Azərbaycan Dövlət Pedaqoji Universiteti


İldırım Bəyazidin hakimiyyəti



Yüklə 90,45 Kb.
səhifə9/16
tarix29.04.2023
ölçüsü90,45 Kb.
#107643
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
D. Məzirə

İldırım Bəyazidin hakimiyyəti: 1389-cu ildə hakimiyyətə I Bəyazid gəldi. Bəyazid I Kosova döyüşündə Osmanlı ordusunun çətin anında ildırım kimi sürətli yetişdiyi üçün ona bu təxəllüs verilmişdir. I Muradın ölümündən faydalanmaq istəyən Anadolu hakimləri ittifaq quraraq Osmanlına qarşı savaş elan etdilər. Əsas məqsədləri itirilmiş torpaqları geri almaq idi. 1389-cu ildə İldırım Bəyazid, onların Anadoludakı hakimiyyətlərinə son qoydu. Bir il sonra isə Qaramanlılarla, Bəyşəhəri Osmanlılara vermək şərtiylə sülh bağlandı. İldırım Bəyazid, 1396-cı ildə İstanbulu bir üzük kimi mühasirəyə aldı. Bu qalibiyyət Xaç Yürüşünə səbəb oldu. Niğboluda baş vermiş döyüş Xaçlı Birliyi məğlub oldu. Sonra İstanbulun işğalına davam edildi. Anadoluhisarı qalası tikdirildi. İstanbulun işğalını vəzir Əli Paşaya tapşıran İldırım, Anadoluya gedərək Konyanı Osmanlı torpaqlarına qatdı. Qazi Bürhanəddinin ölkəsi və Malatya ələ keçirildi. Amma Teymur ilə Bəyazidin münasibətləri kəskinləşdi. Teymur Qarabağdan hərəkət edərək Sivası və Xarput qalalarını ələ keçirdi. Bəyazid xan sülh olmayacağını anlayıb bütün qoşunu Bursaya çağırdı. 80000 nəfər sayıldı. Ordu Ankarayadək irəlilədi. Teymur elçi ilə barış təklif etdi, amma bir şərt daxilində: Bəyazid Teymurun hüzuruna gələcək, üzr istəyəcək. Qarşılığında Sivas Osmanlına geri veriləcəkdi ki, Bəyazid baş əyməyi qəbul etmədi. Tokatdan keçərək Sivasa xeyli yaxınlaşdı. Sivas meşəlik idi. Əksəriyyəti piyadalardan qurulmuş Osmanlı ordusu üçün belə vəziyyət xeyli əlverişli idi. Amma Teymur Sivası tərk etdi. Bəyazid onu təqib etdi. Bununla da, Teymurun istədiyi oldu. Teymur döyüş yerini özü seçməklə bərabər, Osmanlı ordusunu yoracaqdı. Teymuri ordusu Ankara çatdı. Ankara qalası mühasirəyə alındı. Amma Bəyazidin gəlmə xəbərini eşidən Teymur qoşunları şəhərdən çəkərək Ankara Çubuq ovalığına gətirdi. Əsası süvarilərdən təşkil olunmuş Teymuri ordusu düzənlik ərazidə Osmanlı ordusunu gözləyirdi. Səhər vaxtı namazlar qılındı və döyüş başladı. Teymurun 32 döyüş fili var idi. Bu fillər Osmanlı ordusuna xeyli itkilər verdirdi. Digər bir tərəfdən Ruməli və Krım tatarları tərəf dəyişdirdi. Yerdə qalan qoşun qaçdı. Bəyazid bir neçə paşası və fədakar əsgərləri ilə birlikdə təpə başında müdafiə olunurdu. Bu vaxt paşalardan biri irəli çıxaraq "Nə oldu, Bəyazid xan! Çox güvəndiyin o oğulların haradadır indi?". Söz götürməyən Bəyazid atını düşmən üzərinə sürdü. 3 nəfəri qılıncdan keçirdi. Amma əsir düşdü. İldırım Bəyazidin 1402-ci il Ankarada məğlubiyyət xəbərini eşidən Roma papası Avropa ölkələrinin kilsələrində üç gün aramsız, kilsə zənglərinin sədaları altında Teymur üçün şükranlıq duaları oxutdurmuşdu. Teymur Osmanlı dövlətini zəiflətmək üçün bəyliklərin müstəqilliyini bərpa etdi, Osmanlıların hakimiyyəti altında olan əraziləri isə Bəyazidin 4 oğlu arasında bölüşdürdü.

Yüklə 90,45 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə