Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 90,45 Kb.
səhifə6/16
tarix29.04.2023
ölçüsü90,45 Kb.
#107643
1   2   3   4   5   6   7   8   9   ...   16
D. Məzirə

Xilafətdə ədəbiyyat: Tacirlər və sarbanlar başqa ölkələrdən qiymətli mallar gətirməklə yanaşı, həmin ölkələr barədə qəribə nağıllar da danışırdılar. Bu nağıllar xəlifə və əyanların saraylarında, bazarlarda, küçələrdə, Bağdadın evlərində danışılırdı. Varlılar möcüzəli səyahətlər və macəralar barədə nağıllar dinləməyi xoşlayırdılar. Bu nağıllar əsasında sonralar bütün dünyada məşhur olan nağıl toplusu – Min bir gecə nağılları yaradıldı. Ərəb şairləri öz şerlərində köçərilərin məişətini və hərbi qəhrəmanlıq hünərlərini tərənnüm edirdilər. Poeziya sahəsində İranda və Orta Asiyada xüsusilə böyük uğurlar qazanılmışdı. Burada şairlər öz əsərlərini adətən tacik-fars dillərində yazırdılar. Ən məşhur şairlərdən biri Firdovsi idi. O, Şahnamə poeması üzərində 30 ildən çox işləmişdi. Bu poemada İran xalqının işğalçılara qarşı mübarizəsi təsvir olunur, əfsanəvi qəhrəmanların igidlikləri tərənnüm edilirdi.
Xilafətdə incəsənət: Xilafətdə incəsənətin bütün növlərindən ən çox inkişaf edəni memarlıq idi. Memarlar xəlifələr üçün gözəl saraylar, türbələr və qalalar tikirdilər. İspaniyada yerləşən ərəb hakimlərinin sarayı Əlhambra bütün dünyada məşhurdur. Xilafət memarları həm də məscidlər tikirdilər. Məscid binası adətən dördkünc olur, üzərində günbəz ucalırdı. Məscidin hasarları içərisində böyük həyəti, həyətdə isə hovuzu olurdu. Hovuzun dövrəsində çoxlu sütunları olan eyvan, ona yapışıq isə böyük salon tikilirdi. Müsəlmanlar bu salona namaz üçün toplaşırlar. Məscidin yanında uca qüllə olan minarə ucaldılırdı. Bu minarədən dindarları namaza dəvət etmək üçün azan oxuyurlar. Xilafət dövründə tikililərdə daş üzərində oyma naxışlarla, kaşı ilə, divarlarda və döşəmələrdə mozaikalar yaratmaqla zəngin bəzək vurulurdu. Binaların divarları isə mürəkkəb şəbəkə naxışlarla bəzədilirdi. Oyma şəbəkə naxış və əlvan təsvirlər elə hiss oyadırdı ki, sanki həmin divarlar ağır daşlardan hörülməmişdir. İslam dini insan və heyvanların şəklini çəkməyi qadağan edirdi. Buna görə də Xilafət ölkələrində Orta əsrlərin ilk yüzilliklərində heykəltəraşlıq və rəssamlıq, demək olar inkişaf etmədi. Sonralar isə kitablarda xalq həyatından götürülmüş səhnələri, xəlifə sarayındakı hadisələri, möcüzəli heyvanları və quşları olan uzaq ölkələri təsvir edən miniatürlər verilməyə başlandı.



Yüklə 90,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə