Azərbaycan Paris Sülh Konfransında (1918-1920)


NÜMAYƏNDƏ HEYƏTİ NƏYƏ NAİL OLDU?



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə7/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   2   3   4   5   6   7   8   9   10   ...   115
kitab20111201125922638

NÜMAYƏNDƏ HEYƏTİ NƏYƏ NAİL OLDU? 
Sülh konfransı Azərbaycan Nümayəndə heyəti hələ İstanbulda olarkən - 
1919-cu il yanvarın 18-də işə başlamışdı. Azərbaycan parlamentarları Müttəfiq 
dövlətlərin təmsilçiləri ilə uzun və üzücü yazışmalardan sonra yalnız aprelin 22-də 
Fransa paytaxtına yola düşmüş və mayın 7-də Parisə çatmışdılar. Əslində heyət 
üzərinə qoyulan vəzifələrin icrasına hələ İstanbulda başlamışdı. Burada bir tərəfdən 
çar Rusiyasının süqutundan sonra yaranan yeni müstəqil dövlətlərin - Gürcüstan, 
Ukrayna, Şimali Qafqaz Dağlılar Respublikası nümayəndələri, o biri tərəfdən isə 
ABŞ, Böyük Britaniya, Fransa, Almaniya təmsilçiləri ilə danışıqlar aparılmış, 
Azərbaycan Cümhuriyyətinin müstəqil dövlət kimi beynəlxalq miqyasda tanıdılması 
istiqamətində ilk addımlar atılmışdı. 
Parisə gəldikdən dərhal sonra Nümayəndə heyəti bir neçə istiqamətdə 
fəaliyyətə başlamışdı. İstər sədr Ə.M.Topçubaşov, istərsə də missiyanın səlahiyyətli 
üzvləri fəal siyasi danışıqlar aparır, öz ölkələrinin tarixi, mədəniyyəti, iqtisadi 
resursları, qonşu dövlətlərlə münasibətləri barəsində təbliğati xarakterli materiallar 
yayır, mürəkkəb beynəlxalq münasibətlər sistemində Azərbaycanın müstəqilliyinə 
müəyyən təminatlar almağa çalışırdılar. 
Azərbaycan istiqlalının birinci ildönümü günündə - 1919-cu il mayın 28-də 
Nümayəndə heyəti ABŞ prczidenti, I Dünya müharibəsindən sonra yeni dünya 
düzəninin əsasını təşkil edən məşhur prinsiplərin müəllifi Vudro Vilson tərəfindən 
qəbul olunmuşdu. Həmin görüşdə V.Vilson Rusiya əsarətindən xilas olmuş xalqların 



dövlət müstəqillikləri ilə bağlı ABŞ-ın öz üzərinə hər hansı bir təhəddüd götürə 
bilməyəcəyini, ümumiyyətlə, dünyanın kiçik dövlətlərə parçalanmasında lüzum 
görmədiyini bildirmişdi. Görüşün konkret nəticəsi olmasa da, həmin dövrdə dünyanın 
super güclərindən biri kimi tanınan ABŞ-ın prczidenti ilə görüş faktının özü ümumən 
uğurlu başlanğıc sayıla bilərdi. 
Gənc Azərbaycan dövlətini Avropada təmsil etmək məsuliyyətini üzərinə 
götürən Nümayəndə heyəti, ilk növbədə isə daha böyük təcrübəyə malik olan 
Ə.M.Topçubaşov tezliklə özlərini siyasi proseslərdən yaxşı baş çıxaran, şəraitə uyğun 
addımlar atmağı və düzgün qərarlar qəbul etməyi bacaran diplomatlar kimi göstərə 
bildilər. Təsadüfi deyil ki, Ə.M.Topçubaşov Bakıya, Nazirlər Şurasının sədrinə 
göndərdiyi məlumatlarda təkcə gördükləri işlərdən bəhs etmir, həm də çağdaş Avropa 
təcrübəsinə dayanaraq ölkəsinin rəhbərliyinə dövlət quruculuğu, xarici və daxili 
siyasət, idarəçilik, beynəlxalq münasibətlər və s. bağlı qiymətli məsləhət və 
tövsiyyələr verirdi. Paris mühitindən və Sülh konfransından yalnız Azərbaycanın 
dövlət müstəqilliyinin rəsmi tanıdılması üçün yox, həm də ölkədə demokratik, sivil, 
Qərb standartlarına və demokratik dəyərlərə cavab verən bir dövlət qurmaq üçün 
istifadə olunurdu. 
Nümayəndə heyəti Azərbaycanın siyasi və iqtisadi maraqlarından çıxış 
edərək fəal, mütəhərrik siyasət yürüdürdü. Bu siyasətin əsasını milli müstəqilliyinin 
böyük dövlətlər tərəfindən mümkün qədər tez tanınması və təhlükəsizliklə bağlı 
etibarlı təminatın əldə olunması təşkil edirdi. Konfransa hazırlıq mərhələsində 
diplomatik missiyamızın səyləri nəticəsində Azərbaycan Cümhutiyyətinin ABŞ, 
Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İran, Osmanlı imperiyası və başqa 
dövlətlərlə qarşılıqlı münasibətlər qurması istiqamətində bir sıra ilkin təşəbbüslər 
göstərilmişdi. 
Azərbaycanın istiqlalına zəmanətin yalnız Avropada deyil, həm də okeanın o 
tayında - ABŞ-da olduğunu yaxşı başa düşən Ə.M.Topçubaşov qısa müddət ərzində 
amerikanlarla işgüzar münasibətlər yaratmağa nail olmuşdu. Vəkil V.Çandler və 
Amerika yəhudi icmasının nümayəndəsi M.Robinovla müqavilə bağlanmış, onlara 
ABŞ və Kanadada Azərbaycanın maraqlarını təmsil etmək səlahiyyəti verilmişdi. 
Parisdə Azərbaycan haqqında ingilis və fransız dillərində çap olunan kitabların bir 
qismi hələ 1919-cu ildə bu ölkələrə göndərilmişdi. 
Uzaqgörən siyasətçi kimi Ə.M.Topçubaşov ABŞ və Avropada Azərbaycan 
lobbisinin yaradılmasını ölkəsinin dünya miqyasında geniş tanınmasının, habelə onun 
siyasi və iqtisadi maraqlarının daha etibarlı qorunmasının qarantı sayırdı. Nümayəndə 
heyətinin səyi nəticəsində hələ 1919-20-ci illərdə Azərbaycanın tarixi keçmişi, 
ölkənin zəngin təbii sərvətləri, bölgədə bir əsrdən çox davam edən rus işğalı və onun 
nəticəsi kimi meydana çıxan erməni zülmü, Qafqazdakı qonşularla münasibət, 
erməni-azərbaycanlı qarşıdumasını şərtləndirən amillər, 1918-ci ildə Bakıda daşnak-
bolşeviklər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən dəhşətli soyqırım və s. 
barəsində Avropa ölkələrində müəyyən obyektiv məlumatlar yaymaq mümkün 


10 
olmuşdu. Bütün bunlar isə öz növbəsində həm Azərbaycanın Qərbdə qismən obyektiv 
şəkildə tanmmasına imkan yaratmış, həm də ölkəmiz və xalqımız barəsində qərəzli 
rus-erməni qaynaqlarının təsiri ilə formalaşmış yanlış təsəvvürlərin az da olsa aradan 
qaldırılılmasına kömək etmişdi. 
Sülh konfransında Azərbaycan diplomatları yalnız öz ölkələrinin deyil, 
bütün Qafqazın müstəqilliyi və siyasi-mənəvi birliyi uğrunda mübarizə aparırdılar. 
İstər İstanbulda, istərsə də Parisdə məhz azərbaycanlı siyasilər bu gün geniş yayılmış 
ifadə ilə desək, “Qafqaz evi” ideyasının qızğın tərəfdarı kimi çıxış edirdilər. 
Azərbaycan Nümayəndə heyəti mühüm sənədlərin qəbulu zamanı ümumqafqaz 
maraqlarına əsaslanaraq Gürcüstan və Dağlılar Respublikasının nümayəndələri ilə 
əlbir fəaliyyət göstərirdi. Təəssüf ki, bizim günlərdə olduğu kimi həmin dövrdə də 
ermənilər “Qafqaz evinə” münasibətdə destruktiv mövqe tutduqlarından region 
xalqlarının siyasi-iqtisadi və mənəvi birliyi üçün son dərəcə vacib olan bu ideyanı 
həyata keçirmək mümkün olmamışdı. 
Nümayəndə heyətinin Parisdəki səkkiz aylıq gərgin və səmərəli fəaliyyəti öz 
bəhrəsini verdi - 1920-ci ilin yanvarın 11-də Versal konfransının Ali Şurası 
Azərbaycanın və Gürcüstanın yeni müstəqil dövlətlər kimi de-fakto tanınmaları 
barəsində qərar qəbul etdi. Həmin tarixi hadisənin iştirakçılarından olan Miryaqub 
Mirmehdiyev sonralar yazırdı: “Bu iki ölkənin nümayəndəsi xarici işlər nazirliyinə 
(Fransa xarici işlər nazirliyi nəzərdə tutulur-V.Q.) dəvət olundu. Orada müsyö 
Kambon Konfrans admdan hörmət əlaməti olaraq onlara öz minnətdarlığını bildirdi. 
Müsyö Kambon bəyan etdi ki, Azərbaycan və Gürcüstan respublikaları beynəlxalq 
hüquq normalarına uyğun şəkildə rəsmi olaraq müstəqil dövlətlər kimi tanınmışlar. 
Bu andan başlayaraq hər iki ölkə rəsmi surətdə Ali Şura ilə əlaqəyə girə bilər, öz 
ehtiyaclarını, qeydiyyata alınmalarını, konfransın iclaslarında qanuni haqlarını, 
bərabərhüquqlu üzv olmalarını tələb edə bilərlər. Bundan başqa, Kombon bildirdi ki, 
bu dövlətlərin hökumətlərinin tanınması aktı, eyni zamanda onların Rusiyadan 
ayrılmalarının tanınması ilə müşaiyət olunmalıdır. Buradan çıxış edərək demək olar 
ki, Azərbaycan və Gürcüstan respublikaları bu gündən etibarən suveren dövlətlər 
hesab ediləcək”. 
Bir həftə sonra - yanvarın 19-da Ali Şuranın hökumət başçılarının iştirakı ilə 
keçirilən iclasında həmin qərar yenidən, bu dəfə daha yüksək səviyyədə təsdiqləndi. 
İclasda çıxış edən Nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşov və missiyanın 
müşaviri M.Məhərrəmov Avropa ölkələrinin müəyyən hərbi-iqtisadi yardım 
göstərəcəkləri təqdirdə Azərbaycan Cümhuriyyətinin dövlət müstəqilliyini qoruyub 
saxlamağa və qısa müddət ərzində inkişaf etmiş ölkəyə çevrilməyə qadir olduğunu 
bildirdilər. Tarixçi alim Cəmil Həsənlinin belə bir fikri ilə razılaşmaq lazımdır ki, 
“1920-ci ilin yanvarında Paris Sülh konfransında Azərbaycan Cümhuriyyətinin siyasi 
cəhətdən tanınması Ə.M.Topçubaşov başda olmaqla Azərbaycan nümayəndələrinin 
uğurlu diplomatik fəaliyyətinin nəticəsi hesab olunmalısdır”. 


11 
Beləliklə, Azərbaycan Cümhuriyyəti “de-fakto” tanındı. Qarşıda duran əsas 
məsələ yeni müstəqil dövlətin “de-yure” tanınmasına və beynəlxalq birliyin 
tamhüquqlu üzvünə çevrilməsinə nail olmaq idi. Lakin bu yalnız Parisdəki 
Azərbaycan Nümayəndə heyətindən asılı məsələ deyildi. Çox şeyi Qərbin və ABŞ-ın 
yeni müstəqil dövlətlərə münasibəti həll edirdi. Birinci dünya müharibəsi nəticəsində 
üç imperiyanın - Osmanlı, Rusiya və Avstriya-Macarıstan imperiyalar süqutu 
dünyanın siyasi xəritəsinin yenidən düzənlənməsini tələb edirdi. Kiçik, lakin 
geosiyasi baxımdan son dərəcə əlverişli mövqedə yerləşmiş zəngin Azərbaycana bu 
siyasi xəritədə yer tapılacaqdımı? Dünyanın böyük dövlətləri bolşevik Rusiyasının 
əski çar imperiyasını öz köhnə sərhədləri daxilində bərpa etməsinə imkan 
verəcəkdilərmi? Təəssüflər olsun ki, bəzən dövlət müstəqilliyi üçün yalnız xalqın 
azadlıq arzusu, hətta onun axıtdığı şəhid qanları da kifayət etmir... 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə