NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
  1   2   3   4   5   6   7   8   9   ...   25


 

NƏRİMAN NƏRİMANOV 



 

UCQARLARDA 

İNQİLABIMIZIN 

TARİXİNƏ 

DAİR 

 

/İ. V. STALİNƏ MƏKTUB/ 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

AZƏRBAYCAN DÖVLƏT 

NƏŞRİYYAT- POLİQRAFİYA BİRLİYİ 

BAKI - 1992 

 



 

BBK ZK5 



N 55 

Mətni elmi cəhətdən çapa akademik 



P.Əzizbəyova hazırlamışdır 

Redaktoru Məlahət Əsədova 

Rəssamı Xosrov Qasımov 

 

 

 

 

Nərimanov N. N. 

N 55 Ucqarlarda inqilabımızın tarixinə dair 

(İ.V. Stalinə məktub). B.: Azərnəşr, 1992 80 səh. 

 

70  ildən  artıq  bir  müddətdə  məxfi  saxlanılan  bu  əsər  qiymətli  tarixi  sənəd  olub  siyasi  əhəmiyyətə 



malikdir.  Sənəddə  Azərbaycanda  sovet  hakimiyyətinin  ilk  illərində  həyat  keçirilən  milli  siyasətin  bəzi 

məsələləri, milli dövlət, sosial-iqtisadi və mədəni quruculuğun xüsusiyyətləri tənqidi surətdə təhlil edilmişdir. 

Kitaba, həmçinin N.Nərimanovun V.İ.Leninə və oğlu Nəcəfə məktubu da daxil edilmişdir. 

 

 0902020000-8 



M-651(07)-92 elansız                                                                     BBK  ZK5    

İSBN 5- 552-01028 – 0 

Azərnəşr, 1992  

 



 

MÜQƏDDİMƏ 

 

Mənim  gəncliyim,  elmi  işimin  başlanğıcı  stalinçiliyin  despotik  illərinə  təsadüf 



etmişdir. O illərdə ölkədə və Azərbaycanda marksizmin məşhur müddəası eybəcərləşmiş 

şəkildə  -  “Şüuru  varlıq  deyil,  döymək  təyin  edir”  geniş  yayılmışdı.  Bu  sözləri  Stalin

1

 

cəlladlarından  biri  Bağırovun



2

  dilindən  eşidənlərin  bəziləri  hələ  sağdır.  Stalin,  Beriya

3

,  


Bağırov  və  bu  dəstənin  digər  üzvləri  adamları  döyür,  məhv  edir,  tapdalayır,  ömürlük 

şikəst edirdilər. 

Elə bu cür siyasi canilər N.Nərimanova millətçi damğası vuraraq, var qüvvələri ilə 

çalışırdılar  ki,  onun  adı  tariximizdən  silinsin,  kitabları,  fikirləri  və  işləri  unudulsun. 

N.Nərimanovun  “Ucqarlarda  inqilabımızın  tarixinə  dair”  məruzəsini  oxumaq  ilk  dəfə 

mənə  1951-ci  ildə  nəsib  olmuşdur.    Mən  onu  xəlvətdə,  kənar  gözlərdən  gizlədərək 

oxuyurdum.  Bilirdim  ki,  risk  edirəm,  lakin  səmimiyyətlə,  ehtiras  və  mərdliklə  yazılmış 

sətirlərdən ayrıla bilmirdim. Yalnız 66 il keçdikdən sonra bu məruzə 1990-cı ildə ilk dəfə 

rus dilində kitab şəklində  nəşr edilmişdir.  

N.Nərimanovun  “Ucqarlarda  inqilabımızın  tarixinə  dair”  məruzəsi  məxfi  sənəd 

olub  RK  (b)  P  MK-ya  İ.V.Stalinə,  surətləri  isə  L.D.Trotski

4

  və  K.B.Radekə



5

 

göndərilmişdi.  Sənəd 1923-cü ilin iyununda  təqdim edilmişdi.  Sonralar,  yəni 1923-cü il 



dekabrın 23-də və 1924-cü il mayın 27-də Nərimanov bu sənədə iki əlavə də etmişdi ki, 

bu əlavələr haqqında ayrıca danışılacaqdır.  

“MK-ya  geniş  məruzə”  –  oğluna  yazdığı  yarımçıq  məktubda  Nərimanov  öz 

qeydlərini belə adlandırırdı – çox emosional, ürək ağrısı ilə, birnəfəsə yazılmışdır. Lakin 

sənədin  mətnindən  görünür  ki,  onun  məzmunu  müəllifi  uzun  müddət  düşündürmüş, 

çoxdan olub keçmiş hadisələri yada salmış, ötüb keçmiş illəri hafizəsində canlandırmışdı.  

Sənədin titul vərəqində belə bir qeyd var: “III (sonuncu) variant” Özünün keçmiş 

məruzəsini  müəllif  “Ucqarlarda  inqilabımızın  tarixinə  dair”  adlandıraraq  onu  iki  hissəyə 

ayırmışdır:  -  1.  Şərq  məsələsi  və  2.  Azərbaycanda  vəziyyət.  Lakin  yazılanlar  müəllifin 

müəyyən etdiyi mövzudan daha genişdir. 

N.Nərimanov  milli  siyasət,  Azərbaycanda  milli  dövlət  quruculuğu,  fəhlə  sinfi  ilə 

kəndlilərin  ittifaqı,  sol  kommunistlərin  milli  məsələdəki  əyintilərinə  qarşı  mübarizə 

məsələsi kimi çox vacib məsələlər haqqında öz fikirlərini bildirir. 

Mətnin ancaq birinci və əsas hissəsini məktub adlandırmaq olar. Dekabr 1923-cü il 

və may 1924-cü il tarixləri qoyulmuş çoxsəhifəli iki əlavə bir qədər fərqlidir: bu hissədə 

etiraf elementləri daha çoxdur, ifadə tərzinə görə isə daha emosional və sərbəstdir. 

Ümumiyyətlə, mətnin emosional tonusu çox yüksəkdir, ifadə tərzində ardıcıllığın 

olmamasını, mülahizələrin yarımçıqlığını da mən deyərdim, müəllif fikrinin dağınıqlığını 

da bununla izah etmək olar. 

                                                           

 

Н.  Нариманов.  «К  истории  нашей  революции  в  окраинах»  (Письмо  И.В.Сталину).  Гурум 



национального творчества Азербайджана. Баку, 1990 г. 


 

Ola  bilər  ki,  onun  fikirlərilə,  hadisələrə,  bu  hadisələrdə  iştirak  edən  adamlara 



verdiyi  qiymətlə  bu  gün  hamı  mübahisəsiz  razılaşmasın,  lakin  bir  şey  aydındır  ki, 

N.Nərimanov möhkəm əqidəli beynəlmiləlçi və alovlu vətənpərvərdir. 

“RK  (b)  P  MK  arxivində  yəqin  ki,  mənim  məruzələrim  qalır,  mən  bu 

məruzələrimdə  Türküstanda  bizim  siyasətimiz  haqqında,  bizim  Əfqanıstana,  Türkiyəyə, 

İrana münasibətimiz barədə öz fikrimi ardıcıl olaraq söyləmişəm.  

Bütün  bu  məruzələrin  əsas  qayəsini  belə  bir  mülahizə  təşkil  edir  ki,  biz  Qərbə 

həddən  artıq  aludə  olub  Şərqdən  uzaqlaşırıq...”  –  N.Nərimanovun  qeydləri  bu  cür 

başlanır.  

Gənc  Sovet  dövlətinin  Şərq  siyasəti  N.Nərimanov  üçün  dərin  tədqiqat  mövzusu 

olmuşdur.  

Şərq  siyasətinin  problemləri  yalnız  xarici  dövlətləri  deyil,  Şərqi  sovet 

respublikalarını  da  cəlb  edirdi.  Sovet  Şərqi  xalqlarının  öz  müqəddəratını  təyin  etməsi 

problemi daha çox fikir ayrılığı və çətinliklər doğururdu. Bu məsələlərlə əlaqədar olaraq 

N.Nərimanov  dəfələrlə  B.İ.Leninə  məruzələr  yazmış,  sonra  isə  İ.B.Stalinə  də  müraciət 

etmişdi. Türküstandakı, xüsusilə də Buxaradakı vəziyyətlə bağlı o yazır:  

“Türküstandakı  siyasətimizə  mənim  nə  qədər  əhəmiyyət  verdiyimi  məruzəmdən 

görmək  olar  ki,  burada  mən  yol.  Stalinə  Genuyaya  qədər,  yerlərdə  özümüzün 

yaratdığımız  nöqsanlarla  tanış  olmaq  üçün  mənimlə  birlikdə  Türküstana  yola  düşməyi 

təklif etdim”.  

Bu haqda danışarkən Nərimanov əməkçilərin dini hisslərinin təhqir edilməsi, ateist 

təbliğatı  keçirilərkən  dindarlarla  fərdi  iş  aparmaq  əvəzinə  zor  göstərmək  metodlarından 

istifadə hallarını nəzərdə tuturdu. 

Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində və sonralar da özünü göstərən bu 

“Nöqsanlar” Nərimanovu çox düşündürürdü. Məruzəsində ürək ağrısı və hiddətlə yazırdı 

ki,  onun  olmamasından  istifadə  edən  (bu  zaman    Nərimanov  Genuyada  idi)  bəzi 

respublika  rəhbərləri  matəm  günlərində  “şaxsey-vaxsey”  yürüşünü  qadağan  etmişlər. 

Nəticədə isə əsgərlər və fəhlələr arasında silahlı toqquşma olmuşdur. 

Nərimanovun fikrincə ateizm işində inandırma və izahetmə metodu əsas olmalıdır. 

Məruzəsində  N.Nərimanov  yazırdı:  “Mən  qəti  olaraq  repressiya  əleyhinə  idim, 

lakin bununla belə, biz məscidləri gəzib qara camaatı dilə tuturduq ki, küçələrdə özlərinə 

işgəncə  verməsinlər.  Bir  nəticəsi  oldumu?  Qəti  surətdə  bildirirəm  ki,  nəticəsi  oldu. 

Məsciddə  çox  nüfuzlu  bir  molla  bu  günlərdə  küçələrdə  özlərinə  işgəncə  verənlərin 

hərəkətlərini  möhkəm  tənqid  etməyə  başladı.  Lakin  buna  baxmayaraq  bu  il  özlərinə 

işgəncə  verənlər  oldu”.  Daha  sonra  o,  davam  edirdi:  “Dinə  qarşı  materialist  kimi  çıxış 

etmək  bir  şeydir.  Bu  mərasimləri  icra  etməyi  qadağan  etmək  məqsədilə  silahlı  qüvvə 

tətbiq etmək başqa şey”. 

Nərimanov  hesab  edirdi  ki,  “ancaq  vəzifə  almaq  xatirinə  kommunizm  ideyalarını 

yayanları” cəzalandırmaq lazımdır.   

Şərq  respublikalarındakı  “əyintilərin”  Sovet  hakimiyyəti  üçün  təhlükə  doğura 

biləcəyini  başa  düşən  N.Nərimanov  təklif  edir  ki,  onu  Genuya  konfransında  iştirak 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə