Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə6/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   2   3   4   5   6   7   8   9   ...   115
kitab20111201125922638

Əli bəy Hüseynzadə 
(1864-1940), Viktor 
Marçevski, katiblər - Səfvət Məlikov və Ələkbərbəy 
Topçubaşov, tərcüməçilər - A.Qafarov (fransız dili), Q.Qafarova (ingilis dili), 
H.Məmmədov (fransız və türk dilləri) daxil idilər. Rəşid bəy Topçubaşov sədrin şəxsi 
katibi vəzifəsini yerinə yetirirdi. Lakin Nümayəndə heyətinin əməkdaşı Ə. 
Hüseynzadə də Ə.Ağaoğlu kimi “İttihad və Tərəqqi” partiyası ilə əməkdaşlıqda 
təqsirləndirildiyinə görə Sülh konfransına viza ala bilməmişdi. S. Məlikov isə 
Azərbaycanın Osmanlı imperiyasındakı diplomatik təmsilçisi kimi İstanbulda qalmalı 
oldu. 
Azərbaycan heyəti hələ İstanbulda ikən ciddi şəkildə təşkilatlanmış və üzvlər 
arasında dəqiq iş bölgüsü aparılmışdı. Heyətin tərkibində üç bölmə-siyasət və milli 
məsələlər, iqtisadiyyat və kommersiya, təbliğat və məlumat bölmələri yaradılmış, 
üzvlər ixtisas və maraq səviyyələrinə uyğun şəkildə həmin qurumlarda fəaliyyətə cəlb 
olunmuşdular. 
Eyni zamanda Nümayəndə heyətinin hər bir üzvünün görəcəyi konkret iş, 
məsuliyyət daşıyacağı konkret sahə də müəyyən olunmuşdu. Sədr Ə.M.Topçubaşov 
ümumi rəhbərliklə bir sırada siyasi məsələlər və memorondum hazırlanması üçün 
məsul idi. O, həm də heyətin təşkilati işlərinə və maliyyə vəsaitinin təyinatı üzrə 
xərclənməsinə nəzarət edirdi. 
Sədrin müavini M.H.Hacinski missiyanın xəzinədarı idi. Eyni zamanda 
iqtisadiyyat və maliyyə bölməsinin işinə rəhbərlik edir, Azərbaycan hökuməti adından 
Fransanın və digər Avropa ölkələrinin biznes dairələri və ayrı-ayrı iş adamları ticari-



iqtisadi danışıqlar aparırdı. Ə.Şeyxülislamov daha çox sərhəd məsələləri ilə məşğul 
olur, Azərbaycana dair statistik göstəricilərin, xəritə və diaqramların hazırlanmasını 
təşkil edir, nəhayət Nümayəndə heyətinin arxiv və kitabxanasının yaradılması üçün 
məsuliyyət daşıyırdı. 
M.Məhərrmov xalq təsərrüfatı və əkinçiliklə bağlı məsələlər üçün cavabdeh 
idi, eyni zamanda iclas və danışıqların protokollarının Azərbaycan türkcəsində 
yazılmasını təmin edirdi. Ticarət və sənaye məsələləri ilə məşğul olan 
M.Mirmehdiyevin vəzifələri sırasına heyətin maliyyə hesabatlarının yoxlanması da 
daxil idi. Ə.Ağaoğlu və C.Hacıbəyli isə daha çox informasiya və təbliğat məsələləri 
ilə məşğul olmalı, Fransa ictimaiyyəti və fransız mətbuatı ilə əlaqələr qurulmasına 
kömək etməli idilər. Hər ikisinin Fransada təhsil almaları, fransız dilinə və 
mədəniyyətinə mükəmməl yiyələnmələri üzərlərinə qoyulan vəzifəni uğurla həyata 
keçiriləcəyinə təminat yaradırdı. 
Nəhayət, Ə.Hüseynzadə Azərbaycanla bağlı tarixi-etnoqrafik və ədəbi 
materialların seçilməsi və təbliğatda onlardan istifadə edilməsi üçün məsul idi. 
Təəssüf ki, Nümayəndə heyəti Parisə tam tərkibdə gedə bilmədiyindən iş bölgüsündə 
müəyyən dəyişikliklər aparılması zərurəti yarandı. Bütövlükdə isə heyətin hər bir 
üzvü lazım bilinən və tapşırılan hər bir işin öhdəsindən gəlməyə tamamilə hazır idi. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə