Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə4/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   2   3   4   5   6   7   8   9   ...   56

6
Cinsi  və  reproduktiv  sağlamlıq  hüquqları  (CRSH)  yaşamaq,  sağlamlıq,  ləyaqət  və  digər  insan  hüquqlarından 
istifadə  edə  bilmək  üçün  zəruridir.  Qadınlara  qarşı  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  olunması  haqqında 
Konvensiya  (CEDAW)  da  daxil  olmaqla  insan  hüquqlarına  dair  beynəlxalq  müqavilələrlə  qorunan  bu  hüquqlar 
yoxsulluqla mübarizədə əhəmiyyətli rol oynayır və Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq istiqamətində 
mərkəzi amil olaraq qəbul edilmişdir.
1991-ci ildə öz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası CEDAW da daxil olmaqla bir sıra 
beynəlxalq  insan  hüquqları  müqavilələrinə  tərəf  oldu.  O  dövrdən  başlayaraq  dövlət  həmin  müqavilələrdə  əks 
olunmuş müddəaların icrasının vəziyyətinə dair hesabatlar təqdim edir. 2013-cü ildə Azərbaycanda insan hüquqları 
vəziyyəti  İnsan  Hüquqları  Şurasının  Universal  Dövri  İcmal  (UDİ)  proseduru  əsasında  araşdırılmışdır.  2009  və 
2015-ci illərdə Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması Komitəsi (CEDAW Komitəsinin Yekun müşahidələri ) 
Azərbaycanın CEDAW əsasında təqdim etdiyi dördüncü və beşinci hesabatlarını nəzərdən keçirmişdir. Hər iki nəzarət 
prosesi  Azərbaycan  dövləti  üçün  CRSH  da  daxil  olmaqla  beynəlxalq  insan  hüquqları  öhdəliklərinə  uyğunluğun 
təkmilləşdirilməsinə dair tövsiyələrin qəbulu ilə nəticələnmişdir.
Azərbaycan Respublikasında CRSH üzrə saziş qurumlarının tövsiyələrinin icrası 
vəziyyətinin qiymətləndirilməsi
Azərbaycan Respublikasında CRSH üzrə beynəlxalq saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin təhlili üzrə 
bu qiymətləndirmə bu istiqamətdə atılan ilk addımdır. Bir sıra nəticələr kişi və oğlan yeniyetmələrə də şamil oluna 
bilsə də tədqiqat daha çox qadın və yeniyetmə qızların CRSH-ni araşdırıb. Azərbaycanın CRSH üzrə beynəlxalq insan 
hüquqları öhdəlikləri əsasında UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin tövsiyələri bu qiymətləndirmə üçün 
təfsilatlı çərçivəni təmin etmişdir. Qiymətləndirmənin əsas məqsədi dövlətin UDİ üzrə İşçi Qrupunun və CEDAW 
Komitəsinin tövsiyələrinə uyğun atılmış addımları təhlil etməkdən ibarətdir.
Bu qiymətləndirmə UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin tövsiyələrinin yerinə yetirilməsinə nəzarət 
üçün müvafiq CRSH üzrə indikatorları müəyyənləşdirir. Məlumatlar üç əsas sual əsasında təhlil olunur: Əhalinin cinsi 
və reproduktiv sağlamlığı hansı vəziyyətdədir? Dövlət tərəfindən bu istiqamətdə hansı qanunlar, proqramlar və 
yaxud digər təşəbbüslər qəbul edilmişdir və onların icra vəziyyəti necədir? CRSH üzrə Azərbaycandakı vəziyyət 
və  ölkənin  beynəlxalq  insan  hüquqları  öhdəlikləri  arasında  hansı  uyğunsuzluqlar  müşahidə  edilir?  Aparılmış 
təhlilə əsaslanaraq təqdim olunan hesabat dövlətə bir sıra hüquqi və siyasi tövsiyələr təqdim edir.
Qiymətləndirmə  CRSH  üzrə  altı  əsas  məsələni  əhatə  edir  ki,  onların  da  bir  qismi  gender-spesifikdir: 
reproduktiv sağlamlıq sahəsində məlumat və xidmətlərin müyəssərliyi; abort; ana ölümü; qadına qarşı zorakılıq; cinsi 
və reproduktiv sağlamlıq və hüquqlar üzrə hərtərəfli və yaşa uyğun təhsil (beynəlxalq ədəbiyyatda “hərtərəfli və yaşa 
uyğun cinsi təhsil” ifadəsindən istifadə olunur); və İİV/QİÇS. Eləcə də, bu sahə ilə kəsişən məsələlər, daha dəqiq 
desək, gender stereotipləri, həssas qruplar, iştirakçılıq; hesabatlılıq və ədalətin müyəssərliyi; məlumatın monitorinqi; 
məxfilik və konfidensiallıq nəzərdən keçirilir. Bu hesabat əsas diqqəti CEDAW üzərində cəmləşdirərək, kişi və 
oğlanlara aid məsələlərə toxunsa da, daha çox qadın və yeniyetmə qızların cinsi və reproduktiv sağlamlıq və 
hüquqlarına yönəlmişdir.
Nailiyyət əldə olunmuş əsas sahələr və mövcud problemlər
Azərbaycan bu istiqamətdə bir sıra sahələrdə nəzərəçarpacaq irəliləyiş əldə etmişdir. Son 20 ildə ana ölümünün 
nisbəti xeyli aşağı düşmüş, dövlət qadına qarşı zorakılıq üzrə bir sıra qanun və proqramlar qəbul etmişdir. Nikah 
yaşının kişi və qadın üçün bərabərləşdirilərək 18 olaraq müəyyənləşdirilməsi də daxil olmaqla erkən nikahlara qarşı 
ünvanlanmış bir sıra vacib tədbirlər həyata keçirilmişdir. 
Ancaq bu irəliləyişlərə baxmayaraq, ana ölümü ilə bağlı narahatçılıq hələ də qalmaqdadır. Xüsusilə kənd və ucqar 
yerlərdə yaşayan qadınlar üçün reproduktiv sağlamlıq xidmətləri də daxil olmaqla səhiyyə xidmətlərinin müyəssərliyi 
aşağı səviyyədədir. Qadına qarşı zorakılıq sahəsində yeni qanunlar və siyasət tam icra olunmayıb. Müasir kontraseptiv 
üsullardan istifadə aşağı səviyyədədir. Cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə hərtərəfli və yaşa uyğun təhsil 
məktəblərdə tədris proqramına daxil edilməyib. Ailə planlaşdırılması üsulları haqqında məlumatlar davamlı olaraq 
XÜLASƏ


7
qadınlara  abortdan  əvvəl  və  sonra  təqdim  olunmur.  İİV/QİÇS-ə  yoluxanların  sayı  az  olsa  da  anadan  uşağa  İİV-in 
ötürülməsinin qarşısının alınması da daxil olmaqla dərmanların tam müyəssərliyi təmin edilməyib.
Hələ də geniş yayılmış gender sterotipləri gender-əsaslı cinsi seçimin əsasında duraraq doğuşda cinsi nisbətin 
ciddi şəkildə pozulması, eləcə də qanuna zidd olmasına baxmayaraq erkən nikahların baş verməsi ilə nəticələnir. 
Həssas qrupların dövlət siyasətində və ictimai həyatda iştirakçılığı, onlar üçün müyəssər ədalət mühakiməsi və 
CRSH  üzrə  hesabatlılıq  məhduddur.  Qadınlar,  kənd  əhalisi,  ucqar  bölgələrdən  olan  əhali,  məcburi  köçkünlər  və 
qaçqınlar,  insan  alverinə  məruz  qalmış  qadınlar  və  digər  təcrid  olunmuş  əhali  də  daxil  olmaqla  həssas  qruplar 
CRSH-dən istifadə etməkdə xüsusi maneələrlə üzləşirlər.
Əsas tövsiyələr
Hesabat  sözügedən  məsələlərə  dair  UDİ  və  CEDAW  tövsiyələri  ilə  Azərbaycandakı  vəziyyət  arasında  olan 
uyğunsuzluqları müəyyən edir. Eyni zamanda, dövlətə UDİ və CEDAW, eləcə də digər beynəlxalq insan hüquqları 
müqavilələri üzrə öhdəlikləri yerinə yetirmək üçün istiqamət verəcək hüquqi, siyasi və digər tədbirlər üzrə tövsiyələr 
də verilir. Hesabatın əsas tövsiyələri sırasında aşağıdakıları göstərə bilərik:

Əhalinin  reproduktiv  sağlamlığının  qorunması  və  ailə  planlaşdırılması  haqqında  Qanunun  layihəsi  qəbul 
edilməlidir.

Dövlət  həssas  qruplar  da  daxil  omaqla  əhali  arasında  müasir  kontrasepsiya  üsullarından  istifadə  faizini 
yüksəltmək üçün tədbirlər görməlidir. Bu tədbirlər müasir kontrasepsiya üsullarına tələbatın artırılmasına xidmət 
etməlidir, məsələn, kontraseptiv üsulların seçilməsini dəstəkləmək üçün fərdlər və cütlüklərə ailə planlaşdırılması 
üzrə məsləhətlərin verilməsi; kontraseptiv vasitələrin müyəssərliyini təmin edəcək tədbirlərin görülməsi; kənd 
yerlərində yaşayan gənc qadınlar, aşağı təhsil səviyyəli və az təminatlı qadınlar da daxil olamaqla əhali arasında 
kontrasepsiya üsulları da daxil olmaqla ailə planlaşdırılmasına dair ictimai məlumatlandırma və maarifləndirmə 
kampaniyalarının keçirilməsi.

Dövlət kənd və ucqar ərazilərdə yaşayan qadınlar, məcburi köçkün, qaçqın, sığınacaq axtaran və vətəndaşlığı 
olmayan qadınlar kimi həssas qruplar da daxil olmaqla qadınların ümümi və reproduktiv səhiyyə xidmətlərinə 
çıxışını  artırmaq  üçün  siyasət  və  digər  tədbirlər  həyata  keçirməlidir.  Bu  tədbirlər  bir  sıra  maneələrin  aradan 
qaldırlmasına  xidmət  etməlidir:  ödəniş  (rəsmi  və  qeyri-rəsmi  ödəniş  də  daxil  omaqla);  məsafə;  nəqliyyatın 
olmaması; qadın xidmət təminatçıların olmaması; qadınların həkimə tək getmək istəməməsi və sosial norma 
olaraq kişi və ya yaşlı qadın ailə üzvündən icazə almalı olması.

Dövlət gender stereotipləri və onların təzahürü olan oğlan övladına verilən üstünlük və selektiv abortları aradan 
qaldırmağa yönəlmiş məlumatlandırma tədbirləri və ictimai maarifləndirmə kampaniayaları həyata keçirməlidir.

Dövlət xüsusilə ana ölümünün yüksək olduğu bölgələrdə bu problemə səbəb olan amilləri aradan qaldıracaq 
konkret siyasi tədbirlər qəbul etməli və həyata keçirməlidir.

Dövlət təcili və təxirəsalınmaz tədbirlər tələb edən abort və ya məişət zorakılığı kimi hallar üçün inzibati və ya 
məhkəmə işlərində vaxt məhdudiyyətini təmin edən xüsusi qanunvericilik müddəaları qəbul etməlidir.

Dövlət  Məişət  zorakılığının  qarşısının  alınması  haqqında  Qanunda  əks  olunduğu  kimi  Milli  Fəaliyyət  Planının 
layihəsi də daxil olmaqla qadına qarşı zorakılıqla mübarizə üzrə qabaqlayıcı və müdafiə proqramlarını özündə 
ehtiva edən hərtərəfli milli strategiyanı qəbul edərək, icra etməlidir.

Dövlət Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşının alınması haqqında Avropa Şurası Konvensiyasının 
ratifikasiyası üçün konkret müddət təyin etməlidir.

Dövlət  kənd  yerləri  də  daxil  olmaqla  qanuni  nikah  yaşından  əvvəl  nikahların  həyata  keçirilməsinin  qarşısını 
almaq üçün ictimai maarifləndirmə kampaniyaları keçirməlidir.  Dövlət  qızların məktəb təhsilindən yayınması 
hallarının monitorinqi, eyni zamanda hüquq-mühafizə orqanları tərəfindən aparılan sistemli araşdırma, təqib və 
cəza vasitəsilə erkən və yetkinlik yaşına çatmamış insanlar arasında nikahların qarşısını almaq üçün tədbirlər 
görməlidir.

Dövlət əvvəlcədən rəsmi qeydiyyat olmadan dini nikahların (“Kəbin”) həyata keçirilməsini qadağan etməli, eləcə 
də  qeydə  alınmamış  nikahlarda  qızların  və  qadınların,  eləcə  də  onların  uşaqlarının  hüquqlarının  müdafiəsini 
təmin etməlidir.

Dövlət pensiya və sığorta kimi qeyri-maddi əmlakın birgə mülkiyyətinin bir hissəsi kimi tanınmasına və boşanma 
zamanı bərabər bölünməsinə imkan yaradan lazımi qanunvericilik tədbirlərini həyata keçirməlidir.

Dövlət məktəblərdə və məktəbdən kənarda cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təhsilin müyəssərliyini 
təmin etmək üçün milli strategiya hazırlamalı və onu tam şəkildə yerinə yetirməlidir.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə