Ünvan: ISR Plaza, Nizami küç. 69 AZ 1005 Bakı
Azərbaycan
Poçt:P.O. Box 28/29 AZ 1005 Bakı Azərbaycan
Telefon:00994-12-4654127
Telefaks: 00994-12-4654125
Email: visa@baku.diplo.de
İnternet: www.baku.diplo.de
Aktuallaşdırılmışdır: iyul 2018
Almaniyada həkim kimi əmək fəaliyyətinə başlamağın
mərhələləri
Almaniyada həkim kimi əmək fəaliyyətinə başlamaq üçün xarici vətəndaşların iki müxtəlif imkanı
vardır. Aşağıda bu imkanlar haqqında ətraflı məlumat tələb olunan viza üçün hüquqi əsaslar
göstərilməklə təqdim olunacaqdır. Bu məlumatlar səfirliyin gündəlik işindəki təcrübəyə əsaslanır və
tam şəkildə olmaya bilər. Məlumatlar ayrı-ayrı hallarda rast gəlinən praktiki təcrübə əsasında tərtib
edilmişdir.
A. Alman universitetində ali tibb təhsilinin bitirilməsi
I.
Şərtlər:
- Alman dili bilkləri təsdiq olunmaqla alman universitetinə qəbul məktubu (Zulassung)
II.
Hüquqi əsaslar:
- Universitetin qəbul məktubu təqdim edilərkən: Yaşamaq haqqında qanunun §16-cı
maddəsinin 1-ci bəndinə əsasən ali təhsilə başlamaq üçün viza
- Ali təhsil məqsədinin inandırıcı olduğunu sübut edərkən: Yaşamaq haqqında qanunun
§16-cı maddəsinin 7-ci bəndinə əsasən abiturientlər üçün viza
- Ali təhsil üçün əvvəl alman dili bilikləri dil hazırlığı kurslarında sənədlə təsdiq
edilməklə əldə olunmalıdırsa: Yaşamaq haqqında qanunun §16-cı maddəsinin 1 S.2,3
Nr.2 bəndində Nr. 2 əsasən viza
- Xarici orta məktəb təhsili dərhal ali təhsilə başlamaq üçün kifayət etmirsə, əvvəl
kollecdə (Studienkolleg) təhsil almaq lazımdır. Kollecə qəbul haqqında məktub
göstərilməklə Yaşamaq haqqında qanunun §16-cı maddəsinin 1 S. 2, 3 bəndində Nr. 2
əsasən viza verilə bilər. (Nordrhein-Westfalen istisna olunur: Bu federal torpaqda kollec
ləğv olunmuşdur və “Bilik səviyyəsinin təyin olunması imtahanı” (Feststellungsprüfung)
ilə əvəz edilmişdir. Bu imtahana abiturient Köln yerli idarəetmə orqanının təlimatı ilə
müstəqil şəkildə, yaxud lazım gələrsə özəl qurumların xidmətindən istifadə etməklə
hazırlaşmaq olur.)
B. Avropadan kənar xarici dövlətdə tibb təhsilinin bitirilməsi
Xarici ölkədə tibbi təhsili bitirdikdən sonra Almaniyada tibb sahəsində peşə fəaliyyətinə
icazə yaxud aprobasiya əldə etmək imkanı vardır. Peşə fəaliyyətinə icazə və ya aprobasiya
üçün əmək fəaliyyətinə başlayacağınız federal torpaqda müraciət etmək lazımdır. Aprobasiya
bütün federal ərazidə müddətsiz və məhdudiyyətsiz həkim fəaliyyətini hyata keçirmək
hüququ verir. Xarici ali təhsili olan şəxslər bunun üçün bir qayda olaraq bilik imtahanından
keçməlidirlər. Buna rəğmən xarici ali məktəb məzunlarına bilik imtahanına hazırlıq
məqsədilə həkim kimi fəaliyyət göstərə bilmək üçün müddətli, geri alına bilən habelə
müəyyən işlər və iş yerləri ilə məhdudlaşan peşə fəaliyyəti üçün icazə verilir. Həkim-
mütəxəssis (Facharzt) kimi rezidentura təhsilinin həyata keçirilməsi üçün aprobasiyanın əldə
edilməsi zəruridir. Əlavə məlumatları federal torpaqların məlumat bazalarından əldə
etməyiniz xahiş olunur.
Peşə fəaliyyəti üçün icazə və ya Aprobasiya olmadan tibbi fəaliyyət göstərmək Tibbi
müalicə haqqında qanunun §5-ci maddəsinə əsasən cəzalandırılır.
I.
hazırlıq tədbirləri
Peşə fəaliyyətinə dair icazə yaxud aprobasiyanın verilməsi üçün xaricdə bitirilmiş ali tibb
təhsilinin Almaniyadakı tibb təhsili ilə müqayisədə eyni səviyyədə olması şərtdir.
Xarici diplomun Almaniyada tanınması (formal) ilə yanaşı (ANABİN səhifəsində tanınma
müəyyən edilir:
http://anabin.kmk.org/anabin.html
) alman dili və tələb olunduğu təqdirdə
peşə bilikləri də təsdiq olunmalıdır. Bunun üçün bir qayda olaraq hazırlıq məqsədilə
dəfələrlə Almaniyada olmaq şərtdir.
1) Dil kurslarında iştirak
Peşə fəaliyyətinə dair icazə yaxud aprobasiyanın verilməsi üçün ümumi alman dili bilikləri
ən az B2 səviyyəsi habelə bundan başqa əksər federal torpaqlarda ixtisasyönümlü dil
bilikləri C1 səviyyəsində tələb olunur. Bu dil bilikləri rəsmi tanınan qurumun sertifikatı
(məs., ümumi dil bilikləri üçün telc və ya Goethe-İnstitut; ixtisasyönümlü dil bilikləri üçün
ixtisas üzrə dil imtahanı) ilə təsdiq oluna bilər. Bu imtahanlara hazırlıq Almaniyada
(çoxaylıq) dil kurslarında iştirak etməklə baş tuta bilər.
Bu halda viza rəsmiləşdirilməsi Yaşamaq haqqında qanunun §16 maddəsinin 1-ci bəndinə
əsasən həyata keçirilir. Almaniyada bu viza yalnız məhdud vaxt kəsiyi üçün ən çox bir il
müddətinə uzadıla bilər. Ərizəçi dil kursları bitdikdən sonra mütləq yenidən vətənə geri
qayıtmalıdır.
2) Praktikada iştirak
Nəzəri biliklərin və dil bacarıqlarının dərinləşdirilməsi məqsədilə bir alman xəstəxanasında
praktika keçmək üçün viza rəsmiləşdirilməsi həyata keçirilə bilər. Burada söhbət əsasən 3
ayadək qısa müddətli səfərdən söhbət gedir və bu məqsədlə Şengen vizası üçün müraciət
edilməlidir. Bu vizanın Almaniyada uzadılması mümkün deyildir və vizanın sahibi vizanın
etibarlılıq müddəti bitən kimi Şengen dövlətləri ərazisini mütləq tərk etməlidir.
Nəzərə alınmalıdır: Passiv praktikanın həyata keçirilməsi heç bir praktiki fəaliyyət
göstərmək hüququ vermir, praktikant yalnız müşahidə edə bilər və heç bir halda aktiv
fəaliyyət göstərməməlidir. Bu qan analizlərinin götürlüməsi, yaraların tikilməsi,
əməliyattlarda asistentlik və s. kimi işlərin görülməsini istisna edir. Bu qaydaların pozulması
Tibbi müalicə haqqında qanunun §5-ci maddəsinə əsasən cəzalandırılır.
3) Xarici universitet diplomunun tanınması üçün uyğunlaşdırma tədbirləri
Peşə fəaliyyəti üçün icazə və ya aprobasiyanın verilib-verilməməsinə dair imtahan
çərçivəsində əlaqədar idarə müəyyən edə bilər ki, dil bilikləri yaxud praktiki biliklər xüsusi
səviyyədə təsdiq olunmalıdır. Bu təsdiq sənədləri bir qayda olaraq müvafiq kurslarda iştirak
etməklə və praktika keçməklə əldə oluna bilər.
Bu haqda məktubun əsasında və müvafiq uyğunlaşdırma tədbirlərinə qeydiyyatın təqdim
olunması ilə Almaniyada yaşamaq üçün Yaşamaq haqqında qanunun §17-ci maddəsinə
əsasən çoxaylıq viza rəsmiləşdirilməsi həyata keçirilə bilər. Bu viza ayrı-ayrı hallarda əmək
fəaliyyəti ilə məşğul olmaq hüququ verə bilər. Uyğunlaşdırma tədbirlərini başa çatdırdıqdan
sonra vətənə geri dönmək zərurəti yaranmadan Almaniyada vizanın dəyişilməsi (məs., işə
başlamaq üçün) mümkündür.
II.
Əmək
fəaliyyətinə başlamaq
Əgər Siz pəşə fəaliyyəti üçün icazə və ya aprobasiya əldə etmək üçün kifayət qədər alman
dili bilkləri və praktiki təcrübəyə maliksinizsə, bu halda Sizin Almaniyada əmək fəaliyyətinə
başlamaq imkanınız vardır.
1) Iş yeri axtarmaq üçün viza
Əgər hələ dəqiqi iş yerindən təklif almamısınızsa Sizin üçün Yaşamaq haqqında qanunun
§18c maddəsinə əsasən iş axtarmaq məqsədilə 6 ayadək etibarlı olan viza rəsmiləşdirlməsi
həyata keçirilə bilər. Bu müddət ərzində Siz bütün federal dövlətin ərazisində müsahibələrdə
iştirak edə bilərsiniz. Qısa müddətıi dil kurslarında iştirak etmək və ya passiv praktika
keçmək əsasən mümkün olsa belə bu işlər səfərin əsas məqsədi olmamalıdır. Səfərin əsas
məqsədi iş yerinin axtarılması olmalıdır.
Bu viza əmək fəaliyyətinə başlamaq və ya praktika keçmək hüququ vermir. Praktika üçün
yuxarıda qeyd olunan şərtlər qüvvədədir.
Əgər Siz Almaniyada qaldığınız bu müddət ərzində iş yeri tapa bildinizsə, o zaman Siz
yaşadığınız yerin səlahiyyətli Miqrasiya idarəsində əmək fəaliyyətinə başlamaq məqsədilə
viza üçün müraciət edə bilərsiniz.
2) dəqiq iş yerindən təklif vardır
Artıq konkret iş təklifi vardırsa, Siz Səfirliyə Yaşamaq haqqında qanunun §18-ci maddənin
4-cü bəndi və ya §19a maddəsinə (Mavi kart Aİ) əsasən iş vizası üçün müraciət edə
bilərsiniz. Viza rəsmiləşdirilməsi üçün əsas Sizin gələcək aylıq məvacibinizin məbləğindən
asılı olacaqdır.
Peşə fəaliyyəti haqqında icazənin və ya aprobasiyanın yaxud onun veriləcəyi haqqında
təminat arayışının (Zusicherung) təqdim olunması zəruri şərtdir. Səlahiyyətli alman
idarələrində müvafiq ərizələrin işlənməsi mütəmadi olaraq bir neçə həftə və ya ay davam
edir. Sənədlərin işlənmə müddətini ərizəçi öz vətənində gözləməlidir. Bu gözləmə
müddətində bir çox hallarda əmək müqavilələrində razılaşdırılmış praktika keçmək yaşamaq
haqqında qanun müddəalarına görə mümkün deyildir. Viza rəsmiləşdirilməsi yalnız təminat
arayışının (Zusicherung) təqdim olunduğu təqdirdə həyata keçirlə bilər.
Viza proseduru, xüsusilə təqdim olunması zəruri olan və səfərin məqsədindən asılı olaraq
fərqlənən sənədlər haqqında məlumatları Səfirliyin rəsmi internet səhifəsindən əldə edə
bilərsiniz. Xüsusilə yuxarıda sözü gedən səfər məqsədləri üçün tərtib olunmuş məlumat
vərəqələirinə diqqət yetirməyiniz tövsiyyə olunur.