Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə6/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   2   3   4   5   6   7   8   9   ...   56

10
Azərbaycan Respublikasında saziş qurumlarının 
CRSH üzrə tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi
Cari  tədqiqat  Azərbaycan  Respublikasında  CRSH  üzrə  saziş  qurumları  tövsiyələrinin  icra  vəziyyətinin 
qiymətləndirilməsi  istiqamətində  ölkədə  atılan  ilk  addımdır.  Qiymətləndirmənin  məqsədi  CRSH  üzrə  əldə 
olunmuş nailiyyətləri işıqlandırmaq, eləcə də mövcud çatışmazlıq və maneələri müəyyən edib, müvafiq tövsiyələr 
hazırlamaqdan ibarətdir. Qiymətləndirmə üçün əsas konseptual çərçivə olaraq Azərbaycanın cinsi və reproduktiv 
sağlamlıq hüquqları üzrə üzərinə götürdüyü beynəlxalq insan hüquqları öhdəliklərindən ibarətdir. Bu öhdəliklər 1-ci 
fəsildə öz əksini tapır. 
Bu hesabatda əsas diqqət qadın və yeniyetmə qızların cinsi və reproduktiv sağlamlıq hüquqlarına yönəlmişdir. 
Sosial,  mədəni,  siyasi,  iqtisadi  və  hüquqi  maneələrə  görə  qadın  və  qızlar  bu  hüquqlarından  istifadə  etməkdə 
xüsusi çətinliklərlə üzləşirlər. Bununla belə, CRSH kişi və oğlanlar üçün də vacibdir. Bu hesabatdakı təhlil və ailə 
planlaşdırılması xidmətlərinin müyəssərliyi, cinsi və reproduktiv sağlamlıq  hüquqları üzrə təhsil, İİV də daxil olmaqla 
bir sıra tövsiyələr əhəmiyyətli şəkildə kişi və oğlanların da cinsi və reproduktiv sağlamlıq hüquqlarını əhatə edir. 
2013-cü ildə Azərbaycanda insan hüquqlarına dair vəziyyət İnsan Hüquqları Şurasının Universal Dövri İcmal 
(UDİ) prosesi əsasında araşdırılmışdır.
4
  2009 və 2015-ci illərdə Qadına qarşı ayrı-seçkiliyin ləğv olunması Komitəsi 
(CEDAW  Komitəsi)  Azərbaycanın  CEDAW  üzrə  təqdim  olunmuş  dördüncü  və  beşinci  hesabatlarını  nəzərdən 
keçirmişdir. Hər iki nəzarət prosesi Azərbaycan dövləti üçün CRSH da daxil olmaqla beynəlxalq insan hüquqları 
öhdəliklərinə  uyğunluğun  təkmilləşdirilməsinə  dair  tövsiyələrin  qəbulu  ilə  nəticələnmişdir  (bax  Əlavə  1,  Əlavə  2 
və Əlavə 3).
5
 Bu sənədlərin hamısı CRSH-nı da əhatə edir. Təqdim olunan hesabatda 2009-cu ildə qəbul edilmiş 
Yekun  Müşahidələrdə  CRSH  üzrə  bəzi  vacib  müddəaların  2015-ci  il  yekun  müşahidələrində  əks  olunmadığını, 
amma onların hələ yetərli qədər icra olunmadığını nəzərə alaraq CEDAW Komitəsinin hər iki Yekun Müşahidələri 
üzrə tövsiyələr nəzərdən keçirilir.
Bu hesabat əsas iki sual üzərində qurulmuşdur: 
1. 
Azərbaycan dövləti qəbul edilmiş aidiyyəti qanunlar, siyasəti və digər təşəbbüslər vasitəsilə UDİ üzrə İşçi 
qrupunun və CEDAW Komitəsinin verdiyi tövsiyələri nə səviyyədə yerinə yetirmişdir? 
2. 
Bu istiqamətdə hansı vacib tədbirlərin görülməsi tələb olunur?
Bu baxımdan UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin tövsiyələri təqdim olunan hesabatın əsasını təşkil edir. 
Azərbaycan CRSH-nın müdafiəsini təmin edən digər beynəlxalq insan hüquqları müqavilələrini də ratifikasiya 
etmişdir (bax: Fəsil 1). Hazırki hesabatın əsas hədəfi qadın və yeniyetmə qızlar olduğu üçün əsas olaraq UDİ üzrə 
İşçi Qrupunun və CEDAW Komitəsinin tövsiyələrini nəzərdən keçirmək qərara alınmışdır. Bununla belə, təhlil digər 
qurumların  da  tövsiyələrinə  istinad  edir.  Hesabatda  BMT-nin  qadına  qarşı  zorakılıq  və  mümkün  olan  ən  yüksək 
sağlamlıq standartı hüququ üzrə Azərbaycana ezam olunmuş Xüsusi Məruzəçilərin  müvafiq olaraq 2013 və 2012-
ci illərdə verdikləri tövsiyələrə də istinad olunur. 
Hesabatın 2-ci fəslində 6 əsas CRSH nəzərdən keçirilir: ailə planlaşdırlması da daxil olmaqla cinsi və reproduktiv 
sağlamlıq  xidmətləri  və  məlumatların  müyəssərliyi;  abort;  ana  ölümü;  qadına  qarşı  zorakılıq;  cinsi  və  reproduktiv 
sağlamlıq və hüquqlar üzrə təhsil; və İİV/QİÇS. 3-cü fəsil CRSH üzrə kəsişən mövzuları, daha dəqiq desək, iştirakçılıq, 
məlumat toplanılması və şəffaflıq, hesabatlılıq, məxfilik və konfidensiallıq və ayrı-seçkilik məsələlərini əhatə edir. Bu 
məsələlərdən  hər  biri  uyğun  olduqca  2-ci  fəsildə  də  nəzərdən  keçirilsə  də  onlara  xüsusi  diqqət  ayrıca  olaraq3-
cü fəsildə yetirilir. Qeyd olunmuş əsas və kəsişən məsələlərin insan hüquqları ilə əlaqəsi, UDİ üzrə İşçi Qrupunun 
və  CEDAW  Komitəsinin  Azərbaycana  müvafiq  tövsiyələri,  irəliləyiş  və  uyğunsuzluq  olan  sahələr  və  aparılmış 
qiymətləndirmə əsasında dövlətə verilən tövsiyələr 2-ci və 3-cü fəsillərdə əsas yer tutur.
Metodologiya
Təqdim  olunan  hesabat  BMT-nin  Əhali  Fondunun  Azərbaycan  üzrə  ölkə  nümayəndəliyinin  və  Azərbaycan 
Respublikasının İnsan Hüquqları Müvəkkilinin Aparatının dəstəyi ilə yerli və xarici ekspertlər tərəfindən hazırlanmışdır. 
4
  CEDAW Komitəsinin Yekun müşahidələri  və UDİ icmallarına dair daha ətraflı məlumat üçün bax: Fəsil 1. 
5
  UDİ İşçi Qrupunun hesabatı, Azərbaycan, 5 iyul 2013, A/HRC/24/13; CEDAW Komitəsinin Yekun müşahidələri nin Yekun Müşahidələri, Azərbaycan, 
7 August 2009, CEDAW/C/AZE/CO/4. 


11
Hesabatın hazırlanması aşağıdakı əsas mərhələlərdən keçmişdir:
1.  Konseptual  çərçivənin  müəyyənləşdirilməsi.  Hesabatın  məqsədi  UDİ  üzrə  İşçi  Qrupunun  və  CEDAW 
Komitəsinin müvafiq tövsiyələrinin dövlət tərəfindən hansı səviyyədə yerinə yetirilməsini müəyyənləşdirmək 
əsasında  Azərbaycanda  CRSH  vəziyyətini  qiymətləndirməkdən  ibarətdir.  UDİ  üzrə  İşçi  Qrupu  və  CEDAW 
Komitəsinin müxtəlif insan hüquqlarını əhatə etdikləri üçün CRSH üzrə tövsiyələr təfərrüatlı deyil, selektiv 
xarakter  daşıyır.  Bu  məqsədlə  hesabatda  Azərbaycan  dövlətinin  CEDAW  qarşısında  daşıdığı  öhdəliklərin 
əhatə etdiyi CRSH üzrə bir sıra əlavə məsələlər də araşdırılır. Bu məsələlər UDİ üzrə İşçi Qrupun və ya CEDAW 
Komitəsinin  Azərbaycan  üzrə  gələcək  hesabatlarında  nəzərə  alına  bilər.  Təqdim  olunan  hesabatda  hansı 
tövsiyənin  UDİ  İşçi  qrupu  və  ya  CEDAW  Komitəsinin  tövsiyələrinə  əsaslandığı,  hansı  tövsiyənin  isə  digər 
CRSH üzrə əlavə tövsiyə olduğu ayrıca qeyd olunur.
2.  Tədqiqat:  Cinsi  və  reproduktiv  sağlamlıq  hüquqları  üzrə  təfərrüatlı  məlumat  sisteminin  yaradılması 
məqsədilə  BMT-nin  Əhali  Fondu  tərəfindən 
müvafiq  ölkə  qiymətləndirmələri  və  sorğuların  keçirilməsinə 
dair  milli  insan  hüquqları  təsisatları  (MİHT)  üçün  Bələdçi  hazırlanır.  Cari  qiymətləndirmədə  bu 
sahədə  irəliləyişlərin  müəyyənləşdirilməsi,  həmçinin,  tədqiqat  metodları,  məlumatların  təhlili  və 
hesabat  yazılması  üçün  indikatorların  hazırlanması  prosesində  geniş  şəkildə  istifadə  olunmuşdur.                                                                                                                                      
Son illərdə insan hüquqlarına nəzarət etmək üçün indikatorlardan geniş şəkildə istifadə olunur. Dövlətin UDİ 
üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin tövsiyələrini hansı səviyyədə yerinə yetirdiyini qiymətləndirmək 
üçün də hesabatda struktur, proses və nəticə indikatorları da daxil olmaqla CRSH üzrə bir sıra indikatorlardan 
istifadə  olunub  (bax:  monitorinq  cədvəli).  CEDAW  Komitəsinin  Yekun  müşahidələri    və  ya  UDİ  üzrə  İşçi 
Qrupunun ana ölümü hallarının azalması və Səhiyyə Nazirliyinin əsas məlzəmələr siyahısına kontraseptiv 
üsulların  daxil  edilməsi  kimi  bəzi  indikatorları  konkret  bir  məqsəd  və  tədbirləri  əhatə  edir.  Belə  tövsiyələr 
üçün  ana  ölümü  nisbəti  və  dövlət  tərəfindən  dərmanların  əsas  siyahısının  yenilənməsi  üzrə  konkret 
indikatorların müəyyənləşdirilməsi daha asandır. Digər tövsiyələr isə daha ümumi xarakter daşıyır, məsələn, 
“qadınların  ümumi  səhiyyə  və  reproduktiv  sağlamlıq  xidmətlərinə  çıxışını  yaxşılaşdırmaq”.    Belə  ümumi 
tövsiyələr əsasında dövlətə həmin tövsiyələri yerinə yetirməyə yardım edəcək ayrı-ayrı qanunlara, siyasət 
və  proqramlara,  eləcə  də  irəliləyişin  olub-olmadığını  nümayiş  etdirən  nəticə  xarakterli  məlumatlara  nəzər 
salınır. Müvafiq milli qanunlar, qaydalar, dövlət proqramları, həmçinin sağlamlığa dair statistik məlumatların; 
dövlət, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin hesabatlarının; CEDAW Komitəsinin və UDİ üzrə İşçi 
Qrupunun Azərbaycana dair sənədlərinin analitik təhlili indikatorlar üzrə məlumatların toplanması üçün əsas 
tədqiqat metodunu təşkil etmişdir. Hökumətin əsas maraqlı tərəfləri, beynəlxalq təşkilatlar, İnsan hüquqları 
müvəkkilinin  aparatı,  vətəndaş  cəmiyyəti  və  müstəqil  ekspertlərlə  müsahibələrin  nəticələri  təhlilə  əlavə 
edilmişdir.
3.  Təhlil və hesabatın yazılması: Məlumatlar təhlil olunduqdan sonra qiymətləndirmə üzrə hesabat yazılmışdır. 
Hesabatın ilkin layihəsi UNFPA və İnsan hüquqları müvəkkilinin aparatı tərəfindən nəzərdən keçirilmişdir. Təhlil 
hesabatının yekun versiyası hər iki qurum tərəfindən verilmiş rəylər və tövsiyələr əsasında hazırlanmışdır.   
Qeyd edək ki, təqdim edilən hesabat Azərbaycanda CRSH üzrə bəzi əsas məsələlərə dair təhlillərə əsaslanır.

  Mövzular:  Bu  hesabat  Azərbaycanda  bütün  CRSH-nın  qiymətləndirilməsini  əhatə  etmir,  qiymətləndirmə 
daha çox 6 əsas mövzu, kəsişən məsələlər və UDİ İşçi Qrupu və CEDAW Komitəsi tərəfindən irəli sürülmüş 
tövsiyələr əsasında aparılıb. 

 Məlumatların bölgüsü: Məlumatların cins, milli, etnik mənsubiyyət, yaş, əlillik, rifah göstəricisi, təhsil vəziyyəti, 
məcburi köçkün/qaçqın statusu, region və ya şəhər/kənd qeydiyyatı kimi göstəricilər üzrə bölgüsü mövcud 
boşluqlar, yəni CRSH-ın həyata keçirilməsi ilə bağlı bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi məsələlərini 
müəyyənləşdirməyə kömək edir. Bu, yanaşma CRSH-nın bərabərlik prinsipi əsasında təkmilləşdirlməsi üçün 
hansı tədbirlərin görülməsinin hədəf alınması üçün əhəmiyyətli məlumat təmin edir. Hesabatda  yalnız bir sıra 
məlumatların sözügedən meyarlar əsasında bölgüsünü vermək mümkün olmuşdur. Hesabat hər indikator 
üzrə ən çox uyğunsuzluq müşahidə olunan sahələrdə bir və ya bir neçə meyar əsasında məlumat bölgüsünü 
təqdim  edir.  Azərbaycan  Demoqrafiya  və  Sağlamlıq  Sorğusu  (DSS,  2011  2011)  müxtəlif  meyarlar  üzrə 
bölgüsü aparılmış məlumatların faydalı mənbəyidir və dövlət tərəfindən qanunların, siyasət və proqramların 
qəbulunda istifadə oluna bilər.
6

Dövlətin həyata keçirdiyi tədbirlər/uyğunsuzluqlar: Cari hesabat CEDAW Komitəsinin 2009 və 2015-ci illərdə 
6
  Azərbaycan Respubliaksının Səhiyyə Nazirliyi. Demoqrafiya və Sağlamlıq Sorğusu: Azərbaycan 2011. Baku, 2011.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə