Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə10/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

18

35.7 faiz bildirir ki, xidməti təmin edənlər sırasında qadın yoxdur. Burada da regiona (Bakıda 26.4 faiz, Dağlıq 
Şirvanda 54.2 faiz) və rifah göstəricisinə (yüksək rifah göstəricisində 23.1 faiz, aşağı rifah göstəricisində 48.5 
faiz) görə rəqəmlərdə fərq var

26.1 faiz səhiyyə müəssisəsinə məsafəni maneə kimi qeyd edir. Burada da regiona (Bakıda 11.9 faiz, Dağlıq 
Şirvanda 76.2 faiz) və rifah göstəricisinə görə (yüksək rifah göstəricisində 8.3 faiz, aşağı rifah göstəricisində 
55.2 faiz) rəqəmlərdə fərq var

25.6 faiz nəqliyyatdan istifadəni maneə kimi qeyd edir. Burada da regiona (Bakıda 11.4 faiz, Dağlıq Şirvanda 69.2 faiz) 
və rifah göstəricisinə (yüksək rifah göstəricisində 7.8 faiz, aşağı rifah göstəricisində 54.1 faiz) görə rəqəmlər dəyişir.
Azərbaycan qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayanlara hər hansı tibbi müdaxilə validenylərin və ya 
hüquqi nümayəndələrin razılığı ilə mümkündür. Bu müddəa yetkinlik yaşına çatmayanların  reproduktiv sağlamlıq 
xidmətlərinə, məsələn, aborta çıxışını üçüncü tərəfin icazəsi ilə mümkün edir.
28
DSS  (2011)  sorğusunun  nəticələrinə  görə,  kontrasepsiya  üsullarından  istifadə  faizi  evli  qadınlar  arasında 
54.9 faizdir, bu rəqəm 2006-cı il DSS-də göstərilən 51.1 faizdən bir qədər artıqdır. Halbuki 2006 və 2011-ci illər 
arasında,
29
 hazırda evli olan qadınlar arasında müasir kontrasepsiya üsullarından istifadə dəyişmədən 13.9 faiz 
olaraq qalmışdır. Bu faiz də keçmiş sovet respublikalarında və Türkiyədə olan faizdən xeyli aşağıdır. Hazırda evli 
olan qadınlar arasında kəndlərdə bu faiz şəhərlə müqayisədə daha aşağıdır (müvafiq olaraq 11.4 və 16.1 faiz). 
Regionlar üzrə olan rəqəmlərdə də əhəmiyyətli fərqlər müşahidə olunur, belə ki sözügedən göstərici , Bakıda19.4 
faiz, Aran və Yuxarı Qarabağda isə 9.3 faiz təşkil edir. Həmçinin, təhsil səviyyəsindən asılı olaraq da fərqli göstəricilər 
müşahidə olunur, ali təhsillilər arasında bu göstərici 21.4 faiz, orta və daha aşağı təhsillilər arasında isə 11.7 faizdir. 
Rifah göstəricisindən asılı olaraq hazırda evli olan qadınlar arasında kontrasepsiya üsullarından istifadə yüksək 
rifah göstəricisində 21.9, aşağı rifah göstəricisində isə 9.3 təşkil edir. Ənənəvi üsullardan istifadədə artım müşahidə 
olunur, belə ki, bu rəqəm 2011-ci ildə 41 faiz təşkil edir.
30
Hal-hazırda evli olan qadınların ailə planlaşdırılması üzrə ödənilməyən tələbatı 2006-ci ildə 23 faiz olsa da 2011-ci 
ildə 5.5 faizə enmişdir.
31
 DSS 2011-in nəticələrinə uyğun olaraq, təmin olunmamış tələbat 15-49 yaşlı evli qadınlarda 7.2 
faizdir. Ailə planlaşdırılması üzrə təmin olunmamış tələbat Abşeronda 2.6 faizdən Lənkəranda 13.5 faizədək yüksəlir.
32
Sorğunun nəticələrinə görə, 2011-ci ildə bütün qadınların 85.5 faizi ən azı bir müasir kontrasepsiya üsuluna 
dair məlumatlı idi. Qadınların 64.7 faizi ənənəvi üsullar haqqında bilirdilər.
33
 Hal-hazırda evli olan qadınlar arasında 
müasir kontrasepsiya üsulları haqqında bilgi 15-19 yaşlı qadınlar arasında 88.4 faiz, 25-29 yaşlı qadınlar arasında isə 
96.6 faiz təşkil edir; yaşayış yerinə görə bu göstərici kənd qadınları arasında 94.4 faizdən şəhər qadınları arasında 
94.7 faizə qədər dəyişir; regionlara görə bu göstərici Aranda 89.3 faizdən Abşeronda 99.2 faizə qədər dəyişir; orta 
və daha aşağı təhsillilər arasında bu rəqəm 92.8  faiz, ali təhsillilər arasında isə 97.1  faiz təşkil edir; aşağı rifah 
göstəricisində 91.5 faiz, yuxarı rifah göstəricisində isə 97.1 faizdir.
34
 Bu hesabatın hazırlanması zamanı keçirdiyimiz 
bəzi müsahibələr nəticəsində aydın oldu ki, bir çox qadınlar hamiləliyə nəzarət üsullarının onların sağlamlığı üçün 
təhlükəli olduğuna, hətta sonsuzluq və ya xərçəng xəstəliyinə səbəb olacağına inanırlar.
DSS (2011) sorğusunun nəticələri göstərir ki, 15-49 yaşında olan qadın və kişilərin böyük hissəsi (71.3 faiz) 
son aylarda ailə planlaşdırlmasına dair kütləvi informasiya vasitələrində(radio/televiziya/qəzet/jurnal/broşur) heç 
bir məlumata rast gəlməyiblər. Ailə planlaşdırılması ilə bağlı məlumatların alınması “yaşayış yeri, təhsil səviyyəsi 
və ev təsərrüfatlarının rifah vəziyyətindən asılıdır. Kənd yerlərində yaşayan, aşağı təhsil səviyyəsinə malik olan və 
kasıb ev təsərrüfatlarında yaşayan qadınlar daha yüksək təhsil göstəriciləri olan, iqtisadi cəhətdən daha imkanlı ev 
təsərrüfatlarında  və şəhərlərdə yaşayan sakinlərlə müqayisədə ailə planlaşdırılması ilə bağlı məlumatlardan daha 
az bəhrələnirlər.” 
35
 Təhsil səviyyəsindən (53.9 faiz ali təhsillilər; 82.6 faiz orta və daha aşağı təhsillilər) və regiondan 
(64.1 faiz Bakıda; 93.5 faiz Quba Xaçmazda) asılı olaraq nəticələrdə böyük fərqlər üzə çıxmışdır. 
2001-ci il Reproduktiv Sağlamlıq Sorğusuna əsasən, 15-44 yaşında olan qadınların yalnız 1.8 faizi uşaqlıq yolu xərçəngi 
xəstəliyinin müəyyən olunması üçün skrininqdən keçibdir.
36
 Hal-hazırda sonsuzluğa dair məlumatlara rast gəlinmir.
28
    Bu  tələb  Reproduktiv  sağlamlığın  qorunması  və  ailə  planlaşdırılması  haqqında  Qanun  layihəsində  əks  olunub.  Yetkinlik  yaşına  çatmayanlarda 
hamiləliyin süni pozulması onların arzusu ilə valideynlərinin və ya digər qanuni nümayəndələrinin  razılığı əsasında həyata keçirilir. 
29
  DSS 2011, səh. 70. 
30
  DSS  2011, səh. 70-73. 
31
  DSS 2011, səh.75. Heç bir uşaq istəməyən və ya növbəti doğuşdan əvvəl ən azı 2 il gözləmək istəyən, lakin kontrasepsiya üsullarından istifadə et-
məyən hal-hazırda evli qadınların ailə planlaşdırılması üzrə tələbatı təmin olunmamış hesab edilir.
32
  DSS 2011, səh. 76.
33
  DSS 2011, səh.  68.
34
  DSS 2011, səh. 69.
35
  DHS 2011, səh. 83.
36
  ICO Information Centre on HPV and Cancer, Azerbaijan Human Papillomavirus and Related Cancers, Fact Sheet 2013, 2013. Available at: http://
www.hpvcentre.net/statistics/reports/AZE_FS.pdf


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə