Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 90,45 Kb.
səhifə7/16
tarix29.04.2023
ölçüsü90,45 Kb.
#107643
1   2   3   4   5   6   7   8   9   10   ...   16
D. Məzirə

Mövzu2:
Osmanlı dövlətiOsmanlı imperiyası və ya Avropa salnamələrinə əsasən Türk imperiyası — Oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında 1299–1922-ci illərdə fəaliyyət göstərmiş çoxmillətli sünni müsəlman dövlət. Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə Bizans İmperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır.
Səciyyəvi xüsusiyyətləri: Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı. Osmanlı İmperiyası öz siyasi sahəsindəki yüzlərlə xalqı əhatə edirdi və genişləndikcə hökmdarlar və idarə edənlər iki fərqli təbəqə oldular. Bütün kosmopolit dairələr Osmanlı sinfini təşkil edirdi; türk əhalisi isə türk sinfini. İki sinif bir-birini bəyənmirdi. Osmanlı təbəqəsi özünü "hakim xalq" kimi görürdü və türklərə tabe olanları "aşağı xalq"kimi qəbul edirdi. bir məmur şəhərə gələndə hamı qaçmağa çalışırdı, çünki Osmanlılar gəlirdi. İmperiya quruluşunun formalaşması prosesində türkmən köçəriləri dövlətin qurucuları idi. Osmanlılar dini nüfuzlarından bəhs etmək istədikdə "Memalik-i İslam"-ı istifadə edirdilər; Osmanlı xanədanını göstərmək üçün "Al-i Osman"-dan istifadə edirdilər; ya da coğrafi baxımdan bir dövlətin təyin edilməsi tələb olunduqdaRoma imperiyasından miras qaldıqları əraziləri təyin edib "Memalik-i Rum" deyirdilər. Şərq sakinləri ümumiyyətlə Osmanlıları "Rum" olaraq qəbul edirdilər. Avropalılar isə Osmanlı imperiyasını Türkiyə adlandırırdılar. İstanbuldan olan bir Osmanlı bəyini türk adlandırmaq onu təhqir etmək demək idi. Osmanlı sultanları XVIII-ci əsrə qədər romalı kimliklərinin əsasında "sezarların sezarı" titulu daşıyırdı. Bizansın tutulmasındən sonra Osmanlı padşahları sənədlərdə orta əsr serb dilində "çar, veliki çar" kimi titullardan istifadə edirdilər. Osmanlı şairləri padşahlarını "Roma Sezarları" (Kayser-i Rum), tarixçiləri isə "Sezar hökmdarlığının varisi" olaraq tərifləyirlərdi. Yunan dilindəki məktublarında II Bəyazid özünü "Basilius Basileon" və ya "Magistus basileum" adlandırırdı. Sultan Süleyman Qanuni bir məktubda özünü "Roma Sezarı" kimi təqdim edir. Osmanlı hökmdarlarının məktublarında titulların uzun bir siyahısında birinci yeri tutan, "dövrü idarə edən Sezar", "Sezar" və "Cəmşid taxtının varisi" kimi başlıqlar, tək dünya dövlətinə iddialarından bəhs edir. Osmanlılar fövqəladə hallara görə yeni güclənən Avropa dövlətlərinin hökmdarlarının sezar titulunu tanımaq məcburiyyətində qaldılar.
Türk tarixçisi İlbər Ortaylı Osmanlını "Müsəlman Roma" adlandırır. O qeyd edir ki, Yaxın Şərqdə və Aralıq dənizi bölgəsində Osmanlı Roma imperiyasına bənzər yeganə dövlət idi. Osmanlı dövləti türk dilini işlətdiyinə baxmayaraq, onun dövlət xadimlərinin əksəriyyəti erməni və yunanlardan ibarət idi, xüsusi ilə də XIX əsrdə. Bununla birlikdə dövlətin təşkilati mədəniyyəti və sosial qarışığı Roma imperiyasındakı kimi qurulmuşdu. Osmanlı tarixçisi Mustafa Əli Gelibolulu (1541–1600) osmanlı kimliyini rum, yəni romalı kimi yazırdı. Osmanlının hakimiyyəti və ordusu yeniçərilər (əsasən yunanlarserblər və 
albanlar) balkan millətləri arasından olan dəvşirmələrdən ibarət idi. Onları uşaq vaxtından "qul" kimi götürüb, təhsil verib böyük vəzifələrə təyin edirdilər. Qızları isə sultanların hərəmlərinə göndərirdilər. Nəticədə qul qadınların oğulları Osmanlı sultanları olurdular, qızları isə keçmişdə Balkanlardan qul olan yüksək rütbəli nazirlərə və hərbi qulluqçulara ərə gedirdilər. Yəni Osmanlını idarə edənlər türklər yox, islamı qəbul etmiş xristianlar və ya onların nəsilləri idi. Məsələn Sultan Süleyman Qanuninin 24 vəzirindən 19-u dəvşirmə idi. İbrahim paşa Parqalı bürokratiyada hakim olan dəvşirmə sinifinin nümayəndələrindən biri idi. Mustafa Əli Gelibolulu qeyd edirdi ki dəvşirmələr türklərdən daha etibarlı idilər və əvvəlcə "bəylərbəy" və "bəy" türklərə verilmirdi. O türklərə "ürəkləri pis əməllərlə və kinlə dolu olan" deyərək şikayət edirdi ki, artıq onlar pul verərək yüksək vəzifələrə çıxırdılar. Yeniçərilərin hökumətə təsiri böyük idi. Məsələn 1466-cı ildə yeniçərilər sultan II Mehmedi taxtdan imtina etməyə məcbur etdilər. 1512-ci ildə də sultan I Səlimin xeyrinə sultan II Bəyazidi taxtdan imtina etməyə məcbur etdilər. Venesiya səfiri Andrea Foskolo bu dövrdə yeniçərilər haqqında "onlar hökm sürürlər və ölkəni idarə edirlər" yazırdı. Yeniçərilər 1622-ci ildə sultan II Osmanı öldürərək yerinə I Mustafanı gətirdilər.
 Osmanlı imperiyasının tarixi: Osmanlı türk imperiyası türklərin tarixi nüfuz dairəsi baxımından ən böyük nailiyyəti olub, ən geniş ərazini əhatə edir. 623 il davam edən bu böyük imperiya Aralıq dənizi və Qara dənizi əhatə edən AsiyaAvropa və Afrika qitələrində yüz illər boyu hökm sürüb. Müxtəlif irq və dinlərdən olan bir çox xalqı torpaqları ilə birlikdə bir dövlətdə birləşdirib. Tarixdə belə geniş torpaqlara bu qədər uzun hökmranlıq edən digər quruluş Roma imperiyası və Britaniya imperiyası olmuşdur. Osmanlı türk imperiyasında 36 sultan hökmranlıq etmiş və 1517-ci ildən etibarən xəlifəlik adı ilə də İslam dünyasının dini hökmranlığını öz üzərinə götürmüşdür. Onu da qeyd etmək lazımdır ki, dövlət Afrikada 395 il (1517–1912), Avropada 561 il (1363–1912;1913–1922), Asiyada bütün hakimiyyəti boyu (623 il) qalmışdır.

Yüklə 90,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə