Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında



Yüklə 29,92 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü29,92 Kb.
#38282


AZƏRBAYCAN RESPUBLİKASININ 

CİNAYƏT MƏCƏLLƏSİ 

....

 

 



Fəsil 15-2 

Hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər 

 

M a d d ə  

99-4. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunmasının 

əsasları və şərtləri 

99-4.1. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya 

onun  maraqlarının  qorunması  üçün  aşağıdakı  fiziki  şəxslər  tərəfindən  törədilən 

cinayətlərə görə tətbiq edilir: 

99-4.1.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 

99-4.1.2.  hüquqi  şəxsin  adından  qərarlar  qəbul  etmək  səlahiyyətinə  malik  olan 

vəzifəli şəxs; 

99-4.1.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli 

şəxs; 

99-4.1.4.  bu  Məcəllənin  99-4.1.1—99-4.1.3-cü  maddələrində  nəzərdə  tutulmuş 



vəzifəli  şəxslər  tərəfindən  nəzarətin  həyata  keçirilməməsi  nəticəsində  hüquqi  şəxsin 

işçisi. 


99-4.2. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli törətmiş və ya 

onun törədilməsində hər hansı şəkildə iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini 

istisna etmir.  

99-4.4. Bu Məcəllənin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxs barəsində 

qanunla  müəyyən  edilmiş  hallarda  cinayət  təqibinə  xitam  verilməsi  hüquqi  şəxsə 

cinayət-hüquqi tədbirlərin tətbiqinə mane olmur. 

99-4.5.  Dövlət,  bələdiyyələr,  həmçinin  beynəlxalq  təşkilatlar  barəsində  cinayət-

hüquqi tədbirlər tətbiq edilə bilməz. 

99-4.6. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 144-1, 144-2, 193-1, 

194, 214, 214-1, 271-273, 308, 311, 312, 312-1, 313, 316-1 və 316-2-ci maddələri ilə nəzərdə 

tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. 

99-4.7. Məhkəmə tərəfindən cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar 

qəbul  olunanadək  hüquqi  şəxs  yenidən  təşkil  olunduqda  cinayət-hüquqi  tədbirlər 

hüquqi  şəxsin  hüquqi  varisinə  təyin  olunur.  Məhkəmə  tərəfindən  cinayət-hüquqi 

tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya 

ləğv  olunanadək  hüquqi  şəxsin  yenidən  təşkil  olunması,  yaxud  təsisçilərinin 

(iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə 

ləğv edilməsi qadağandır. 

 

M a d d ə



 99-5. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlərin növləri 

99-5.1. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər aşağıdakılardır: 




99-5.1.1. cərimə; 

99-5.1.2. xüsusi müsadirə

99-5.1.3.  hüquqi  şəxsi  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 

etmə; 


99-5.1.4. hüquqi şəxsi ləğv etmə. 

99-5.2. Xüsusi müsadirə bu Məcəllənin 15-2-ci fəsli ilə müəyyən edilmiş qaydada 

tətbiq edilir. 

99-5.3.  Hüquqi  şəxsi  ləğv  etmə  cinayət-hüquqi  tədbiri  yalnız  əsas,  cərimə  həm 

əsas,  həm  də  əlavə,  hüquqi  şəxsi  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan 

məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq 

olunur. 

99-5.3.  Hüquqi  şəxsə  tətbiq  olunacaq  cinayət-hüquqi  tədbirin  növü  və  həddi 

müəyyən olunarkən aşağıdakı hallar nəzərə alınır: 

99-5.3.1. cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi; 

99-5.3.2.  cinayət  nəticəsində  hüquqi  şəxsin  əldə  etdiyi  xeyrin  həcmi  və  ya  onun 

maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi; 

99-5.3.3. cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı; 

99-5.3.4. cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində 

əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə; 

99-5.3.5.  cinayət  nəticəsində  dəymiş  maddi  və  mənəvi  zərərin  könüllü  olaraq 

ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına 

yönəldilmiş hüquqi şəxs tərəfindən görülən digər tədbirlər. 

99-5.3.6. hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində 

cinayət-hüquqi  tədbirlərin  tətbiq  edilməsi,  yaxud  xeyriyyəçilik  və  ya  digər  ictimai 

faydalı fəaliyyətlə məşğul olması. 

 

M a d d ə



 99-6. Cərimə 

99-6.1.  Hüquqi  şəxslərə  tətbiq  edilən  cinayət-hüquqi  tədbir  qismində  cərimə  bu 

Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və 

dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir. 

99-6.2.  Cərimə  bu  Məcəllənin  99-6.3,  99-6.4  və  99-8.3-cü  maddələrində  göstərilən 

hallar və hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə alınmaqla əlli min manatdan 

iki  yüz  min  manatadək  miqdarda  və  ya  cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə 

edilmiş gəlirin) bir mislindən beş mislinədək miqdarda müəyyən olunur.  

99-6.3. Hüquqi şəxslərə cərimə növündə cinayət-hüquqi tədbir aşağıdakı hədlərdə 

təyin edilir: 

99-6.3.1.  böyük  ictimai  təhlükə  törətməyən  cinayətlərə  görə  -  əlli  min  manatdan 

yetmiş beş min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş 

gəlirin) bir mislindən iki mislinədək miqdarda;  



99-6.3.2. az ağır cinayətlərə görə - yetmiş beş min manatdan yüz min manatadək, 

yaxud  cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  iki  mislindən  üç 

mislinədək miqdarda; 

99-6.3.3. ağır cinayətlərə görə - yüz min manatdan yüz iyirmi beş min manatadək, 

yaxud  cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  üç  mislindən  dörd 

mislinədək miqdarda; 

99-6.3.4. xüsusilə ağır cinayətlərə görə - yüz iyirmi beş min manatdan yüz əlli min 

manatadək  miqdarda,  yaxud  cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş 

gəlirin) dörd mislindən beş mislinədək miqdarda. 

99-6.4. Hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının  dəyərinin yarıdan  çox 

hissəsini təşkil edə bilməz. 

 

M a d d ə



  99-7.  Hüquqi  şəxsi  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan 

məhrum etmə 

99-7.1. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə 

sahibkarlıq  fəaliyyətinin  müəyyən  növünü  həyata  keçirməyə  icazə  verən  xüsusi 

razılığın  (lisenziyanın)  və  ya  xüsusi  icazənin  ləğv  edilməsindən,  müəyyən  əqdlərin 

bağlanılmasının,  səhm  və  ya  digər  qiymətli  kağızların  buraxılmasının,  dövlətdən 

subsidiyaların və ya başqa güzəştlərin əldə edilməsinin və ya digər fəaliyyətlə məşğul 

olmanın qadağan edilməsindən ibarətdir. 

99-7.2. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə 

bu Məcəllənin 99-5.3-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla hüquqi şəxsin 

müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququnun  saxlanılması  qeyri-mümkün  hesab 

edildikdə aşağıdakı müddətlərə təyin edilir: 

99-7.2.1.  böyük  ictimai  təhlükə  törətməyən  cinayətlərə  görə  -  bir  ildən  iki  ilədək 

müddətə; 

99-7.2.2. az ağır cinayətlərə görə - iki ildən üç ilədək müddətə; 

99-7.2.3. ağır cinayətlərə görə - üç ildən dörd ilədək müddətə;  

99-7.2.4. xüsusilə ağır cinayətlərə görə - dörd ildən beş ilədək müddətə. 

 

M a d d ə



 99-8. Hüquqi şəxsi ləğv etmə 

99-8.1.  Hüquqi  şəxsi  ləğv  etmə  hüquqi  şəxsin  xeyrinə  və  ya  onun  maraqlarının 

qorunması  üçün  törədilən  cinayətlə  əlaqədar  onun  mövcudluğuna  və  fəaliyyətinə, 

hüquq  və  vəzifələri  hüquq  varisliyi  qaydasında  başqa  şəxslərə  keçmədən  xitam 

verilməsindən ibarət müstəsna cinayət-hüquqi tədbirdir. 

99-8.2. Hüquqi şəxsi ləğv etmə həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin 

törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və 

ya digər əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının yarıdan çox 

hissəsi  bu  Məcəllənin  99-1.1-ci  maddəsinə  əsasən  müsadirə  edilməli  əmlakdan  ibarət 

olduqda tətbiq olunur. 




99-8.3.  Hüquqi  şəxsi  ləğv  etmə  növündə  cinayət-hüquqi  tədbir  təyin  edildikdə 

əlavə  cinayət-hüquqi  tədbir  qismində  bu  Məcəllənin  99-6.4-cü  maddəsi  nəzərə 

alınmaqla iki yüz min manat miqdarında cərimə təyin edilir. 

99-8.4.  Hüquqi  şəxsi  ləğv  etmə  siyasi  partiyalara  və  həmkarlar  ittifaqına,  dövlət 

(bələdiyyə)  müəssisələrinə  və  ya  səhmlərinin  (paylarının)  nəzarət  zərfi  dövlətə 

(bələdiyyəyə) məxsus olan hüquqi şəxslərə tətbiq edilmir. 

 

M a d d ə



  99-9.  Hüquqi  şəxsin  cinayət-hüquqi  tədbirlərin  tətbiqindən  azad 

edilməsi 

Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayət törətmiş şəxs bu 

Məcəllənin  75-ci  maddəsi  ilə  nəzərdə  tutulmuş  qaydada  müddətin  keçməsi  ilə  bağlı  cinayət 

məsuliyyətindən  azad  edildikdə,  hüquqi  şəxs  barəsində  cinayət-hüquqi  tədbirlər  tətbiq  edilə 



bilməz. 

Yüklə 29,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə