Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə8/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

14
UDİ  üzrə  İşçi  Qrupunun  və  CEDAW  Komitəsinin  tövsiyələri  hazırkı  qiymətləndirmənin  analitik  çərçivəsinin 
mərkəzindədir.
11
 Qiymətləndirmədə BMT-nin Qadınlara qarşı zorakılıq  və Sağlamlığın mümkün olan ən yüksək 
standartına nail olmaq hüququ üzrə Xüsusi Məruzəçilərinin Azərbaycanla bağlı irəli sürdüyü tövsiyələrə da istinad 
olunur. İnsan Hüquqları Şurası tərəfindən Azərbaycana təyin olunmuş Xüsusi Məruzəçilər müvafiq olaraq 2012 
və 2013-cü illərdə Azərbaycanda rəsmi monitorinq missiyasını həyata keçirmiş və tövsiyələr də daxil olmaqla 
Şuraya öz hesabatlarını təqdim etmişlər.
12
Qlobal səviyyədə də CRSH üzrə Əhali və İnkişaf Beynəlxalq Konfransı (1994),  Qadınların 4-cü Dünya Konfransı və 
BMT-nin İİV/QIÇS üzrə Xüsusi Sessiyası (2001) da daxil olmaqla bir çox beynəlxalq sənədlər qəbul edilmişdir. Azərbaycan 
dövləti CRSH-nın müdafiəsi də daxil olmaqla həmin beynəlxalq sənədlərdə əks olunmuş müddəaları dəstəkləyir.
Konstitusiya  və  bir  sıra  digər  qanunlar  Azərbaycan  Respublikasında  CRSH  üzrə  ölkə  daxili  müdafiəni  təmin 
edir. Konstitusiyanın Əsas hüquqlar, azadlıqlar və vəzifələrə dair bölməsi ayrı-seçkiliyə yol verilməməsi, bərabərlik 
və  sağlamlığın  qorunması  hüquqlarını  da  əks  etdirir.  Məişət  zorakılığının  qarşısının  alınması  haqqında  Qanun 
(2010),
13
 eləcə də kişi və qadın üçün minimum nikah yaşının 18 olaraq müəyyənləşdirilməsi (2011)
14
 CRSH-nın 
müdafiəsi  istiqamətində  əhəmiyyətli  qanunvericilik  təminatlarının  nümunələridir.  Buna  baxmayaraq,  bu  sahədə 
qanunvericilikdə hələ də müəyyən boşluqlar mövcuddur, məsələn: Əhalinin reproduktiv sağlamlığının müdafiəsi və 
ailə planlaşdırılması haqqında Qanun layihəsi hələ də qəbul edilməmişdir.
Həm UDİ üzrə İşçi Qrupu, həm də CEDAW Komitəsi Yekun müşahidələrində  Azərbaycanda pozitiv irəliləyişi 
vurğulamış və Azərbaycanın beynəlxalq öhdəlikləri ilə ölkənin yeritdiyi siyasət, təcrübə və CRSH üzrə nəticələrə dair 
uyğunsuzluqları müəyyənləşdirərək müəyyən tövsiyələr irəli sürmüşlər. 
CEDAW Komitəsi 2015-ci il Yekun Müşahidələrində aşağıdakı məsələlərə dair narahatlığını ifadə etmişdir: 
qərar 
qəbulunda qadınların məhdud səlahiyyətlərə malik olması, ana ölümü göstəriciləri üzrə rəsmi mənbələrlə müvafiq 
beynəlxalq  hesablamalar  arasında  fərqin  olması;  uşaq  ölümü,  xüsusilə  2011-ci  ildə  dərc  olunan  Azərbaycanda 
Demoqrafiya və Sağlamlıq Sorğusunda beş yaşa gədər oğlan və qızlar arasında ölüm göstəricilərində aşkarlanan 
fərqlər;  qadınlar  arasında  anemiyanın  yüksək  səviyyədə  yayılması;  cins  əsasında  seçim  məqsədilə  məcburi 
abortların  yüksək  sayda  olması  da  daxil  olmaqla,  abortların  ailə  planlaması  prosesində  əsas  alət  kimi  istifadə 
edilməsi; müasir kontraseptiv üsullardan çox aşağı səviyyədə istifadə olunması; xüsusilə də kənd yerlərində zəif 
səhiyyə infrastrukturu və xidmət təminatçılarının bacarıqlarının qeyri-qənaətbəxş olması. Komitə, həmçinin cinsi və 
reproduktiv sağlamlıq haqqında qanunun olmamasından narahat olduğunu qeyd edir 
(CEDAW Komitəsinin 2015-ci 
ildə ölkə üzrə Yekun müşahidələri, bənd 32).
UDİ üzrə İşçi Qrupun hesabatı Azərbaycan dövlətinə aşağıdakı tövsiyələri də irəli sürür: “Reproduktiv sağlamlığa 
dair milli strategiyanı həyata keçirmək üçün səylər göstərilsin və ana ölümünə dair standartlar müəyyənləşdilsin” və 
“selektiv abortların qarşısının alınması üçün tədbirlər görülsün və gender rollarına və qadın və qızların dəyərinə dair 
marifləndirmə kampaniyaları keçirilsin.”
15
Cinsi və reproduktiv sağlamlıq hüquqlarına dair insan hüquqları sahəsində
əsas beynəlxalq standartlar və öhdəliklər.
İnsan  hüquqlarına  dair  beynəlxalq  müqavilələr  fərdlərin  və  qrupların  cinsi  və  reproduktiv  sağlamlıq 
hüquqlarını qoruyur və tərəf olan dövlətlərin üzərinə müvafiq öhdəliklər qoyur. ƏİBK-nın Fəaliyyət Proqramı 
insan hüquqları əsasında əsas reproduktiv hüquqları əks etdirir. Cinsi və reproduktiv sağlamlıq hüquqlarına 
dair əsas kəsişən hüquqlar və öhdəliklər bu hesabatın təhlilinin əsasını təşkil edir: 
11
  UDİ Milli Hesabat, Azərbaycan, 7 February 2013; UDİ İşçi Qrupunun Hesabatı, Azərbaycan, 5 iyul 2013, A/HRC/24/13.
12
  Qadınlara qarşı zorakılıq, onun səbəbləri və nəticələri üzrə Xüsusi Məruzəçi Raşida Mancunun Hesabatı: Əlavə, Azərbaycana missiya, 2 iyun 2014, 
A/HRC/26/38/Add.3;  Sağlamlığın  ən  yüksək  standartına  nail  olmaq  hüququ  üzrə  Xüsusi  Məruzəçi:  Əlavə,  Azərbaycana  missiya,  3  may  2013,  A/
HRC/23/41/Add.1.
13
  Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu, 22 iyun 2010, No 1058 IIIQ.
14
  Azərbaycan Respublikasının Ailə Məcəlləsinə düzəliş edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu, 15 noyabr 2011.
15
  UDİ üzrə İşçi Qrupunun hesabatı, Azərbaycan, 5 iyul 2013, A/HRC/24/13, paras. 109.146 and 109.101.


15
Bütün cütlük və fərdlər dünyaya gətirəcəkləri uşaqların sayı, onlar arasında olan yaş fərqi və onların 
doğulması zamanını azad və məsuliyyətli şəkildə müəyyən etmək, buna dair məlumat və vasitələr əldə etmək 
hüququna malikdirlər.
16
 ƏİBK-nın Fəaliyyət Proqramında qəbul edilmiş bu hüquq CEDAW Konvensiyasının 
kişi və qadınların “uşaqların sayı və onlar arasında yaş fərqi məsələsini azad və məsuliyyətlə həll etməkdə 
eyni hüquqa, informasiyaya və təhsilə, həmçinin bu hüququ həyata keçirməyə imkan verən vasitələrə malik 
olmaq”da bərabərliyini təsbit edən 16.1-ci maddəsinə əsaslanır. Bu hüququn həyata keçirilməsi mümkün 
olan ən yüksək sağlamlıq standartı hüquq normaları ilə sıx əlaqədardır.
Mümkün  olan  ən  yüksək  sağlamlıq  standartı  hüququ.
17
  Digər  hüquqlarla  yanaşı  bu  hüquq  mövcud, 
müyəssər, məqbul və keyfiyyətli cinsi və reproduktiv sağlamlığa dair məlumat, vasitə və xidmətləri əhatə 
edir. Bu tələb edir ki, vasitə və xidmətlər bütün dövlət ərazisində yetərli sayda müyəssər olsun. Onlar ayrı-
seçkiliyə yol verilməməsi əsasında maliyyə və coğrafi baxımdan müyəssər olmalıdır. Müyəssərlik həm də 
cinsi və reproduktiv sağlamlıq üzrə məlumatın da müyəssər olmasını tələb edir. Məqbulluq xidmətlərin 
ənənəvi olaraq uyğun olmasını və məxfilik də daxil olmaqla tibbi etikaya hörmət edilməsini, eləcə də gender 
və həyatın dövrü tələblərə həssas olmasını nəzərdə tutur. Keyfiyyətli vasitələr və xidmətlər elmi və tibbi 
olaraq müvafiq, eyni zamanda yaxşı keyfiyyətə malik olmağı nəzərdə tutur. Bu, bacarıqlı tibb personalı və 
elmi cəhətdən təsdiq olunmuş, istifadə müddəti keçməmiş məlzəmələri əhatə edir.
18
Ayrı-seçkilik, məcburiyyət və zorakılıqdan azad şəkildə reproduksiya ilə bağlı qərar vermək hüququ.
19
  
Bu hüquq ləyaqət və müstəqillik kimi insan hüquqları prinsipləri ilə, eləcə də dövlətlərin beynəlxalq hüquq 
ilə  qadağan  olunmuş  bütün  əsaslarda  gender  stereotipləri,  qeyri-bərabərlik  və  ayrı-seçkilik  kimi  bütün 
məqamları qadağan etmək öhdəliyi ilə  sıx əlaqədardır.
Təxirəsalınmaz öhdəliklər, proqressiv öhdəliklər və mövcud resurslardan istifadə:
20
  Bəzi insan hüquqları 
təxirə salınmadan həyata keçirilməldiir. Burada ayrı-seçkiliyə yol verilməməsi və işgəncə və zorakılıqdan azad 
olmaq  azadlıqları  daxildir.  Buraya  sosial-iqtisadi  hüquqların  minimum  zəruri  dərəcələri  də  daxildir.  Sağlamlıq 
hüququna ayrı-seçkiliyə yol verilmədən səhiyyə xidmətlərinə, minimum zəruri qidaya, əsas sığınacaq, mənzil 
və  sanitariyaya,  zəruri  dərmanlara  və  səhiyyə  vasitələri  və  xidmətlərinin  ədalətli  paylanmasına  çıxış  hüququ 
daxildir.
21
  İqtisadi, sosial və mədəni hüquqların digər aspektləri proqressiv həyata keçirmə öhdəliyi ilə bağlıdır. Bu, 
dövlətlərdən  hüququn tam həyata keçirilməsi üçün düşünülmüş, konkret və hədəflənmiş addımlar atmağı tələb 
edir. Dövlətlər mövcud olan bütün resurslardan maksimum istifadə etməlidirlər.
16
  ƏİBK-in Fəaliyyət Proqramı, bənd 7.3.
17
  İSMHBP, maddə 12; CEDAW, maddə 12. 
18
  UN Committee on Economic, Social and Cultural Rights (CESCR), General comment No. 14: The right to the highest attainable standard of health 
(art. 12 of the International Covenant on Economic, Social and Cultural Rights), 2000, E/C.12/2000/4, para. 12.
19
  ICPD Programme of Action, para. 7.3
20
  ISMHBP, maddə 2.1.
21
  UN Committee on Economic, Social and Cultural Rights (CESCR), General Comment No. 14: The Right to the Highest Attainable Standard of Health 
(Art. 12 of the Covenant), 11 August 2000, E/C.12/2000/4, para. 43.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə