Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə14/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   10   11   12   13   14   15   16   17   ...   115
kitab20111201125922638

Müstəqil xanlıqlar 
Qafqazdakı Azərbaycan regionu uzun müddət özünün tam siyasi 
müstəqilliyini qoruyub saxlamışdır. XVII əsrdə ölkə müstəqil xanlıqlardan ibarət idi. 
Yaranmış vəziyyətin təsiri ilə onlardan bəziləri İrandakı şah hakimiyyətini tanımağa 


26 
məcbur olurdular. Lakin bu da həmin müstəqil xanlıqların tez-tez İranın özü, eləcə də 
Türkiyə, Gürcüstan və nəhayət Rusiya ilə müharibələrə cəlb olunmalarının qarşısını 
ala bilmirdi. Bu müharibələrin çoxu müdafiə xarakteri daşıyırdı və aydındır ki, 
xanlıqlar müstəqilliklərini qoruyub saxlamaq uğrunda vuruşurdular. Təhlükə Rusiya 
tərəfindən gələndə mübarizə daha kəskin və sərt xarakter alırdı. Rusiya imperiyası 
ardı-arası kəsilməyən müharibələrlə Türkiyə və İranın sərhəd bütövlüyünü 
zəiflətdikdən sonra Gürcüstanı Moskvaya birləşdirdi. Gürcülər bu yolla öz 
təhlükəsizliklərini təmin edəcəklərini düşünürdülər. Rusiya isə bütün Transqafqazı 
fəth etmək və onun xalqlarını əsarət altına almaq istəyirdi. 
 
Xanlıqların süqutu
Azərbaycanın tarixi qəhrəmanlıq epizodları ilə zəngindir. Bu tarixin 
səhifələrini çevirdikcə biz kiçik xanlıqların silaha sarılaraq azadlıq və ləyaqətlərini 
qorumaq üçün rus qoşunları ilə necə cürətlə və qorxu bilmədən vuruşduqlarının şahidi 
oluruq. Onlar azadlıqları uğrunda doğma torpaqlarını oğullarının qanı ilə 
suvarmışdılar. Onlar öz azadlıqlarını XIX əsrin başlanğıcı, hətta həmin əsrin birinci 
rübünün axırına qədər mərdlik və müvəffəqiyyətlə qoruyub saxlaya bilmişdilər. Bu 
dövrdə xanlıqların qüvvəsi tədricən zəiflədiyindən onlar güclü Rusiya ordusunun 
hücumlarına davam gətirə bilmirdilər. 1813-cü ildə Qarabağ, Gəncə, Şəki, Şirvan, 
Dərbənd, Quba, Bakı, Talış, 1828-ci ildə isə İrəvan və Naxçıvan xanlıqları ruslar 
tərəfindən ələ keçirildi. 
Müstəqillik itirildikdən, rus hakimiyyət dairələri gücləndikdən və onların 
işğal olunmuş ərazilərdə apardıqları ruslaşdırma siyasəti böyük vüsət aldıqdan sonra 
xanlıqları “Odlar yurdu”nun başqa hissələri ilə bağlayan tellər qırılmağa başladı. 
Həmin dövrdən etibarən artıq Rusiya nəzarətindəki Azərbaycan torpaqları deyil, 
mərkəzi Təbriz olmaqla İrandakı ərazilərimiz Azərbaycan adlandırılmağa başladı. 
İşğal olunmuş ərazilər özbaşınalıqla bölünür, şəhərlərin, mahalların adları 
dəyişdirilirdi (nümunə kimi Azərbaycanın qədim mərkəzlərindən biri olan Gəncənin 
Rusiya imperatriçəsinin şərəfinə Yelizavetpol adlandırılmasını göstərmək olar). 
Rusiya imperiyası Azərbaycan ərazisini istədiyi şəkildə qayçılayır, işğala qədər 
mövcud olmuş siyasi azadlığın ən kiçik təzahürlərini də məhv edirdi. Rus dövləti 
işğal etdiyi xanlıqların əhalisinin adını dəyişdirməkdən də çəkinmirdi. Etnoqrafiyanı, 
xalqın dilini və ədəbiyyatını nəzərə almadan Azərbaycan əhalisinə Qafqaz tatarları, 
Qafqaz müsləmanları, yaxud sadəcə olaraq müsəlman adı qoyulmuşdu. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə