Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   2   3   4   5   6   7   8   9   10   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
ürəkaçan  deyildi.  Cavidan  həyətin  ortasındakı  həmin 
masanın  yanında  donub  qalmışdı.  Yerdə  isə 
toyuqlardan 
birinin 
bədənsiz 
başı.  Cavidana 
yaxınlaşanda  sarsıldım.  Başımdan  ayağımın  altına 
qədər  keçən  üşütmə  cismimi  dondurmuşdu.  Dəhşətli 
mənzərə ilə üz-üzə idik: “Kəkilli”nin başı kəsilib yerə 
atılmışdı.  Görünür,  yazığın  başı  bədənindən  yeni 
üzülmüşdü. Çünki göz qapaqları  yarıya qədər  yavaş-
yavaş  açılıb-qapanırdı.  Cavidan  isə  elə  yerindəcə 
donub  qalmışdı.  Gözündən  süzülən  yaş  “Kəkilli”nin 
açılıb-qapanmaqda  olan  gözlərinin  üstünə  tökülürdü. 
Sanki bir yerdə ağlayırdılar...  
Bədənsiz 
başı  dimdiyindən  tutub  əlinə 
götürəndə,  mən  özümü  saxlaya  bilməyib  ağladım. 
Dama  hinin  yanından  çıxmaq  mümkün olduğu halda 
dostumun 
hərəkət 
istiqamətindən 
anladım  ki, 
qonşunun  bağı  tərəfdən  çıxacaq.  Yəqin  istəmirdi  ki, 
onu digər toyuqlar görsün.  
Sevda 
xala 
Cavidanın 
qarşısını 
kəsib 
gülümsəyərək dilləndi: 
-
 
Dəli 
olmusan? 
Niyə 
ağlayırsan? 
Ən 
qəşənglərini sabah gətirib doldurarıq dama sənin üçün. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Day,  arvad  dedi  xəsislik  eləmə,  mən  də  ən  yaxşısını 
verdim. Qoy bacının uşağı olsun, inş... 
Cavidan,  danışa-danışa  onun  gözünün  yaşını 
silmək  istəyən  anasının  əlini  itələyərək,  çölə  çıxdı. 
Sevda  xala  məndən  onu  sakitləşdirməyimi  istəyəndə, 
məsələyə ötəri yanaşması diqqətimdən yayınmadı.  
Mən  onun  yanına  çıxanda  Cavidan  damın 
kənarından  ayaqlarını  aşağı  sallamışdı.  Gözlərini 
xurma ağacına bağlanmış qanlı bezə zilləyib ağlayırdı. 
Xəfif 
külək  isə  bezi  sağa-sola  yellətdikcə, 
“Kəkilli”nin qanı ətrafa çilənirdi. 
Bir müddət dostumu küçədə görmədim. Hərdən 
oğlundan  qonşulara  ağız  dolusu  danışan  anadan 
Cavidanı  soruşanda  “Belə  də,  ay  bala.  Bərk  inciyib 
məndən, deyəsən!” – söyləyərək gülümsəyirdi. Ancaq 
mən,  özümdən  asılı  olmayaraq  əsəbiləşirdim.  Necə 
ola  bilərdi  ki,  o  yaşda  özünə  müəyyən  dəyərlər 
formalaşdırmış 
uşağın 
dünyagörüşünə 
hörmət 
olunmasın?  Axı  uşağın  da  öz  dünyası  var.  Onun  da 
qəlbi,  duyğusu,  düşüncəsi,  qüruru  var.  Övlad 
böyütmək ona bahalı geyimlər, oyuncaqlar, velosiped, 
kompyüterlər, 
avtomobil 
almaq 
deyil.  Övlad 
böyütmək  qonşuna,  qohumuna  şöhrət  nümayiş 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
etdirmək  də  deyil.  Övlad  böyütmək  övladı  olmayana 
balasından danışmaq heç deyil... 
Cavidanı sonuncu dəfə bir toyda gördüm. Dayısı 
oğlunun  toyu  idi.  Düzü,  həmin  toya  dəvət 
olunmağımızı  xatırlamıram,  amma  yaxşı  yadımdadır 
ki,  nəyə  görəsə  mən  də  o  məclisdə  iştirak  edirdim. 
Dayısıgilin  evi  şəhərin  şimal  tərəfində,  əhalinin  və 
nəqliyyatın ən gur  yerində idi.  Cavidangilin  də evinə 
uzaq  deyildi.  Əvvəllər  bir  neçə  dəfə  onu  anası  ilə 
dayısıgilə piyada getdiyinin şahidi olmuşdum. 
Qonaqların  çoxluğu  ilə  əlaqədar  toy  çadırı 
həyətdə  yox,  küçədə  -  dördyola  yaxın  yerdə 
qurulmuşdu.  Axşam  düşdüyündən  yolda  demək  olar 
ki,  avtomobil  görünmürdü.  Buna  baxmayaraq, 
valideynlər  tez-tez  övladlarına  ehtiyatlı  olmağı, 
dördyola tərəf qaçmamağı tapşırırdılar.    
Gözüm  hər  yerdə  onu  axtarırdı.  Toyxanaya 
baxmağa dəyməzdi. Dəqiq bilirdim ki, ora girən deyil. 
Bir çox yerə göz gəzdirdikdən sonra təsadüfən gözüm 
toyxanadan  təlaş  içində  çıxan  bir  oğlan  uşağına 
sataşdı.  Bu,  o  idi  -  partlamağa  hazır  olan  bombaya 
bənzəyən  dostum!  Məni  görən  kimi  ağlamağa  və 
dördyola tərəf getməyə başladı. Qabağını kəsdim: 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
    Nə olub, Cavidan?! 
-  Görmürsən?  Oğraşlar  məni  yenə  yerimdən 
durğuzdular. 
-      Ağlama,  sakitləş!  Hə,  nə  olsun  ki?  Ərk  eliyiblər 
də... 
-      Nə  ərk  e?!  Mən  girmirdim  içəri.  Anam  məcbur 
elədi. Dedi ki, yer var. “Hamı ordadır, gəl sən də otur. 
Heç  kimi də  qaldırmırlar”. Mən də  girdim, oturdum. 
Bir azdan  sonra  yanında  mənim boyda  uşaq  olan bir 
kişi  gəldi.  Dayımoğlu  da  məni  durğuzub,  yerimdə  o 
uşağı otuzdurdu. 
Pərt 
olmuşdu. 
Hönkürtü 
ilə 
ağlayırdı. 
Gözlərindən  süzülən  yaş  üzündə  cığır  açaraq 
çənəsinin altında birləşirdi. 
-
 
Mən  gedirəm.  Anam  soruşsa,  deyərsən  ki, 
getdi evə. 
Buraxa  bilməzdim  onu.  Artıq  ətrafa  qaranlıq 
çökmüşdü, həm də ki, onu belə əsəbi halda buraxmaq 
risk  idi.  Hər  şey  o  yana,  dostumu  yoldan  şütüyən 
maşınlardan  biri  vursaydı,  mən  özümü  necə 
bağışlayardım?! 
-
 
Hara  gedirsən,  ay  Cavidan?  Gəl  burdakı 
uşaqlarla söhbət edək, oynayaq. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Yox... mən... gedirəm.... 
Hıçqırığı imkan vermirdi ki, sözlərini tam desin. 
Bir  əli  ilə  gözünün  yaşını  silə-silə  addım-addım 
arxaya  gedirdi.  Birdən  Sevda  xalanın  səsini  eşitdim. 
Səs  gələn  tərəfə  çevriləndə  onun  Cavidanı  səsləyə-
səsləyə adamların arasında axtardığını gördüm. Sevda 
xalaya  səslənmək  istəyirdim  ki,  anidən  avtomobil 
əyləcinin  türkürpədici  səsi  ətrafa  yayıldı.  Həmin  an 
mənim üçün həyat dayandı. Ətrafdakılar sanki donub 
qalmışdılar.  Hər  kəsin  ağlına  bircə  şey  gəlmişdi: 
hansısa  uşağı  maşın  vurdu.  Ancaq  hansı  uşağı?  Bir 
neçə  saniyədən  sonra  hay-həşir  düşdü.  Adamlar 
maşına  sarı  qaçırdı.  Avtomobilin  ön  hissəsi  ciddi 
şəkildə  zədələnmişdi.  Sağ  fənərinin  şüşəsi  qırılmış, 
qabaq  şüşəsinə  isə  hörümçək  toruna  bənzər  çatlar 
düşmüşdü.  
Vurulanın  Cavidan  olduğunu  isə  tək  mən 
bilirdim. Amma ətrafda nə Cavidan var idi, nə də ki, 
qan izi. Ürəyim, az qala ağzımdan çıxırdı. Hər yerimi 
əsir  alan  ağrı  hərəkətimə  imkan  vermirdi.  Ətrafı 
müşahidə  etməklə  kifayətlənirdim,  orada  nizamla 
hərəkət  edən  heç  kim  yox  idi.  Yaranmış  vəziyyət, 
savaş filmlərində gördüyümüz kimi, bomba atılandan 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə