Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə3/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   2   3   4   5   6   7   8   9   ...   56

5
Beynəlxalq ictimaiyyət cari minillikdə bəşəriyyətin inkişaf məqsədlərini müəyyənləşdirərkən demokratiyanın inkişafını, 
sosial ədalət və tolerantlığın əldə olunmasını gender bərabərliyindən asılı olduğunu müəyyənləşdirmişdir. Bu baxımdan 
gender bərabərliyi cəmiyyətdə sosial, mədəni normalar, dəyərlər, inkişaf modellərinin mərkəzində dayanır. 
Milli və regional xüsusiyyətləri, müxtəlif tarixi, mədəni və dini amillər nəzərə alınmaqla, bütün dövlətlər öz siyasi, iqtisadi 
və  mədəni  sistemlərindən  asılı  olmayaraq,  insanların  bütün  hüquq  və  fundamental  azadlıqlarını,  eləcə  də  sağlamlıq 
hüquqlarının təmininə cavabdehdirlər. Belə bir fəaliyyətin insanın bütün hüquqlarına və fundamental azadlıqlarına müvafiq 
qaydada, o cümlədən milli qanunlar çərçivəsində həyata keçirilməsi və strategiyaların, siyasətin, proqramların və inkişaf 
prioritetlərinin müəyyən edilməsi hər bir suveren dövlətin vəzifəsidir.
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə həyata keçirdiyi dövlət qadın siyasəti 
qadınların  cəmiyyətdəki  rolunun  artmasına  geniş  imkanlar  açmışdır.  1995-ci  ildə  qəbul  olunmuş  ölkə  Konstitusiyası 
qadınların kişilərlə bərabər hüququnu təsdiq etmiş və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının 
hüquqi bazasını yaratmış, bu isə milli siyasətin, bir çox dövlət proqramlarının, strategiya və islahatların həyata keçirilməsilə 
əhalinin vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməkdədir.
Qloballaşan  dünyada  qadınların  problemləri  ümumi  xarakter  daşıyır.  Bu  il  20  illiyi  qeyd  olunan  Pekin  Fəaliyyət 
Platformasının da bəyan etdiyi kimi, bu problemlərin həlli bütün dünya dövlətlərindən davamlı təşəbbüslər tələb edir. 
Xüsusilə də natamam ailələrə başçılıq edən, tənha analar, o cümlədən kənd yerlərində məskunlaşmış, qaçqın, məcburi köçkün, 
habelə, məhkum və miqrant qadınlar daha çox diqqət və qayğı tələb edir. Bu sırada icma səviyyəsində ailə planlaşdırılması, eləcə 
də, uşaq və gənclərin reproduktiv sağlamlığının təmin olunması istiqamətində işlər ehtiyac duyulan məsələ olaraq qarşıda durur.
Bu baxımdan 1995-ci ildən etibarən ilk təşəbbüs olaraq, Azərbaycan Qadın və İnkişaf Mərkəzinin başladığı və əsas 
məqsədi əhali arasında reproduktiv sağlamlığın, sağlam analığın, ailə planlanmasının, cinsi yolla yoluxan xəstəliklərin və 
onlardan qorunma yollarının icma səviyyəsində maarifləndirmə işi aparmaqla, reproduktiv yaş dövründə olan şəxslərin bu 
sahədə müvafiq biliklərə yiyələnməsini təmin etməklə, o cümlədən xidmətlər göstərməklə abortların sayının azalmasına, 
körpələrin sağlam doğulmasına və böyüməsinə, nəticə etibarı ilə ana və körpə ölümünün sayının azalmasına, sağlam 
gəncliyin formalaşmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına nail olmaq istiqamətində həyata keçirdiyi fəaliyyət 
uğurlu model və müsbət ölkə təcrübəsi olaraq tətbiq oluna bilər.
Bü gün BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsi də tövsiyə edir ki, ailə 
planlaşdırması və reproduktiv tibbi maarifləndirmə qızlar və oğlanlar arasında geniş aparılsın, xüsüsi ilə cinsi yolla yoluxan 
HİV və AİDS xəstəliklərinin aradan qaldırılmasına diqqət yetrilsin.
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının qadağan olunmasına dair Konvensiya (CEDAW) da daxil olmaqla, insan 
hüquqları sahəsində beynəlxalq sənədlərlə müdafiə olunan cinsi və reproduktiv sağlamlıq hüquqları yoxsulluqla mübarizədə 
əhəmiyyətli rol oynayır və Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində əsas amil olaraq qəbul edilmişdir. 
Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Prezidentinin 11 noyabr 2004-cü il tarixli, 517 nömrəli Sərəncamına 
əsasən Azərbaycan Respublikasında demoqrafik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail 
olmaq, əhalinin orta ömür yaşını artırmaq, ana və uşaqların sağlamlığını, ailələrin möhkəmləndirilməsini və miqrasiyanın 
tənzimlənməsini  təmin  etmək  məqsədilə  “Azərbaycan  Respublikasında  demoqrafiya  və  əhali  sakinliyinin  inkişafı 
sahəsində  Dövlət  Proqramı”  təsdiq  edilmiş  və  ötən  dövr  ərzində  bu  sənədin  icrası  istiqmətində  işlər  görülmüş,  lakin 
ehtiyac duyulan məsələlər də qalmaqdadır.
Hazırda isə bu fəaliyyətin məntiqi davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı 
ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının 7.3-cü bəndində ölkənin uzunmüddətli inkişaf 
xəttinə uyğun olaraq, “Demoqrafiya və əhali sakinliyi” sahəsində 2025-ci ilədək dövrü əhatə edən Dövlət Proqramının qəbul 
edilməsi, həmin proqramda əhalinin kəmiyyət və keyfiyyət artımı məsələlərinin öz əksini tapması ilə bağlı müddəaların təsbit 
edilməsi təqdirəlayiqdir və icraçı qurumlar üzərinə mühüm vəzifələr qoymaqla, ictimaiyyətin təşəbbüslərini də tələb edir.
Bu baxımdan hesab edirəm ki, BMT-nin Əhali Fondunun ölkə nümayəndəliyi ilə birgə Universal Dövrü İcmal Prosesi və BMT-
nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsi çərçivəsində ölkəyə verilmiş tövsiyələrinin 
icra vəziyyətinin qiymətləndirilməsi üzrə həyata keçirdiyimiz fəaliyyət də ən yaxşı təşəbbüslərdən biridir, cinsi və reproduktiv 
sağlamlıq hüquqlarının təbliği, mövcud çətinliklərin müəyyənləşdirilməsi istiqamətində atılmış uğurlu addımlardandır. 
Eyni  zamanda  qeyd  etmək  istərdim  ki,  hazırladığımız  bu  qiymətləndirmə  materialı  Minilliyin  İnkişaf  Məqsədlərinin 
başa çatması və Davamlı İnkişaf Məqsədlərinin qəbul edilməsi ilə 2015-ci ildən sonrakı dövr üçün reproduktiv sağlamlıq 
və ailə planlaşdırılması, ana sağlamlığının yaxşılaşdırılması sahəsində, habelə HİV/AİDS, hepatitlər və digər xəstəliklərə 
qarşı mübarizə, gender bərabərliyinin təmini istiqamətdə hədəflərin müəyyən edilməsinə öz töhfəsini verəcəkdir.
professor Elmira Süleymanova
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
ÖN SÖZ
ÖN SÖZ


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə