Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
sonra  adamların  müxtəlif  istiqamətlərə  təlaş  içində 
qaçdığı  mənzərəni  xatırladırdı  mənə.  Hamı  heyrət 
içində,  sürücü  isə  şokda  idi.  Bir  qədər  sonra  özünə 
gəlib dilləndi: 
-        Mən...mən... 
-        Ay  kişi,  kimi  vurdun?  Hanı  vurduğun  adam?–
kütlə içərisindən biri soruşdu. 
-       Nə vurmaq? ... kimi vurmuşam? 
-     Sən bizimlə məzələnirsən?- deyə başqa bir nəfər 
acıqlı və ötkəm səslə bağırdı. 
-      Mən  heç  nə  başa  düşmürəm...  Qəfildən  oldu... 
Birdən-birə  maşın  öz-özünə  “tormuz”landı...  sonra... 
sonra  nəyəsə  dəydi...  nəsə  dəydi.  Dəydim  və 
dayandım. Qabağıma  da heç  kim... Allaha and olsun 
ki, heç kimi vurmamışam... 
Nə  baş  verirdi?  Axı  o  avtomobil  Cavidana 
dəymişdi.  Amma  Cavidan  yox  idi.  Heç  kim  olanları 
anlaya bilmirdi. Hamı öz oğlunu, qızını, qardaşını və 
başqa yaxını axtarırdı. Hamı tapdı. Yalnız Sevda xala 
ilə  Fazil  əmi  Cavidanı  tapa  bilmirdi.  Sevda  xalanın 
canına  vəlvələ  düşmüşdü.  İnanmaq  istəmirdi  ki,  o 
avtomobil Cavidanı vurub. Evə qədər qaça-qaça getdi 
ki,  bəlkə  həyətdə  olar,  amma  orada  da  yox  idi.  O 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
gündən  bu  günə  qədər  həm  mən,  həm  də  onu 
tanıyanlar Cavidanı bir daha görmədik. Lənət şeytana, 
mən  axı  gördüm,  sadəcə  yuxularımda.  Digər  yeddi 
dostum kimi, Cavidan da hər gecə yuxumun mehmanı 
olurdu. Əksər yuxularımda biz onunla Günəş üfüqdən 
boylanana qədər söhbətləşirdik... 
Həmin  dəhşətli  axşamdan  sonra  günlərlə 
gözümə  yuxu  getmədi.  Yuxunun  cismimə  qalib 
gəldiyi  gün  özümü  susuz  səhrada  gördüm.  Gözümün 
görə  biləcəyi  nöqtəyə  qədər  ucsuz-bucaqsız  səhrada. 
Günəş  də  sanki  başımın  bir  qarışlığındaydı.  Dərimin 
az  qala  əridiyini  hiss  edirdim.  Lakin  arxa  tərəfdən 
əsən  meh  könlümü  sərinlətdi  sanki.  Çevriləndə 
uzaqdan  bir  nəfərin  gəldiyini  güclə  sezdim.  Ətirli 
meh  getdikcə  yaxınlaşırdı.  Üzümə  şəlalənin  sərt 
suyundan  qopub  gələn  narın  su  damcıları  səpilirdi. 
Gözlərimi  yumaraq  dərindən  içimə  çəkdiyim  ətirli 
havanı  iliklərimə  qədər  hiss  edirdim.  Bu  həzzi  bir 
qədər 
yaşayıb  gözlərimi  açanda  “O”  artıq 
yaxınlaşmışdı. Aman Allah, bu Cavidan idi. Ayağını 
basdığı  hər  yerdən  gül-çiçək  qalxırdı  sürətlə. 
Sakitliyin  uğultusunu  quşların  səsi  əvəz  edir, 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
arxasınca  uzanan  ucsuz-bucaqsız  yaşıllıqlar  göy 
üzünə çatırdı.  
Yanıma  çatanda  donub  qalmışdım.  Onunsa 
üzündən  təbəssüm  süzülürdü.  Əynində  həmin  toy 
günündə  geyindiyi  paltar,  çiynində  cəh-cəh  vuran 
rəngarəng  quşlar.  İşıq  saçan  üzü  isə  gözümü 
qamaşdırırdı. 
-
 
Sakitləş,  dostum,  –  dedi  gülümsəyərək.  Səsi 
həmin səs idi. Bu, O idi, Cavidan idi. O, ölməmişdi. - 
Bilirəm  nə  fikirləşirsən.  Amma  səhvin  var!  Sən 
yuxudasan.  Özü  də  şirin  yuxuda.  Ona  görə  də 
ayılmırsan... 
 Hərəkətsiz  idim.  Nə  udqunurdum,  nə  də  nəfəs 
alırdım. 
-
 
Düz  beş  gündür  ki,  səni  gözləyirəm.  Çox 
təəssüf  ki,  gözümü  yolda  qoymuşdun,  –  yenə  də 
həmin təbəssümlə davam etdi sözünə.  
Dilim 
tutulmuşdu. 
Beş 
gündür 
yata 
bilməməyimi söyləmək istəyirdim, amma alınmırdı. 
-              Eybi  yoxdur.  Əsas  odur,  gəldin.  Bundan  belə 
tez-tez,  demək  olar,  hər  gün  görüşəcəyik.  Təbii,  əgər 
gecələr  yatsan,  –  bu  dəfə  qəhqəhəsinə  çiynindəki  və 
ətrafda  dövrə  vuran  quşlar  da  qoşuldu  –  Mən  çox 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
xoşbəxtəm, dostum! Burada heç kim  yalan danışmır, 
heç  kim  digərinin  xətrinə  dəymir,  kimsə  başqasını 
yalandan  öpmür,  kimsə  uşaqların  topunu  oğurlamır, 
heç kim heç kimlə savaşmır, heç kim... Yaxşı yadıma 
düşdü,  –  sanki  gözləri  parladı  –  bilirəm 
inanmayacaqsan,  amma  mən  “Kəkilli”ni  görmüşəm 
burda. Hə, hə, o da burdadır...Atam, anam, bacılarım, 
bir  də  səndən  başqa  heç  kimdən  ötrü  darıxmıram. 
Onları  ara-sıra  görə  biləcəyəm.  Yəni  hansısa 
həqiqətən  məni  görmək  istəsə.  Bilmirəm  bu  niyə 
belədir  amma  sənin  yuxuna  hər  gün  gəlməyə  icazə 
verilib. 
Danışa  bilmirdim.  Dodaqlarım  bir-birinə  elə 
birləşmişdi  ki,  sanki  heç  yerli-dibli  ağzım  yox  idi. 
Onun  yanında  qalmağımı  istəyirdim.  Bu  yuxunun 
bitməməsini 
istəyirdim. 
Ayılan  kimi  özümü 
öldürəcəyim barədə düşünürdüm, amma... 
-
 
Yox,  Cavidan.  Bunu  əsla  düşünmə!  –  O, 
mənim  düşüncələrimi  oxuyurdu  –  Biz  hər  gecə 
görüşəcəyik  onsuz.  Özünə  qəsd  eləmə!  Sən 
yaşamalısan!  Mənim  kimi  dostların  yenə  olacaq. 
Səbirli olmalısan! – deyib gözümün içinə baxdı – Söz 
ver mənə. Söz ver ki, öldürməyəcəksən özünü... 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Üzünə  baxmadan  başımı  xəfifcə  aşağı-yuxarı 
hərəkət etdirdim. 
-
 
Dostum,  sən  danışmasan  da,  ürəyindən  nələr 
keçirdiyini duya bilirəm, narahat olma! Sən mənə de 
görüm,  bizim  xurma  ağacını  görürsən?  Qurumayıb 
hələ? - deyəndə məni də gülmək tutdu. Sevda xalanın 
gün ərzində həmin ağaca on dəfə baxdığını, ağacın isə 
əvvəlki  illərdən  də  daha  məhsuldar  olduğunu 
ürəyimdən  yenicə  keçirmişdim  ki,  Cavidanın 
qəhqəsinə diksindim. 
Ayılanda artıq səhər açılmışdı. Beləcə, Cavidanı 
hər  gün  yuxumda  görməyə  başladım.  Ta  Əhmədi 
tanıyana qədər... 
 
 
 
 
 
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə