Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   2   3   4   5   6   7   8   9   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
qarıdan  çəkə  bilmədim.  O,  qapı-qapı  gəzərək 
“xidmət”lərini  təklif  edirdi.  Nəsibə  xalagilə  çatanda 
qonşu həmin falçıya Cavidangilin evini göstərdi. 
 -              Gedək,  Sevdagilə  gedək.  Neçə  ildir  qızının 
uşağı  olmur.  Bir  Quran  aç  görək  nə  olur,  –  deyə 
danışa-danışa  bizim  yanımızdan  keçdilər.  Üzümü 
yana  çevirəndə  gördüm  ki,  Cavidan  da  sən  demə, 
bütün  bu  prosesi  izləyirmiş.  Marağımızı  öldürə 
bilmədik  və  onların  ardıyca  biz  də  keçdik  içəri. 
Həyətdəki  masanın  ətrafına  yığışdılar.  Nəsibə  xala 
qarını  elə  tərifləyirdi  ki,  qıraqdan  baxan  onun 
prodüsseri olduğunu zənn edərdi. Qarı dərindən nəfəs 
alaraq soruşdu:  
-         Həə...qızım. Övladınla bağlı böyük narahatlığın 
var deyəsən?! 
Cavidanın  anası  təlaş  içində  Nəsibə  arvada 
baxdı.  Nəsibə  arvad  isə  başını  arxadan  önə  yüngül 
tərpədərək, gözüylə qarını işarə etdi.  Sanki “bax, gör 
ayağına  necə  adam  gətirmişəm  e!”  -  dedi.  Biz  də 
anidən Cavidanla bir-birimizə baxdıq və gülümsədik. 
Çünki qarı bu məlumatı beş dəqiqə əvvəl elə Nəsibə 
xalanın ağzından oğurlamışdı. Sevda xala isə həyəcan 
içində dilləndi:  


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-     Hə, xala, var. Qızımın dörd ilə yaxındır  ki, uşağı 
olmur. Özü də... 
-       Aydındır qızım, aydındır. Mən bir dua yazacam, 
inşallah,  qəbul  olar.  Amma  gərəkdir  ki,  bu  yolda  nə 
şəkk edəsən, nə də xəsislik. İstifadə edəcəyim şeyləri 
də evdə saxlamaq olmaz. Özümlə aparıb yandıracam. 
-        Yox, ay  xala, şəkk eləmərəm.  Problem  yoxdur, 
nə  lazımdır  gətirim.  Yazıq  canım,  elə  nəyim  olub 
vermişəm. Təki əlac olsun.  
Qarı  bəlkə  də  “şikar”ını  bu  qədər  asan  əldə 
edəcəyinə  inanmırdı.  Bir-iki  saniyə  ara  verəndən 
sonra daxilindəki sevincini gizlədərək davam etdi:  
-
 
Qızım,  böyük    tavaya  azca  yağ  və  bir  qutu 
kibrit qoy gətir. 
Sevda  xala  tələsik  qarının  dediklərini  yerinə 
yetirib  gəldi.  Hiss  etdim  ki,  bu  oyun  pik  həddinə 
doğru gedir. Ancaq bir tərəfdən də, küçədəki uşaqlar 
onlara qoşulmağımızı istəyirdilər. Tez-tez qapını açır, 
səbirsizliklə  bizi  oynamağa  çağırır,  tez  də  aradan 
çıxırdılar.  Bizə  isə  -  nə  yalan  deyim,  -  baş  verənlər 
daha maraqlı gəlirdi.  


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Qarı  dodağının  altında  pıçıldaya-pıçıldaya 
kibriti yandırıb yağa batırırdı. Hər dəfə çıxan “cızzz” 
səsini gözü ilə göstərərək asta və xırıltılı səslə: 
-
 
Baxın!..Səsi eşidirsiz? Böyük  problemlər var! 
İnşallah,  bütün  qaranlıqlar  aydınlanacaq.  Bu  ocağın 
atəşi sonsuzluğu yandırıb kül edəcək! – deyirdi. 
Bu  hal  o  yerə  qədər  təkrarlandı  ki,  qutudakı 
kibrit  çöplərinin  hamısı  bitdi.  Qarı,  üzünə  düşmüş 
yaylığını  iki  əli  ilə  arxaya  sürüşdürərək  boynunun 
arxasında düyün vurub dedi: 
-
 
Ay qızım, mənə bir stəkan su ver. 
Sevda  xala  həmin  həyəcan  və  təlaş  içində  su 
dolu  qrafini  və  xrustal  stəkanı  gətirib  ehtiyyatla 
qarının  önünə  qoydu.  Bir  stəkan  suyu  bir  nəfəsə 
içdikdən  sonra  dərindən  nəfəs  alan  falçı  sözünə 
davam etdi: 
-
 
Qızım bir qutu da kibrit, yarım metr parça bez 
və bir dənə böyük, iti bıçaq gətir. 
Sevda  xala  çevrilib  iki  addım  atdıqdan  sonra 
dayanıb üzünü geriyə - qarıya tərəf çevirdi: 
-      Bıçaq  niyə,  ay  xala?-  deyə  asta  səslə  soruşdu. 
Onun səsi həyəcanının təsiri altında idi.   


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-      Bala,  həyətdə  toyuqlarınız  var,  deyəsən.  Bayaq 
girəndə  gördüm.  Əslində,  körpə  quzunun  qanı 
lazımdır, amma deyirlər, əgər həyətdə toyuq varsa, o 
da olar. Toyuğu kəsəndən sonra bezi, bax, bu yanmış 
yağa  və  həmin  toyuğun  qanına  batırıb  həyətdəki  ən 
yaxşı bar verən ağacın budağına bağlayacağıq. Bir il 
keçməyəcək ki, həmin ağac quruyacaq. Əvəzində isə 
qızına övlad payı veriləcək. 
-      Allah  səndən  razı  olsun!  –  sevincdən  Sevda 
xalanın gözləri dolmuşdu.  
Biz  isə  qarının  bu  sözlərini  eşidəndə,  ikimiz  də 
eyni  vaxtda  diksindik.  Cavidan  hətta  hiss  olunacaq 
dərəcədə  həyəcanlanmışdı.  Anası  qarının  dediklərini 
yerinə  yetirmək  üçün  əvvəl  mətbəxə  keçmək 
istəyəndə, Cavidan onun qabağını kəsdi:  
-        Ana,  bu  arvad  nə  deyir?  Çaşıb  toyuqlarımdan 
hansınısa kəsərsən ha. Allah haqqı, küsərəm səndən. 
-       Kəsilsin də, ay Cavidan. Başqasını alıb atarıq da 
yerinə... 
-        Yox  da,  ay  ana.  Sən  guya  bilmirsən  ki,  onlar 
kəsilmək üçün deyil? 
Cavidanın  son  sözləri  sanki  hülqumunda  ilişib 
qalırdı.  Dərindən  udquna-udquna  fikrini  çatdırmağa 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
çalışsa  da,  çətinlik  çəkirdi.  Mənsə  balaca  dostumun 
ürək döyüntüsünü hiss edə bilirdim. 
Sevda xala xəfif gülümsəyərək bildirdi: 
-
 
Keç  görüm  bu  yana!  Deyərəm  başqa  bir  şey 
eləsin, yaxşı.  Sən get uşaqlarla oyna. Narahat olma! 
Onun  bu  vədi  bizi  xatircəm  etdi  deyə  həyətdən 
çölə çıxıb oyunumuza davam etdik. Beş topu qapıdan 
keçirən komandanın qalib olacağı barədə əvvəlcədən 
razılaşdırılan  oyun  10-9  hesablı  qələbəmizlə  bitdi. 
Kiçik  fasilədən  sonra  yenidən  görüşüb  velosiped 
sürəcəyimiz  haqqında  sözləşib  dağılışdıq.  Cavidan 
tərli  əl-üzümüzü  yumaq  üçün  məni  də  öz  həyətlərinə 
çağırdı.  Biz  içəri  girəndə  qarı  məhəlləyə  necə 
gəlmişdisə,  elə  o  vəziyyətdə  də  çölə  çıxırdı. 
Arxasınca  da  Nəsibə  xala  ilə  Sevda  xala.  Onlara  yol 
verdik. Qarı sağollaşanda dilləndi: 
 -            Bir  ildən  sonra  gələndə  muştuluğumu  alacam 
ha! 
Sevda  xalagil  gülüşüb  bir  ağızdan  “İnşallah!” 
dedilər.  Nəsibə  xala  isə  “Allah  səbəb  salsın!”  - 
deyərək evinə tərəf yollandı. Dönüb baxanda Cavidan 
artıq  həyətə  keçmişdi.  Sevda  xalanın  arxasınca  mən 
də  özümü  həyətə  saldım.  Gördüyüm  mənzərə  heç  də 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə