Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə2/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   2   3   4   5   6   7   8   9   ...   56

3
1994-cü ildə beynəlxalq səviyyədə əldə edilmiş razılaşmaya əsasən, qadın və qızlar müvafiq təhsil ilə təmin edildikdə 
cəmiyyət daha məhsuldar, onların hüquqları qorunduqda cəmiyyət daha ədalətli və onlar öz gələcəkləri ilə bağlı seçim 
etmək səlahiyyətinə malik olduqda cəmiyyət daha güclü olur.O zamandan etibarən,  hökumətlər, milli insan hüquqları 
təsisatları, BMT-nin Əhali Fondunun başçılığı ilə əksər BMT qurumları Qahirə
1
  çərçivəsinin istər yerli, istərsə də beynəlxalq 
arenada həyata keçirilməsinə inadla səy göstərir, bütün dünyada qadın və qızların hüquqlarının müdafiəsinin, təşviqinin 
təkmilləşməsinin təmin olunması istiqamətində əhəmiyyətli və davamlı fəaliyyətlər həyata keçirirlər.
Ancaq  bütün  by  səylərə  baxmayaraq,  bir  çox  qadınlar  hələ  də  sağlamlığın  ən  yüksək  standartının  ayrılmaz 
komponenti olan cinsi və reproduktiv hüquqlarını həyata keçirmək imkanından məhrumdurlar. Qadınları cinsi və 
reproduktiv həyatla bağlı qərar vermək imkanından məhrum edən, eyni zamanda onları qarşısı alına biləcək ölüm 
və xəstəliklər baxımından riskə atan fərdi, institusional və struktural amillərin qarşılıqlı təsiri nəticəsində bu hüquqlar 
uzun müddət diqqətdən kənarda qalmışdır.
Azərbaycanda cinsi və reproduktiv sağlamlıq hüquqları ilə bağlı ölkəyə verilən tövsiyələr nəzərə alınmaqla BMT-
nin  Əhali  Fondunun  Azərbaycan  Nümayəndəliyi  Azərbaycan  Respublikasının  İnsan  Hüquqları  üzrə  Müvəkkilinin 
(Ombudsman) Aparatı ilə birgə saziş qurumlarının cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə tövsiyələrinin 
icra vəziyyəti üzrə qiymətləndirilmə keçirmişdir. Sözügedən bu təhlilin nəticələrinin cinsi və reproduktiv sağlamlıq 
və  hüquqların  təkmilləşdirilməsi  məqsədilə  dövlət  orqanları,  vətəndaş  cəmiyyəti  və  digər  tərəfdaşlarla  aparılan 
müvafiq təşviqat strategiyalarının gücləndirilməsinə töhfə verəcəyi gözlənilir. Bu baxımdan verdiyi dəstəyə görə 
Azərbaycan  Respublikasının  İnsan  Hüquqları  üzrə  Müvəkkili  (Ombudsman)  professor  Elmira  Süleymanovaya 
təşəkkürümüzü bildiririk.
Qeyd edilməlidir ki, hazırkı hesabat bir çox təsisat və ekspertlərin dəstəyi ilə ərsəyə gəlmişdir. 
Təqdim  olunan  qiymətləndirmə  sənədi  insan  hüquqları  və  cinsi  və  reproduktiv  sağlamlıq  üzrə  beynəlxalq 
mütəxəssis  Judith  Bueno  de  Mesquita  və  yerli  ekspertlər  Pərvanə  Bayramova  və  Rəşid  Rumzadə  tərəfindən 
hazırlanmış, tədqiqat üçün zəruri olan məlumatlar toplanmış və aralıq təhlili aparılmışdır.
BMT-nin  Əhali  Fondunun  Gender,  İnsan  Hüquqları  və  Mədəniyyət  Şöbəsinin  texniki  məsləhətçisi  Alfonso 
Barraguesə və bu şöbənin proqram müşaviri İda Krogh Mikkelsenə də bu hesabatın hazırlanmasında verdikləri 
məsləhət və tövsiyələrə görə xüsusi təşəkkürümüzü bildiririk.
Məlumat  toplanılması  prosesində  öz  fikirlərini  bizimlə  paylaşaraq,  aidiyyəti  tövsiyələrin  hazırlanması  üçün 
əhəmiyyətli töhfə vermiş dövlət orqanlarının və vətəndaş cəmiyyətinin nümayəndələrinin də dəstəyi əhəmiyyətliliyi 
baxımından xüsusilə qeyd olunmalıdır.
MİNNƏTDARLIQ
1
  1994-cü ildə Qahirədə keçirilmiş Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın qəbul etdiyi  Fəaliyyət Proqramı nəzərdə tutulur.


4
ÖN SÖZ
ÖN SÖZ
Cinsi və reproduktiv sağlamlıq və hüquqlara (CRSH) dair diskurs ilk dəfə 20 il əvvəl Qahirədə keçirilən Əhali 
və İnkişaf üzrə Beynəlxalq Konfransda (ƏİBK) təqdim edilmişdir. Məlum olduğu kimi, ƏİBK çərçivəsində tanınan 
hüquqların çoxu Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Olunması üzrə Konvensiya da daxil 
olmaqla insan hüquqları üzrə bir sıra sazişlərdən irəli gəlirdi. Bu sənədlərdə əks olunmuş müddəaların böyük 
əksəriyyətinin cinsi və reproduktiv sağlamlıq və hüquqlara birbaşa və yaxud da dolayı şəkildə təsiri var. Buna 
baxmayaraq, məhz ƏİBK çərçivəsində ilk dəfə olaraq qadınların reproduktiv sağlamlıq və hüquqlarının ayrıca 
məqsəd olduğu, həmçinin əhali və inkişaf məsələlərinə dair siyasət və proqramların əsas prinsiplərindən birini 
təşkil etdiyi vurğulanmışdır.
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikası  ƏİBK  çərçivəsini  dəstəkləyən  179  ölkə  sırasında  olaraq, 
o zamandan etibarən əhalinin, xüsusilə də müvafiq müdafiə tədbirlərinə ehtiyacı olan təbəqələrin reproduktiv 
sağlamlıq və hüquqlarının müdafiəsi və təşviqatı istiqamətində daima səy göstərir. Belə ki, ölkədə reproduktiv 
sağlamlıq  xidmətləri  və  hüquqlarının  tam  müyəssərliyini  təmin  etmək  məqsədilə  vacib  strateji  müdaxilələr 
edilmişdir. Bu müdaxilələr Əhalinin reproduktiv sağlamlığının qorunması üzrə Milli Strategiyanın qəbul edilməsi 
(2008-2015), ana sağlamlığı və ailə planlaşdırılması üzrə klinik protokolların hazırlanması və institusionallaşması, 
səhiyyə  infrastrukturunun  təkmilləşdirilməsi  və  s.  bu  kimi  tədbirləri  özündə  ehtiva  edir.  Lakin,  ölkənin  insan 
hüquqları üzrə göstəricilərinin BMT-nin saziş qurumları tərəfindən təhlili CRSH-nın səmərəli müdafiəsinin tam 
şəkildə təmin edilməsinə maneə yaradan bir sıra çatışmazlıqların olduğunu müəyyən edir.   
Bu  boşluqların  aradan  qaldırılması  üçün  məlumat  təmin  edəcək  bu  qiymətləndirmənin  əhəmiyyəti  çox 
böyükdür,  çünki  ilk  dəfə  olaraq  CRSH  üzrə  irəliləyişlərin  monitorinqi  və  problemlərin  aradan  qaldırılması  üzrə 
müvafiq  qanunverici  və  siyasət  tövsiyələrinin  hazırlanması  məqsədilə  məhz  insan  hüquqları  çərçivəsi  tətbiq 
olunmuşdur. Qiymətləndirmə reproduktiv sağlamlıq üzrə xidmətlər və məlumat, abortlar, ana sağlamlığı, qadınlara 
qarşı zorakılıq, cinsi və reproduktiv sağlamlıq üzrə təhsil və İİV/QİÇS daxil olmaqla CRSH üzrə altı əsas məsələ, 
eyni  zamanda  gender  stereotipləri,  xüsusi  müdafiə  tədbirlərinə  ehtiyacı  olan  qruplar,  hesabatlılıq,  müyəssər 
ədalət mühakiməsi və məlumatların monitorinqi kimi kəsişən mövzular üzrə vəziyyəti də təhlil edir. 
Artıq bütün dünyada etiraf edilib ki, davamlı inkişaf cinsi və reproduktiv sağlamlığa dair hüquqların da yetərincə 
təmin və təşviq ediləcəyi halda mümkündür, çünki bütün şəxslər məcbur edilmə, zorakılıq və ayrı-seçkiliyə məruz 
qalmadan öz cinsi və reproduktiv həyatlarına dair sərbəst şəkildə qərar vermək hüququ və müvafiq imkanlara 
malik  olmalıdır.  CRSH-nın  universal,  ayrılmaz,  bölünməz  və  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olduğunu  bir  daha 
vurğulayan geniş insan hüquqları çərçivəsinə əsaslanan bu yanaşmanın bütövlükdə əhali, xüsusilə də qadın və 
qızlar üçün daha təkmil təhsil, sosial-iqtisadi və siyasi göstəricilərlə nəticələnəcəyi gözlənilir. 
Dr. Zahidul A. Huque
BMT-nin Əhali Fondunun Türkiyə üzrə Nümyəndəsi
Azərbaycan, Ermənistan və Gürcüstan üzrə Ölkə Direktoru


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə