Azərbaycan Dövlət Pedaqoji Universiteti


Osmanlı imperiyası Səltənət fasiləsi (Fetrət dövrü) illərində (1402 1413)



Yüklə 90,45 Kb.
səhifə10/16
tarix29.04.2023
ölçüsü90,45 Kb.
#107643
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
D. Məzirə

Osmanlı imperiyası Səltənət fasiləsi (Fetrət dövrü) illərində (1402 1413): 1403-cü ildə İldırım Bəyazid öldü. Onun ölümündən sonra, oğullarından Süleyman Rumelidə, İsa Çələbi Balıkəsirdə, Məhməd Çələbi Amasyada və Musa Çələbi Bursada padşahlıq elan etdilər. Bəyazidin oğulları arasında gedən hakimiyyət mübarizəsi Osmanlı dövlətini xeyli zəiflətdi. Nəticədə Çələbi Məhməd tək hökmdar vəziyyətinə gəldi.
Osmanlı dövləti artıq imperiyadır: Ancaq I Mehmedin 1421-ci ildə vəfatından sonra yerinə oğlu Şahzadə Murad keçdi. Qardaşı Şahzadə Mustafanın üsyanını yatırdı. Bizansın əksər hissəsini işğal etdi. Venesiyalılarla döyüşdü. Evbeyaya və Peloponnesə axınlar edildi. 1430-cu ildə Saloniki venesiyalılardan alındı. Əflak və Serbiya yenidən Osmanlı Dövlətinə qatıldı. 1437-ci ildə Həmideli, Daşeli, Konya, Bəyşəhər alındı. II Murad taxtı oğlu Mehmedə verdi. Bu isə Xaçlı Birliyinin yeni basqınlarına səbəb oldu. II Murad, Osmanlı ordusunun başına təkrar keçərək Xaçlı Birliyini Varnada məğlub etdi və yenidən padşah oldu. 1444-cü ildə Varna döyüşündə Macar-Çex qoşunları məğlub edildi. 1448-ci ildə bir Səlibçi ordunu da Kosovada məğlub etdi. II Murad buradan Albaniyaya səfər etdi. Akçahisar mühasirəyə alındı, amma alına bilmədi. 1451-ci ildə II Murad öləndən sonra yerinə oğlu Mehmed padşah oldu. II Mehmed, İstanbulu mühasirəyə aldı. 53 gün davam edən bir mühasirədə 29 may 1453-cü ildə şəhəri tutdu. Serbiya və Peloponnes ələ keçirildi. Egey dənizində Limni, Taşoz, Midilli, İmroz və Evbeya adaları Osmanlıların əlinə keçdi. Fatih Sultan Mehmed sonra 1461-ci ildə Trabzon imperiyasına son qoydu. Krımdakı Genuya koloniyaları ələ keçirildi. Krım Osmanlı Dövlətinə qatıldı. 1473-cü ildə Ağqoyunlulara qarşı səfərə çıxdı. 1474-cü ildə Qaramanoğulları Bəyliyinə son qoyuldu. 1480-ci ildə Gədik Əhməd Paşa, İtaliyanın tutulması üçün səfərə çıxdı. Otranto qalasını ələ keçirdi. Fatehin ölümü səbəbindən İtaliyanın tutulması mümkün olmadı. Fatih 1481-ci ildə Misir səfərinə çıxdı, ancaq Gəbzədə öldü. Yerinə oğlu II Bəyazid keçdi. Cem Sultan Bəyazid ilə mübarizə etdi. Cem Sultan Rodos döyüşçülərinə, oradan da Papaya sığındı. Neapolda 1595-ci ildə öldü. Cem Avropada olan zaman, Bəyazid önəmli səfərlərə çıxmaqdan çəkindi. Bəyazid zamanında Bosniya və Herseqovina Osmanlı hakimiyyətinə qatıldı. Məmlüklərlə Çuxurovada 1485-ci ildə başlayan döyüşlər altı il davam etdi. Döyüşlər Tunis hökmdarının vasitəçiliyi ilə sona çatdı. Çuxurovada Osmanlıların əlinə keçirdiyi yerlər, Məkkə və Mədinəyə aid olduğundan, Misirlilərə geri verildi. Peloponnesdə İnəbahtı, Modon, Koron ilə Adriatik dənizi sahillərindəki Draç limanı ələ keçirildi. Bəyazidin həyatının son illərində oğulları arasında səltənət çəkişməsi başladı. Yeniçərilər, qəhrəmanlığına və cəsarətinə heyran olduqları Şahzadə Səlimin tərəfini tutdular. 1512-ci ildə Bəyazid, taxtı Səlimə verməyə məcbur oldu. Səlim ilə Şah İsmayıl arasında Çaldıranda baş verən döyüşdə, Şah İsmayıl məğlub oldu. Cənubi Anadolu Osmanlıların əlinə keçdi. Sonra Dulqədiroğullarının ölkəsi ilə Maraş və Əlbistan tutuldu. Məmlüklər öncə Mərcidabikdə (1516), sonra da Ridaniyədə (1517) məğlub oldular. Suriya, Misir və Hicaz Osmanlı idarəçiliyinə keçdi. 1518-ci ildə Xeyrəddin Barbaros İspan donanmasını məğlub edərək Əlcəzairi tutdu. Rəvayətlərdən birində belə deyilir: "Misirə səfər edən Yavuz Sultan Səlim Misirin alma bağlarından keçərkən, orduya "dayan" əmri verir. Bütün əsgərlərinin heybələrini yoxladan Səlim deyir: "Əgər bir əsgərimin heybəsində alma tapsaydım, səfərimi yarımçıq qoyacaqdım". Yavuz Sultan Səlim yeni səfər üçün Ədirnəyə gedərkən Çorluda öldü (1520). Yerinə oğlu Şahzadə Süleyman hökmdar oldu. Misirdə "Canberdi üsyanı" yatırıldı. Belqrad və Rodos Osmanlı torpaqlarına qatıldı. 1526-cı ildə Mohaçda baş verən döyüşdə Macar ordusu məğlub edildi. Macarıstan Osmanlı Dövlətinə bağlı bir krallığa çevrildi. 1529-cu ildə Vyana şəhəri mühasirəyə alındı. Ancaq şəhəri almaq mümkün olmadı. Osmanlı ordusunun çəkilməsindən sonra, Avstriyalılar Budanı təkrar almağa cəhd etdiklərinə görə Qanuni Süleyman 1532-ci ildə Almaniya səfərinə çıxdı. Avstriya torpaqları yağmalandı. Avstriyalılar ilə 1533-cü ildə sülh bağlandı. Sədrəzəm İbrahim Paşa Səfəvi dövlətinə göndərildi. Sonra özü də oraya hərəkət etdi. Bağdad alındı. Bundan sonra Aralıq dənizi səfərləri başladı. Venesiyaya qarşı müharibə elan edildi. Qanuni qurudan, Xeyrəddin Barbaros isə dənizdən hərəkət etdi. 1537-ci ildə Korfu adası mühasirəyə alındı, ancaq alına bilmədən geri dönüldü. Bir il sonra da Barbaros Prəvəzədə, Xristiyan donanmasına qalib gələrək Osmanlı İmperiyasının Aralıq dənizi hakimiyyətini saxladı. Bu zaman Misir valisi Xədim Süleyman Paşa Hind Okeanında portuqallarla döyüşdü. 1540-cı ildə Macarıstan bir türk əyaləti halına gətirildi. 1543-cü ildə Barbaros Xeyrəddin Paşa, Fransa kralı I. Françoisə yardım etdiyinə görə vəzifələndirildi. Barbaros, Osmanlı donanmasına qatılan Fransız donanması ilə birlikdəNitsanı bombardman etdi. Bu arada Qanuni də Esterqon qalasını aldı. Sonrakı il səfəvilərin üzərinə hücuma keçdi. Osmanlı ordusu, Naxçıvana qədər irəlilədi, lakin burda çox qala bilməyib geri döndü. Bağdad və Ərəb İraqı Osmanlıda qaldı, Səfəvilər isə Ərzurum, Qars, Ərdahan və Ərzincan qalalarını geri aldılar. Qanuni 1566-cı ildə Siqetvar qalasını almaq üçün yola çıxdı. İşğal davam etdiyi zaman öldü. Ölümündən qısa bir zaman sonra da qala alındı. Yerinə oğlu Səlim keçdi. Səlim zamanında Kipr adası ələ keçirildi (1570). Osmanlı donanmasının böyük bir hissəsi, İnəbahtıda Xaç Birliyi tərəfindən yox edildi. II Səlim 1574-cü ildə vəfat etdikdə, yerinə oğlu III Murad keçdi. Sokullu Mehmed Paşa sədrəzəmlikdə buraxıldı. Səfəvilərlə 12 il davam edən döyüşlər, Osmanlıların üstünlüyü ilə sona çatdı. 1590-cı ildə İstanbul sülhü imzalandı. Təbriz, QarabağGəncəQarsTiflis, Şəhərizor, Nəhavənd, Luristan Osmanlı hakimiyyətinə keçdi. Müqavilənin şərtlərinə əsasən, Azərbaycanın Lahican, Qaracadağ, Lənkəran, Xalxal əraziləri istisna olmaq şərti ilə, digər ərazilər, həmçinin Qərbi İran Osmanlı hakimiyyəti altına düşdü.

Yüklə 90,45 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə