Kompyuterin və kompyuter texnologiyalarının inkişaf tarixi Kompüter



Yüklə 15,51 Kb.
tarix12.10.2018
ölçüsü15,51 Kb.
#73355

Ad

Soyad



Fakültə

Mövzu


Qrup

Kur


Kompyuterin və kompyuter texnologiyalarının inkişaf tarixi

Kompüter — informasiya üzərində müxtəlif əməliyyatların avtomatlaşdırılmış şəkildə yerinə yetirilməsi üçün nəzərdə tutulmuş universal hesablama maşını. Kompüter informasiyanı emal etmək üçün nəzərdə tutulmuş maşındır.

Kompyuter texnikasının yaranma tarixi proqramla idarə olunan ilk universal kompyuter yaradıldığı vaxtdan 1946-ci ildən başlanır. Bu kompyuter ABŞ-da elektron lampalı elementlərdə qurulan ENIAK adlı universal kompyuterin yaradılması ilə bağlıdır. Bu vaxtdan başlayaraq kompyuter texnikası yüksək sürətlə inkişaf etməyə başladı. Kompyuterin inkişafını bir neçə mərhələlərə, nəsillərə bölmək olar.



1-ci nəsil (1950-1959) kompyuterləri elektron lampalı elementlərdə qurulduğundan iş etibarlılığı az, yaddaş tutumu işləmə sürəti kiçik idi. Ona görə də tətbiq sahəsi məhdud idi. 1-ci nəsil kompyuterə misal olaraq BESM, STRElA, URAL

2-ci nəsil (1960-1969) kompyuterin element bazası əsasən yarımkeçiricilərdən ibarət idi, yaddaş tutumu, işləmə sürəti və avadanlığın iş etibarlılığı nisbətən böyük idi. Giriş-çıxış qurğuları təkmilləşdirilmiş, böyük tutumlu xarici yaddaş (maqnit lentində) qoşulmuşdu. Buraya aiddir: MINSK 22, 32, BESM4, 6

3-cu nəsil (1970-1985) kompyuterin yaradılması üçün yeni element bazasının mikroelektronikanın və inteqral sxemlərin yaranması oldu. Onlardan istifadə nəticəsində kompyuterin kabaret ölçüləri kiçilib və iş etibarlığı daha da artdı. Qurğuların paralel işləməsi prinsipi daha da təkmilləşdirildi. Eyni vaxtda bir neçə proqramın yerinə yetirilməsi (multiproqram rejimi) mümkün oldu. Böyük yaddaş tutumu ilə yanaşı yüksək yazma-oxuma sürətinə malik olan maqnit disklərindən xarici yaddaş kimi istifadə olunması ilk dəfə 3-cü nəsil kompyuterdə həyata keçirilmişdir. 3-cü nəsil kompyuterin əsas səciyyəvi cəhətlərindən biri hesablama prossesinin təşkilində aparat və proqram vasitələrindən birgə istifadə olunmasıdır. 3-cü nəslə IBM 360, 370 və S7BM, ƏS-1010, ES-106.

Hər bir modelin tərkibini məqsədəuyğun şəkildə dəyişdirməsi mümkün idi. Bura kiçik mini maşınlar sinfi də daxil idi. CM-1, CM-4



4-cü nəsil element bazası 1985-ci ildən böyük və çox böyük inteqral sxem (BIS) və (CBIS) texnologiyası ilə yaradılan kompyuteri əhatə edir. Bu cür inteqral sxemlərdə bir yarımkeçirici kristalda 1000-ə qədər sxem yerləşdirmək mümkün olur. Odur ki, kompyuterin kabaret ölçüləri 100 dəfə xeyli kiçilir, iş etibarlılığı isə çoxalır. 4-cü nəsil maşınları arasında mikro və mini kompyuterlər xüsusi yer tuturlar. Mini kompyutərlərin ən geniş yayılmış növü isə fərdi (personal) kompyuterlərdir.

5-ci və sonraki nəsil yeni elektron texnologiyası ilə daha minyatur elementlərdə yığılır, daha yüksək məhsuldarlığa və iş etibarlığına malik olmaqla yanaşı keyfiyyətcə aşağıdakı funksional tələblərə cavab verməlidirlər:

Ø  Biliklər bazaları ilə işləməsini təmin etmək və onun əsasında süni intellekt sistemlərinin təşkilinə imkan yaratmaq

Ø  Kompyuterin tətbiqini daha da asanlaşdırmaq üçün istifadəçi ilə nitq və görmə vasitəsilə ünsiyyət təmin etmək

Ø  Kompyutərin yeni arxitekturasının yaradılması sahəsində böyük diqqət neyro-kompyuterlər layihəsinə yönəldirilmişdir. Neyro kompyuter real neyronların əsas xassələrini modernləşdirən neyron şəbəkəsi anlayışına əsaslanır.



Bio və ya opto elementlərdən istifadə olunmaqla uyğun olaraq bioloji və ya optik neyro kompyuterlərin yaradılması nəzərdə tutulur. Tətqiqadçılar hesab edirlər ki, 21-ci əsrdə neyro kompyuterlərin intellektual imkanlarına görə ənənəvi kompyuterləri xeyli ötəcəklər.
Yüklə 15,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə