Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə5/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   2   3   4   5   6   7   8   9   ...   56

8

Dövlət prioritet bir məsələ olaraq, dərsliklər və digər tədris materiallarını nəzərdən keçirərək, gender stereotiplərinə 
əsaslanan ayrı-seçkilik nümunələrini aradan qaldırmalıdır.

Dövlət cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təhsilə dair tədris proqramı və müəllimlər üçün vəsait 
hazırlanmasını təmin etməlidir.

Dövlət  İİV  ilə  bağlı  ictimai  qınağın  aradan  qaldırılmasını  təmin  etmək  üçün  maarifləndirmə  kampaniyaları 
hazırlamalı və onları həyata keçirməlidir.

Dövlət  qadın  və  digər  xüsusi  müdafiə  tədbirlərinə  ehtiyacı  olan  qruplar  daxil  olmaqla,  cinsi  və  reproduktiv 
sağlamlıq məsələlərindən ən çox əziyyət çəkən şəxslərin CRSH üzrə strategiya və proqramların hazırlanmasında 
fəal iştirakını təmin edəcək mexanizm və prosedurlar qəbul etməlidir. 

Dövlət  ayrı-seçkiliyin  aradan  qaldırılması  və  bərabərliyin  təmin  edilməsi  məqsədilə  bir  sıra  məqsədyönlü 
tədbirlər  həyata  keçirməlidir:  əlillik,  qaçqın  və  məcburi  köçkün  statusu,  evlilik  statusu,  cinsi  oriyentasiya  və 
gender mənsubiyyəti kimi əsasları da əhatə etməklə cinsi və reproduktiv sağlamlıq üzrə disaqqreqasiya edilmiş 
məlumatların toplanması; məlumat çatışmazlığını aradan qaldırmaq məqsədilə təcrid olunmuş qrupların cinsi 
və  reproduktiv  sağlamlığına  dair  təqdiqatın  aparılması;  təcrid  olunmş  qrupların  CRSH-nın  müvafiq  qanunlar, 
siyasət və proqramlar vasitəsi ilə təşviqi və qorunmasının təmin edilməsi.


9
GİRİŞ
Cinsi və reproduktiv sağlamlıq hüquqları (CRSH) sağlamlıq, sağqalma, ləyaqət və digər insan hüquqlarından 
istifadə  üçün  zəruridir.  Qadınlara  qarşı  ayrı-seçkiliyin  bütün  formalarının  qadağan  olunmasına  dair  Konvensiya 
(CEDAW) da daxil olmaqla insan hüquqlarına dair beynəlxalq müqavilələrlə müdafiə olunan bu hüquqlar yoxsulluqla 
mübarizədə əhəmiyyətli rol oynayır və Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq istiqamətində mərkəzi amil 
olaraq qəbul edilmişdir. 
Cinsi  və  reproduktiv  sağlamlığın  təkmilləşdirilməsinin  zəruriliyi  beynəlxalq  insan  hüquqlarına  dair  beynəlxalq 
müqavilələrlə müdafiə olunmaqla yanaşı,  Əhali və İnkişaf haqqında Beynəlxalq Konfrans (ƏİBK) və IV Ümumdünya 
Qadın Konfransında (ÜQK) da beynəlxalq ictimaiyyət tərəfindən bir daha vurğulanmışdır. 
MİM də CRSH üzrə əsas olan 3 məqsədi əhatə edir: 
1. 
Ana sağlamlığını yaxşılaşdırmaq (Məqsəd 5);
2. 
 İİV ilə mübarizə (Məqsəd 6);
3. 
 Gender bərabərliyini təşviq etmək və qadınları gücləndirmək (Məqsəd 3). 
Ana sağlamlığının yaxşılaşdırılması ilə bağlı olan 5b saylı hədəf reproduktiv sağlamlığın tam müyəssər olmasına 
nail olmaqdan ibarətdir.
Dövlətlər  reproduktiv  sağlamlıqla  insan  hüquqları  arasında  olan  əlaqəni  ilk  dəfə  olaraq  rəsmi  şəkildə  ƏİBK 
çərçivəsində ifadə etmişdilər:
“Reproduktiv sağlamlıq […] bütün insanların qənaətbəxş və təhlükəsiz cinsi həyat sürmək, uşaq dünyaya gətirmək və 
bunun nə zaman edilməsinə dair sərbəst qərar vermək imkanının olmasına dəlalət edir. Bu tərifə əsasən reproduktiv 
hüquqlar […] artıq milli və beynəlxalq insan hüquqları sənədləri və razılaşma çərçivələrində əks olunmuş bir sıra insan 
hüquqlarını əhatə edir. Bu hüquqlar bütün cütlük və fərdlərin dünyaya gətirəcəkləri uşaqların sayı, onlar arasında olan 
yaş fərqi və onların doğulması zamanını  azad və müstəqil şəkildə müəyyən etmək, buna dair məlumat və vasitələr 
əldə etmək, eyni zamanda cinsi və reproduktiv sağlamlığın ən yüksək standartına nail olmaq hüququna  əsaslanır. 
Bura həmçinin,ayrı-seçkilik və zorakılığa məruz qalmadan reproduksiya məsələlərinə dair sərbəst qərar verə bilmək 
hüququ da daxildir.” 
2
İnsan hüquqlarının əhəmiyyəti, eyni zamanda cinsi və reproduktiv sağlamlığın yaxşılaşdırlması üçün əvəzedilməz 
mexanizm  olmasını  nəzərə  alaraq,  tədricən  aidiyyəti  müddəalar  milli  səviyyədə  müvafiq  qanun,  siyasət  və 
proqramlara daha çox nüfuz edir. 
Bununla  yanaşı,  cinsi  və  reproduktiv  sağlamlığa  dair  hazırlanmış,  lakin  insan  hüquqları  müddəalarına 
əsaslanmayan  bir  sıra  qanun,  siyasət  və  proqramlar  var  .  Bu  vəziyyət  aidiyyəti  sahədə  bir  çox  maneələr  və  ya 
CRSH-nın pozulmasına şərait yarada bilər. CRSH-nın reallaşdırılması maliyyə çatışmazlığı, xidmətlərin qeyri-bərabər 
paylanması,  ayrı-seçkilik  və  yaxud  da  zərərli  ənənəvi  adətlərin  vaxtında  aradan  qaldırılmaması  kimi  maneələrlə 
üzləşə bilər. Digər vacib maneələrdən biri isə CRSH üzrə aidiyyəti qanun, siyasət və proqramların yetərincə icra 
olunmaması ilə əlaqədardır. 
İnsan hüquqlarının beynəlxalq hüququ cinsi və reproduktiv sağlamlıq qarşısında olan maneələri qiymətləndirmək, 
nailiyyət sahələrini və irəliləyiş üçün potensial tədbirləri müəyyən etmək üçün legitim çərçivə kimi istifadə oluna bilər. 
Bu imkandan ruhlanaraq daha çox dövlət, milli insan hüquqları təsisatları və vətəndaş cəmiyyəti institutları cinsi 
və reproduktiv sağlamlığın necə yaxşılaşdırılacağını müəyyənləşdirmək məqsədi ilə CRSH üzrə qiymətləndirmələr 
aparmışlar.
3
2
  Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın qəbul etdiyi Fəaliyyət Proqramı, Qahirə, 1994. Nyu-York: Birləşmiş Millətlər Təşkilatı; 1995: para.7.2-7.3.
3
  Nümunə üçün bax: WHO and Ministry of Health – Indonesia, Using Human Rights for Maternal and Neonatal Health: a Tool for Strengthening Laws, 
Policies and Standards of Care, WHO, Geneva, 2006 (http://www.ino.searo.who.int/LinkFiles/Reproductive_health_Using_Human_Rights_for_Ma-
ternal.pdf) ; Kenya National Commission on Human Rights, Realising Sexual and Reproductive Health in Kenya, a Myth or Reality? Nairobi, 2012 
(http://www.knchr.org/portals/0/reports/reproductive_health_report.pdf) 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə