Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 90,45 Kb.
səhifə15/16
tarix29.04.2023
ölçüsü90,45 Kb.
#107643
1   ...   8   9   10   11   12   13   14   15   16
D. Məzirə

Dövlət quruluşu: Osmanlı imperiyası yaranandan bəri mütləq monarxiya ilə idarə edilirdi. Sultan iyerarxik Osmanlı sistemində siyasi, hərbi, hüquqi və sosial başlıqlarda ən yuxarı pillədə idi. Teorik olaraq sadəcə Allaha və onun qaydalarına məsuliyyət daşıyırdı. Onun ilahi vəzifəsi İran-İslam başlıqlarında yansıdılan Allahın yer üzündəki kölgəsi və Yer üzünün xəlifəsi olmaq idi. Bütün dövlət dairəsi onun hökmündəydi və verdiyi hər bir qərar fərman adlanan qərarnamədə yayımlanırdı. 1453-cü ildə İstanbulun tutulmasındən sonra özlərini Roma imperiyasının varisi hesab edirdilər. Buna görədə özlərini tez-tez Qeysər ya da İmperator adlandırırdılar. 1517-ci ildə Misirin tutulmasındən sonra I Səlim xəlifə adını aldı. Beləcə özünü dünyanın müsəlman hökmdarı olduğunu iddia etdi. Osmanlı hökmdarlarına taxta çıxmamışdan qabaq Avropa ölkələrindəki tacqoyma mərasiminə oxşar olaraq Osmanlı qılıncı verilirdi. Qılıncın verilmədiyi sultanın uşaqları varis sayılmırdı. Siyasi qərarlarda xanədanın önəmli üzvlərinin fikir və təklifləri diqqətə alınırdı. XVIII əsrdə imperiya durğunluq dövrünə girdi. Bu dövrdə sultanlar çox gücsüzləşdilər. Bir çox sultan Yeniçəri ocağı tərəfindən taxtdan endirildi. Sultanların azalan gücləri ilk sultanların və sonrakıların hakimiyyət illərinin fərqliliyinə görə təsdiqləndi. I. Süleyman Osmanlı imperiyasını 46 il idarə edərək ən uzun hakimiyyətdə olan sultan olmuşdur. V. Murad isə 93 gün hakimiyyətdə olaraq ən az hakimiyyətdə olan sultan olmuşdur. Parlamentli monarxiya V. Muradın varisi II. Əbdülhəmidin zamanında rəsmiləşdirilmişdir.
Əhalisi: Qeyri-Avropa dünyasının bütün hissələrindən Avropaya ən yaxın olanı Osmanlı imperiyası idi və bu imperiya ilə avropalılar əsrlər ərzində yaxın əlaqələrdə olmuşdular. İmperiya ümumiyyətlə Avropa dövlətinə bənzəmirdi. Ölçülərinə görə nəhəng olan bu imperiya dini icmaların toplumundan ibarət idi. Onun əhalisinin əksəriyyəti müsəlman idi, özü də bura həm ortodoks müsəlmanlar, həm də Druz və Vəhhabi məzhəbləri daxil idi. Bir hissəsi daim Yaxın Şərqdə yaşayan yəhudilər, həmçinin çoxusu yunanlarermənilər, Suriyada
yaşayan ərəblərin bir hissəsi və maronitlər olan xristianlar da imperiyada yaşayırdı. Türklər idarə edən sinif idi və yalnız türklər və ya digər müsəlmanlar orduda xidmət edə bilərdi. Müsəlman olmayanlar "naxır" və ya "sürü" kimi tanınırdı, onlar vergiləri ödəyirdilər. Hər kəs türkə çevrilə bilərdi. Burada din və ya irqlə heç bir əlaqə yox idi. Bosforun Avropa tərəfindəki keçmiş xristianların çoxu islama keçmiş və ağalıq edən türklərin dilini, geyimini və mədəniyyətini qəbul etmişdi. Müxtəlif dinə sahib olan insanlar çiyin-çiyinə, onların hər biri öz dini qruplarının qanunları, məhkəmələri və adətləri altında yaşayırdılar. Din xadimləri patriarxlarepiskoplarrabbilərimamlarüləmalar öz adamları üçün türk hökuməti qarşısında cavabdeh idilər, çünki bu adamların üzərində onlar xeyli hakimiyyətə malik idilər.Qərbi avropalılar öz xüsusi hüquqlarına malik idilər. Roma katolik din xadimləri əsasən Fələstində yaşasa da, dində Papaya, dünyavi hamiyəyə görə isə Fransaya baxırdılar. Qərb tacirləri "kapitulyasiya"dan və ya Osmanlı İmperiyasının XVI əsrdən başlayaraq bir sıra müqavilələrlə verdiyi xüsusi hüquqlardan istifadə edirdilər. Kapitulyasiyaya tabe olanlardan idxal edilmiş mallar üçün Türkiyə 8%-dən çox tarif ala bilməzdi. Avropalılar vergilərin çoxundan azad olunmuşdular. İki avropalı arasında olan mülki mübahisə və ya cinayət hadisəsi yalnız avropalı konsulun apardığı məhkəmədə, Avropa qanunları altında həll edilə bilərdi. Avropalı ilə Osmanlı təbəəsi arasındakı mübahisə türk məhkəmələrində yoluna qoyulurdu, ancaq bu məhkəmədə hökmən avropalı müşahidəçi iştirak etməli idi.

Yüklə 90,45 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə