Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Deyirdi  ki,  həmin  günü  ailədən  bir  abituriyent 
imtahan  verirdisə,  ona  dəstək  üçün  az  qala  onlarla 
adam gəlmişdi. Bu isə izdiham və həyəcanı bir az da 
artırırmış.  Sanki  həmin  abituriyent  atomun  quruluşu 
üzrə  yeni  elmi  iş  yazıb  və  müdafiəsi  üçün  elm 
adamları,  professorlar  tərəfindən  qəbul  olunmağı 
gözləyirdilər.  Hamının  əlində  diyircəkli  qələm  və 
sərinləşdirici  içkilər  var  imiş.  Tələbə    olmayan  dost-
tanışları  həmin  abituriyentə  yüzlərlə  “məsləhət” 
verirmiş. 
Hətta 
qorxusundan 
mədə-bağırsaq 
sistemində  pozğunluq  əmələ  gələnlər  də  var  imiş. 
Bunu  məktəbin  həyətindəki  havanın  “ağırlığı” 
deməyə əsas verirmiş... 
Mətləbin  qəti  etirazına  baxmayaraq,  anası  tərk 
etməyibmiş  oranı.  Üç  saata  yaxın  digər  valideynlər 
kimi oğlunu gözləyirmiş. İmtahan vaxtı tam bitməmiş 
çıxan Mətləbi görən ananın ürəyi həyəcandan az qalıb 
ki,  sinəsindən  çıxsın.  Sualları  Mətləbin  üstünə 
yağdırmağa başlayıb: 
-
 
Nə 
tez  çıxdın,  ay  Mətləb?  Qovdular 
imtahandan?  Yanındakından  köçürürdün  deyə,  hə? 
Həyəcanlanmışdın? Yaza bilmədin hə?  Yəqi.... 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Ay  ana,  bir  sakitləş  görüm.  Nə  qovulmaq?  Nə 
köçürmək?  Bildiklərimi  yazdım,  çıxdım  da.  Boşuna 
niyə oturum ki? 
-
 
Az yazmısan da onda, hə? 
-
 
Az  niyə  yazıram  e,  qəbul  olmaq  üçün  bəs 
eliyər,  –  söhbəti  dəyişərək,  -  Bəs  mən  dedim  axı 
gedin. Tanıyıram da buraları, gələrdim özüm – deyib. 
-
 
Atangil getdilər bacıngilə, mən gedə bilmədim. 
Getsəydim, narahat olacaqdım.  
Anasıyla  atasının  onunla  bağlı  narahatlıqları 
ayrıca  narahat  edirdi  Mətləbi.  Ona  güvənmədiklərini 
düşünüb heyfislənirdi... 
Bu  söhbətləri  tənəffüs  vaxtı  yanıma  gələn 
Mətləb  danışırdı  mənə.  Dərs  vəsaiti  almağa  imkanı 
çatmadığı  üçün  kitabxanadan  götürdüyü  kitabların 
sürətini  çıxaran  zaman  söhbət  etməyə  imkanımız 
olurdu.  O  zamanlar  universitetin  həyətində  yerləşən 
balaca  dükanda  iki  surətçıxaran  qurğudan  birinə 
cavabdeh  idim.  Rektora  “yer  haqqı”  verməklə 
fəaliyyət  göstərdiyimiz  dükanda  əməlli-başlı  alver 
olurdu.  Fəaliyyətlərimiz  arasında  tək  surətçıxarma 
yox,  həm  də  diplom  işlərinin,  referatların  çap 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
olunması  və  üzlənməsi  xidmətləri,  həmçinin, 
dəftərxana ləvazımatlarının satışı var idi.  
Əhmədin  ölümündən  sonra  sinir  sistemimdə 
yaranan  problemlərə  görə  həkimlərin  rəyi,  hərbi 
komissarlığın  qərarı  əsasında  üç  illiyə  həqiqi  hərbi 
xidmətə  yararsız  statusu  almışdım.  Bu  müddət 
ərzində  müalicə  olunmalı,  növbəti  yoxlanışa  qədər 
yararlı  sayılmalı  idim.  Həm  yaranan  üçillik  müddət, 
həm  də  mənə  dəli  kimi  baxmaqları,  məni  boya-başa 
çatdığım  şəhərdən  uzaqlaşmağa  vadar  etdi.  Öncə 
Əhmədin 
anasının, 
sonra 
özünün 
ölümünə 
göstərdikləri  laqeydlik  məndə  əksər  insanlarımıza 
qarşı nifrət yaratmışdı. Valideynlərimin diqqətsizliyi, 
soyuqluğu dəli edirdi məni. Odur ki, onların arasında 
yaşamaq  dilini  bilmədiyim  qəbilə  adamları  ilə  birgə 
yaşamağa bərabər olmuşdu mənim üçün.  
Oranı tərk edərək kəndə - nənəmin yanına rəsmi 
olaraq  qeydiyyata  düşdüm.  Burada  bir  il  yaşadıqdan 
sonra  sonuncu  ilimi  işləmək  üçün  paytaxta  gəlməyi 
qərarlaşdırdım. Gündüzlər başım işimə qarışdığı üçün 
o  qədər  də  əziyyət  çəkmirdim.  Amma  axşamlar  tam 
bir  dəhşət  yaşayırdım.  Şəhərdən  kəndə,  oradan  da  üz 
tutduğum  paytaxtda  insanların  özlərindən  başqa  hər 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
şeyi  sorğu-sual  etməkləri  idi  məni  dəhşətə  gətirən. 
Məktəbi  yaxşı  oxusam  da,  universitet  təhsili  ilə 
əlaqədar  fikrimi  on-on  birinci  siniflərdə  oxuyarkən, 
ümümiyyətlə,  kənara  qoymuşdum.  Çünki  dəqiq 
bilirdim  ki,  universitetdə  rüşvət  vermənin  yollarını 
öyrənməkdən  savayı  heç  nə  öyrənə  bilməyəcəm. 
Buraxılış  sinfində  istər  qonşularımızdan,  istər  də 
qohumlarımızdan  övladlarını  universitetdə  oxutmaq 
üçün nə “əziyyət” çəkdiklərini, hər imtahandan yaxşı 
qiymət  almaq  üçün  nə  qədər  rüşvət  verdiklərini 
eşitdikcə,  fikrim  qətiləşirdi.  İş  o  yerə  gəlib  çatmışdı 
ki,  imtahan  üçün  pul  verməyənə  nəinki  müəllimlər, 
hətta öz tələbə yoldaşları da pis baxırdı. İş yerimin bir 
universitetin həyətində olması, tələbələrin hallarından 
və 
söhbətlərindən  xəbərdar  olmağıma  imkan 
yaratmışdı. 
Odur  ki,  dərs  vəsaitləri  oxumasam  da,  bədii  və 
fəlsəfi  kitabları  mütaliə  etməyə  həvəsim  heç  vaxt 
ölmədi.  Baxmayaraq  ki,  oxuduğum  kitablardan 
öyrəndiklərim  mənə  daha  da  əziyyət  verirdi. 
Qəhrəmanlıq,  mərdlik,  düzlük,  doğruluq  obrazlarını 
cəmiyyətdə tapa bilməməyim, az qalırdı, məni stressə 
salsın. Bəlkə də elə vəziyyətimin adı stress idi. Yəqin 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
mən  də  cəmiyyətin  əksər  nümayəndələri  kimi  adını 
bildiyim çox şeyin özünü bilmirəm... 
Kitablar  mənə  –  “Xoşbəxtliyi  dərk  etsən,  daim 
xoşbəxt olarsan...” - deyirdi. Mən xoşbəxtliyi səmimi 
dostluqda görüb, dərk etdim. Amma təəssüf ki, daimi 
olmadı.  Dostlarım  bir-bir  məni  tərk  edirdilər.  “Dost 
yoxdur...” – “dedi” bəzi kitablar. Lakin mənim  yaxın 
dostlarım  oldu.  Xoşbəxt  olduğum  anlarda  bu  barədə 
düşünmürdüm.  İndi  düşünürəm,  çünki  xoşbəxt 
deyiləm...    
Kirayə qaldığım ev iş yerimə yaxın olduğu üçün 
piyada  hərəkət  edirdim.  Lakin  universitetdə  dərslərin 
bitməsi  ilə  iş  vaxtımın  da  bitməsi  günortadan  sonra 
bekar  qalmağıma  səbəb  olurdu.  Bu  bekarçılığı  ya 
dövlət kitabxanasında fəlsəfi kitablar oxumaqla, ya da 
paytaxtın 
müxtəlif 
istiqamətlərinə 
gedən 
avtobuslardakı gəzintilərlə əvəz edirdim. Bütün metro 
stansiyalarında enib ətrafı yaxşıca müşahidə etməyim 
sayəsində  qısa  müddətdə  böyük  şəhəri  yaxından 
tanımağa 
başladım. 
Beləliklə, 
bir 
tərəfdən 
kimsəsizliyin 
verdiyi 
bədbəxtlik 
hissi, 
digər 
tərəfdənsə  gün  ərzində  adamlar  arasında  baş  verən 
qeyri-insani  hərəkətlər  gecələr  yuxumu  ərşə  çəkirdi. 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə