Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 90,45 Kb.
səhifə2/16
tarix29.04.2023
ölçüsü90,45 Kb.
#107643
1   2   3   4   5   6   7   8   9   ...   16
D. Məzirə

Tarixi: 632-ci ildə Məhəmməd peyğəmbər vəfat etdi. O vəfat edəndən sonra ərəb fəthləri genişləndi. Ərəblərin hərbi fəthlərinin uğurlarına səbəb olan amillər içərisində Bizans ilə İran arasında uzun illər gedən müharibələr hər iki tərəfin zəifləməsi, ərəb qoşunlarında döyüşçülərin, xüsusi ilə sürətlə hərəkət edən süvarilərin sayının çoxluğu, əsasən də Bizans və İran əhalisinin ağır vergilərdən azad olmaq üçün daha ədalətli dövlətçilik və sosial siyasət yürüdən müsəlmanlara xilaskar kimi baxaraq, onların tərəfinə keçməsi tarixçilərin diqqətindən yayınmamışdır. Xəlifə Əbu Bəkr (632–634), Ömər (634–644), Osman (644–656) dövründə fütuhat müharibələri genişləndi. Birinci xəlifə və Məhəmməd peyğəmbərin varisi Əbu-Bəkrin dövründə Suriya və İranın fəthinə başlandı. Ömər Suriya, İraq və Misirin fəthini başa çatdırdı. 636-cı ildə baş verən Yərmuq döyüşündə Bizans, 636-cı ildə Kadisiyyə yaxınlığında İran qoşunu məğlub oldu. 639-cu ildə Əmir ibn Asın rəhbərlik etdiyi ərəb qoşunu Misirə hücum etdilər 640-cı ilin yanvarında Pelusiya Fərama şəhəri və Fəyyum vadisi işğal edildi.642-ci ildə Misirin işğalı başa çatdırıldı.Xəlifə Ömərin dövründə islam dini İrana, Suriyaya, Misirə və Liviyanın tarixi vilayəti Benqaziyə yayıldı. Ömərin vaxtında təşəkkül tapmağa başlamış ərəb müsəlman imperiyasının bütün əsas inzibati-hüquqi təsisatları və ilk növbədə onun vergi-rüsum sistemi müəyyənləşdirilərək qanuniləşdirilmişdir. 638-ci ildə Qüds ilhaq edilərək müsəlman şəhərinə çevrildi. 642-ci ildə Nahavənd vuruşmasında müsəlmanlar Sasani imperiyasını çətin vəziyyətə saldılar. İranın paytaxtı Mədain 4 ay mühasirədə qaldı. 644-645-ci illər arası Bəlucistanı işğal edərək oradan Hindistana keçdilər Mədain (Ktesefon) 651-ci ildə tutuldu və Sasanilər dövlətinə son qoyuldu. Ərəb xilafətinin II dövrü 661–750-ci illəri əhatə edir. 661-ci ildə IV Raşidi xəlifəsi Əli ibn Əbu Talib Kufədə namaz qılarkən xəvaricilər tərəfindən öldürüldü. Daha sonra hakimiyyətə onun oğlu Həsən gəldi. Bir neçə səbəbə görə Həsən ibn Əli çox keçməmiş hakimiyyəti Müaviyə ibn əbu-Sufyana təhvil verdi. Bundan sonra xilafət idarə üsulunda seçki sistemi atadan oğula varislik sisteminə dəyişdi və Müaviyə hakimiyyətə oğlu I Yezid varis təyin etdi. Bu sülalə Əməvilər sülaləsi adlanırdı. Bu sülalənin dövründə xilafətin paytaxtı Mədinədən Şam (Dəməşq) şəhərinə köçürüldü.

Yüklə 90,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə