Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 90,45 Kb.
səhifə5/16
tarix29.04.2023
ölçüsü90,45 Kb.
#107643
1   2   3   4   5   6   7   8   9   ...   16
D. Məzirə

Xilafətdə mədəniyyət: Əvvəllər mədəniyyətin inkişaf səviyyəsinə görə ərəblər əsarət altına alınmış xalqların əksəriyyətindən çox-çox aşağıda dururdular. Lakin ərəblər yavaş-yavaş bu xalqların elm və incəsənət sahəsindəki nailiyyətlərini mənimsədilər. Xilafətin tərkibində yüksək inkişaf etmiş qədim mədəniyyəti olan MisirSuriyaFələstin, Mesopotamiya, Orta Asiya kimi çox ölkələr daxil idi. Ərəb dili bu ölkələrdə geniş yayıldı. Məhkəmə işləri bu dildə aparılır, məktəblərdə bu dil öyrədilirdi. Ərəb dili ədəbiyyat və elm dilinə çevrilmişdi. Suriya, İran və Orta Asiyanın bir çox alim və yazıçıları öz əsərlərini bu dildə yazırdılar. Beləliklə, xilafətin mədəniyyətini təkcə ərəblər deyil, xilafətin tərkibinə daxil olan bütün xalqlar yaradırdılar. Təsərrüfat sahəsindəki uğurlar mədəniyyətin inkişafına kömək edirdi. Suvarılan torpaqlara arpa və buğda səpir, orada xurma və şəkər qamışı  yetişdirirdilər. Asiyanın başqa ölkələrindən ərəblər pambıq və çəltikportağal və limon gətirib əkdilər. Mahir sənətkarlar pambıq və yundan yüngül və davamlı parçalar toxuyurdular. İran öz xalçaları ilə məşhur idi. Suriyada ipək parçalar toxunur, şüşə qablar hazırlanırdı. Suriyanın silah ustaları bütün dünyada şöhrət qazanmışdılar. Dəməşq poladından hazırlanmış qılıncları və zirehli geyimləri bütün ölkələrin cəngavərləri yüksək qiymətləndirirdilər. Ərəb tacirləri çox geniş ərazidə ticarət edirdilər. Onlar bürkülü səhraları və uca dağları aşaraq Çindən ipək və qab-qacaq gətirirdilər. Dəniz yolu ilə Hindistandan müxtəlif parçalar və qiymətli daş-qaşlar gətirilirdi. Ərəb tacirləri tez-tez Avropaya da gedirdilər. Xilafətdə riyaziyyat, astronomiya, coğrafiya kimi elmlər uğurla inkişaf edirdi. Böyük şəhərlərdə ali məktəblər açılırdı. Bağdadda yunan alimlərinin əlyazılarından ibarət kitabxana açılmışdı. Bu kitabxananı "müdriklik xəzinəsi" adlandırırdılar. Evklidin həndəsəyə aid əsərləri, Hind astronomları və riyaziyyatçılarının tədqiqatları ərəb riyaziyyatçılarına məlum idi. Onlar cəbr (ərəbcə "əlcəbr" – hesab) elminin əsasını qoydularhind rəqəmlərindən istifadə etməyə başladılar. Sonrada bu rəqəmləri ərəblərdən avropalılar öyrəndilər. İndiyədək Avropada bu rəqəmləri "ərəb rəqəmləri" adlandırırlar. Bağdad və Dəməşq şəhərlərində rəsədxanalar açıldı. Astronomlar mürəkkəb alətlərdən istifadə edərək Yer kürəsinin təxmini böyüklüyünü hesablaya bildilər. Onlar səmada gözlə görünən ulduzların vəziyyətini təsvir edirdilər. Orta Asiya alimi Əl-Biruni Yerin Günəş ətrafında fırlanması ideyasını irəli sürmüşdü, o zaman üçün bu dahiyanə fərziyyə hesab olunurdu. Ərəblər coğrafiyaya böyük şərafət göstərirdilər. Bunu belə bir atalar sözü sübut edir "Kim elm naminə səyahətə çıxırsa, cənnət qapıları onun üzünə açıqdır." Coğrafiyaşünaslar yalnız başqa ölkələr haqqında kitablar oxumaqla kifayətlənmir, özləri həmin ölkələrdə olmağa can atır, həyatlarını təhlükə qarşısında qoyaraq uzaq ölkələrə səyahətə çıxırdılar. Ərəb səyyahları xilafət ölkələrini, Hindistanı, Çini təsvir etmişAfrikanın və Şərqi Avropanın lap içərilərinə gedib çıxmışdılar. Onlar özlərinə məlum olan ölkələrin və dənizlərin xəritələrini çəkmişdilər. Xilafətdə təbabət uğurla inkişaf edirdi. Orta Asiyada böyük alim İbn Sina  (980–1037) yaşayırdı. Avropada onu Avisenna adlandırırdılar. İbn Sina təbib kimi xüsusilə böyük şöhrət qazanmışdı. O, özündən əvvəl heç kəsin ayırd edə bilmədiyi bir çox xəstəliklərin əlamətlərini təsvir etmişdi. Onu yüzdən çox elmi əsəri vardı. Şərqdə onu "alimlərin başçısı" adlandırırdılar.

Yüklə 90,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə