Cümhuriyyətin dövlət rəmzləri Azərbaycan Xalq Cümhuriyyəti-100



Yüklə 464,57 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü464,57 Kb.
#68368


Azərbaycan. - 2018.- 30 may. - № 120. - S. 11. 

 

Cümhuriyyətin dövlət rəmzləri 



 

Azərbaycan Xalq Cümhuriyyəti-100 

 

Dövlət bayrağı 

 

Xalq  Cümhuriyyəti  elan  edildiyi  gündən  dövlət  rəmzlərinin  yaradılmasına  xüsusi  diqqət  yetirilirdi.  Ən 



mühüm rəmzlərdən biri kimi Dövlət bayrağının qəbul edilməsi daha tez həyata keçirildi. Cümhuriyyət hökuməti 

Gəncədə 1918-ci il iyunun 21-də Dövlət bayrağı haqqında qərar qəbul etdi. Həmin qərara əsasən, qırmızı rəngli 

Dövlət  bayrağı  üzərində  ağ  rəngli  aypara  və  səkkizguşəli  ulduz  təsvir  olunmuşdu.  Bu  bayraq  cüzi  fərqlə 

Osmanlı imperiyasının bayrağına bənzəyirdi.  

Lakin  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  noyabrın  9-da  Dövlət  bayrağının  təsvirini  dəyişməyi 

qərara aldı. Yeni qərarla mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan milli 

bayraq  qəbul  edildi.  1918-ci  il  dekabrın  7-də  Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamentinin  açılışı  günü 

Azərbaycan bayrağı artıq parlament binası üzərində qaldırılmışdı. 

 

 

 



Üzeyir  bəy  Hacıbəyli  milli  bayrağın  rənglərini  ifadə  edən  məna  və  funksiyadan  bəhs  edərək  yazırdı: 

“Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi 

və  sağlam  bir  milliyyət  fikri  və  türklük  şüuru  üzərində  qurulmuşdu...  Eyni  zamanda,  Azərbaycan  çağdaş  bir 

cəmiyyət  qurmağa,  Avropa  zehniyyəti  ilə  çalışmağa  əzm  etmişdir.  Bayrağımızın  üç  rəngi  bu  ümdənin 

timsalıdır”. 

Üzeyir  bəy  “Azərbaycan”  qəzetinin  1919-cu  il  190-cı  sayında  cümhuriyyətin  bir  illiyinə  həsr  olunmuş 

“Bir  yaş”  adlı  məqaləsində  milli  bayraqdakı  rənglərin  mənasına  da  toxunmuşdu.  “Mavi  rəngi  türklüyə,  yaşıl 

rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur” - demişdir. 

 

Dövlət gerbi 

 

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Dövlət gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı 



iki dəfə qərar qəbul etmişdi. Birinci qərara əsasən, 1919-cu il  martın 23-də “Azərbaycan” qəzetində AXC-nin 

Dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Gerbin və möhürün ən yaxşı 

təsvirinin  hazırlanması  üçün  iki  mükafat  -  ən  yaxşı  gerb  layihəsinə  görə  1000  rubl,  möhürə  görə  isə  500  rubl 

müəyyənləşdirilmişdi. Müsabiqənin müddəti həmin il aprelin 20-dək müəyyən edilmiş, bu işin təşkili və icrasına 

nəzarət  Poçt  və  Teleqraf  Nazirliyinə  həvalə  edilmişdi.  Lakin  həmin  müsabiqə  uğurla  nəticələnmədi  və  gerb 

layihəsi qəbul olunmadı. 

 

 

 



Buna  görə  də  cümhuriyyət  hökuməti  1920-ci  il  yanvarın  30-da  “Azərbaycan  Respublikasının  gerbi  və 

möhürünün, milli himninin və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında” yenidən qərar qəbul etdi. 

Birinci  bənddə  hərbi  ordenlərin  yaradılması  üçün  müsabiqə  elan  edilməsi  Hərbi Nazirliyinə, ikinci  bənddə isə 

milli himnin, Dövlət gerbi və möhürünün layihələrinin hazırlanması ilə bağlı müsabiqə keçirilməsi Xalq Maarif 




Nazirliyinə  həvalə  olundu.  Layihələr  Xalq  Maarif  Nazirliyinə  təqdim  edilməli,  Milli  İstiqlalın  ikinci 

ildönümünədək (28.05.1920) təsdiq edilməli idi. Lakin 1920-ci il aprelin 27-də sovet istilası və AXC-nin süqutu 

buna imkan vermədi. 

 

Dövlət himni 

 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  Dövlət  himni  də  rəsmən  qəbul  edilməmişdi.  Lakin  həmin 



dövrdə bəstəkar Üzeyir bəy Hacıbəylinin “Azərbaycan marşı” məşhur olmuşdur. Həmin marşın sözləri Əhməd 

Cavadın  idi.  1992-ci  il  mayın  27-də  parlament  “Azərbaycan  Respublikasının  Dövlət  himni  haqqında”  qanun 

qəbul  etmişdi.  Qanuna  əsasən,  1919-cu  ildə  bəstəkar  Üzeyir  bəy  Hacıbəylinin  və  şair  Əhməd  Cavadın 

“Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edilmişdi. 

 

 

 



Azərbaycan! Azərbaycan! 

Ey qəhrəman övladın şanlı Vətəni! 

Səndən ötrü can verməyə cümlə hazırız! 

Səndən ötrü qan tökməyə cümlə qadiriz! 

Üçrəngli bayrağınla məsud yaşa! 

 

Minlərlə can qurban oldu, 

Sinən hərbə meydan oldu! 

Hüququndan keçən əsgər, 

Hərə bir qəhrəman oldu! 

Sən olasan gülüstan

Sənə hər an can qurban! 

Sənə minbir məhəbbət, 

Sinəmdə tutmuş məkan! 

Namusunu hifz etməyə, 

Bayrağını yüksəltməyə, 

Cümlə gənclər müştaqdır!  

Şanlı Vətən! Şanlı Vətən! 

Azərbaycan! Azərbaycan! 

Azərbaycan! Azərbaycan! 

 

Pul vahidi 

 

Xalq Cümhuriyyətinə qədər Azərbaycanda “Nikolayevski” manatı, “Kerenski” və “Bakı bonları” adlı pul 



vahidləri  işlədilirdi.  “Bakı  bonları”  1918-ci  ilin  əvvəllərində  dövriyyəyə  verilmişdi.  Azərbaycan  Xalq 

Cümhuriyyəti yaşadığı müddətdə ümumilikdə 2 milyard 345 milyon pul dövriyyəyə çıxarılmışdı.  

 



 

 

1919-1920-ci  illərdə  Xalq  Cümhuriyyətinin  atributlarından  birini  əks  etdirən  25,  50,  100,  250  və  500 



manat dəyərində kağız əsginaslar dövriyyəyə buraxıldı. Yüksək bədii zövqlə hazırlamış bu əsginasların üzərində 

Nazirlər Şurasının sədri Nəsib bəy Yusfbəylinin və maliyyə naziri Əliağa Həsənovun imzaları var idi. 

 

İstiqlal abidəsi 

 

Hər abidə bir tarixdir. Ancaq onların arasında elələri var ki, baxdıqca qürurlanırsan. Çünki onda millətinin 



azadlıq  duyğularının,  istiqlal  sevgisinin  təzahürü  var.  Səbail  rayonun  “İstiqlaliyyət”  küçəsində,  Milli  Elmlər 

Akademiyasının  Əlyazmalar  İnstitutunun  yanında  ucaldılan  “İstiqlal  Bəyannaməsi”  abidəsi  də  şərəfli 

tariximizin bir hissəsini əks etdirir. Abidə 2007-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılıb. 

Bu möhtəşəm heykəltəraşlıq nümunəsinin hazırlanması üçün qranitdən və ağ mərmərdən istifadə olunub. 

Ağ mərmərdən olan yuxarı hissədə dövlət gerbi həkk edilib, qranit hissəyə isə 1918-ci il mayın 28-də Tiflisdə 

qəbul olunmuş “İstiqlal Bəyannaməsi”nin mətni və bu bəyannaməni imzalayan şəxslərin adları həm əski, həm 

də latın qrafikası ilə yazılıb. Abidənin qoyulduğu yer təsadüfən seçilməyib. “İstiqlal Bəyannaməsi” 1918-ci ildə 

məhz hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi binada - keçmiş “İsmailiyyə”də imzalanıb.  

 

 

 



2007-ci il mayın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin yaşadılması və onun gələcək nəsillərə 

ötürülməsi baxımından böyük əhəmiyyət daşıyan bu abidənin açılışı oldu.  

Açılış  mərasimində  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  iştirak  etdi.  Tədbirdə  qeyd 

olundu  ki,  müstəqil,  azad,  demokratik  respublika  qurmaq  məqsədini  qarşıya  qoymuş  Azərbaycan  Xalq 

Cümhuriyyəti  cəmi  23  aylıq  fəaliyyəti  dövründə  xalqın  milli  mənlik  şüurunu  özünə  qaytardı,  onun  öz 

müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Buna görə də Azərbaycan xalqı həmin tarixi günü 

ən əziz bayramlarından biri - Respublika Günü kimi qeyd edir. 

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də, 

onun  aşıladığı  müstəqillik  hissləri  xalqımızın  yaddaşından  heç  vaxt  silinməmişdir.  Ölkə  başçısı  həm  iqtisadi, 

siyasi, həm tarixə, keçmişimizə,  mədəniyyətimizə  münasibətlə bağlı işlərin görüldüyünü də vurğuladı: “Bütün 

bunlar  çox  vacibdir,  bir-birini  tamamlayır.  Müstəqilliyimiz  əbədidir.  Bundan  sonra  ancaq  və  ancaq  inkişaf 

olacaq”. 



 

 

Yüklə 464,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə