Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   2   3   4   5   6   7   8   9   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
dərsdən  sonra  əmimgilə  gedər,  onun  səndələyə-
səndələyə  mənə  tərəf  gəlməsindən  zövq  alardım. 
Təzə-təzə  dil  açanda  da,  ilk  olaraq,  mənim  adımı 
səsləndirməsi,  bacıları  ilə  yanaşı,  qohum-əqrəbasının 
yaman  qısqanclığına  səbəb  olmuşdu.  Hətta  bir  neçə 
dəfə qapılarından geri qayıdası olmuşdum. Cavidanın 
səsini  eşitdiyim  halda  bacısının  mənə  onun  yatdığını 
deməsi hallarını hələ də xatırlayıram.  
Bacıları  onu  çox  istəyirdilər.  Baxmayaraq  ki, 
Cavidanla bağlı məsələlərdə haqları daima pozulurdu, 
amma yenə də onu çox istəyirdilər. Sinif yoldaşlarına, 
rəfiqələrinə  onunla  bağlı  saysız-hesabsız  hadisələr 
danışır,  hər  təzə  sözünü,  yarımçıq  cümləsini  az  qala 
yeni elmi tapıntı kimi müzakirə edirdilər. Qızlar evdə 
hansısa  əşyanı  sındıranda  qınanmaları  ilə  yanaşı, 
Cavidanın  ehtiyatsızlığından  bir  şey  baş  verəndə  də 
danlanılırdılar:  “Bu  əşya  orada  olmalı  deyildi,  axı 
Cavidana bir şey ola bilərdi”. 
Adətən  belə  şəraitdə  böyüdülən  uşaq  çox 
ərköyün olur. Hətta nənəsi bir gün Cavidanın anasına 
elə  beləcə  də  demişdi:  “Qızım,  anasının  ərköyün 
balası  hambal  olar...”  Amma  bunların  heç  biri 
Cavidana  aid  deyildi.  Çünki  ağlı  kəsəndən  bu 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
“imtiyaz”lardan  istifadə  etməzdi.  Heç  vaxt  da 
ərköyünlüyünü  göstərməzdi.  Elə  ona  görə  də 
müəyyən  müddətdən  sonra  daha  nənəsindən  həmin 
“atalar sözü” də eşidilmədi.  
Həyətlərinin sonunda toyuq-cücə saxlamaq üçün 
hin  dedikləri,  dəmir  barmaqlıqlarla  bəzədilmiş,  üstü 
bağlı  tikili  var  idi.  Həm  özlərinin,  həm  də  qonşunun 
meyvə  ağaclarının  budaqları  hinin  damına  elə 
uzanırdı  ki,  sanki  kababı  şişin  üstündən  dişinə 
çəkirsən.  Bizim  də  söhbət  yerimiz  əsasən  ora  olardı. 
Damda  oturar,  mövsümə  uyğun  meyvələrdən  dadar, 
şiferin  qırılmış  yerindən  aşağıda  gəzişən  toyuqlara 
baxıb söhbət edərdik. Cavidan artıq altı yaşında ikən 
məşhur  “toyuqbaz”  idi.  Bibisi,  xalası,  nənəsi 
yumurtadan  çıxan  ən  gözəl,  fərqli  toyuqları  ona 
hədiyyə edər, sevincinə sevinc qatardılar. On dörd-on 
beş seçmə fərəsi və bir gözəgəlimli iri xoruzu var idi: 
Qıp-qırmızı,  əl  formasında  pipiyi,  az  qala  tovuz 
quşunun  quyruğuna  bənzər  quyruğu,  qırmızı  və  qara 
parıltılı  təbiətdəngəlmə  rənglərin  harmoniyasından 
yaranan  möhtəşəm  rəngi  olan  əsl  kənd  xoruzu. 
Cavidandan  başqa  heç  kimə  içəri  girməyə  icazə 
verməyən  həmin  xoruzun,  orta  əsrlər  ingilis 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
zadəganları  kimi  dik  yerişi,  ötkəm  səsi  var  idi. 
Səhərçağı  banlamamışdan  qabaq  qanadlarını  üç  dəfə 
bir-birinə  çırpması  kifayət  idi  ki,  evdəkilər  yuxudan 
diksinsin.  
Toyuqlarının  içində  isə  ən  çox  sevdiyi  kəkilli 
fərə  idi.  Elə  həmin  səbəbdən  də  adını  “Kəkilli”  deyə 
səsləyərdi.  Rəngi  nə  ağ  idi,  nə  də  sarı.  Yeridikcə 
ağappaq  tüklərinin  üstündə  sanki  alov  rəqs  edirdi. 
Dimdiyindən boynunun arxasına kimi xüsusi nizamla 
uzanan  tükləri  “Kəkilli”yə  bir  ayrı  gözəllik  verirdi. 
Bədəninin  ağlı-sarılı  tükləri  dırnaqlarına  qədər 
uzanırdı.  Lakin  Cavidan  ona  olan  sevgisini  digər 
toyuqların  yanında  büruzə  verməzdi.  İnanırdı  ki, 
həmin toyuqlar ondan inciyə bilər. Dolayısı ilə özünə 
olunan  ayrı-seçkiliyi  də  bəyənmirdi.  Baxmayaraq  ki, 
hər  bir  uşaq  onun  yerində  olmağı,  onun  kimi  qulluq 
görməyi istəyərdi, amma  o, belə şeylərin əlehinə idi. 
Həmişə deyirdi ki, “istəmirəm mənim səhvim üstündə 
bacılarım danlansın. Anam niyə belə edir? Axı o, həm 
də  onların  anasıdır.  Elə  bilirəm  ki,  hər  dəfə  belə 
olanda,  bacılarım  mənə  nifrət  edir”.  İstəmirdi  ki, 
kimsə ona nifrət etsin. Amma özü, çox vaxt çox şeyə 
nifrət edirdi... 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Heç  xoşlamadığı  şey  isə  toylarda  hansısa 
“mötəbər”  qonaq  gələndə  əmiləri,  dayıları  və  ya 
özündən  böyük  dayısı  oğlanları  tərəfindən  oturduğu 
yerdən  qaldırılması  idi.  Hərdən  elə  nifrətlə  danışırdı 
ki,  özümə  də  qəribə  gəlirdi.  Çünki  mənim  də  çox 
nifrət  etdiyim  şey  məhz  bu  idi.  Olduqca  əsəbiləşirdi 
belə  hallarda.  Odur  ki,  Cavidana  çox  zaman  təsəlli 
verirdim:  
-
 
Ay  Cavidan,  sən  hələ  uşaqsan,  oturmasan  da 
olar.  Böyüklərə  yer  çatmayanda,  sözsüz,  balacalar 
qalxmalıdır da. 
Amma o, əsəbini yumşaltmadan cavab verirdi: 
-
 
Sərxan  da,  Orxan  da  uşaqdır.  Bəs  onları  niyə 
qaldırmırlar? Çünki ataları varlıdır, çoxlu pulları var. 
Heç kimin “duxu” çatmır onlara  güldən artıq bir söz 
desin.  Əgər  mənim  kimi  hamını  qaldırsalar, 
incimərəm.  Amma  hər  dəfə  məni  və  başqa  iki-üç 
nəfəri  çıxarırlar  bayıra.  Ona  görə  çox  vaxt  toya 
gedəndə  toyxanaya  girmirəm.  Girmirəm  ki,  sonra 
kimsə gələndə  yerimdən qaldırmasınlar. Onlar boyda 
olana kimi də girməyəcəyimə söz vermişəm.   
Təbii  ki,  bu  sözləri  eşidəndə  ona  haqq 
qazandırmamaq olmurdu. Eyni qohumluq dərəcəsində 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
olan  uşaqlara  valideynlərinin  imkanına,  vəzifəsinə 
görə fərq qoymaq biabırçılıqdır. Böyüklüyü yaşa görə 
yox  pula  görə  ayırmaq  mənəviyyatın  kiçikliyindən 
xəbər  verir.  Tükənən  sərvət  üçün  olunan  hörmət  də 
bir gün tükənər. 
Cavidanın  tam ali təhsilli  atasını dünyəvi adam 
saymaq  olardı.  Ona  görə  idi  ki  o,  ən  çox  atasına 
oxşamaq  istəyirdi.  Anası  isə  orta  təhsilli,  həm  də 
xurafatçı  idi.  Belə  ki,  bir  neçə  il  öncə  ailə  quran 
böyük qızının  övladı olmurdu deyə, falçıların yanına 
gedən  uzaq  yolu  yaxın  eləmişdi.  Atasının  dəfələrlə 
iradına  baxmayaraq,  bu  cür  xurafatçı  hərəkətlərini 
davamlı  təkrarlayırdı.  
Günlərin  bir  günü  məhəlləyə  “səyyar  falçı” 
gəldi.  Yay  tətili  idi  deyə,  səhərdən-axşama  qədər 
əmimgildə  olurdum.  Adəti  üzrə  yenə  məhəllənin 
uşaqları  ilə  futbol  oynayırdıq.  Rəqib  komandada 
oyunçu  sayı  az  olduğundan,  oynamaq  üçün  bizim 
komandada  əvəz  edəcəyim  uşağın  yorulmasını 
gözləyirdim.  Elə  bu  dəm  diqqətimi  yayın  istisində 
qapqara,  uzun  paltarda,  sol  əlində  belindən  bir  az 
böyük əsası, sağ qolundan aşağısı tünd qırmızı rəngə 
çalan  və  qan  damcılayan  qalın  un  torbası  asılan 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə