Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 90,45 Kb.
səhifə3/16
tarix29.04.2023
ölçüsü90,45 Kb.
#107643
1   2   3   4   5   6   7   8   9   ...   16
D. Məzirə

Əməvilər xilafəti: Əməvilər dövründə müsəlman fəthləri daha da genişləndi. VIII əsrin əvvəllərində ərəblər Şimali Afrikanı tutdular. 711-ci ildə ərəb sərkərdəsi Tariq öz ordusu ilə Afrika və Avropa arasındakı boğazı keçib İspaniyaya daxil oldu. Buradakı Ost-Qot krallığını məğlub etdi. Bu boğaz Tariqin adı ilə Cəbəllütariq adlanır. Ərəblər 732-ci ildə Puatye şəhəri yaxınlığında franklara məğlub oldular və Avropanın mərkəzinə irəliləyə bilmədilər. İslam ordusu Qafqaz və Mərkəzi Asiyanı VIII əsrin əvvəlində tutdu, 712-ci ildə Çinə və Hind çayına gedib çıxdı. Beləliklə, VII əsr və VIII əsrin I yarısında Atlantik okeanından Hindistan və Çinə qədər uzanan geniş bir ərazini əhatə edən ərəb dövləti yarandı. Bu dövlət Xilafət adlanırdı. Ərəb xilafətinin ərazisi əmirliklərdən (vilayətlərdən) ibarət idi. Vilayətlərin idarə olunması əmirlərə (canişinlərə) tapşırılırdı. Dövlət dili ərəb dili idi. Xilafətdə gümüş dirhəm və qızıl dinarlarla alver etmək və vergi vermək olardı. Qanun qarşısında bütün müsəlmanlar bərabər idi. Ancaq varlılar çox, yoxsullar az vergi verirdilər. Ərəb xilafətində feodalizm quruluşunun meydana gəlməsinin xüsusiyyətləri aşağıdakılardır: torpaq dövlət mülkiyyəti idi, Xəlifə təyin etdiyi canişinlərə xidmətləri əvəzində iqta verirdi, asılı kəndlilər vergi ödəyirdilər. Bu vergi xəlifənin xəzinəsinə daxil olurdu. Ərəblər ayrı-ayrı şəxsləri, ailələri, bütöv tayfaları işğal etdikləri ərazilərə köçürürdülər. Burada onların məqsədləri:

  1. Dövlət təqaüd alan adamları buraya köçürməklə dövlət xəzinəsini bu adamlardan azad edirdilər.

  2. Özlərinə burada etnik dayaq yaradırdılar.

Abbasilər xilafəti (750–1258) — Ərəb Xilafətində Əməvilərdən sonra hakimiyyətə yiyələnmiş Abbasilər sülaləsinin yaratdığı orta əsr feodal-teokratik dövləti. Eləcə də bəzən Bağdad xilafəti adlandırılır. Abbasi xilafətinin tərkibinə ərəb ölkələri, Qafqaz, Azərbaycan və İran(9-cu əsrin əvvəlinə qədər), Orta Asiyanın cənubu, Misir, eləcə də Şimali Afrika(9-cu əsrə qədər) və Hindistan daxil idi. Müstəqil dövlət kimi 750-ci ildən 945-ci ilə, Buveyhilər tərəfindən işğal edilənə qədər mövcud olub. Buveyhilər Bağdadda onun 1055-ci ildə Səlcuqlular tərəfindən alınmasına qədər ağalıq edib. Abbasi xilafəti adı altında həm də, Bağdadda (762–1258), onun Elxanilər tərəfindən alınmasından sonra isə Qahirədə, onun Osmanlılar tərəfindən 1517-ci ildə alınmasına qədər məmlük sultanlarının yanında mövcud olmuşmüsəlman teokratik dövlət quruluşu forması nəzərdə tutulur.

Yüklə 90,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə