Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə7/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   2   3   4   5   6   7   8   9   10   ...   56

12
hazırladığı Yekun Müşahidələrdən sonra keçən müddət ərzində dövlət tərəfindən həyata keçirilmiş bütün tədbirləri 
təhlil etmir, eləcə də Azərbaycandakı vəziyyətlə CEDAW Komitəsinin tövsiyələri arasındakı bütün uyğunsuzluqları 
nəzərdən keçirmir. Hesabat dövlətin həyata keçirdiyi əsas tədbirləri və qalmaqda olan əsas boşluqları işıqlandırır. 
Qeyd  etmək  lazımdır  ki,  həyata  keçirilən  tədbirin  yetərliliyini  və  onun  hansı  səviyyədə  yerinə  yetirildiyini 
müəyyənləşdirmək hər zaman mümkün olmur. Bu cür məhdudiyyət təqdim etdiyimiz tərz hesabatlara xasdır. 

İndikatorlar: İndikatorlar əsas çatışmazlıqlar, daha dəqiq desək, tədbirlərin tələb olunduğu sahələr üzrə müəyyən 
edilmişdir. Hesabat müvafiq indikatorun hansı CEDAW/ UDİ tövsiyəsinə uyğun gəldiyini və araşdırma zamanı 
qaldırılmayan hansı əsas əlavə məsələləri əhatə etdiyini müəyyənləşdirir. BMT qurumları tərəfindən irəli sürülmüş 
tövsiyələrin bəziləri ümumi xarakter daşıdığı üçün həmin tövsiyələrə münasibətdə tələb oluna biləcək spesifik 
hüquqi,  siyasi  və  digər  tədbirləri  hədəf  götürəcək  daha  konkret  indikatorlar  hazırlanıb.  Nəticədə  daha  geniş 
indikatorlar şəbəkəsi yaratmaq mümkün oldu ki, CRSH-la bağlı dövlətin artıq yerinə yetirdiyi beynəlxalq insan 
hüquqları öhdəliklərini də həmin indikatorlar sırasına daxil edildi. Bununla belə, qiymətləndirmə prosesini sistemli 
apara bilmək üçün selektiv olmaq və çox sayda indikatorları daxil etməmək əhəmiyyətli idi. Hesabat əsas diqqəti 
qanunlara və aparılan siyasətə yönəltmiş olsa da, təhlil struktur, proses və nəticə indikatorlarını da əhatə edir ki, 
bu da qanunların və siyasətin kontekstini, irəliləyiş olan və narahatıq doğuran sahələri, qanunların və yeridilən 
siyasətin harada arzuolunan nəticəyə nail olduğunu müəyyənləşdirməyə imkan verir. 
Qiymətləndirmənin davamlılığı
Qiymətləndirmənin davamlılığı istiqamətində İnsan hüquqları üzrə Müvəkkilin Azərbaycanda CRSH, eləcə də 
CEDAW və UDİ üzrə İşçi Qrupun müvafiq tövsiyələrinin yerinə yetirilməsi üzrə illik icmalı həyata keçirməsi nəzərdə 
tutulub. Bu hesabatın metodologiyası əsas götürüləcək, ancaq həyata keçirilən tədbirlərin yetərliliyinin və onların 
hansı  səviyyədə  yerinə  yetirilməsinin  daha  təkmil  şəkildə  qiymətləndirilməsi  üçün  metodologiya  əlavə  olaraq 
nəzərdən keçirilə bilər. İllik icmal bu istiqamətdə irəliləyişi izləmək və qalan uyğunsuzluqları, eləcə də yeni imkan və 
maneələri müəyyənləşdirmək üçün əhəmiyyətli ola bilər.
İnsan Hüquqları İndikatorları
İnkişaf proseslərini izləmək üçün uzun illər sosial və iqtisadi indikatorlardan istifadə edilib. Bu yaxınlarda 
isə  insan  hüquqlarının  həyata  keçirilməsinin  monitorinqi  üçün  də  indikatorlardan  istifadə  edilə  biləcəyi 
müəyyən edildi. Yeni minilliyin əvvəlindən etibarən insan hüquqları indikatorları müəyyənləşdirilmiş, işlənib 
hazırlanmış  və  bir  çox  beynəlxalq  təşkilatlar  (OHCHR  və  ÜST  kimi)  da  daxil  olmaqla  bir  çox  əlaqədar 
qurumlar  tərəfindən  istifadə  edilmişdir.  Metodologiyalarda  və  istifadə  olunan  terminologiyada  fərqlərə 
baxmayaraq insan hüquqları indikatorlarının çoxu aşağıdakı ümumi xüsusiyyətləri əks etdirir:
•  İnsan hüquqları indikatorlarının spesifik insan hüquqları normaları və ya öhdəlikləri ilə əlaqədar olmasının 
etiraf edilməsi;
•  Sosial-iqtisadi indikatorlar spesifik norma və ya öhdəliyə aid olduqda insan hüquqlarının ölçülməsi üçün 
istifadə oluna bilər;
•  Bütün insan hüquqları və öhdəliklərini əhatə etmədiyi üçün mövcud sosial-iqtisadi indikatorlardan daha 
çöx indikatora ehtiyac ola bilər;
•  İnsan  hüquqları  baxımından  zəruri  olan  indikatorların  müxtəlif  növləri  mövcuddur.  Bir  çox  insan 
hüquqları indikatorları 3 kateqoriya üzrə qruplaşdırıla bilər: (1) qanunları, müqavilələrin ratifikasiyasını 
və institusional mexanizmləri əks etdirən struktur indikatorları; (2) siyasət və proqramları spesifik insan 
hüquqları standartları ilə əlaqələndirən proses indikatorları; (3) hüququn praktikada tətbiq olunmasını 
nümayiş etdirən nəticə indikatorları.
•  Ayrı-seçkiliyin  qarşısının  alınması  və  bərabərliyin  təmin  edilməsi  üçün  məlumatların  meyarlar  üzrə 
bölünməsi çox əhəmiyyətlidir.


13
FƏSİL 1:
AZƏRBAYCAN RESPUBLİKASININ BEYNƏLXALQ
İNSAN HÜQUQLARI ÖHDƏLİKLƏRİ
Cinsi və reproduktiv sağlamlıq hüququ ilə yanaşı, insan hüquqlarına yaşamaq hüququ, sağlamlığın ən yüksək 
standartına  nail  olmaq  hüququ,  təhsil  hüququ,  informasiya  hüququ,  inkişaf  hüququ  və  qadınlara  münasibətdə 
bərabərlik  və  ayrı-seçkiliyə  yol  verilməməsi  hüququ  da  daxildir.  Bu  hüquq  və  prinsiplər  beynəlxalq  və  regional 
insan hüquqları sazişlərində öz əksini tapmışdır. Bu müqavilələri ratifikasiya etməklə dövlətlər CRSH-na hörmət 
etmək, onları qorumaq və yerinə yetirmək öhdəliyi götürürlər. Onlar bunu müvafiq qanun, siyasət və proqramları 
qəbul edərək, eləcə də CRSH-nın təmin edilməsinə maneə törədən mövcud qanun, siyasət və praktikaları aradan 
qaldıraraq və ya dəyişdirərək həyata keçirirlər.
Azərbaycan Respublikası 9 əsas beynəlxalq insan hüquqları müqaviləsindən 8-ni ratifikasiya etmişdir: Qadına 
qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiya (CEDAW), Uşaq hüquqları haqqında 
Konvensiya, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt, Vətəndaş və siyasi hüquqlar haqqında 
Beynəlxalq Pakt, İrqi ayrı-seçkiliyin bütün formalarının qadağan olunması haqqında Konvensiya, Əlilliyi olan şəxslərin 
hüquqları  haqqında  Konvensiya,  İşgəncə  və  digər  qəddar,  qeyri-insani  və  alçaldıcı  rəftar  və  ya  cəzalandırma 
haqqında Beynəlxalq Konvensiya.
7
 Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyası və Avropa Sosial Xartiyası 
da daxil olmaqla regional müqavilələri də ratifikasiya etmişdir.
8
 Bu müqavilələr beynəlxalq səviyyədə Azərbaycanın 
üzərinə insan hüquqlarının hüququ sahəsində məcburi olan öhdəliklər qoyur. 
Azərbaycan  Respublikasının  Konstitutsiyasının  (Konstitusiya)  148-ci  maddəsinə  əsasən,  Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin 
ayrılmaz tərkib hissəsidir.
9
İnsan  hüquqlarına  dair  beynəlxalq  müqavilələri  ratifikasiya  etməklə  dövlətlər  öz  üzərinə  həmin  müqavilələrə 
riayət  etmələrinə  dair  dövri  hesabatlar  təqdim  etmək  öhdəliyi  də  götürürlər.  Bu  hesabatlar  müqavilə  orqanları, 
müstəqil ekspert komitələri tərəfindən nəzərdən keçirilir. Məsələn, CEDAW Konvensiyasının monitorinqini Qadınlara 
qarşı ayrı-seçkiliyin ləğv olunması Komitəsi həyata keçirir. Saziş qurumları Yekun Müşahidələr hazırlayır ki, orada 
müvafiq tövsiyələr də əks olunur. Yekun Müşahidələr hüquqi qüvəyə malik olmasalar da, sözügedən sənəd tərəf 
dövlətlərə, mövcud boşluqlar, həmçinin insan hüquqları sahəsində öhdəliklərə uyğunluğu təmin etmək üçün zəruri 
olan hüquqi, siyasi və digər tədbirlərə dair məlumatı özündə ehtiva edən nüfuzlu bələdçi qismində çıxış edir. 
Yekun Müşahidələrdəki tövsiyələri əsas götürərək bir çox ölkələr müvafiq tədbirləri həyata keçirilər. 2009 və 
2015-ci illərdə Azərbaycanın 4-cü və 5-ci dövri hesabatları CEDAW Komitəsi tərəfindən nəzərdən keçirildi. Komitə 
CRSH-nı da əhatə etməklə tövsiyələr əks etdirən Yekun Müşahidələr qəbul etdi.
10
 CEDAW Komitəsi tərəf dövlətlərin 
hesabatlarını hər 4 ildən bir nəzərdən keçirir; hərçənd bəzən hesabatların dövlətlər tərəfindən gec təqdim olunması, 
eləcə də Komitənin iş yükünün çoxluğu səbəbi ilə gecikmələr baş verir. Azərbaycan, Uşaq hüquqları Komitəsi də 
daxil olmaqla, insan hüquqlarına dair digər beynəlxalq müqavilələr əsasında da dövri hesabatlar təqdim edir. Təqdim 
olunan  qiymətləndirmə  CEDAW  Komitəsinin  Yekun  müşahidələrini  əsas  götürsə  də  digər  beynəlxalq  qurumlar 
tərəfindən irəli sürülmüş tövsiyələr də nəzərə alınmışdır. 
Azərbaycanda insan hüquqlarının vəziyyəti İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) proseduru 
əsasında da nəzərdən keçirilmişdir. 2013-cü ildə UDİ-nin İşçi Qrupu  Azərbaycanla bağlı tövsiyələr irəli sürmüşdür. 
Həmin tövsiyələrdə CRSH da yer alır. UDİ prosedurunun dövriliyi 4.5 ildən birdir ki, Azərbaycanın hesabatına növbəti 
baxışın 2017-2018-ci illərə təsadüf edəcəyi gözlənilir. 
7
  İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Beynəlxalq Konvensiya (qüvvəyə minib -1969,  Azərbaycan qoşulub - 1992); İqtisadi, 
sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt (qüvvəyə minib - 1976, Azərbaycan qoşulub -1992); Vətəndaş və siyasi hüquqlar haqqında 
Beynəlxalq Pakt (qüvvəyə minib - 1976, Azərbaycan qoşulub -1992); qaınalra qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Kon-
vensiya (qüvvəyə minib - 1981, Azərbaycan qoşulub - 1995); İşğəncə əleyhinə Konvensiya (qüvvəyə minib - 1987, Azərbaycan qoşulub - 1996); Uşaq 
hüquqları haqqında Konvensiya (qüvvəyə minib - 1990, Azərbaycan qoşulub - 1992); Bütün miqrant işçilərin və onların ailə üzvlərininhüquqlarının 
müdafiəsi haqqında Beynəlxalq Konvensiya (qüvvəyə minib – 2003, Azərbaycan qoşulub - 1999); Əlilliyi olan şəxslərin hüquqları haqqında Konven-
siya (qüvvəyə minib - 2008, Azərbaycan ratifikasiya edib – 2009). Azərbaycan Respublikası Məcburi yoxaçıxmış bütün şıxslərin müdafiəsi haqqında 
Konvensiyanı 6 fevral 2007-ci il tarixində imzalamış, amma hələ ratifikasiya etməmişdir.
8
  İnsan hüquqlarının və əsas azadlöqlarının müdafiəsi haqqında Avropa Konvensiyası (qüvvəyə minib – 1953, Azərbaycan ratifikasiya edib – 2002); 
Yenidən baxılmış Avropa Sosial Xartiyası (qüvvəyə minib - 1996, Azərbaycan ratifikasiya edib - 2004)
9
  Azərbayan Respublikasının Konstitusiyası, 12 noyabr 1995.
10
  Azərbaycan, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiya əsasında Dördüncü Dövri Hesabat, 13 noyabr 
2008, CEDAW/C/AZE/4; CEDAW Komitəsinin Yekun müşahidələri nin Yekun Müşahidələri, Azərbaycan, 7 avqust 2009, CEDAW/C/AZE/CO/4. 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə