Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 90,45 Kb.
səhifə8/16
tarix29.04.2023
ölçüsü90,45 Kb.
#107643
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
D. Məzirə

Bəylikdən imperiyaya: Osmanlı türk imperiyasının əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söğütlü şəhərində Osman bəy tərəfindən qoyulmuşdur. Osman bəy 12 illik mübarizədən sonra Bursa şəhərini tutdu. Bəzi tarixçilərə görə, Osmanlı dövlətinin qurucusu Osman Bəyin atası Ərtoğrul Qazidir. Digər mənbələrdə onun atası Gündüz Alp (və ya Süleyman Şah) onun atası Kaya Alp, onun atası Gündüz Alp bəyliyin əsasını qoymuş şəxslər kimi tanınır. Bu ailə Oğuz türklərinin boz ox qolundan olan qayı boyunun başçısı idi. Osman bəyin atası Ərtoğrul Qazi, Səlcuq sultanı Ələddin tərəfindən Bizans sərhədinə "uc bəyi" olaraq təyin edilmişdi. Ərtoğrul Qaziyə yurd kimi verilən ərazi bugünkü BursaKütahya və Biləcik vilayətlərinin sərhədlərinin birləşdiyi yerdir. Sonradan Söyüdlü qəsəbəsi Bizansdan alınaraq mərkəz edilib. Səlcuqlu Dövlətində uc bəyliklərinin vəzifəsi dövlətin sərhədini qorumaq və xristianlara qarşı müharibə etməkdən ibarət idi. Tarixi mənbələrə əsasən Ərtoğrul Qazi 1281-ci ildə vəfat edib. Yerinə ailənin ən kiçik oğlu Osman Bəy seçildi və uc bəyi oldu. Osman Bəy ağıllı siyasət və döyüş qabiliyyəti ilə qonşuları olan Bizans hakimləri ilə gah dostluq münasibətləri qururdu, gah da müharibələr edirdi. Ağıllı siyasət Osman Ağaya yeni ərazilər qazandırdı. Qısa zamanda Bizansdan xeyli torpaq ələ keçirən Osman bəy Bursa və İzniki də tutdu. Yarhisar və Qaracahisar hakimləri ilə birlik qurdu. Bundan sonra 1288-ci ildə Qaracahisarı ələ keçirdi. Osman bəyBiləcik və Yarhisar qalalarını da aldı. 1299-cu ildə Yarhisar hakiminin qızı Nilufərlə oğlu Orxan Bəyi evləndirdi. I Murad ilə Süleyman Paşa bu nikahdan dünyaya gəldilər. Osman Bəy 1299-cu ildə Osmanlı dövlətinin müstəqilliyini elan etdi. 1301-ci ildə Yenişəhər ilə Yundhisarı aldı və Yenişəhəri paytaxt elan etdi. Bundan sonra Yenişəhərin ətrafındakı kənd və qəsəbələri alan Osman bəy, 1303-cü ildə İzniki ələ keçirdi və Bursa hakiminin topladığı birliyi dağıtdı. Osman bəy, Bursanı tutduğu ildə, 1326-cı ildə vəfat etdi. Osman Qazi 1326-cı ildə vəfatı nəticəsində yerinə oğlu Orxan Qazi keçdi. Bundan istifadə edən Ankara ahiləri şəhəri yenidən ələ keçirdilər. 1329-cu ildə paytaxt Bursa şəhərinə köçürüldü. Bursada ilk Osmanlı sikkələri kəsildi. Orxan qazi bizanslıları Anadoludan qovdu. Maltəpə döyüşündə Bizans ordusu məğlub oldu. 1356-cı ildə hakimiyyətə Sultan I Murad gəldi.

I Murad Xüdavəndigarın hakimiyyəti və Balkan yarımadasının işğalı:


1356-cı ildə hakimiyyətə I Murad gəldi. 1363-cü ildə Çorlu və Lüləburqazı ələ keçirdi. Komandanlarından Evranos bəy və Hacı İlbəyi də Malkara, Kəşan, İpsala, Dədəağac və Dimatokanı Osmanlı torpaqlarına qatdılar. Lala Şahin Paşa da Ədirnəni aldı. Filibə və Gümülcinə də Osmanlıların əlinə keçdi. Bundan sonra Ədirnə üzərinə yürüş başlandı. Kızılağac, Yanbolu, İhtiman, Samokov, Aydos, Karinabat, Sozapol və Hayrabolu alındı. Bolqar kralı Osmanlı himayəsinə keçdi. Bacısı şahzadə Mariyanı I Murada verdi. Çirməndəki savaşda Serblər məğlub edildi və 1371-ci ildən Serblər Osmanlıların himayəsinə keçdi. Çirmən müharibəsində 800 nəfər türk 70000 serb-bosna-bolqar qoşunlarını məhv etmişdir. Gecə vaxtı Osmanlı yeniçəriləri manevr etmək istəyirdi. Onlardan birinci dəstə Ədirnə ətrafından 3 yerə parçalandı. Hər 50 nəfərlik qrup gözləmədən qoşuna ikisi öndən biri arxadan olmaqla hücum etdi. 40000 nəfər qılıncdan keçirildi. Buna əsas səbəb qoşunun əksər hissəsinin yatması, gözətçilərin diqqətli olmaması və qəflətən qorxuya düşmələridir. Arxaya qaçan düşmən 1371-ci ildə Məriç çayınadək irəlilədi. Amma önlərinə 650 nəfərlik dəstə çıxdı. Döyüş başlandı. Serblərin dəhşətə gəldiyi döyüşdə 25000 nəfər daha Məriç çayını al qanlara boyadı. 5000 nəfəri qalmış Serb komandir məğlubiyyətə baş əymiş və I Muradın əlindən öpmüşdür. Osmanlı ordusu 133 nəfər şəhid vermişdir. I Murad Bursaya dönüb oğlu I Bəyazidi Süleyman Şahın qızı ilə evləndirdi. Kütahya, Tavşanlı, Simav və Əmət gəlinin cehizi olaraq Osmanlılara verildi. Ağşəhər, Yalvaç, Yenişəhər, Qaraağac və Əğri Həmidoğlu Hüseyin bəydən satın alındı. 1385-ci ildə Teymurdaş Paşa, İstıp, Manastır və Ahri vilayətlərini ələ keçirdi. Bolqarıstanın paytaxtı Sofiya Osmanlı hakimiyyətinə keçdi. Serb və Bosniya kralları, Xorvat və Albaniya şahzadələri Osmanlılara qarşı birləşdi və 30.000 nəfərlik bir ordu ilə Teymurdaş Paşanı Plosnik deyilən yerdə məğlub etdilər. Bundan yararlanmaq istəyən avropalılar, Xaçlı Birliyi qurdular. I Murad, hələ bu birləşmədən öncə Əli Paşa ilə Bolqar kralını və Dobruca şahzadəsini məğlub edərək, onların Xaçlı Birliyinə qoşulmasını önlədi. 1388-ci ilin əvvəlində I Murad Ruməliyə keçdi və iki ordu Kosova düzündə qarşılaşdı. Xaçlı Birliyi döyüşdə məğlub edildi. İlk olaraq, xaçlılar Osmanlı ordusunun sol cinahı qeyri-aktiv hərəkətə gətirdilər. Daha sonra Osmanlı ehtiyatları darmadağın edildi. Xaçlılar arxadan Osmanlı mərkəzinə hücum etdilər. Amma əsas təhlükəni yaddan çıxartdılar. Yenidən hərəkətə gəlmiş Osmanlı sol cinahı yenidən döyüşə atıldı. Bu zaman xaçlılar hər tərəfdən hücum etdilər. Belə proseslər döyüşün 7-ci saatında baş verirdi. Qorxan əsgərlər geri çəkildi. I Bəyazid xaçlıların sol cinahı darmadağın etdi. Qələbə demişkən, I Murad Xüdavəndigar serb əsilli xain Miloş Obiliç tərəfindən qətlə yetirildi. Acıqlanmış Osmanlı ordusu Serbiya kralını döyüşdə öldürdülər. Döyüşdən qələbə xəbərinin gəlməsindən az sonra Murad əbədi gözlərini yumdu.

Yüklə 90,45 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə