniz  Qüvvələrinin

gəmilərində və NATO dövlətləri tərəfindən keçirilən dəniz təlimlərində iştirak etmişdir.

Zabit  kursları diqqətdən  kənarda  qalmamışdır.  Bu  kurslarda  ilk  dəfə  ola raq  pedaqoji  ustalığın  əsaslarına

yiyələnmə  kursu  açılmış  və  kursun  mövzusuna  aid  dərs  vəsaiti  çap  olunmuşdur.  Hərbi  Dəniz  Qüvvələri

komandanlığı  tərəfindən  məktəbin  məzunlarına  verilən  rəylər  onu  göstərir  ki,  sözügedən  kurs  gənc  zabitlərə

gəmilərdə ixtisas üzrə praktiki məşğələlərin, təlim və məşqlərin bacarıqla və düzgün aparılmasında böyük köməklik

edir. 2003-cü ildən indiyədək AAHDM-nin zabitlər kursunu 140 nəfər dinləyici bitirmişdir.

Qarşıda  duran  aktual  məsələlərdən  biri  də  müasir  informasiya  texnologiyaları  əsasında  yeni  təlim

metodlarının tədris prosesində tətbiq edilməsidir. Bu işin parlaq nəticəsi kimi məktəbin bütün kafedralarının müasir

kompüter texnikası ilə təchiz olunmasını, interaktiv siniflərin və simulyasiya laboratoriyalarının yaradılmasını qeyd

edə  bilərik.  Hazırda  məktəbdə  1  kompüter  sinfi,  2  interaktiv  auditoriya  və  5  simulyasiya  proqramları

laboratoriyası  fəaliyyət  göstərir.  Bu  işdə  əsas  məqsəd  tədris  vaxtına  qənaət  etmək,  tədris  məşğələlərini

intensivləşdirmək,  ixtisasın  və  tədris  fənlərinin  öyrənilməsində  və  onun  praktiki  mənimsənilməsində  keyfiyyəti

yüksəltməkdir.

AMEA-nın  İnformasiya  Texnologiyaları  İnstitutu  ilə  birgə  əməkdaşlıq  nəticəsində  hərbi  dəniz  fənləri

kafedrasının bazasında  taktiki  məşğələlərin  həlli  istiqamətində  müxtəlif  xüsusi  proqramlar  yaradılmışdır.  Hazırda

tak tiki trenajorun yaradılması üzrə iş apardır. Müxtəlif fənlərlə bağlı simul yasiya proqramlarının əldə edilməsində

Türkiyə  Hərbi  Dəniz  Qüvvələrinin  nümayəndələri  böyük  köməklik  göstərirlər.  Hazırda  məktəbin  elektron

kitabxanasının yaradılması üçün fəal iş aparılır.  Bu sahədə müəllimlərin topladığı təcrübə, təkmilləşdirilmə bazası,

kursant və dinləyicilərin də sözügedən prosesə cəlb olunması tədris keyfiyyətinin artırılması deməkdir.

Kursantların  təlim  və  tərbiyəsində  komandirlər  yeni  prinsiplərə  əsaslanırlar.  Tərbiyəvi  işin  təşkili  zamanı

Azərbaycan xalqının milli adət-ənənələri və xüsusiyyətləri nəzərə alınır.  Bu gün komandir-tərbiyəçi öz  işini ye ni

tələblərə  uyğun  olaraq  lider-idarəçi,  dənizçi-mütəxəssis,  məsləhətçi-tərbiyəçi  kimi  qurur.  Məktəbdə  hazırlanan

metodiki  rəylər,  yeni  dərs  vəsaitləri  kollektivlərdə  sağlam  mənəvi-əxlaqi  münasibətlərin  yaranmasına  imkan

yaratmışdır.

Gənc  zabitlərin  həyata  hazırlanması, onların  müstəqil  fəaliyyət  keyfiyyətlərinin  formalaşdırılması, inkişaf

etdirilməsi  məqsədilə  1999-cu  ildən  başlayaraq  məktəbdə  "Kursant  təşkilatı"  yaradılmışdır.  Bu  təşkilat  hərbi

tərbiyə  metodunda  yeni  üsulların  seçilməsinə,  idarəetmə  sistemində  yüksək  ixtisaslı  komandir  keyfiyyətlərinin

formalaşmasına xidmət edir. Bu, kursant statusunun artırılmasına və məktəbin həyat fəaliyyətinin bütün sahələrində

onların  iştirak  etməsinə  imkan  yaradır.  Bu  təcrübə  Türkiyə,  ABŞ,  Litva  və  digər  ölkələrin  Hərbi  Dəniz

Akademiyalarında toplanmışdır. Zabit kurslarının işində yaxşı təcrübə qazanılmışdır. Bu kursda zabitlər tabeliyində

olanlara  rəhbərlik  etmək  sənətini,  ixtisas,  laborator  və  praktiki  məşğələlərin  müstəqil  aparılmasını  öyrənir  və

tərbiyəvi işin metodlarına yiyələnirlər. Mühazirə və seminarlarda mütərəqqi tədris və təlim metodlarından istifadə

edirlər. 2006-cı ildə nəşr olunmuş metodik göstərişdə verilmiş meyarlar gələcək komandirlərin taktiki, xüsusi, dəniz

və pedaqoji-psixoloji keyfiyyətlərinin qiymətləndirilməsi istiqamətində təcrübə toplamağa imkan vermişdir. Nəzəri

və praktiki bilikləri qiymətləndirmək üçün məktəb rəisi tərəfindən imtahan tətbiq edilmişdir. Bu imtahanın nəticəsi

hər  il  Elmi  Şurada  müzakirə  olunur,  nəticələr  şəxsi  işlə  birlikdə  Hərbi  Dəniz  Qüvvələrinə  göndərilir.  Məktəb



1997-ci  ildən  bu  günə  kimi  Müdafiə  Nazirliyi  və  Hərbi  Dəniz  Qüvvələri  üçün  1441  gənc  zabit  kadrı

hazırlamışdır.

Miçman  kurslarında  mütəxəssislərin  hazırlanması  üzrə  düzgün  sistem  qurulmuşdur.  2  illik  miçman

kurslarının fəaliyyət göstərməsi üçün tədris proqramları işlənib hazırlanmışdır. Hazırda məktəbdə miçmanlar kursu

fəaliyyət  göstərir  və  12  dənizçi  ixtisası  üzrə  mütəxəssis  hazırlanır.  1998-ci  ildən  bu  günə  kimi  məktəbdə  13



miçmanlar kursunun buraxılışı nəticəsində Hərbi Dəniz Qüvvələrinə 140 gənc miçman göndərilmiş dir.

Gələcək  dənizçi  zabitin  dövlət  müdafiəçisi  kimi  tərbiyələndirilməsində  keçmiş  tarixi  təcrübəni  nəzərə

almamaq  mümkün  deyil.  Məktəbdə  kursantların  vətənpərvərlik  ruhunda  tərbiyəsinə,  onların  mədəni-estetik

səviyyələrinin  yüksəldilməsinə  ciddi  diqqət  yetirilir.  AAHDM-də  Azərbaycan  Hərbi  Dəniz  Tarixi  Muzeyinin

yaradılması, muzeyin  günbəgün  yeni  eksponatlarla  zənginləşdirilməsi,  məktəbdə  respublika  ziyalıları,  mədəniyyət

və  incəsənət  xədimləri  ilə  görüşlərin  keçirilməsi,  teatr  tamaşalarına  kollektiv  baxışların  təşkili  məhz  bu  məqsədə

xidmət  edir.  Bu  illər  ərzində  Azərbaycanın  hərbi  dənizçilik  tarixinin  tədqiqatı  sahəsində  zəngin  təcrübə

toplanmışdır. Azərbaycan tarixşünaslığında  antik dövrdən başlayaraq indiki vaxtadək hərbi dəniz işinin təşəkkülü,




Hərbi  Dəniz  Qüvvələrinin  yaradılması  və  kadrların  hazırlanması  tarixi  ilk  dəfə  ümumiləşdirilmişdir.  Bununla

əlaqədar olaraq respublikanın dövlət kanallarında bir sıra silsilə verilişlər hazırlanmışdır. Hərbi dənizçilik tarixi ilə

bağlı  tədris  proqramları,  kitablar,  dərs  vəsaitləri  nəşr  olunmuş,  ingilis  dilində  məşğələ  kursları  tətbiq  edilmiş  və

AMEA-nın internet saytında ауrıса səhifə açılmışdır.

Xarici  dövlətlərin  və  respublikanın  Hərbi  Dəniz  Qüvvələrinin  gəmilərində  kursantların dəniz  təcrübəsinin

təşkili  sahəsində  ənənələr  bərpa  edilmişdir.  1997-ci  ildən  bu  günə  kimi  məktəbin  kursantları  Türkiyə

Cümhuriyyətinin Hərbi Dəniz Qüvvələrinin gəmilərində 12 uzaq dəniz səyahətində iştirak etmiş, xarici dövlətlərin

17 gəmi limanında olmuş və 40.000 milə yaxın uzaq səyahətlərdə iştirak etmişlər. Dəniz təlim bazasında III və IV

kurslarda  "Gəmi  həftəsi"nin,  dəniz  təcrübəsinin  keçirilməsi  gələcək  zabitlərin  xidmət  keyfiyyətini  yaxşılaşdırır.

Bütün bunlar zabitlərin peşə və xüsusi təcrübəsinin artırılmasına kifayət qədər kömək göstərmişdir.

Məktəbin  maddi-tədris  bazasının  lazımi  səviyyədə  saxlanılması  üçün  az  işlər  görülməmişdir.  Tədris

maketləri, trenajorlar yenidən bərpa edilmiş və işlək vəziyyətə gətirilmiş, sinif və laboratoriyalar təmir olunmuşdur.

Bu gün mövcud şərait dənizçi mütəxəssislərin keyfiyyətli hazırlanmasını yaxşı təmin edir. Maddi-tədris bazasının

yenidən  qurulmasında,  yaxtalarla  və  xilasedici  vasitələrlə  təmin  edilməsində  Türkiyə  Hərbi  Dəniz  Qüvvələrinin

nümayəndələri çox böyük köməklik göstərmişlər.

Məktəbdə xarici ölkələr üçün hərbi-dənizçi kadrlarının hazırlanması işində keçmiş ənənələr yenidən bərpa

olunur. 2008-ci ildən etibarən məktəbdə Qazaxıstan Respublikasının 13 nəfər nümayəndəsi yeni dənizçi ənənələri

və tərbiyəsi əsasında təhsil alır.

Fakültativ,  dərnək  işlərinin  təşkili,  brifinqlər,  viktorinalar,  teatr  və  konsert  proqramları,  respublikanın

görkəmli ziyalı, incəsənət və mədəniyyət xadimləri ilə görüşlər məktəbin həyatında xüsusi yer tutur. Dənizçilik və



hərbi əməli idman növləri üzrə spartakiadalar və digər idman ənənələri yenidən bərpa olunmuşdur.

Azərbaycan  АН  Hәrbi  Dәnizçilik  Mәktәbi  —  dәnizçi  zabitlәrin  hazırlanması  sahәsindә  mühüm  tәhsil

ocağı kimi yaxşı әnәnәlәri yaşatmaqdadır. Söz yox ki, bu mәktәb ata-babalarımızın şәrәfli hәrb yolunu lәyaqәtlә

davam  etdirәrәk  hәrbi  dәniz  tariximizә  yeni-yeni  qәhrәmanlıq  sәhifәlәri  yazacaqdır.  Hәrbi  Dәniz  Qüvvәlәrini

yüksәk  ixtisaslı,  vәtәnpәrvәr,  xalqa  sәdaqәtli,  mәnәvi  vә  fiziki  cәhәtdәn  sağlam  zabit  kadrları  ilә  tәmin  etmәk

kimi  şәrәfli  vә  mәsuliyyәtli  dövlәt  tapşırığını  yerinә  yetirәn  Azәrbaycan  АН  Hәrbi  Dәnizçilik  Mәktәbinin

komandanlığı, professor-müәllim hеуәti daha böyük nailiyyәtlәr uğrunda әzmlә çalışır.

Yüklə 227,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə