Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə15/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   11   12   13   14   15   16   17   18   ...   56

27
müqayisə edildikdə, bu nisbətin hələ də yüksək olduğu aydın görünür. Rəsmi statistika əsasən isə ana ölümü nisbəti 2003 
və 2013-cü illərdə hər 100 000 diridoğuş üçün 18.5-dən 14.5-ə düşmüşdür.
86
 Bu fərqli göstəricilər müxtəlif tərif və qeyri-
dəqiq hesabatlardan irəli gəlir. Heç də bütün daxili qurumlar İCD-10 tərifindən istifadə etmir, bəzi qurumlar hələ də ana 
ölümünü hamiləliyin 13-cü həftəsindən doğuşdan sonrakı 14-cü günə qədər müəyyən edən İCD tərifindən istifadə edir. 
Bundan başqa, Səhiyyə Nazirliyi tərəfindən cəzalandırılacağı üçün səhiyyə xidmətləri ana ölümünün səbəbini mamalıq 
deyil, ginekoloji və ya ekstra ginekoloji olaraq qeyd edirlər və nəticə etibarı ilə bu hallarana ölümü olaraq qeydiyyata 
alınmır.
Antenatal xidmət xeyli yaxşılaşdırmış olsa da hələ də bəzi boşluqlar qalmaqdadır: 2011-ci ildə qadınların 66.1 
faizi ÜST tərəfindən tövsiyə olunduğu kimi hamiləlik zamanı ən azı dörd dəfə müayinədən keçmişdir.
87
 Bu rəqəm 
müvafiq olaraq şəhər üçün 77.2 faiz, kənd üçün isə 48.3 faiz təşkil etmişdir.
88
 2011-ci ildə doğuşların 93.4 faizi 
ixtisaslaşmış tibb işçilərinin iştirakı ilə keçirilmişdir.
89
Reproduktiv yaşda olan qadınlar arasında anemiyanın göstəriciləri yüksəkdir. Azərbaycanda Uşaq və Qadınların 
Qidalanmasına dair Milli Sorğuya (2013) əsasən, reproduktiv yaşda olan qadınların 38.2 faizi, hamilə qadınların 40.4 
faizi və uşaqların 24.2 faizi anemiyadan əziyyət çəkir. Anaların 36.7 faizi axırıncı doğuşda hamiləlik zamanı qidaya 
əlavə olaraq dəmir qəbul etmişdir. Dəmir qəbul edilməsi anemiyanın qarşısını alaraq analıq və antenatal müddətdə 
fəsadların qarşısını ala bilər. Şəhər yerlərində hamilə qadınların 41.1 faizi, kənd yerlərində isə qadınların 29.6 faizi 
qidaya əlavə olaraq dəmir qəbul etmişlər, eləcə də bunisbət ali təhsillilər arasında 47.4 faiz, orta və daha aşağı təhsillilər 
arasında 29 faiz; yüksək rifah göstəricisində 53.7 faiz və aşağı rifah göstəricisində 23.7 faiz təşkil etmişdir. Regional 
olaraq da fərqlər müşahidə olunur, belə ki, bu göstərici Bakıda 48.5 faiz, Dağlıq Şirvanda isə 13.3 faizdir. Yaşa görə də 
ciddi fərqlər müşahidə olunur: 20-34 yaşında olanlar üçün 37.8 faiz, 35-49 yaşında olanlarda isə 25.8 faiz.
UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin
Azərbaycana tövsiyələri
2013-cü ildə UDİ üzrə İşçi Qrupunun üzv dövlətləri Azərbaycana aşağıdakıları tövsiyə etdi:

“Xüsusilə uşaq və analar üçün yetərli qayğını təmin etmək üçün səhiyyə vasitələrinin müyəssərliyini və keyfiyyətini 
təşviq etmək” (UDİ tövsiyələri (2013), bənd 109.145);

“Reproduktiv  sağlamlığa dair milli strategiyanı həyata keçirmək və ana sağlamlığı üçün standartlar müəyyən 
etmək üçün səylər göstərmək” (UDİ tövsiyələri (2013), bənd 109.146).
CEDAW  Komitəsi  2009-cu  ildə  Azərbaycana  dair  Yekun  Müşahidələrində  ölkədə  ana  ölümünün  yüksək 
nisbətindən narahatlığını ifadə edir (
CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 33). Komitə 
dövlətə tövsiyə edir ki: 

“Ana ölümünün faizini azaltmaq məqsədilə ixtisaslı tibbi heyət tərəfindən müvafiq mamalıq xidmətlərini təmin 
etsin, və bütün qadınlara doğuşdan əvvəl yardım göstərilməsi üçün tədbirlər görsün” (CEDAW Komitəsinin ölkə 
üzrə yekun müşahidələri (2009), bənd 34).
CEDAW Komitəsinin 2015-ci ildə Azərbaycana dair Yekun müşahidələrində ana ölümü göstəriciləri üzrə rəsmi 
mənbələrlə müvafiq beynəlxalq hesablamalar arasındakı fərqdən narahatlığını bildirdi (
CEDAW Komitəsinin ölkə 
üzrə yekun müşahidələri (2015), bənd 32).
Komitə dövləti aşağıdakı tədbirləri görməyə çağırdı:
(a) Digər işlərlə yanaşı, bu fenomenin yayılma dərəcəsi, onun tərifi və ölçü parametrləri barədə dəqiq 
məlumatların təmin edilməsi vasitəsilə, ana ölümü hallarının azaldılmasına yönəlmiş səyləri sürətləndirmək;
(b) Ana və neonatal ölüm hallarının sayını azaltmaq üçün antenatal, doğuş və yeni doğulmuşlara qayğı 
xidmətlərinin keyfiyyətini təmin etmək;
(f) Qadınlar və uşaqlar arasında mikroelement çatışmazlığını aradan qaldırmaq üçün qidanın təkmilləşdirilməsi 
haqqında qanunu qəbul etmək” (CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 33).
86
  Məlumat Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmişdir.
87
  Səhiyyə Nazirliyinin Klinik Protokoluna əsasən, normal hamiləlikdə qadın 7 antenatal müayinədən keçməlidir.
88
  DSS 2011.
89
  DSS 2011.


28
Dövlətin həyata keçirdiyi tədbirlər
Ana sağlamlığına dair məsələlər Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramının təsdiq 
olunması haqqında Nazirlər Kabinetinin Qərarı (15 sentyabr 2006-cı il) ilə
90
 və 2008-2015-ci illər üçün Reproduktiv 
Sağlamlıq üzrə Milli Strategiya ilə tənzimlənir. Ananın sağlamlığına və ya ana ölümünün azaldılmasına dair ayrıca 
xüsusi strategiya yoxdur. Ancaq hamiləlik, uğaq doğumu və doğuşdan sonrakı dövrdə ana sağlamlığını qorumaq 
üçün tədbirləri əhatə edən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına” dair yeni Dövlət Proqramı (2014-
2020) Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
Dövlət Proqramının əsas məqsədləri içərisində aşağıdakılar göstərilir: ana və uşaqların sağlamlığının qorunması 
sahəsində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və kadr hazırlığının gücləndirilməsi; regionallaşdırma prinsipi 
əsasında  perinatal  yardım  islahatlarının  davam  etdirilməsi;  doğuşayardım  tibb  müəssisələrinin  maddi-texniki 
bazasının gücləndirilməsi; uşaqlara, o cümlədən yeni doğulmuşlara, körpələrə göstərilən tibbi xidmətin keyfiyyət və 
səmərəliliyinin yaxşılaşdırılması; respublikada diridoğulmanın beynəlxalq meyarlarının tətbiq edilməsi; əhali, xüsusilə 
hamiləliyəqədərki  dövrdə  olan  qadınlar  və  gənc  ailələr  arasında  reproduktiv  sağlamlıq  və  ailə  planlaşdırılması 
haqqında səhiyyə maarifi işinin daha geniş surətdə aparılması və qadınların sağlamlığının mühafizəsi sahəsində 
tibbi xidmətin keyfiyyət və səmərəliliyinin yüksəldilməsi. 
Ana  ölümünün  azaldılması  ilə  bağlı  həyata  keçirilən  əsas  tədbirlər  içərisində  22  doğum  evinin  tikilməsi  və 
qadınların reproduktiv sağlamlığı üzrə məsləhət xidmətləri göstərən 152 qadın məsləhətxanasının yaradılmasını 
qeyd etmək olar.  
Hesabatlılıq baxımından milli qanunvericilik 24 saat ərzində ana ölümü haqqında məlumat verməyi və ölümü 
araşıdrımağı tələb edir. Ana ölümünün yerindəcə araşdırılması prosesi müəssisə əsasında keçirilir, icma əsasında 
bu mexanizm (nəzarət) mövcud deyil, həmçinin, ana ölümlərini araşdırmaq üçün milli komitə də mövcuddur.
91
Uyğunsuzluqlar
Ana ölümü nisbətində azalma olmasına baxmayaraq, göstərici hələ yüksək olaraq qalır. Ana ölümünün rəsmi 
və beynəlxalq tərifi arasındakı əhəmiyyətli fərq məlumatların toplanılması və qiymətləndirilməsində istifadə olunan 
müxtəlif metodologiya və texnikalarla birlikdə ana ölümünə dair məlumatlardan istifadəni çətinləşdirir. Ana ölümünə 
dair olan məlumatlar ana ölümünün səbəblərini təfərrüatlı əks etdirmir.
ÜST-nin  tövsiyələrinə  baxmayaraq,  qadınların  az  hissəsi  zəruri  olan  dörd  antenatal  tibbi  müayinədən  keçir. 
Qadınların çoxu hamiləlik zamanı əlavə dəmir preparatları qəbul etmir.
Ana  ölümünün  ölçülməsi  və  tərifi  beynəlxalq  standartlara  uyğun  deyil.  Qadın  və  uşaqlarda  mikro  qida 
elementlərinin çatışmazlıqlarına yönəlmiş qanun layihəsi hələ qəbul edilməmişdir.
Tövsiyələr
Aşağıdakı tövsiyələr UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin tövsiyələri ilə Azərbaycanda hazırkı vəziyyət 
arasında  olan  uyğunsuzluqları  aradan  qaldırmaq  üçün  qanun,  siyasət  və  digər  tədbirlərin  görülməsi  məqsədilə 
verilmiş, bəzi əlavə tövsiylərdə irəli sürülmüşdür:

Dövlət ana ölümlərinin faizini azaltmaq üçün ixtisaslı tibbi heyət tərəfindən edilən müvafiq mamalıq xidmətlərini 
təmin etməli, və bütün qadınlara doğuşdan əvvəl yardım göstərilməsi istiqamətində tədbirlər görməlidir 
(CEDAW 
Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34, UDİ tövsiyələri (2013), bənd 109.146);

Dövlət hamiləlik zamanı ən azı 4 dəfə antenatal müayinədə olan qadınların faizini yüksəltmək üçün tədbirlər 
görməlidir. Bərabərlik və ayrıseçkiliyə yol verilməməsi prinsipinə uyğun olaraq kənd yerlərində yaşayan qadınlara 
xüsusi diqqət yetirilməlidir;

Dövlət  ana  və  neonatal  ölüm  hallarının  sayını  azaltmaq  üçün  antenatal,  doğuş  və  yeni  doğulmuşlara  qayğı 
xidmətlərinin keyfiyyətini təmin etməlidir 
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 33(b).

Dövlət analara göstərilən qayğının təmin olunması üçün proqramlar qəbul etməli və və aidiyyəti tədbirləri həyata 
90
  Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 211 nömrəli, 15 sentyabr 2006-cı 
il tarixli qərarə ilə təsdiq olunmuşdur.
91
  WHO, Azerbaijan: Maternal and Perinatal Health Profile (undated). At http://www.who.int/maternal_child_adolescent/epidemiology/profiles/ma-
ternal/aze.pdf


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə