Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin müdiri
cənab Süleyman İsmayılova
28 noyabr 2015-ci il tarixli
14/A-581/9-105/3-t/2 nömrəli məktuba
Hörmətli Süleyman müəllim,
Vətəndaş Əfsun Ağayevin Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi tərəfindən qanuna zidd əməllərə yol verilməsi ilə bağlı ərizəsində qaldırılan məsələlər araşdırılmışdır.
Araşdırma zamanı məktubda qaldırılan məsələlər təsdiqini tapmamışdır. Belə ki, ərizədə adı qeyd olunan Xəyalə Hümmətova şikayət daxil olduğu vaxtdan əvvəl, yəni 02.11.2015-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur.
Bununla yanaşı bildiririk ki, Səhiyyə İşçiləri Həmkarlar İttifaqları sərbəst təşkilat olduqlarından onlara məxsus maliyyə vəsaitinin istifadəsi yalnız həmin təşkilatların səlahiyyətlərinə aiddir.
Ərizəçiyə cavab verilmişdir.
Hörmətlə,
Oqtay Şirəliyev
Dostları ilə paylaş: |