Azərbayca respublikasinin insa a (ombudsman)


Ayrı-seçkiliyə  yol  verilməməsi  və  bərabərlik



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə9/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

16
Ayrı-seçkiliyə  yol  verilməməsi  və  bərabərlik:  İnsan  hüquqları  cinsi,  irqi,  milli,  etnik  mənsubiyyəti, 
dini,  vətəndaşlığı,  siyasi  və  ya  digər  mövqeyi  və  ya  əlilliyi,  sağlamlığı,  yaşı,  cinsi  oriyentasiyası,  gender 
mənsubiyyəti, yaşayış yeri, sosial və iqtisadi vəziyyəti və nikah və ya ailə vəziyyəti kimi əsaslalr da daxil 
olmaqla  heç  bir  ayrıseçkiliyə  yol  verilmədən  təmin  edilməlidir.
22
    Ayrı-seçkiliyə  yol  verilmədən  insan 
hüquqlarını təmin etmək üçün yeniyetmələr, cinsi xidmət sahəsində çalışanlar və məhbuslar kimi həssas 
qruplar da daxil olmaqla,  çox vaxt xüsusi tədbirlərin tətbiq olunması tələb olunur.
İştirakçılıq:  Bu  prinsip  hüquq  sahiblərinin  CRSH  üzrə  onlara  təsir  edəcək  qanunların,  siyasət  və 
proqramların hazırlanmasında və yazılmasında, eləcə də onların icra edilməsi,  monitorinqi və nəzərdən 
keçirilməsi prosesində iştirakını nəzərdə tutur.
23
 Ayrı-seçkiliyə yol verilmədən iştirakçılıq həssas qrupların 
iştirakına diqqət yetirilməsini tələb edir ki, bu da xüsusi mexanizmlərin tətbiq olunmasını zəruri edə bilər. 
Səmərəli iştirakçılıq sağlamlıq haqqında məlumatı axtarmaq, almaq və paylaşmaq da daxil olmaqla digər 
insan hüquqlarının həyata keçirilməsi ilə sıx əlaqədardır. İştirakçılıq azad, fəal və mənalı olmalıdır.
24
Hesabatlılıq: Dövlətlər əmin olmalıdılar ki, insan hüquqları öhdəliklərinin, eləcə də pozuntular baş verdikdə 
nəzarət  və  zərərin  ödənilməsi  mexanizmlərinin  monitorinqini  mümkün  edən  prosedurlar  mövcuddur.  Daxili 
hesabatlılıq mexanizmləri məhkəmə, kvazi-məhkəmə (məsələn, İnsan hüquqları üzrə müvəkkil), siyasi (Məsələn, 
parlament nəzarəti) və inzibati (məsələn, nəticələrin qiymətləndirilməsi, ana ölümünə nəzarət) mexanizmləri 
əhatə edir. Beynəlxalq səviyyədə, BMT-nin Xüsusi Məruzəçiləri və Avropa İnsan Hüquqları Məhkəməsi kimi saziş 
monitorinq qurumları dövlətlərin beynəlxalq insan hüquqları öhdəliklərinin icrasına nəzarət edir.
Məxfilik və konfidensiallıq: Fərdlərin şəxsi həyatına müdaxilə olunmamalıdır. Onların tibbi məlumatlarının 
konfidensiallığı təmin olunmalıdır. Daxili qanunlar sağlamlıq haqqında məlumatların məxfiliyini və konfidensiallığını 
təmin etməlidir.
25
  Müstəqil qərar qəbul etmə və üçüncü tərəfin səlahiyyəti olmadan azad və məlumatlandırılmış 
razılıq tibbi kontekstdə məxfilik və konfidensiallıq hüququndan yaranan əhəmiyyətli prinsipdir.
26
22
  UN Committee on Economic, Social and Cultural Rights (CESCR), General comment No. 20: Non-discrimination in economic, social and cultural 
rights (art. 2, para. 2, of the International Covenant on Economic, Social and Cultural Rights), 2 July 2009, E/C.12/GC/20, paras. 27-35.
23
  UN Committee on Economic, Social and Cultural Rights (CESCR), General Comment No. 14: The Right to the Highest Attainable Standard of Health 
(Art. 12 of the Covenant), 11 August 2000, E/C.12/2000/4, para. 54.
24
  İnkişaf hüququ haqqında Bəyannamə, 4 dekabr 1986, A/RES/41/128.
25
  UN Committee on the Elimination of Discrimination Against Women (CEDAW), CEDAW General Recommendation No. 24: Article 12 of the Conven-
tion (Women and Health), 1999, A/54/38/Rev.1, para. 31(e).
26
  Yenə orada, para. 14.


17
FƏSİL 2:
ƏSAS CİNSİ VƏ REPRODUKTİV SAĞLAMLIQ MƏSƏLƏLƏRİ/ 
HÜQUQLAR VƏ BEYNƏLXALQ İNSAN HÜQUQLARI HÜQUQU 
VƏ STANDARTLARI KONTEKSTİNDƏ DÖVLƏTİN HESABATLILIĞI
Bu  fəsil  CRSH  üzrə  UDİ  üzrə  İşçi  Qrupunun  və  CEDAW  Komitəsinin  tövsiyələrində  öz  əksini  tapmış  6  əsas 
məsələni  müəyyənləşdirir: 
ailə  planlaşdırılması  da  daxil  olmaqla  reproduktiv  sağlamlıq  hüququna  dair  məlumat 
və xidmətlər; abort; ana sağlamlığı; qadına qarşı zorakılıq; cinsi və reproduktiv sağlamlıq və hüquqlara dair təhsil; 
və İİV/QİÇS. Bu fəsil CRSH üzrə məsələlərlə kəsişən mövzuları da əhatə edir: gender stereotipləri; həssas qruplar; 
hesabatlılıq;  məlumatın  toplanması;  iştirakçılıq;  məxfilik  və  konfidensiallıq. Bu  mövzuların  hamısı  olmasa  da  bir 
çoxu UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin tövsiyələrində öz əksini tapmışdır. Bu fəsildə hər mövzu ilə 
bağlı müvafiq informasiya təqdim edilir: sağlamlıq və insan hüquqları çərçivəsi; Azərbaycanda vəziyyət; UDİ üzrə 
İşçi Qrupunun və CEDAW Komitəsinin müvafiq tövsiyələri; və tövsiyələr əsasında Dövlətin həyata keçirdiyi tədbirlər, 
eləcə də mövcud boşluqlar. Bu təhlil əsasında hökumətə və digər qurumlara bir sıra digər tövsiyələr də irəli sürülür.
A: AİLƏ pLANLAşDIRILMAsI DAxİL oLMAQLA RepRoDukTİv 
sAğLAMLIQ üzRƏ MƏLuMAT vƏ xİDMƏTLƏR
Sağlamlıq və insan hüquqları çərçivəsi
Ailə  planlaşdırılamasına  dair  məlumat  və  xidmətlərin  müyəssərliyi  fərdlər  və  cütlüklərə  uşaqların  sayını 
və  doğuşlar  arasında  olan  müddəti  müəyyənləşdirməyə  imkan  verir,  eyni  zamanda,  kişi  və  qadınların  cinsi  və 
reproduktiv sağlamlığını, və ümumilikdə uşaqların sağlamlığını yaxşılaşdırır. Həmin xidmət və məlumatlar qənaət 
bəxş, təhlükəsiz cinsi həyatı təşviq edir və arzuolunmayan hamiləliklər və cinsi yolla keçən infeksiyaların azalmasına 
şərait  yaradır.  Arzuolunmayan  hamiləlik  və  abortların  qarşısını  almaq  üçün  kontraseptiv  seçim  həmçinin  təcili 
kontrasepsiya vasitələrini də əhatə edir.
Sağlamlıq hüququ tələb edir ki,  ailə planlaşdırılması da daxil olmaqla reproduktiv sağlamlığa dair məlumat və xidmətlər 
dövlətin bütün ərazisində yetərli sayda; maliyyə, coğrafiya və ayrı-seçkiliyə yol verməmək baxımından müyəssər; tibbi 
etikaya riayət etməklə gender cəhətdən həssas və mədəni kontekstdə qəbul edilən və keyfiyyətli olsun.
27
Ailə planlaşdırması da daxil olmaqla Azərbaycanda reproduktiv
sağlamlıq xidmətlərinə və reproduktiv sağlamlığa dair məlumatlara çıxış
DSS (2011) sorğusu qadınların səhiyyəyə çıxışda üzləşdikləri maneələri də əhatə edir:

Qadınların  50.3  faizi  əsas  maneə  olaraq  xidmətlərin  ödənişli  olmasını  göstərmişdir.  Bu  rəqəm  regionlar 
(Abşeronda 21.7 faizdən Dağlıq Şirvanda 90.6 faizə qədər dəyişir) və rifah göstəricisi (aşağı rifah göstəricisində 
75.5 faiz, yüksək rifah göstəricisində 31.3 faiz) üzrə dəyişir.

50.3 faiz bildirmişdir ki, onların müraciət edə biləcəyi xidmət təchizatçısı yoxdur. Bu da regiona (Bakıda 35.3 faiz, 
Yuxarı Qarabağda 71.4 faiz) və rifah göstəricisinə (yüksək rifah göstəricisində 33.7 faiz, aşağı rifah göstəricisində 
61.3 faiz) görə əhəmiyyətli şəkildə dəyişir. 

43.4 faiz tək müraciət etmək istəmədiklərini bildirdilər. Burada da regiona (Bakıda 30.4 faiz, Dağlıq Şirvanda 
70.3 faiz) və rifah göstəricisinə (yüksək rifah göstəricisində 25.9 faiz, aşağı rifah göstəricisində 57.9 faiz) görə 
rəqəmlərdə xüsusi fərqlər müşahidə olunur. 
27
  Committee on Economic, Social and Cultural Rights, General Comment 14 on the right to the highest attainable standard of physical and mental 
health,2000 (E/C.12/2000/4), para. 12.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə